129
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elmlər seriyası
2010
ERMƏNİSTANLA AZƏRBAYCAN ARASINDA ATƏŞKƏSİN
ƏLDƏ OLUNMASININ TARİXİ ƏHƏMİYYƏTİ
SABİR ŞAHTAXTI (Hacıyev)
Bakı Dövlət Universiteti
Shahtahi@mail.ru
Kəssə hər kəs tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
Hüseyn CAVİD
Məqalədə 1988-ci ilin əvvəllərindən Ermənistan tərəfindən Azərbaycana qarşı həyata
keçirilməyə başlayan işğalçılıq siyasəti səbəbindən iki qonşu dövlət arasında başlanan müha-
ribənin aradan qaldırılması istiqamətində prezident Heydər Əliyevin göstərdiyi sülh cəhdlə-
rinin tarixi əhəmiyyətindən bəhs edilir. Müəllif çoxsaylı faktlara söykənərək əsaslandırır ki,
1994-cü il mayın 12-də Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə
əlaqədar əldə olunmuş atəşkəs bütövlükdə Cənubi Qafqazda uzunmüddətli sülhün əldə
olunmasının bünövrəsini qoymuşdur.
Heydər Əliyev atəşkəsə nail olmaqla, Azərbaycanı qarşılaşdığı girdabdan xilas etmiş
və ölkənin təhlükəsizliyinə nail olmuşdur. Tarixdə ilk dəfə olaraq bu münaqişənin formulu Er-
mənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi adlandırılmış və məsələnin əsl mahiyyəti-
nin dünya birliyinə olduğu kimi çatdırılmasına başlanılmışdır.
1993-cü ilin yayında ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Hey-
dər Əliyev Azərbaycanın dövlət müstəqilliyini məhv olmaqdan, ölkəni parçalanmaq-
dan, Azərbaycan xalqını tarixi bir rəzalət təhlükəsindən xilas etdi. 1988-ci ildən 1993-
cü ilin yayınadək ölkədə mövcud olmuş ictimayi-siyasi, iqtisadi və hərbi proseslər
Azərbaycanı girdaba doğru sürətlə yuvarlamışdı. Son dərəcə çətin və ağır şəraitdə
hakimiyyət yükünü çiyinlərinə götürən Heydər Əliyevin qısa bir zaman kəsiyində
qazandığı uğur və nailiyyətlərin əsasını təcavüzkar Ermənistanla atəşkəsin əldə
edilməsi təşkil edir. Əlbəttə ki, xarici havadarlarının birbaşa himayəsi ilə Azərbaycan
torpaqlarını sürətlə işğal etməkdə olan Ermənistanı atəşkəsə məcbur etmək qətiyyən
asan məsələ deyildir. Lakin Heydər Əliyev böyük müdrikliklə buna nail ola bildi və
bu nailiyyət bütövlükdə Qafqazda uzunmüddətli sülh və sabitliyin yaranmasının,
eləcə də region dövlətlərinin kompleks iqtisadi inkişafının əsasını müəyən etdi.
Minsk qrupuna daxil olan ölkələrin 1994-cü il mayın 4-5-də MDB parlament-
lərarası məclisinin təşəbbüsü ilə Bişkekdə Ermənistan-Azərbaycan münaqişəsinin
nizama salınmasına dair görüş keçirildi. Bu görüşdə Azərbaycan tərəfi yekun proto-
kolunu imzalamadı. Çünki imzalamaq üçün təklif olunan yekun sənəddə Azər-
baycanın mənafеinə zidd bir sıra müddəalar var idi. Sənəddə tutulmuş ərazilərdən
qoşunların çıxarılmasının zəruriliyi bildirilir, lakin bu qoşunların kimə mənsub olması
130
göstərilmirdi. “Tutulmuş ərazilər” termini münaqişədəki real siyasi şəraitə uyğun
gəlmirdi. Burada söhbət işğal olunmuş Azərbaycan ərazilərindən getməli idi.
Həmçinin Dağlıq Qarabağın erməni icmasına sənədi imzalamaq hüququ verilsə də,
Azərbaycan icmasına bu hüquq verilmirdi. Bütün bunlarla bərabər Azərbaycan
dövləti mürəkkəb tarixi situasiyanı nəzərə alaraq 1994-ci ilin mayın 9-da Bakıda
atəşkəs haqqında yekun protokolunu imzaladı. Azərbaycanın ardınca mayın 10-da
Yerevanda, mayın 11-də isə Xankəndində (Stepanakertdə) də Yekun protokolu
imzalandı (1, 82).
Beləliklə, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsində atəşkəs rəsmi qüvvəyə mindi və hazırkı vaxta qədər (2010-cu il-S.H)
davam etməkdədir (2). Atəşkəsin əldə edilməsi istiqamətində Heydər Əliyevin etdiyi
cəhdlər, göstərdiyi çoxşaxəli fəaliyyəti dünya tarixində görünməmiş sülh missiyasıdır.
Ulu öndər bu işin uğurlu sonluqla başa çatması naminə, böyük siyasi məharətlə dün-
yanın bütün aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların imkanlarından istifadə
etmişdir. Xüsusilə də, Rusiya Federasiyasının Ermənistana təsir imkanlarını yetərincə
düzgün qiymətləndirən Heydər Əliyev atəşkəsin əldə edilməsində şimal qonşumuzun
vasitəçilik missiyasından məharətlə bəhrələnmişdir. Heydər Əliyev atəşkəsdən sonra
Rusiyanın regiondakı proseslərdə rolunu və Ermənistana təsir imkanlarını belə qiy-
mətləndirirdi: "Rusiya öz imkanlarından istifadə etsə idi, məsələni artıq həll etmək,
böyük sülh sazişi imzalamaq mümkün olardı. Bununla belə, biz ümidimizi itirmirik.
Böyük iş görülmüşdür, atəşkəsə nail olunub və bundan tam sülh əldə etmək üçün
istifadə edilir. Dünyanın iri dövlətləri başa düşürlər ki, Azərbaycanın hüquqlarını
tapdalamaq olmaz, biz torpaqlarımızın bir qarışını da heç kimə verməyəcəyik,
süverenliyimizin və ərazi bütövlüyümüzün pozulması ilə razılaşmayacağıq" (3, 54).
Xüsusilə qeyd etmək lazımdır ki, 1994-cü il aprelin 15-də Azərbaycan və Ermənistan
prezidentləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma-
sında Rusiya Federasiyasının vasitəçiliyini tədqirəlayiq hal kimi qiymətləndirmişlər.
Qeyd etmək lazımdır ki atəşkəsə gedən yol çox çətin və mürəkəb olmuşdu.
Belə ki, Azərbaycanla Ermənistan arasında atəşkəsin əldə edilməsinə hələ ilk dəfə
1991-ci ildə cəhd edilmişdir. Lakin bu istiqamətdə göstərilən səylər uğursuzluqla
nəticələnmişdir. Daha dəqiq desək, Azərbaycan tərəfinin ağır itkiləri ilə nəticələnən
atəşkəs cəhdləri təcavüzkar tərəfin işğalçılıq siyasətinin yeni əraziləri əhatə etməsinin
gerçəkləşməsinə mühüm və münbit şərait yaratmışdır. 1991-ci il sentyabrın 23-də
Rusiyanın Jeleznovodsk şəhərində Rusiya prezidenti B.Yeltsin və Qazaxıstan pre-
zidenti N.Nazarbayevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri
A.Mütəllibov və L.Ter-Petrosyan arasında keçirilən görüşdə münaqişənin sülh yolu
ilə nizamlanmasına dair bəyannamə imzalanmışdır. Bu görüşdə Dağlıq Qarabağın
erməni və azərbaycanlı icmalarının nümayəndələri də iştirak etmişlər. Təəssüf ki,
ertəsi gün erməni silahlıları tərəfindən Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı
genişmiqyaslı hücumları başlanmışdır (4, 246). Qeyd olunan bəyannamənin
imzalanmasından təxminən iki ay sonra 1991-ci il noyabrın 20-də Xocavənd rayo-
nunun Qarakənd kəndinin səmasında içərisində Azərbаycanın dövlət və hökumət
rəhbərlərinin olduğu "Mi-8" vertolyotu erməni terrorçuları tərəfindən vurulmuşdur (4,
247). "1991-ci ilin may ayında Ermənistan prezidenti Levon Ter-Petrosyanla Yaqub
Məmmədov (Yaqub Məmmədov Azərbaycan Respublikası Prezidentinin səlahiyyət-
lərini icra edirdi-S.H.) arasında 8 maddədən ibarət sülh razılaşması imzalanandan bir
131
neçə saat sonra ermənilər Şuşanı işğal etdilər. Bununla ermənilər bir daha subut etdi-
lər ki, heç bir insani, əxlaqi və beynəlxalq-hüquq normalarına riayət etmirlər" (5,
114). Beləliklə, mövcud münaqişə müharibəyə çevrildi və imzalanan sülh sazişləri
əhəmiyyətini itirdi. O dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
olan Heydər Əliyev sözügedən atəşkəs cəhdlərini “Azadlıq” radiosuna şərh edərək
göstərilən cəhdlərin müsbət nəticə verəcəyinə inanmırdı. Heydər Əliyev fikirlərini
belə əsaslandırmışdı ki, hər bir sənədin işləməsi üçün konkret mexanizm olmalıdır.
Lakin yuxarıda sözügedən sənədlərin heç birinin icra mexanizmi müəyyən edil-
məmişdir.
Ermənilər Azərbaycan türklərinə qarşı kütləvi qırğınlara 1905-ci ildən başla-
mışlar. O vaxtdan bəri bu münaqişə çoxsaylı rəsmi sənədlərdə, ayrı-ayrı əsərlərdə,
qəzet materiallarında "erməni-müsəlman" münaqişəsi (davası) kimi təqdim olun-
muşdur. Məmməd Səid Ordubadinin bir sıra əsərlərində bu formula rast gəlinir. Eləcə
də həmin faktla Cəfər Cabbarlının "1905-ci ildə" dramında qarşılaşırıq. Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin görkəmli diplomatlarından olan Yusif Vəzir
Çəmənzəmənlinin bir sıra məqalə və əsərlərində də bəhs edilən ifadəyə rast gəlirik.
Əlbəttə ki, bu siyahını uzatmaq da mümkündür. Hətta münaqişənin qeyd olunan adla
verilməsi bir sıra xarici müəlliflərin əsərlərində də yazılmışdır. Erməni-milli mən-
subiyyət, müsəlmançılıq isə dindir. Qeyd olunan formul ermənilərin mənfur təcavüz-
karlığının, işğalçılıq siyasətlərinin tərkib hissəsi kimi uzun illər ictimai fikir
dövriyyəsində saxlanılmışdır. Ermənilər bununla uzun illər münaqişə ilə bağlı xristian
faktorundan bəhrələnməyə nail olmuşlar (6, 137). Lakin Heydər Əliyev böyük
uzaqgörənliklə bu formulu dəyişə bildi. Atəşkəsin məhz Ermənistan-Azərbaycan
arasında imzalanması mövcud münaqişənin adının düzgün verilməsinin əsasını
qoydu. Heydər Əliyev:"...reallıqda bu Ermənistan-Azərbaycan müharibəsidir...
bu formulu insanların beyninə mən yeritmişəm - Ermənistan-Azərbaycan, Dağ-
lıq Qarabağ münaqişəsi. Amma qalanlar nə deyir - Dağlıq Qarabağ münaqişəsi.
Çünki hamı hesab edir ki, bu münaqişə iki ölkə arasında deyil, Dağlıq
Qarabağla Azərbaycan arasındadır " (7, 216).
Ermənistan rəsmiləri bütün hallarda aparılan hərbi əməliyyatlarda Ermənistan
tərəfinin iştirak etmədiyini və münaqişənin güya öz müqəddəratlarını həll etmək
niyyətində olan Dağlıq Qarabağ erməniləri tərəfindən törədildiyini iddia edirlər.
Heydər Əliyev: "Ermənistan Respublikası BMT Təhlükəsizlik Şurasının Qətna-
mələrinə, ATƏM-in, Rusiyanın, Qazaxıstanın vasitəçilik səylərinə məhəl qoymayaraq
özünün həqiqi rolunu – birbaşa təcavüz edən ölkə rolunu ört-basdır etmək məqsədilə
bizi Dağlıq Qarabağ ermənilərini münaqişədə iştirak edən tərəf kimi tanımağa təhrik
etməyə çalışır. Həqiqətdə isə Dağlıq Qarabağ bölgəsində yaşayan və elə bir ehtiyatı
olmayan 100 mindən çox erməni 7 milyonluq əhalisi olan ölkəyə qarşı genişmiqyaslı
hərbi əməliyyatlar apara və onun ərazisinin 20 faizini işğal edə bilməz. Respublikanın
Dağlıq Qarabağ bölgəsinin 50 min azərbaycanlı əhalisinin hüquqlarını inkar etməyə
cəhd göstərilir. Etnik təmizləmə nəticəsində onlar Şuşa, Xocalı, Xocavənd, Hadrut və
Ağdərə rayonlarından tamamilə qovulmuşlar" (3, 67). Əslində, sonda göstərilən
fikirlər Ermənistanın özünün də Azərbaycana qarşı təkbaşına müharibə aparmaq iqti-
darında olmadığına məntiqli və diplomatik işarə idi. Beləliklə, atəşkəs sənədini hər
üç tərəfin imzalaması, ilk növbədə ermənilərin Azərbaycana qarşı növbəti iddialarının
əsasızlığını və münaqişənin adının dəqiqləşdirilməsini təmin etdi. Atəşkəslə bağlı
132
danışıqlara Ermənistan parlamentinin nümayəndə heyətinə parlamentin spikeri
B.Araksyan, Azərbaycan parlamentinin nümayəndə heyətinə Milli Məclisin sədr
müavini A.Cəlilov, Dağlıq Qarabağ nümayəndə heyətinə isə tanınmamış "Dağlıq
Qarabağ Respublikasının parlamentinin spikeri" K.Babuqyan başçılıq edirdi. Bu-
nunla da, problem rəsmi sənədlərdə ilk dəfə olaraq Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi kimi qəbul edildi. Heydər Əliyev: "Mən Ermənistan prezidenti
Levon Ter-Petrosiyanla dünən də, bu gün də telefonla danışmağa cəhd göstərdim.
Ancaq danışmaq mümkün olmadı. Ona görə də, televiziya vasitəsilə müraciət edirəm.
Mən onu və Ermənistanın bütün rəhbərlərini öz xalqları qarşısında məsuliyyətə dəvət
edirəm. Elə son döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin bir necə yüz əsgəri həlak
olub, yaralanıb. Ermənistanın təcavüzkar dairələri, bu müharibəni davam etdirən
dairələr həlak olmuş vətəndaşların qarşısında cavabdehdilər. Onlar bu qanı tökürlər,
ancaq bunun sonu yoxdur" (3.3). Atəşkəsin əldə edilməsi istiqamətində atılan bütün
bu siyasi addımlar Ermənistan rəhbərliyini çıxılmaz vəziyyətə salmışdır. Daim ikili
standartlarla təcavüzkar Ermənistanı bu və ya digər formada dəstəkləyən bəzi beynəl-
xalq təşkilatlar və xarici dövlətlər də Heydər Əliyevin müdrik addımları qarşısında
pat vəziyyətində qalmışdılar. Heydər Əliyev müraciətlərindən birində deyirdi: "Mən
dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, Birləşmiş Millətlər Təşkilatına, BMT
Təlükəsizlik Şurasına, Təhlükəsizlik Şurasının daimi üzvləri Amerika Birləşmiş
Ştatlarının, Böyük Britaniyanın, Fransanın, Rusiyanın, Çinin rəhbərlərinə müraciət
edirəm və bəyan edirəm ki, onlar Ermənistan Respublikasının təcavüzkarlığının
qarşısını almaq üçün təsirli tədbirlər görməlidirlər" (3,69).
Beləliklə, Azərbaycanla Ermənistan arasında əldə olunan atəşkəs aşağıdakı
ardıcıl nailiyyətlərin əldə edilməsinin əsasını qoydu:
-mövcud tarixi təcavüz prosesi ilk dəfə olaraq Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi kimi adlandırıldı;
-münaqişənin əsl mahiyyətinin dünya ictimaiyyətinə olduğu kimi çatdırlması
reallığa çevrildi;
-regionda uzunmüddətli sülhün yaranması üçün ciddi zəmin yarandı;
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll edilməsi üçün hüquqi əsaslardan istifadə edilməsinə şərait
yarandı;
-Azərbaycan qarşılaşdığı siyasi, iqtisadi, sosial və hərbi böhrandan çıxmaq
üçün vaxt qazandı;
-region dövlətlərinin kompleks inkişafı üçün beynəlxalq iqtisadi layihələrin
gerçəkləşməsinə tarixi şərait yarandı.
Heydər Əliyev sonrakı illərdə atəşkəsin əldə olunması istiqamətində göstərilən
səyləri və sonrakı danışıqlar prosesini belə şərh edirdi:"...1994-cü ildə ATƏT-in
Budapeşt sammitində biz vəziyyəti dəyişdik. Yəni bir az qanuna saldıq" (7, 211).
1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında
Heydər Əliyevin çevik siyasi manevrləri sayəsində "Dağlıq Qarabağ münaqişəsi ilə
əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" barədə qərar qəbul edildi və
münaqişə bölgəsinə ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi
barədə razılıq əldə olundu. "Ermənistan prezidenti L.Ter-Petrosyan isə özünü dünya
birliyinə qarşı qoyaraq, xalqların öz müqəddəratını təyin etməsi prinsipini bu münaqi-
şəyə tətbiq etməyə, Dağlıq Qarabağ erməni icmasını münaqişədə iştirak edən tərəf-
133
lərdən biri kimi qələmə verməyə cəhd göstərirdi" (8, 139). Ümumiyyətlə, Ermənista-
nın təcavüzkar niyyətləri regionda sülh və sabitliyə ciddi təhlükə olduğu kimi,
beynəlxalq təşkilat və birliklərin normal fəaliyyətinə də ciddi əngəllər yaratmışdır.
Keçmiş SSRİ-nin süqutundan sonra bünövrəsi qoyulan Müstəqil Dövlətlər Birliyinin
formalaşa bilməməsində də Ermənistanın işğalçılıq siyasəti mühüm rol oynamışdır.
Ermənistanın özünü Rusiyanın qubernatorluğu kimi aparmasına baxmayaraq bu
inkarolunmaz həqiqətdir. Professor Seyfəddin Qəndilov yazırdı ki, Azərbaycan Dağ-
lıq Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən MDB kollektiv təhlükəsizlik
sistemi formalaşması üzrə Ermənistanla əməkdaşlıqdan imtina etməklə bu sahədə öz
fəaliyyətini birlik çərçivəsindən kənarda qurur, həm ikitərəfli, həm də çoxtərəfli
səviyyələrdə Qərbi Avropa strukturlarına qoşulmağa dair strateji kursunu bəyan
etmişdir. Məlumdur ki, Ermənistandan fərqli olaraq Azərbaycan Respublikasında
insan hüquqlarının qorunmasına və vətəndaş azadlıqlarına təminat verilir. "Milli
azlıqların hüquqlarının qorunması üçün xüsusi təminat tələb olunur. Azərbaycanda
belə bir təminat dövlət səviyyəsində verilmişdir. Respublikamızın Konstitusiyasının
5-ci maddəsində göstərilir ki, Azərbaycan xalqının vahidliyi onun dövlətinin təməlini
təşkil edir" (9, 186).
Yuzlərlə təkzibolunmaz faktlarla əsaslandırmaq olar ki, əgər Heydər Əliyevin
ikinci dəfə siyasi hakimiyyətə gəlməsi bir az da gecikmiş olsaydı, onda Azərbaycan
üçün daha böyük faciəvi cəbhə Xəzər dənizində açılacaqdı. Azərbaycanın Xəzər dəni-
zindən olan su ərazisinə ediləcək hər hansı bir təcavüz Azərbaycanın dövlət müstə-
qilliyi üçün daha ciddi təhlükə mənbəyi olaraq qalırdı. Mövzudan uzaqlaşmamaq şərti
ilə deyə bilərik ki, məsələyə yuxarıda qeyd olunan konteksdən yanaşdıqda Dağlıq
Qarabağ münaqişəsi ilə hələ də həllini tapmayan Xəzər dənizinin hüquqi statusu
arasında müəyyən siyasi və hüquqi paralellər aparmaq mümkündür, baxmayaraq ki,
Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinin açıq qalması Azərbaycanın
neft strategiyasını əngəlləyə bilməmişdir. İlham Əliyev: "...Xəzər dənizi ilə bağlı
məsələnin (Xəzərin hüquqi statusunun həll edilməməsi - S.H.) həll edilməməsi bizə
milyardlarla dollar sərmayə cəlb etməyə mane olmamışdır" (9, 273).
Heydər Əliyev: "1996-cı ilin dekabrında Lissabon sammitində müəyyən irəlilə-
yişlər əmələ gəldi. O vaxta qədər heç bir şey etmək mümkün deyildi. …Lissabon
sammitində biz, demək olar ki, ciddi irəliləyişə nail olduq. Yəni nəyə-məlumdur. İlk
dəfə yazıldı ki, Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü tanınsın. Dağlıq
Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcədə özünüidarəetmə statusu verilsin
və Dağlıq Qarabağ əhalisinin həm erməni, həm də azərbaycanlı əhalisinin
təhlükəsizliyi təmin edilsin. …Lissabonda Ermənistan bu layihənin tamamilə əleyhinə
çıxdı" (7, 213). Azərbaycan diplomatiyasının Budapeşt və Lissabon Sammitləri
arasındakı ikiillik fəaliyyəti ATƏT və onun Minsk qrupuna daxil olan digər üzvlərin
də mövqeyini respublikamızın xeyrinə dəyişmişdir. Lissabon sammiti ərəfəsində
Minsk qrupunun 11 üzvündən 10-u (Ermənistandan başqa) Dağlıq Qarabağ
probleminin beynəlxalq prinsiplərə uyğun və Azərbaycanı qane edən həlli layihəsini
yekdilliklə qəbul etmişdilər. Bu da, sözsüz ki, Azərbaycan diplomatiyasının iki
sammit arasındakı gərgin fəaliyyətinin məntiqi nəticəsi idi (8, 147). Budapeşt
sammitindən sonrakı zaman kəsiyində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mü-
naqişəsinin həlli yönümündə aparılan sülh danışıqlarında Azərbaycan Respublikasının
diplomatiyası xüsusi fəallıq nümayş etdirmişdir.
134
Lakin inkarolunmaz həqiqətdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli
istiqamətində aparılan sülh danışıqlarının müsbət nəticə verməsinə maneə olan başlıca
səbəblərdən biri dünyadakı mövcud ikili standartlardır. Özünün xarici havadarlarına
arxalanan Ermənistan tərəfi aşkar formada ərköyünlük etməklə beynəlxalq hüquq nor-
malarını pozmaqda davam edir. Heydər Əliyev: "Mən bunu açıqca demişəm və Stras-
burqda çıxış edəndə də dedim. Bütün Avropa Şurasının qarşısında dedim ki, dünyada
ikili standartlardan əl çəkmək lazımdır" (7, 222). Heydər Əliyev: "İslam Konfransı
Təşkilatı yeganə təşkilatdır ki, biz Ermənistanın Azərbaycana təcavüz erməsi formu-
lunu qətnamələrdə yaza bilirik və bu təcavüzə etiraz edə bilirik" (7, 225). Heydər
Əliyev bütün hallarda İslam Konfransı Təşkilatı ilə əlaqələr sürətlə genişləndirilmiş,
həm bu təşkilatla, həm də İKT-yə üzv olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq
aparılmış, eləcə də Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasında təşkilatın
imkanlarından Azərbaycanın xeyrinə maksimum faydalanmışdır. Təəssüflə bildirmək
lazımdır ki, ATƏT həmsədrlərinin Erməninstan-Azərbaycan, Dağlıq Qarabağ müna-
qişəsi ilə bağlı cəhdləri siyasi manupulyasiya çərçivəsindən çıxa bilmədilər. Madrid
prinsipləri siyasi gündəmə gətirilənə qədər həmsədrlərin təklifləri əslində Azərbay-
canın ərazi bütövlüyünə qarşı açıq qəsd xarakterində olmuşdur.
Nəhayət, Heydər Əliyev böyük uzaqgörənliklə aparılan sülh danışıqları ilə
bağlı vəziyyəti Milli Məclisin müzakirəsinə çıxarmaqla məsələni ictimailəşdirdi və
bununla da Azərbaycan xalqının Dağlıq Qarabağla bağlı mövqeyini bütün dünyaya
nümayiş etdirdi. Ramiz Mehdiyevin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ictimai rəy konteksində" tarixi məqaləsi əhali tərəfindən sonsuz
maraqla qarşılandı. Sözügedən məqalədə Milli Məclisdə müzakirə olunan məsələ
ətrafında çıxış edən ayrı-ayrı natiqlərin təklif və mövqeləri şərh edilir, real vəziyyətə
aydınlıq gətirilirdi. Azərbaycan ictimaiyyətinə bir daha əmin oldu ki, Heydər Əliyev
aparılan sülh danışıqlarında Azərbaycanın milli və dövlətçilik maraqlarını tam
formada müdafiə edə bilmişdir.
ƏDƏBİYYAT
1.
Bakı Dövlət Universiteti. Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsi / Ulu ön-
dər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və
Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasətinin əsas inkişaf tendesiyaları”
mövzusunda 06-07 may 2010-cu il tarixdə keçirilmiş elmi praktik konfransın materialları.
Bakı, 2010, s. 288.
2.
Hüseynova İ.M. Heydər Əliyev və Qafqazda sülh prosesi: Ali məktəblər üçün dərslik, Bakı:
Çaşıoğlu, 2008, 670 s.
3.
Məlikov R.M.(Ramiz Duyğun) Qalib gələcəkmi cahanda kamal. Bakı: Gənclik, 1998, 125 s.
4.
Əliyev V. Azərbaycan tarixi günbəgün. Bakı: Təknur MMC, 2008, 368 s.
5.
Əhmədov E. Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində Azər-
baycan diplomatiyasının fəaliyyəti // Dövlət İdarəçiliyi, Bakı, 2004, N2 (6), s.137-147.
6.
Prezident və Ali baş Komandan Heydər Əliyev bəyan etdi: son sözü xalq və Milli Məclis
deyəcək. "Yeni Azərbaycan" qəzeti, Bakı, 2001, 24 fevral.
7.
Həsənov Ə.M. Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri (1991-1996),
Bakı: Elm, 2000, 367 s.
8.
Məmmədov H.B. (Hikmət Baboğlu). İnsan hüquqları və azadlıqları (tarixi təkamül, beynəl-
xalq və politoloji aspektləri, Azərbaycan təcrübəsi). Bakı: Elm, 2006, 241 s.
135
9.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi. Azərbaycanın xarici siyasəti. Sənədlər
məcmuəsi. 2006 / Azərbaycan Prezidenti İlham Əliyev "Exo Moskvı" radiosuna müsahibə
vermişdir, Bakı: GARİSMA MMC, 2008, 848 s.
ИСТОРИЧЕСКАЯ ЗНАЧИМОСТЬ ДОСТИЖЕНИЯ ПЕРЕМИРИЯ МЕЖДУ
АРМЕНИЕЙ И АЗЕРБАЙДЖАНОМ
САБИР ШАХТАХТЫ (Гаджиев)
РЕЗЮМЕ
Данная статья посвящена исторической значимости миролюбивых усилий Прези-
дента Гейдара Алиева в направлении прекращении войны, начатой в 1988 году по при-
чине очередной захватнической политики Армении против Азербайджана. Автор,
опираясь на многочисленные факты, доказывает, что перемирие, достигнутое 12 мая
1994 года между Азербайджаном и Арменией, заложило основу для долгосрочного
мира на всем Южном Кавказе. Перемирие, которое было достигнуто Гейдаром
Алиевым, позволило Азербайджану избежать "узкого места" и обеспечить безопасность
страны. Впервые в истории формула данного конфликта начала называться армяно-
азербайджанский, Нагорно-Карабахский конфликт и действительная подоплёка и
реалии конфликта были достоверно доведены до мировой общественности.
THE HISTORICAL IMPORTANCE OF ACHIEVING ARMISTICE
BETWEEN ARMENIA AND AZERBAIJAN
SABIR SHAHTAKHTI (Hagiyev)
SUMMARY
The article devotes to the historical significance of the President Heydar Aliyev's
peacemaking efforts to eliminate the war initiated in early 1988 as Armenia's recurrent invasion
policy vesrsus Azerbaijan. The author, using the multinumerous facts, proves that the cease-fire
between Azerbaijan and Armenia reached on May 12, 1994 laid down a good platform for the
long-term peace all around the Caucasus. The cease-fire reached by Heydar Aliyev enabled
Azerbaijan to avoid "the bottleneck" and ensure the national security. First in the history the
formula of the conflict was named as “Armenian-Azerbaijan Nagorno Karabakh Conflict” and
its realistic backgound is being fully highlighted to the global community.
Dostları ilə paylaş: |