İyunun 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Tu rizm Nazirliyinin təşkilatçılığı ilə



Yüklə 217,57 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix23.10.2017
ölçüsü217,57 Kb.
#6414
  1   2   3   4


   İyunun 23-də Naxçıvan Muxtar

Respublikası Mədəniyyət və Tu-

rizm Nazirliyinin təşkilatçılığı ilə

kitabxana  işçilərinin  zona  mü-

şavirəsi  keçirilib.  Müşavirədə

muxtar  respublika  tabeli  kitab-

xanaların, Naxçıvan şəhəri, Ba-

bək, Şahbuz rayon mərkəzləşdi-

rilmiş kitabxana sistemlərinin, fi-

lial-kitabxanaların  əməkdaşları

iştirak ediblər. 

    Müşavirəni giriş sözü ilə Naxçı-

van Muxtar Respublikasının mədə-

niyyət və  turizm  naziri  Natəvan

Qədimova açaraq bildirib ki, zəngin

mədəniyyətə və qədim tarixə malik

olan  Naxçıvan  torpağı  Azərbay-

canda  maarifçiliyin  və  kitab  mə-

dəniyyətinin inkişafına mühüm töh-

fələr verib. Tarixdən məlumdur ki,

kitab  mədəniyyətinin  inkişafında

kitabxanaların  özünəməxsus  rolu

olub.  Eyni  zamanda  gör-

kəmli ziyalılarımızın şəxsi

kitabxanaları  da  xalqın

maariflənməsində  xüsusi

rol oynayıb. 

    Müstəqillik  illərində

muxtar respublikamızda ge-

dən mədəni yüksəliş kitab-

xanalara da öz təsirini gös-

tərib. Muxtar respublikanın

kitabxanaları qayğı ilə əhatə olunub.

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi  Sədrinin  19  aprel  2012-ci

il tarixli Sərəncamı ilə M.S.Ordubadi

adına Naxçıvan Muxtar Respublika

Kitabxanasının 90 illik yubileyi döv-

lət səviyyəsində qeyd edilib, burada

elektron kitabxana yaradılıb.

    Hazırda muxtar respublikamızda

2 muxtar respublika tabeli kitabxana,

8 mərkəzləşdirilmiş kitabxana sis-

temi və onların tabeliyində 224 fi-

lial-kitabxana fəaliyyət göstərir. Son

illər  muxtar  respublikanın  rayon

mərkəzlərində və 100-dən çox kənd-

də kitabxanalar üçün müasir şərait

yaradılıb. 

    Qeyd  olunub  ki,  keçirilən  zona

müşavirəsinin əsas məqsədi kitabxana

işi  ilə  bağlı  problemləri  müzakirə

etmək, işdə olan nöqsanları aradan

qaldırmaq, kitabxana işində çalışan

işçilərə elmi-metodik köməklik gös-

tərməkdir.  Asudə  vaxtın  düzgün

qurulmasında  kitabxanaların  rolu,

belə  mədəniyyət  müəssisələrinə

oxucu cəlbi, kitab müzakirələrinin,

mütaliə, kitabxana və nağıl günlə-

rinin təşkili,  mütaliə mədəniyyəti,

kitabxana-oxucu münasibətləri, ki-

tabxana işində qarşıya çıxan çətin-

liklər, kitabxana xidməti və bir çox

məsələləri ətraflı təhlil etmək, işimizi

düzgün  qurmaq  hamımızı  düşün-

dürməlidir.  Kitabxana  işçilərinin

zona  müşavirəsi  işimizin  düzgün

qurulmasına kömək edəcək və ki-

tabxana  işinin  keyfiyyətinin  yük-

səldilməsinə şərait yaradacaqdır.

    Sonra Naxçıvan Muxtar Respub-

likası Mədəniyyət və Turizm Nazir -

liyinin  kitabxana  işi  üzrə  aparıcı

məsləhətçisi Aygün Hüseynovanın,

Naxçıvan Şəhər Mədəniyyət və Tu-

rizm  Şöbəsinin  müdiri  İmamqulu

Əhmədovun, Babək və Şahbuz Ra-

yon Mədəniyyət və Turizm şöbələ-

rinin müdirləri Ceyhun Fərəcovun

və  Sabiq İman ovun mövzu ilə bağlı

çıxışları olub. 

    Müşavirədə kitabxanalarda işin

canlandırılması  üçün  təcrübəli  ki-

tabxana işçilərinin təklifləri dinlə-

nilib və tədbir iştirakçılarının sualları

cavablandırılıb. 

    Kitabxana işçilərinin zona mü-

şavirəsinə yekun vuran mədəniyyət

və turizm naziri Natəvan Qədimova

qarşıda duran vəzifələrdən danışıb. 

Naxçıvan Muxtar Respublikası 

Mədəniyyət və Turizm Nazirliyinin

mətbuat xidməti

Kitabxana işi ilə bağlı zona müşavirəsi olub

    Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin

23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Naxçıvan  Muxtar  Respublikasında  səhiyyənin  inkişafında  səmərəli

fəaliyyətinə görə Niyazi Hüseynqulu oğlu Novruzov “Tərəqqi” medalı

ilə təltif edilsin.



İlham Əlİyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2016-cı il

N.H.Novruzovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı

    Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin

23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli

fəaliyyətinə görə Əlövsət Qəzənfər oğlu Baxşıyev “Şöhrət” ordeni ilə

təltif edilsin.

İlham Əlİyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2016-cı il

Ə.Q.Baxşıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin

Sərəncamı



Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 115 (21.525)

24 iyun 2016-cı il, cümə

www.serqqapisi.az

Qiyməti 20 qəpik

    Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  2016-cı  il

22  iyun  tarixli  Sərəncamı  ilə  dövlət  qulluğunda  səmərəli  fəaliyyət

göstərən  bir  qrup  şəxs  təltif  edilmişdir.  Təltif  olunanlar  arasında

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qulluqçusu

da vardır.



Seyidov Şəkur Mir Möhsün oğlu

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də ABŞ Dövlət katibinin köməkçisinin

Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinki qəbul edib.

ABŞ  Dövlət  katibinin  köməkçisinin  Avropa  və  Avrasiya  məsələləri  üzrə  müavini  Bridcet  Brinkin

Azərbaycana ötənilki səfərini xatırlayan Prezident İlham Əliyev həmin səfərin ölkələrimiz arasında əlaqələrin

inkişafında müsbət dinamika baxımından önəmli məqam olduğunu qeyd edib. Azərbaycan ilə ABŞ arasında

əməkdaşlığın gündəliyinin çox geniş sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin təh-

lükəsizlik,  enerji  və  regional  inkişaf  kimi  bir  sıra  məsələlərlə  bağlı  birgə  əməkdaşlıq  həyata  keçirdiyini

vurğulayıb.  Hazırda  Azərbaycan  ilə  ABŞ  arasında  münasibətlərin  çox  yaxşı  səviyyədə  olduğunu  deyən

dövlətimizin başçısı Birləşmiş Ştatların Dövlət katibinin köməkçisinin müavini Bridcet Brinkin ölkəmizə

səfərinin əlaqələrimizin uğurla inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.

Regiona səfəri çərçivəsində yenidən Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Bridcet Brink

bildirib ki, səfərdə məqsəd ölkələrimiz arasında mövcud olan bütün sahələr üzrə tərəfdaşlıq əlaqələrini daha

da möhkəmləndirməkdir.  

Rəsmi xronika

    İyunun 22-də Naxçıvan şəhərindəki “Təb-

riz” restoranında iftar süfrəsi açılmışdır.

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri Vasif Talıbov iftar mərasi-

mində  çıxış  edərək  demişdir:  Hər  bir  xalq

özünün milli və dini dəyərləri ilə tanınır. Azər-

baycan xalqı da əsrlər boyu öz milli və dini

dəyərlərinə sadiq qalmış, adət-ənənələrini ya-

şatmışdır. Dini dəyərlərimiz içərisində Ramazan

ayının özünəməxsus yeri vardır. Bu ayın fəzi-

lətləri bəşəri dəyərlərdən qaynaqlanır, insanların

əmin-amanlıq, mərhəmət və bərabərlik içəri-

sində yaşamasını təlqin edir. Müqəddəs kita-

bımızın Ramazan ayında göndərilməsi də şüb-

həsiz ki, bu ayın ən ali fəzilətlərindəndir. 

    “Milli və dini dəyərlərimizin yaşadılması

ölkəmizin keçmişinə ehtiramımızın, gələcəyinə

isə  diqqətimizin  ifadəsidir.  Bugünkü  iftar

süfrəsi də belə bir xoş niyyətlə açılmışdır”, –

deyən Ali Məclisin Sədri mərasim iştirakçılarına

bu əziz gündə niyyətlərinin həyata keçməsini

diləmiş və cansağlığı arzulamışdır.

    Mərasimdə  “Qurani-Kərim”dən  ayələr

oxunmuş, dualar edilmişdir.

    Həmin gün Naxçıvan Muxtar Respublikası

Ağciyər və Psixi xəstəliklər dispanserlərində,

Naxçıvan Muxtar Respublikası Onkoloji və

Yoluxucu  Xəstəliklər  mərkəzlərində,  eləcə

də  hərbi  hospitalda  müalicə  alan  xəstələr

üçün də iftar süfrələri açılmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Naxçıvanda iftar mərasimi keçirilmişdir




Yüklə 217,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə