2.5 cm
9.2 h
əftə
8.0 cm
14.0 h
əftə
3.0 cm
9.9 h
əftə
Alternativ olaraq, rüşeyn (embrion) təyin olunduqda, hamiləliyin 8-ci və 13-cü həftələri arasında
rüşeymin baş-oma uzunluğunu ölçməklə aşağıdakı formulanın köməyi ilə hestasiya yaşını
mü
əyyən etmək olar: Hestasiya yaşı (həftələr) = baş-oma uzunluğu (sm) + 6.5.
HAMİLƏLİKDƏ PATOLOJİ HALLAR
Bu f
əslin aşağıdakı hissələrində hamiləlikdə rast gəlinən patoloji və ya qeyri-normal halların, o
cüml
ədən,
spontan abort, ektopik hamiləlik və trofoblastik xəstəliyin sonoqrafik (ultrasəs)
n
əticələri müzakirə və təsvir ediləcəkdir.
Hamil
əliyin ilkin mərhələsində düşüklər və ya spontan abortları təsvir etmək üçün müxtəlif
terminl
ərdən istifadə edilir. Onlardan bir çoxu müasir patofiziologiya anlayışı mövcud olmazdan
əvvəl yaranmışdır və köhnəlmiş terminlərdir. Bununla belə, onlar hələ də istifadə edilir:
1.
Spontan abort — ilk 20 h
əftə ərzində hamiləliyin özbaşına pozulmasıdır. Bu termin tibbi
abortla (hamil
əliyin planlı və ya könüllü pozulması) qarışdırıldığına görə xəstələrlə spontan
abort bar
əsində müzakirə aparıldıqda düşük terminindən istifadə edilməsi məsləhət olunur.
2.
Erk
ən spontan abort — hestasiya yaşının 12-ci həftəsinədək baş vermiş spontan abortdur.
3.
Abort t
əhlükəsi — hamiləliyin birinci yarısı zamanı hər hansı bir anda baş vermiş uşaqlıq
qanaxması. Uşaqlıq boynu bağlıdır və mayalanma məhsulları xaric olmur.
4.
Natamam abort —
dölün uşaqlıqdan
bütövlükdə deyil, qismən xaric olması halıdır.
5.
Başlanmış abort — uşaqlıq boynu genişlənmiş, ancaq toxuma xaric olmamışdır.
6.
Gizli abort — t
ələf olmuş döl və ya embrionun bir neçə həftədir ki, uşaqlıq boşluğunda
qalması ilə xarakterizə olunur. Bu zaman uşaqlıq böyümədən qalır və hamiləliyin gününə
gör
ə gözlənildiyindən kiçik olur. Hamiləlik əlamətləri tədricən aradan qalxır. Həmin
x
əstələrdə uşaqlığın böyüməsi müşahidə edilmir və ya hamiləliyin 12-ci həftəsində belə
dölün ür
ək döyüntüləri eşidilmir.
7.
Septik abort —
infeksiyanın uşaqlığa keçərək endometrit, parametrit və peritonitə səbəb
olması ilə müşayiət olunan natamam abort.
8.
Rüşeymsiz hamiləlik — nəzərəçarpan döl kisəsinin və cift toxumasının mövcud olmasına
baxmayaraq, embrion inkişafdan dayanmışdır. Bu hallarda yüksək dəqiqlik qabiliyyətinə
malik ultras
əs müayinəsində döl (embrion) təyin edilmir. Oxşar prosesi izah etmək üçün
rüşeymsiz hamiləlik termini ilə yanaşı, bəzən embrionun rezorbsiyası terminindən istifadə
edilir. Rüşeymsiz hamiləlik diaqnozu, adətən, ya ultrasəs müayinəsi, ya da xaric olmuş
toxumanın müayinəsi vasitəsilə qoyulur.
9.
Subxorionik qanaxma — ultras
əs müayinəsində xorionla uşaqlıq divarı arasında qan
toplanması müəyyən edilir.
10.
Decidua — spontan abortun bir hiss
əsi kimi bir çox hallarda xaric olan hamiləlik
endometriumu. Decidua bütöv şəkildə xaric olduqda buna deciduanın atılması deyilir. Bu da
əsasən ektopik hamiləlik hallarında müşahidə edilir.
