Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında


HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT REYESTRİ



Yüklə 224,62 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix29.10.2017
ölçüsü224,62 Kb.
#7544
1   2   3   4   5   6   7   8   9

I I I   f ə s i l  

HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT REYESTRİ 

 

M a d d ə   1 2 .  Hüquqi şəxslərin dövlət reyestrinin əsas prinsipləri  

 

12.1.  Hüquqi  şəxslərin  dövlət  reyestri  Azərbaycan  Respublikasının  müvafiq  icra 



hakimiyyəti orqanı tərəfindən aparılır.  

12.2. Hüquqi şəxslərin dövlət reyestri vahid forma, metod və prinsiplər əsasında aparılır.  

12.3. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının informasiya ehtiyatıdır 

və  onun  mühafizəsi  və  istifadəsi  qaydaları  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və təmin olunur.

27

  



12.3-1.  Qeyri-hökumət  təşkilatının  filial  və  nümayəndəliklərinin  dövlət  qeydiyyatına 

alınması tələb edilmir. Təşkilat on gün müddətində müvafiq icra hakimiyyəti orqanına filial və 

(və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verir.

28

 



12.4. Hüquqi şəxslərin dövlət reyestri kağız və elektron daşıyıcılarda tərtib edilir.  

12.5.  Kağız  və  elektron  daşıyıcılardakı  qeydlər  arasında  ziddiyyət  olduqda, 

qanunvericilikdə  digər  qayda  nəzərdə  tutulmayıbsa,  kağız  daşıyıcılardakı  qeydlər  üstün 

qüvvəyə malik olur.  

12.6. Dövlət reyestrinin elektron daşıyıcılarda tərtib edilməsi vahid təşkilati, metodoloji və 

texniki-proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla, dövlətin digər informasiya sistemləri və 

şəbəkələri ilə onun qarşılıqlı əlaqədə və vəhdətdə fəaliyyət göstərməsini təmin edir.  

12.7. (Çıxarılıb)

29

  



12.8. Dövlət reyestri aşağıdakılardan ibarətdir:  

12.8.1.  hüquqi  şəxslərin,  xarici  hüquqi  şəxslərin  nümayəndəlik  və  ya  filiallarının  təşkili, 

qeydiyyatı, yenidən təşkili, ləğv edilməsi barədə məlumatlar;  

12.8.2. təsis sənədlərində dəyişikliklər edilməsi barədə məlumatlar;  

12.8.3. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin 

nümayəndəliyi və ya filialı, habelə digər qurumları barədə məlumatlar;  

12.8.4. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim 

edilmiş sənədlər toplusu.  

12.9.  Hüquqi  şəxslərin  dövlət  reyestri  illər  üzrə  və  Azərbaycan  Respublikasının  hər  bir 

inzibati ərazi vahidi (rayon və ya şəhər) üzrə aparılır. Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanının qərarı ilə dövlət reyestri digər meyarlar üzrə də aparıla bilər.

30

  



12.10.  Dövlət  qeydiyyatının  ərazi  aidiyyəti  hüquqi  şəxsin,  xarici  hüquqi  şəxsin 

nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir.  

12.11.  Dövlət reyestrinin  aparılması  qaydası,  dövlət reyestr  kitabının, qeyri  kommersiya 

hüquqi  şəxsləri  üçün  dövlət  qeydiyyatı  haqqında  şəhadətnamənin  və  dövlət  reyestrindən 

çıxarışın formaları  və ərizənin  forması Azərbaycan  Respublikasının  müvafiq  icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 

31

 

12.12. Kommersiya qurumları üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət 



reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin (o cümlədən, elektron ərizənin) 


formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir 

və onu internet səhifəsində yerləşdirilir.



32

 

 



M a d d ə   1 3 .   Dövlət  qeydiyyatına  alınmanı  və  dövlət  reyestrinə  daxil  edilməni 

təsdiq edən sənəd  

 

13.1. Dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik 



və  ya  filialına  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  onun 

dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd  - dövlət qeydiyyatı haqqında şəhadətnamə 

verilir.  

13. 2. Dövlət qeydiyyatına alınmış hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik 

və ya filialı barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar dövlət reyestrindən çıxarışla 

təsdiq edilir.  

13.3.  Dövlət qeydiyyatına  alınmış  kommersiya hüquqi  şəxsə,  xarici  kommersiya  hüquqi 

şəxsin  nümayəndəlik  və  filialına  verilən  şəhadətnamədə  və  dövlət  reyestrindən  çıxarışda 

sahibkarlıq  fəaliyyəti  subyektləri  üçün  Azərbaycan  Respublikasında  vahid  kod  olan  vergi 

ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir.

33

 

13.  4.  Dövlət  qeydiyyatı  haqqında  şəhadətnamə  və  ya  dövlət  reyestrindən  çıxarış 



möhürün, ştampın, firma blankının, əmtəə nişanının hazırlanması üçün əsas sənəddir və bunlar 

üçün hər hansı əlavə sənəd tələb edilmir.

34

  

 



M a d d ə   1 4 .  Dövlət reyestrinə daxil edilən məlumatlar  

 

14.1.  Dövlət  reyestrində  aparılan  yazıda  reyestrə  daxil  edilmiş  qurumlar  barəsində 



aşağıdakı məlumatlar əks etdirilməlidir:  

14.1.1. qurumun adı (firma);  

14.1.2. qurumun hüquqi ünvanı;  

14.1.3. qurumun təşkilati-hüquqi forması;  

14.1.4. maliyyə ili;  

14.1.5.  vergi  ödəyicisinin  eyniləşdirmə  nömrəsi  (kommersiya  qurumları  üçün),  qeyri-

kommersiya qurumunun qeydiyyat nömrəsi;

35

  



14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; 

təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında məlumatlar;  

14.1.7.  qurumun  hər  bir  qanuni  təmsilçisinin  adı,  soyadı,  atasının  adı,  vətəndaşlığı  və 

yaşayış yeri;  

14.1.8.  hüquqi  şəxsin  Azərbaycan  Respublikasının  ərazisində  və  ya  Azərbaycan 

Respublikasının  hüdudlarından  kənarda  yaratdığı  qurumların  olduğu  yer,  təşkilati-hüquqi 

forması və qeydiyyatı haqqında məlumatlar.  

14.2.  Dövlət  reyestrində  hüquqi  şəxslər,  xarici  hüquqi  şəxslərin  nümayəndəlik  və  ya 

filialları üçün bu Qanunun 14. 1-ci maddəsində nəzərdə tutulmuş məlumatlardan əlavə, hüquqi 

şəxsin təşkilati-hüquqi formasından asılı olaraq aşağıdakı məlumatlar göstərilməlidir:  

14.2.1. kommandit ortaqlığında - hər bir kommanditçinin mayasının miqdarı;  



Yüklə 224,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə