174
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Humanitar elmlər seriyası
2013
UOT 327; 339,9
AZƏRBAYCAN MƏTBUATINDA TÜRKÇÜLÜYÜN TƏBLİĞİ
(1918-1920-
ci illər)
Z.A.M
İRZƏYEVA
Bakı Dövlət Universiteti
emirati01@mail.ru
Sovet dövründə qardaş Türkiyə düşmən bir ölkə kimi təbliğ edilib. 1990-cı ildən üzü
bəri müstəqilliyimizi yenidən bərpa etdikdən sonra, hər sahədə olduğu kimi mətbuatla da bağlı
qaranlıqlara işıq salındı. Azərbaycan mətbuatının tədqiqatçıları 1918-1920-ci illər baş verən
siyasi-
ictimai, ədəbi-mədəni hadisələri tədqiqata cəlb etdilər. Məlum oldu ki, bu dövrdə
Azərbaycanda mətbuatın, maarifin, mədəniyyətin inkişafında qardaş Türkiyənin çox böyük rolu
olub. Azərbaycanın tanınmış jurnalistləri, publisistləri Türkiyənin tanınmış qələm əhli ilə
müntəzəm olaraq əlaqələr yaradıb və birgə mübarizə aparıblar.
Açar sözlər: türkiyəli yazarlar, türkçülük ideologiyası, əks-təbliğat, müasir tədqiqatlar,
dövrü mətbuat, ədəbi əlaqələr
Yola saldığımız XX əsrin əvvəlləri də, sonu da Azərbaycanda, onun
ətrafında və bütövlükdə dünyada gedən siyasi proseslərin mürəkkəbliyi ilə xa-
rakterizə olunur. İctimai şüurda gedən keyfiyyət dəyişmələri siyasi münasibət-
lərin və siyasi təşkilatların keyfiyyətcə dəyişməsini tələb edirdi. Bu proses XX
əsrin əvvəllərində müstəmləkə zülmü altına düşmüş xalqların həyatında və
milli şüurunda oyanışa səbəb oldu. Bu oyanışdan Azərbaycan ziyalıları da
bəhrələnmək üçün xalqın azadlığı uğrunda mübarizəyə qalxdılar. Bu mübarizə
daha çox mətbuatda, ideoloji sahədə özünü büruzə verdi. Çünki bu dövrdə
Azərbaycan ziyalıları jurnalistikanın köməyi ilə romantik maarifçilikdən realist
maarifçilik səviyyəsinə yüksəldi. Cəmiyyətdə siyasi maariflənmə prosesinin
ba
şlanması, demokratik ideyaların yayılması ən çox bu dövr mətbuatının
fəaliyyəti ilə bağlıdır.
Beləliklə, uzun illərin gərgin siyasi, ədəbi mübarizəsinin nəticəsi olaraq
XX əsrin ikinci onilliyində 1918-ci il may ayının 28-də Azərbaycan istiqlaliy-
yəti elan oldu. Bu Azərbaycan xalqının tarixində və taleyində mühüm
əhəmiyyət kəsb edən hadisə idi. Lakin ölkədəki ağır siyasi-iqtisadi vəziyyət
demokratik respublikanı çətin problemlərlə üz-üzə qoydu. Gənc Azərbaycan
dövl
əti bir tərəfdən beynəlxalq dəstək qazanmaq, dünya dövlətləri tərəfindən
175
tanınmaq, ölkənin siyasi müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü
qoru
maq, digər tərəfdən isə ölkədə iqtisadi-mədəni inkişaf proqramını həyata
keçir
mək üçün gərgin fəaliyyət göstərirdi. Rusiya imperiyası başda olmaqla
digər ölkələrin də Azərbaycana, onun gənc demokratik dövlətinə münasibəti o
qədər də yaxşı deyildı. Demokratik Respublika iqtisadi çətinliklərlə və mürək-
kəb beynəlxalq vəziyyətlə üzləşdiyi bir zamanda Azərbaycanı ilk tanıyan və
ona hər bir siyasi-iqtisadi, hərbi sahədə yardım edən Türkiyə Respublikası
oldu.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müasir
dövrdə mədəni-iqtisadi, siyasi əlaqələrimizin mövcudluğu bu sahədə varisliyin
təcəssümüdür. Türkiyə Azərbaycan respublikaları arasında bu əlaqələr daha da
güclənməlidir. Xüsusilə əsası 1918-ci ildən qoyulmuş mədəni əlaqələr, o
cümlədən geniş təbliğata malik olan KİV arasındakı münasibətlər daha da ge-
nişləndirilməlidir. Çünki “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalis-
tikası özünün inkişaf meylləri və tipoloji xüsusiyyətlərinə görə mühüm mərhələ
təşkil edir. 1918-1920-ci illər jurnalistikamızın inkişafı üçün səciyyəvi olan
bütün xüsusiyyətləri, demək olar ki, özündə əks etdirir. Həmin mərhələdə ölkə-
mizdə mətbuatın inkişafına dəstək olan qüvvələrdən biri də türkiyəli ziyalılar
idi” [4, 43].
Ulularımız çox yaxşı deyiblər ki: “İndinin kökü keçmişdədir və keçmiş
gələcəyin iynəsidir”. Bu “tarixi keçmişimizi, kökümüzü dəqiq və dürüst
öyrənməyin ən mötəbər mənbələrindən biri-zamanın kollektiv yaddaşı hesab
edilən mətbuatdır” [3, 23] söyləyən prof. Şirməmməd Hüseynov çox haqlı ola-
raq onları “əvəzsiz mənbə” adlandırır.
Gənc tədqiqatçı alim Q.Dünyamin qızı “Mətbuat tariximizdən” adlı
məqaləsində bu haqda fikirlərini belə qeyd edir: “1918-1920-ci illər Azərbay-
can ictimai-
siyasi həyatında çox şərəfli və eyni zamanda da təlatümlü bir
dövrdür. Bu dövrdə Azərbaycan milli mətbuatı öz səhifələrində əsasən
türkçülük ideyalarını təbliğ etməklə oxucularının qəlbinə yol tapdı” [9, 4].
1918-1920-
ci illərdə Türkiyə-Azərbaycan münasibətlərinin daha da yaxşı
inkişaf etməsində hər iki qardaş olkənin yaradıcı ziyalıları və onların idarə
etdiyi mətbuat orqanları çox mühüm rol oynadı. Bu gün çoxillik mətbu irsi-
mizin ən şərəfli dövrünü əks etdirən, 1918-1920-ci illər fəaliyyətdə olan, milli
ruhlu mətbu orqanlarını zəngin, qiymətli və əvəzsiz mənbə saymaq olar. Ümid
edirik ki, tarixçilərimiz, xüsusilə də mətbuat tarixi ilə məşğul olan tədqiqatçı
alimlərimiz bu qaranlıq səhifələrin açılmasında və ictimayyətə catdırılmasında
öz xeyirxah missiyalarını davam etdirəcəklər. Tariximizin az öyrənilmiş 1918-
1920-
ci illər Türkiyə-Azərbaycan münasibətləri bu gün daha ətraflı öyrənilməli
və tədqiq edilməlidir. Çünki tarixdə olduğu kimi, bu gün də qardaş Türkiyə
hökuməti və xalqı Azərbaycan dövlətinin müstəqilliyini və suverenliyini
dəstəkləyərək hər an ona qayğı göstərir. Bununla da Mustafa Kamal Atatürkün
“Türk gənclərinə” müraciətində söylədiyi: “Türkün dostu türk özüdür” kimi
müqəddəs kalamına sadiqliyini bildirir.
176
Bildiyimiz kimi, XX əsrin əvvəllərində türkçülük-turançılıq ideyalarının
geniş təbliğində milli mətbuatımız önəmli rol oynamışdır. Bu ideologiyanın
türk xalqları arasında təbliğ edilməsi üçün Azərbaycan Xalq Cümhuriyyətinin
liderləri 1918-1920-ci illər ərzində ölkəmizdə bir çox islahatlar həyata
kecirmişlər. Hökumət Bakıda ilk olaraq “Türk ocağı” adlı cəmiyyət təşkil edir
[4, 134].
Onu da qeyd edək ki, bu ocaq ilk olaraq 1911-ci ildə İstanbulda
yaradılır (Bu zaman İstanbulda yaşayan Ə.Hüseynzadə, Ə.Ağaoğlu və
M.Ə.Rəsulzadə də “Türk ocağı”nda çalışmışlar). Bakıda da eyni adlı xeyriyyə
cəmiyyəti 1918-ci il sentyabrın 24-də yaradıldı. Cəmiyyət öz fəaliyyətində
əsasən maaarifin, mədəniyyətin, ədəbi mühitin təbliğinə yer verirdi (heç də
təsadüfü deyil ki, 1919-cu ildə Azərbaycanda “Yaşıl qələm” ədəbi birliyi yara-
dılarkən “Ədəbi yurd”, Ədəbi gecə”, “Müsəlman ədibləri dərnəyi”, “Nicat”
cəmiyyətləri ilə yanaşı “Türk ocağı” cəmiyyəti də ona birləşmiş və birgə
fəaliyyət göstərmişlər). Cəmiyyətin təşkil edilməsində dövrün tanınmış yazar-
la
rından Abdulla Şaiq, Əhməd Cavad və Tağı Nağızadə ilə birlikdə türkiyəli
yazar
lardan Məmməd Əmin Yurdaqulu, Əhməd Kamal yaxından iştirak etmiş-
lər. Dövrü mətbuat bu ocağın məqsəd və məramını öz səhifələrində geniş işıq-
landıraraq alqışlayırdı. “İstiqlal”, “Bəsirət”, “İttihad”, “Kaspi”, “Azərbaycan”
qəzetlərində cəmiyyətin məqsəd və məramını əks etdirən məqalələr, xəbərlər
çap olunurdu
. “Azərbaycan” qəzeti 1918-ci il 6 noyabr tarixli 32-ci sayında bu
haq
da ətraflı məlumat verirdi. Türk ədibi Rövşən Əşrəf bəyin 1918-ci ildə Ba-
kıya gəlməsi münasibətilə şair Ə.Cavadın “Rövşən Əşrəf bəy” adlı məqaləsin-
də Türk-Azəri ədəbi əlaqələrini daha da inkişaf etdirmək zərurətindən bəhs olu-
nur: “Osmanlı türkünü tanımaq bizə bir ehtiyacdır. Yazıq ki, onlar kəndini bizə
tanıtmaq üçün pək ağır davranırlar və bizi tanımaq üçün gec hərəkət ediyorlar”
[7, 4].
Çox qısa bir vaxtda ocaq öz fəaliyyəti ilə cəmiyyətin diqqətini cəlb etdi.
Belə ki, Azərbaycanda türk xalqlarının milli ruhda tərbiyyəsinə, elmi, ictimai
və mədəni tərəqqisinə nail olmaq məqsədilə bir çox xeyriyyə işləri həyata
keçirmişdir. Əsasən milli ruhlu və milli ideyaların təbliği üçün həyata keçirilən
bu xeyriyyə tədbirləri “Türk gəncliyi” adlanırdı. Burada türk xalqlarının
musiqisinə, ədəbiyyatına, mədəniyyətinə, adət-ənənəsinə geniş yer verilirdi.
“Azərbaycanın müstəqilliyi”, “Azərbaycan-Türkiyə qardaşlığı”, “Milli birlik”,
“
Türk qadınının vəfası”, “Turan dünyası” və s. mövzuda tamaşalar, “Türkün
bir
liyi”, “Atəşgah”, “Şərq salonları” kimi sərgilər nümayiş etdirilirdi. Azərbay-
can hökumətinin üzvləri, tanınmış jurnalistlər, publisistlər və digər siyasi
xadim
ləri həmin tədbirlərin həyata keçirilməsində yaxından kömək etməklə
yanaşı, həm də daimi iştirakçıları idilər. Ona görə də, bu tədbirlərin həyata
keçirilməsində və təbliğində o dövrün milli ruhlu mətbuatı aparıcı rol oyna-
yırdı. Bu məqsədlə mətbuatda “Türk dünyası”, “Türk şərqiləri”, “Türk duy-
ğuları”, “Türkün dərdi” kimi rublikalar daimi olaraq fəaliyyət göstərirdi.
Yuxarıda da qeyd etdik ki, bu mətbu orqanları arasında “Azərbaycan”
qəzeti daha çox fərqlənirdi. Qəzetdə “Türk əsgəri” adlı ayrıca guşə var idi ki,
177
burada türk əsgərinin döyüş rəşadətindən, vətənpərvərliyindən, cəngavərliyin-
dən bəhs edən poetiq duyğular intensiv şəkildə verilirdi. Əhməd Cavadın
“Qardaş”, Abdulla Şaiqin “Vətənin yanıq səsi”, Gəncəli Davudun “Əsgər şeir-
ləri”, “Azərbaycan ordusu”, “Bir əsgərin dilindən”, Ümid Gəncəlinin “Azər-
baycan vətən şərqisi”, Əli Yusifin “Əsgər qardaşlarıma”, “Əsgər anasına”,
Ümgülsüm Seyidzadənin “Bir mayis günündə” əsərlərində milli istiqlalın
qorunub saxlanmasında türk qardaşlarımızın xeyirxahlığı vəsf edilirdi.
1919-
cu ildə Gəncədə fəaliyyətə başlayan “Türk mütəllimlər cəmiy-
yəti”nin orqanı olan “Əfkari-mütəllimin” jurnalında türkiyəli yazarların da
imzaları ilə rastlaşdıq. Onlar gənc respublikanın ideyalarını hər sahədə dəstək-
lədiklərini və onlara yardımcı olmalarını dönə-dönə məqalə və yazılarında
qeyd edirdilər.
1919-cu
ildə Bakıda yayımlanan “Tamaşa” adlı qəzet də oxucuların
sevimli mətbu orqanlarından biri idi. Lakin bu qəzet Bakıda deyil, Türkiyədə
çap olunaraq gətirilirdi (Azərbaycanlı müəlliflərin yazıları burada hazırlanaraq
çap üçün oraya aparılırdı). Qəzetin əməkdaşları həm Türkiyədə, həm də
Azərbaycanda tanınmış jurnalistlər və publisistlər idi. “Tamaşa” qəzeti həmin
dövrdə çap olunan mətbuat orqanlarından fərqli olaraq heç bir siyasi ideologi-
ya
nı dəstəkləmirdi. Yalnız Türkiyə və Azərbaycan musiqisindən, ədəbiyyatın-
dan, teatrının inkişafından bəhs olunan yazılar verirdi. Burada teatr tamaşaları
haqqında yazılan resenziyalar üstünlük təşkil edirdi.
Bu zaman ölkəmizdə də Türkiyədən gəlmiş bir neçə jurnalist, publisist,
şair və ədib müxtəlif mətbuat orqanlarında, cəmiyyətlərdə çalışırdılar. Onlar-
dan dövrü mətbuatda daha çox Ürfan Qaraosmanın, Əhməd Kamalın, Əli
Kamilin, Məmməd Əmin Yurdaqulunun, Tofiq Fikrətin, Rövşən Əhmədin im-
za
ları ilə rastlaşırdıq. Onların dəsdəyi ilə mətbuatda türk mədəni inteqrasiyası-
nın təşkili məqsədilə keçirilən tədbirlər, xeyriyyə gecələri bu işin inkişafına
daha da təkan verirdi.
Onu da qeyd edək ki, o zaman Azərbaycan teatr səhnəsinin də zənginləş-
məsində türkiyəli yazarların rolu olmuşdur. Bu haqda məlumat almaq üçün
yenə “Azərbaycan” qəzetinə diqqət yetirək. Qəzet yazırdı: “Səhnəmiz teatro
əsərlərindən xeyli kasıb və yoxsul olduğunu nəzərə almaqla, yazıb möhtərəm
cəmaətdən və səhnə həvəskarlarından xahiş edirik ki, hər kəsdə Türkiyə ya-
zıçlarının əsəri və İstanbul təbii teatro kitabı varsa, tamaşaya qoymaq üçün
aşağıdakı ünvan ilə müdriyyətimizə təşrif gətirib şərti məlum etməklə səhnə-
mizə müavinət bulunsun” [6, 3].
Qəzetin bu müraciətindən sonra 1918-ci il oktyabrın 26-da “Hacıbəyli
qardaşları” truppasının ilk tamaşalarından biri türkiyəli yazar Şəmsəddinbəy
Saminin “Kaveyi-
ahəngər” əsəri oldu. Tamaşanın uğurlu taleyi haqqında
dövrü mətbuatda maraqlı resenziyalar çap edilmişdir.
1919-cu il avqustun 22-
də “Türk aktyorlar ittifaqı” ilə “Hacıbəyli qar-
daşları” müdriyyətinin birgə iclası keçirildi. İclasda Azərbaycanda səhnə
problemləri müzakirə edilmiş, sənətçilər yetişdirmək məqsədilə dörd şöbədən
178
ibarət “Bədaye kurs” təsis edilməsi qərara alınmış və Türkiyədən kursda dərs
demək üçün müəllimlər dəvət edilmişdir” [8, 3]. Əslində Türkiyədən dəvət
edilmiş müəllimlər yalnız bu kurslarda deyil müxtəlif məktəblərdə də tədrisin
inkişafı üçün əllərindən gələni əsirgəməmişlər.
Yarandığı gündən cəmi 3 ay sonra gənc respublika hökuməti daxili
iqtisadi-
siyasi vəziyyətin çətinlikləri sahəsində yoxsul büdcə hesabına tədris
müəssələrinin maadi-texniki bazasını möhkəmləndirmək üçün xeyli vəsait
ayırmışdır. 1918-ci il avqustun 28-də hökumətin və Parlamentin milli təhsil
konsepsiyasını həyata keçirmək üçün Türkiyəyə nümayəndə göndərildi və
oradan respublikamızın tədris müəssisələrində dərs demək üçün 50-yə qədər
müəllim dəvət edildi. Bu dəvətdən az sonra onlar məktəblərimizdə fəaliyyətə
başladılar və bunun böyük əhəmiyyəti haqqında dövrün tanınmış publisistlərin-
dən Üzeyir Hacıbəylinin, Hacı İbrahim Qasımovun, Mirzə Bala Məhəmməd-
zadənin, Səməd Mənsurun, Əliabbas Müznibin məqalələrində ətraflı məlumat
verilirdi.
Müəllimlərin ölkəmizə dəvət edilməsi ilə yanaşı gənc respublika qardaş
ölkəyə 100-ə yaxın müxtəlif ixtisaslara yiyələnmək üçün tələbə göndərməyi
qərara alır. Bu haqda M.Ə.Rəsulzadə yazırdı: “Azərbaycan gəncliyini elm və
texnika əsrinə hazırlamaq üçün 100-ə yaxın tələbənin müxtəlif texniki
sahələrdə təhsil alması üçün İstanbula yollanması qərara alınmışdır” [5, 43].
A
rxiv materialları və dövrü mətbuatla tanışlıq bir daha əmin edir ki, o
zaman Türkiyənin Azərbaycana hər sahədə yardımı və qayğısı olub. İstər
ölkəmizdə mətbuatın, istərsə də ədəbi-mədəni mühitin inkişafında türkiyəli
ziyalıların əməyi hər an hiss olunur. Bütün bunlarla yanaşı 1918-1920-ci illərdə
Azərbaycan xalqının tale yüklü məsələlərində də Türkiyənin qayğısı və sayğısı
daha önəmli olub. 1918-ci ildə Bakının qurtuluşu, milli ordunun yaranması,
dövlətin beynəlxalq aləmdə tanınması kimi ağır və çətin məsələlərin həlli üçün
xalqımız bu gün də Türkiyənin xeyirxahlığını unutmayıb. Millətin, demokratik
dövlətin taleyi həll olunan bir vaxtda qardaş Türkiyə Silahlı Qüvvələri
Azərbaycana xilaskar əlini uzatdı. Bu ordu Azərbaycana “1918-ci ilin iyunun
4-
də “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasındakı
dostluq müqaviləsi”nin [2, 50] imzalanması prosesindən sonra gəldi.
Azərbaycana hərbi sursatla gələn ordu haqqında o zaman Hüseyn Bay-
kara “Türkiyənin Azərbaycana hərbi yardımı” adlı məqaləsində bu yardımın
“110 zabit, 2763 əsgər, 668 heyvan, 2092 tüfəng, 16 dəzgahlı pulemyot, 4
güclü dağ topu”ndan ibarət olmasını bəyan edirdi [1, 145].
1918-ci ilin 15
sentyabr günü Bakının qurtuluşu kimi tarixə düşdü.
Azərbaycanda çap olunan milli-ruhlu mətbuat bu şad xəbəri çox böyük
sevinclə qarşıladı və öz səhifələrində bəyan etdi. “Azərbaycan”, “İstiqlal”,
“Bəsirət” qəzetləri bu münasibətlə xüsusi nömrələr buraxdılar. Həmin xüsusi
buraxılışlarda Türkiyə əsgərlərinin, zabitlərinin rəşadətli döyüş qabiliyyətlərini
vəsf edən onlarla məqalələr, şeirlər, poemalar çap olundu. Ə.Cavadın, H.Cavi-
din, Ümmu
gülsüm xanımın, C.Cabbarlının, M.Hadinin, A.Şaiqin, A.Səhhətin
179
şeirləri, M.Ə.Rəsulzadənin, M.B.Məhəmmədzadənin, Ü.Hacıbəylinin, C.Hacı-
bəylinin, F.Ağazadənin, Ş.Əfəndizadənin publisistik məqalələrində bu böyük
şadyanalıq üçün iftixarla Türk ordusuna xalq adından minnətdarlıq edirdilər.
Dövrün tanınmış publisisti Üzeyir Hacıbəyli “Azərbaycan” qəzetində yazırdı:
“Qədir bilən Azərbaycan xalqı türk silahlı qüvvələrinin öz doğma qardaşları ilə
birgə Bakını azad etmək uğrunda göstərdiyi qəhrəmanlığı heç bir zaman
yaddan çıxarmayacaq” [6, 4].
Deməli hər sahədə olduğu kimi ordu quruculuğunda da Türkiyə o zaman
Osmanlı dövləti Azərbaycandan yardımını əsirgəmədi. Ölkədə milli nizami
ordu yaratmaq, ordunu milli zabit kadrları ilə təmin etmək üçün hərbi təhsil
müəssələrinin yaradılması məqsədilə 1918-ci ilin iyun ayında Gəncədə hərbi
məktəb yaradıldı. Burada hərbi kadırların hazırlanması üçün Azərbaycana türk
zabitləri dəvət olundu.
Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu siyasətində
milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa, bağlılıq duyumu əsas prin-
sip
lərdən biri idi ki, dövrü mətbuat da bunu geniş şəkildə təbliğ edirdi.
Unutmayaq ki, bir əsrdən çoxdur ki, Azərbaycanın uzaqgörən, dünyagö-
rü
şlü qələm və kalam sahibləri, xalqımızın ictimai-siyasi hadisələrinin tarixi
haq
qında çox dəyərli fikirlər söyləmiş, məsləhətlər vermişlər. Azərbaycan xalqı
isə uzun illər bu mənəvi xəzinədən xəbərsiz qalmışdır. Çünki sovet dövründə
qanı-qanımızdan, canı-canımızdan olan Türkiyə dövləti bizə düşmən kimi
təbliğ edilmişdir. Nəticədə xalq uzun illər öz dostunu-düşmənini tanımamış və
soy-
kökündən, kecmişindən, dünənindən uzaq düşmüşdür. Burada yenə də
Azərbaycan mətbuatının görkəmli tədqiqatçısı prof. Ş.Hüseynovun sözlərini
xatırlatmaq yerinə düşərdi. O, yazır ki: “Düşmənini tanımayan, öz torpağını və
ulusunu qorumağa hazırlaşmayan ölkə məhvə məhkumdur” [3, 103]. Bu
aksiomadır. Bu fəlakətdən xalqımızı qurtarmaq üçün tariximizi, kecmişimizi,
dos
tumuzu və düşmənimizi tanımağın vaxtı catıb. Gənc nəsil bundan mütləq
hali olmalıdır. Bunun üçün mütəmadi olaraq Azərbaycan və Türkiyə mətbuatı
tari
xinin tədqiqatçıları elmi əsərlər, məqalələr yazaraq ictimaiyyəti bilgiləndir-
məlidirlər.
ƏDƏBİYYAT
1.
Baykara Hüseyn. Az
ərbaycan İstiqlal Mübarizəsi Tarixi. Bakı: Azərnəşr, 1992, 276 s.
2.
Əhmədov Hikmət. Azərbaycan demokratik Respublikası Hökumətinin milli ziyalı
kadrlarının hazırlanması sahəsində fəaliyyəti (1918-1920-ci illər). Bakı: Elm və təhsil,
2010, 166 s.
3.
Hüseynov Şirməmməd. Milli haqq və ədalət axtarışında. Bakı: Adiloğlu, 2004, 418 s.
4.
Quliyeva Q
ərənfil. Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918-1920-ci illər)
Bakı: Elm, 2011, 216 s.
5.
R
əsulzadə Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, 111 s.
Qəzetlər
6.
“Az
ərbaycan” qəzeti, 1918, 5 oktyabr
180
7.
“Az
ərbaycan” qəzeti, 1918, 6 noyabr
8.
“Az
ərbaycan” qəzeti, 1919, 3 sentyabr
9.
“Az
ərbaycan” qəzeti, 1998, 29 mart
ПРОПАГАНДА ТЮРКИЗМА В ПЕЧАТИ
АЗЕРБАЙДЖАНА (1918-1920гг.)
З.А.МИРЗОЕВА
РЕЗЮМЕ
В советский период братская Турция преподносилась нам как враждебная страна.
Начиная с 90-х годов ХХ века, с восстановлением независимости также как и в других
областях пролился свет на законы о печати. Исследователи печати Азербайджана смогли
привлечь к анализу политические, общественные, культурные и литературные события,
происходившие в 1918-1920гг. Стало ясно, что в этот период в развитии печати, культу-
ры, просвещения Азербайджана братская Турция сыграла большую роль. Известные
журналисты и публицисты Азербайджана налаживали творческие связи с видными дея-
телями печати Турции и вели совместную борьбу.
Ключевые слова: публицисты Турции, идеология тюркизма, контрпропаганда,
современные исследования, периодическая печать, литературные связи
PROPAGANDATION OF TURKISH IN THE
AZERBAIJAN
İ PRESS (1918-1920 y.)
Z.A.MIRZAYEVA
SUMMARY
During the Soviet Union our beloved neighbour Turkey was presented to us an enemy
country. Since 1990, after regaining our independence some problems of press were lightened
again. The investigators of Azerbaijani press began to investigate political and public, literary
and cultural problems of the events of 1918-1920. It appeared that Turkey had prominent roles
in the development of press, enlightenment and culture in Azerbaijan those years. The famous
Azerbaijani journalists, publicists created new links with Turkish writers and poets and always
struggled together for their aims.
Key words: Turkish writers, Turkish ideology, contrary, propagate, in contemporary
investigations, periodical, literary links
Dostları ilə paylaş: |