Patofiziologiya
Spontan abortların ən azı yarısı trisomiya, triploidiya və ya monosomiya kimi böyük genetik
anomaliyaların nəticəsidir. Spontan abortlar, həm də uşaqlıq anomaliyası, ananın
dietilstilbestrola (DES) m
əruz qalması, leyomioma (fibromioma), uşaqlıq boynunun çatışmazlığı,
lutein fazasının qüsuru səbəbindən progesteron çatışmazlığı və immunoloji amillər kimi daxili
mühit faktorları ilə də əlaqələndirilir. Xarici mühit amillərinə tütün, alkoqol və ya kokain
istifad
əsi, şüalanma, infeksiyalar və peşə fəaliyyəti ilə bağlı kimyəvi maddələrin təsiri aiddir.
Ananın yaşı artdıqca spontan abort halları da artır. Klinik praktikada erkən spontan abortun
etiologiyası nadir hallarda müəyyən edilə bilir.
Spontan abortun klinik
gedişatı
Əvvəlcə hamiləlik amenoreya (aybaşının olmaması), hamiləliyin səciyyəvi simptomları və
hamil
əlik testinin müsbət nəticəsi ilə müəyyən edilir. Hamiləlik baş tutmadıqda, β-HCG (insanın
xorionik qonadotropin hormonu) s
əviyyəsinin artımı dayanır və ya aşağı düşür və hamiləliyin
simptomları kəsilir. Bundan sonra vaginal qanaxma başlayır. Vaginal qanaxma ehtimal edilən
spontan abortun
ən geniş yayılmış əlamətidir və bütün hamiləliklərin təxminən 30%-də baş verir.
Vaginal qanaxması olanların təxminən yarısında spontan abort baş verir, digər yarısında isə döl
inkişaf edir. Lakin vaginal qanaxması olmayanlarla müqayisədə həmin qadınlarda ağırlaşma
halları və hamiləliyin pis nəticələri daha çox olur. Qanaxmanın başlanması hamiləliyin davam
etm
əsini sual altına alır. Halbuki bu cür hallarda bəzən hamiləlik bir neçə həftə əvvəl pozulmuş
ola bil
ər. Daha sonra aşağı bel ağrısı və abdominal ağrılar meydana çıxır və hamiləliyin davam
etm
əsi proqnozu pisləşir. Nəhayət, döl xaric edilir və bu bəzən ciddi qanaxma və ağrılarla
müşayiət olunur.
Diaqnostika
Abdominal müayin
ə zamanı ağrının lokalizasiyasına, palpasiyada ağrıya və gərginliyin olub-
olmamasına xüsusi diqqət yetirilir. Həmin əlamətlər ektopik hamiləliklə yanaşı inkişaf edən
hemoperitoniumdan x
əbər verə bilər. Qanaxmanın uşaqlıqla əlaqəsi olmayan səbəblərini və ya
uşaqlıq boynunun açılışını aşkar etmək üçün ginekoloji müayinə aparılmalıdır. Açıqlığı
yoxlamaq üçün maşadan istifadə etmək olar, belə ki, normal, genişlənməmiş uşaqlıq boynuna
maşanı yeritmək mümkün olmur. Uşaqlığın ölçüsünü və uşaqlıq artımlarının törəməsinin olub-
olmadığını yoxlamaq üçün bimanual müayinə də aparılmalıdır. Təcrübəli həkim uşaqlığın ölçüsü
əsasında hamiləliyin hestasiya yaşını iki həftəyə qədər dəqiqliklə təyin edə bilər, lakin piylənmə,
ağrı, xəstənin həkimlə əməkdaşlığa meyilli olmaması və uşaqlığın retroversiyası dəqiqliyi aşağı
sala bil
ər. Uşaqlığın ölçüsünün gözləniləndən kiçik olması spontan abortun baş verməsinə işarə
edir.
Embrionu diri olan 9-10 h
əftəlik hamiləlikdə dölün ürək döyüntülərini Doppler US müayinəsi
vasit
əsilə eşitmək olar. Dölün ürək döyüntülərinin daha yaxşı eşidilməsi üçün bimanual müayinə
zamanı uşaqlığın qaldırılması məqsədəuyğundur. Lakin xüsusilə də piylənməsi olan və ya