16.5. Ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədlərin qanunvericiliyin tələblərinə
uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, ərizəni aldığı vaxtdan 7 gün
müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir.
16.6. Təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edildiyi halda, bu barədə müraciət
etmiş şəxslərə yazılı məlumat verilir və çatışmazlığın aradan qaldırılması tələb olunur.
16.7. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı bu Qanunun 16. 5-ci maddəsində müəyyən edilmiş müddətdən gec
olmayaraq qurumun reyestrdən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət
etmiş şəxslərə məlumat verir. Qurumun ləğv edilməsi barədə reyestrdə müvafiq qeydlər
aparılır.
16.8. Çatışmazlıqların aradan qaldırılması barədə məlumat verilmədikdə, qurum 60 gün
ərzində reyestrdən çıxarıla bilməz.
M a d d ə 1 7 . Dövlət qeydiyyatı barədə məlumatlandırma
17.1. qeyri-kommersiya hüquqi şəxslərin, habelə xarici qeyri-kommersiya hüquqi şəxsin
nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatını aparan Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı:
39
17.1.1. hüquqi şəxsi, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialını dövlət qeydiyyatına
aldıqdan və dövlət reyestrinə daxil etdikdən sonra bu barədə Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarına hər ay müəyyən edilmiş formada məlumat göndərir;
17.1.2. qanunvericiliklə müəyyən edilmiş hallarda dövlət qeydiyyatına alınmış hüquqi
şəxslər ləğv edildikdə və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına bu barədə məlumat verir.
17.2. Kommersiya hüquqi şəxsin, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik
və ya filiallarının dövlət qeydiyyatını aparan Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı;
40
17. 2.1. hər gün dövlət qeydiyyatına aldığı kommersiya hüquqi şəxsləri, habelə xarici
kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filialları barədə məlumatları aidiyyəti üzrə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına elektron və (və ya) kağız
daşıyıcı formasında göndərir;
17.2.2. qanunvericilikdə müəyyən edilmiş hallarda dövlət qeydiyyatına alınmış
kommersiya hüquqi şəxsi, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filialı
ləğv edildikdə və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarına bir gün müddətində bu barədə məlumat verilir.
M a d d ə 1 8 . Dövlət reyestrinin aşkarlığı
18.1. Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə
kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki
yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş
sənədlərin surətlərini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı istənilən maraqlı şəxsin tələbi ilə hüquqi şəxsin dövlət qeydiyyatına
alınması və ya alınmaması barədə məlumat verməlidir.
41
18.2. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət
qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsinə dair, habelə hüquqi şəxslərin təşkili
və fəaliyyəti ilə əlaqədar dərc edilməsi qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar
(kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı
payları barədə məlumatlar istisna olmaqla) ümumi tanışlıq üçün rəsmi dövlət qəzetində dərc
edilir.
42
I V f ə s i l
YEKUN MÜDDƏALAR
M a d d ə 1 9 . Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.
M a d d ə 2 0 . Qanunun qüvvəyə minməsi
20. 1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
20. 2. Bu Qanunun tələbləri dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil
edilməsi qaydası xüsusi qanunvericilik aktı ilə tənzimlənən hüquqi şəxslərə şamil edilmir.
20. 3. "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-IQ saylı
Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət
qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən
1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya
onların təsisçiləri tərəfindən də təqdim edilə bilər.
20. 4. Bu Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici
hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları,
əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanına təqdim etməlidirlər.
43
20. 5. Bu Qanun qüvvəyə mindiyi gündən "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında"
1996-cı il 6 fevral tarixli, 17-IQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş
hesab edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 dekabr 2003-cü il
№ 560-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
03 dekabr 2004-cü il tarixli 793-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 1)