1)
sərhəd qoşunlarına onların qarşısında duran vəzifələrin yerinə yetirilməsində kömək
göstərir və lazımi məlumatı əvəzsiz olaraq onlara təqdim edirlər;
2)
sərhəd qoşunlarının hərbi qulluqçularına, fəhlə və qulluqçularına, onların ailə üzvlərinə,
sərhəd qoşunlarının obyektlərinə münasibətdə hüquqa zidd hərəkətlərin yol verilməməsi üzrə
tədbirlər görürlər;
3)
sərhəd qoşunlarına kömək göstərilməsi işində vətəndaşların könüllü iştirakına yardım edir
və şərait yaradırlar.
M a d d ə 11. Sərhəd qoşunlarının bayraqları, rəmzləri, emblemləri, tanınma və fərqlənmə
Nişanları
Sərhəd qoşunlarının hərbi hissələri, bölmələri, sərhəd dəstələri, tədris məktəbləri, sərhəd
gəmiləri (katerləri) döyüş bayraqlarına və rəmzlərə; təyyarələri, vertolyotları, avtonəqliyyat
vasitələri və döyüş texnikası tanınma nişanlarına; hərbi qulluqçuları isə fərqlənmə nişanlarına və
emblemlərə malikdirlər.
Bu maddənin birinci hissəsində göstərilən bayraqlar, rəmzlər, nişanlar və emblemlər haqqında
əsasnamələri müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
[10]
II f ə s i l
SƏRHƏD QOŞUNLARININ FƏALİYYƏTİNİN TƏŞKİLİ VƏ
İDARƏ OLUNMASI
M a d d ə 12. Sərhəd qoşunlarının tərkibi və sayı
Sərhəd qoşunları idarə orqanlarından, sərhəd dəstələrindən, “sərhəd nəzarəti hərbi
hissələrindən, hərbi aviasiya hissələrindən, hərbi dəniz hissələrindən, sərhəd qoşunlarının
fəaliyyətini təmin edən hərbi hissələr, idarələr və müəssisələrdən (təlim, rabitə, tikinti-istismar,
maddi-texniki təminat, tibb, redaksiya-nəşriyyat, məlumat-hesablama, mədəni-maarif və s.) və
xüsusi tədris məktəbləri və elmi tədqiqat idarələrindən ibarətdir.
Sərhəd qoşunlarının strukturu və say tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
[11]
M a d d ə 13. (Çıxarılıb)'>(Çıxarılıb)
[12]
M a d d ə 14. Sərhəd qoşunları komandanı
Sərhəd qoşunlarına rəhbərliyi Sərhəd Qoşunlarının komandanı həyata keçirir. Sərhəd
Qoşunlarının komandanının səlahiyyətləri qanunvericiliklə müəyyən edilir.
[13]
M a d d ə 15. (Çıxarılıb)
[14]
M a d d ə 16. Sərhəd Qoşunları Baş qərargahı
Sərhəd Qoşunlarının Baş qərargahı sərhəd qoşunlarının idarəetmə orqanı olub, Dövlət
sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətini təşkil edir.
(çıxarılıb)
[15]
M a d d ə 17. (Çıxarılıb)
[16]
M a d d ə 18. (Çıxarılıb)
[17]
M a d d ə 19. Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələr
Sərhəd zastavası, sərhəd nəzarəti bölməsi, sərhəd gəmisi (kateri), radiotexniki post, sərhəd
hava gəmisi, əməliyyat-axtarış orqanının bölməsi, sərhəd qoşunlarının sahə müvəkkili Dövlət
sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələrdir və qanunla səlahiyyət verilmiş
vəzifəli şəxslərdən başqa heç kim onların xidməti və təsərrüfat fəaliyyətinə qarışa bilməz.
[18]
M a d d ə 20. Sərhəd zastavası
Sərhəd zastavası sərhəd dəstəsinin bölməsi olub ərazinin müəyyən sahəsində Dövlət
sərhədinin bilavasitə mühafizəsini həyata keçirir.
Sərhəd zastavası ona təhkim edilmiş sahədə, öz səlahiyyətinə daxil olmayan məsələlərdən
başqa, sərhəd qoşunlarını və Dövlət sərhədində Azərbaycan Respublikasının mənafeyini təmsil
edir.
Sərhəd zastavasının rəisi sərhəd zastavasına təhkim edilmiş sahədə sərhəd qoşunlarının ali
vəzifəli şəxsidir.
Sərhəd zastavasına sıra nömrəsi verilir.
M a d d ə 21. Sərhəd nəzarəti bölməsi
Sərhəd nəzarəti hərbi hissəsinin və ya sərhəd dəstəsinin sərhəd nəzarəti bölməsi Dövlət
sərhədinin bir və ya bir neçə buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin
buraxılışını, habelə öz səlahiyyəti həddində ona təhkim edilmiş Dövlət sərhədinin buraxılış
məntəqəsindəki (məntəqələrindəki) rejimə və Dövlət sərhədinin keçilməsi qaydalarına əməl
edilməsinə nəzarəti həyata keçirir.
Sərhəd nəzarəti bölməsi ona təhkim edilmiş Dövlət sərhədinin buraxılış məntəqəsində xüsusi
nəzarəti həyata keçirən orqanlarla (orqanların nümayəndələri ilə) onların səlahiyyətinə qarışmadan
qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Sərhəd nəzarəti bölməsinə həqiqi ad verilir.
M a d d ə 22. Sərhəd gəmisi (kateri)
Sərhəd qoşunlarının tərkibinə daxil olan sərhəd gəmisi (kateri) Dövlət sərhədinin bilavasitə
mühafizəsinə xidmət edir, müəyyən edilmiş bayraq, vımpel, bort fərqlənmə nişanı daşıyır, sərhəd
qoşunlarında hərbi xidmətdə olan şəxsin komandanlığı altındadır və hərbi intizama tabe olan
heyətə malikdir.
Sərhəd, gəmisi, ona məxsus olan uçan aparatlar və üzən vasitələr beynəlxalq hüquq
normalarına müvafiq olaraq immunitetə malikdirlər.
Sərhəd gəmisinin (katerinin) komandiri, şəxsi heyəti xarici dövlətlər, hərbi və qeyri-hərbi
gəmilər, habelə onların nümayəndələri ilə qarşılıqlı münasibətlərdə olarkən Azərbaycan
Respublikasının qanunvericiliyini, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini,
beynəlxalq hüququn prinsip və normalarını əsas tuturlar.
Komandirlərin vəzifəyə görə birinciliyini, zabitlərin, miçmanların hüquqi və sosial vəziyyətini,
maddi-texniki təminat normalarını müəyyən etmək üçün sərhəd xidmətinin taktiki-texniki
elementlərindən və həll edəcəyi vəzifələrdən asılı olaraq sərhəd gəmiləri (katerləri) siniflərə və
dərəcələrə bölünür. Siniflərə və dərəcələrə Sərhəd Qoşunlarının komandanı tərəfindən təsdiq
edilmiş sərhəd gəmilərinin təsnifatı haqqında Əsasnamə ilə müəyyən edilir.
[19]
M a d d ə 23. Radiotexniki post
Radiotexniki post sərhəd qoşunlarının bölməsi olub ona təhkim edilmiş nəzarət zonasında
radiotexniki və digər vasitələrlə Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir.
[20]