2
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti
haqqında» Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır.
Anlayışlar
Əgər qaydalarda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin
və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı - Sığortaçı ilə bu Qaydalar əsasında müqavilə bağlayan və sığortaya görə haqq
ödəyən hüquqi və ya fəaliyyət qabiliyyəti olan fiziki şəxsdir;
Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta
müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya
müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta
müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs;
Sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan, əlillik dərəcəsi
olmayan fiziki şəxs. Fiziki şəxs olan Sığortalı öz maddi maraqları ilə bağlı bu Qaydalar
əsasında Müqavilə bağladıqda həm də Sığorta olunan qismində çıxış edir. Əgər Sığortalı və
Sığorta olunan ayrı-ayrı şəxslərdirsə, müqavilə yalnız Sığorta olunanın və ya onun qanuni
nümayəndəsinin yazılı razılığı ilə bağlana bilər;
Faydalanan şəxs - Müqaviləyə görə sığorta ödənişini almaq hüququ olan hüquqi və ya fiziki
şəxs. Faydalanan şəxs qismində Sığorta olunan, onun öldüyü halda isə müqavilədə müvafiq
olaraq fayda əldə edən qismində göstərilmiş şəxs çıxış edir;
Aktuari - qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta
haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyyatlarını
hesablayan mütəxəssis;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində Sığortalının
özünün və ya Müqavilədə Sığorta olunan qismində göstərilən başqa şəxsin müəyyən yaşa
çatdığı, öldüyü və ya Müqavilədə nəzərdə tutulmuş digər sığorta hadisəsinin baş veriyi
təqdirdə Müqavilə ilə şərtləşdirilmiş sığorta məbləğini bir dəfəyə və ya vaxtaşırı faydalanan
şəxsə ödənilməsini sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi
razılaşma;
Sığorta şəhadətnaməsi - Sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən Sığortaçı
tərəfindən sığorta Qaydaları əlavə edilməklə Sığortalıya hər bir sığortalanmış şəxs üçün
verilən imzalı sənəd;
Sığorta hadisəsi - Müqavilədə nəzərdə tutulan və baş verməsi ilə Sığortaçının, müəyyən
edilmiş qaydada səlahiyyətli dövlət orqanının verdiyi və sığorta hadisəsinin baş verməsini
təsdiq edən sənədlərin ona təqdim edilməsi şərti ilə müqavilə ilə müəyyənləşdirilmiş sığorta
məbləğini Faydalanan şəxsə ödəmək vəzifəsini yaradan haldır (hadisədir);
3
Bədbəxt hadisə -
kənar fiziki təsirlə əlaqədar olan və Sığorta olunanın həyatı və
sağlamlığına zərər vuran qəfil, gözlənilməz və təsadüfi hadisə;
Sığorta məbləği - Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmək üçün Sığortaçının
məsuliyyətinin həddini müəyyən edən pul məbləği. Sığorta məbləğinin və ya sığorta
təminatının həcmi tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir;
Sığorta haqqı - Sığortalının sığortaya görə Sığortaçıya (və ya brokerə, yaxud agentə)
Müqavilə üzrə ödəməli olduğu pul məbləği;
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta
müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün müəyyən edilən dərəcə;
Qaytarılan məbləğ – Həyatın yığım sığortası üzrə müqavilənin vaxtından əvvəl xitam
olunduğu halda Sığortalıya, Sığorta olunana və ya Faydalanan şəxsə ödənilməsli olan pul
məbləği;
Riskli məbləğ – sığorta məbləği ilə müqavilənin qüvvədə olduğu hər hansı günədək
yaradılmış sığorta haqqlarının riyazi (aktuar) ehtiyyatının məbləği arasındakı fərq;
Gözləmə müddəti - sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin
sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.
1.
Sığortanın sinifi
1.1. Sığorta obyektinə görə şəxsi sığortaya aid olan aşağıdakı sığorta sinifləri:
1.1.1. Sığortalı və ya sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə
tutan həyatın ölüm halından sığortası;
1.1.2. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud
sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta
ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın yaşam sığortası;
1.1.3. Sığorta olunanın müəyyən yaşa çatması, yaşı, əlliliyi və ya xəstəliyi ilə əlaqədar əmək
qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması və şəxsi gəirlərinin azalmasına,
yaxud itirilməsinə səbəb olan digər hallarda pensiya, yaxud renta şəklində dövri sığorta
ödənişinin həyata keçirilməsini nəzərdə tutan annuitet sığortası;
1.1.4. Sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və
ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədi ilə sığorta
ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan əmək qabiliyyətinin itirilməsi hallarından
sığorta;