Aylıq
Bülleten
44 C.Cabbarlı küç., Kaspian Plaza I, 5-ci
mərtəbə
amfa@amfa.az
+994 12 437 16 45
+994 12 437 23 39
Mikromaliyyə institutlarının potensial imkanlarının
gücləndirilməsi və mikromaliyyə birliyinin və onun
müştərilərinin maraqlarının təmin olunması üçün
effektiv birgə fəaliyyətin təşviq edilməsi
108-ci buraxılış
11 Iyul, 2016
Bakı, Azərbaycan
1
2
3
4
5
6
Üzvlər köşəsi
Gender yönümlü mikromaliyyə
Təqviminizdə qeyd edin
Bizimlə Əlaqə
Bu sayımızda:
Missiyamız
Peşəkar İnkişaf
İşçi effektliliyinin stimullaşdırılması
kouçinq proqramı
108-ci buraxılış
Məqsəd: Qadın Mikromaliyyə Təşəbbüsünün (QDT) məqsədi qadınlara gəlirlərinin
stabilləşdirilməsi üçün aktivlərini artırmaq, özlərinin və aliələrinin həyat səviyyələrinin
artırılmasıdır. QDT-nin təqdim etdiyi kiçik kreditlər kiçik bizneslərini qurmaq istəyən
kasıblamış qadınlara böyük dəyişikliklər gətirir. Nyu Yorkdakı Baker & McKenzie hüquq
şirkətinin qanuni köməkliyi ilə, 2008-ci ilin yanvar ayında QKT ilk mikrokredit prosesini
həyata keçirmişdir. 2016-cı ilin yanvar ayına qədər 1000-dən çox kənddə yaşayan
qadınlara ümumi dəyəri 3,5 milyon dollar olmaqla 25,000 ədəd kredit vermişdir.
QKT qadınların bank işinə və 24 aylıq formal iqtisadiyyata qadınların iştirakını təmin
edən unikal iqtisadi modelini inkişaf etdirmişdir.
QKT Şərqi Afrikada kənddə yaşayan qadınlar üçün maliyyə əhatəliliyini təşviq edir.
Gender yönümlü mikromaliyyə
Üzvlər köşəsi
“FINCA Azerbaijan” yeni alternativ kreditvermə kanalını işə salır
“FINCA Azerbaijan” müştərilərinə ilk dəfə olaraq plastik kartlar təklif etməyə başlayıb. Yeni plastik kartlar “FINCARD”
adlanır və bu, əvvəlcədən ödəniş edilən (prepaid) yeni innovativ kreditvermə kanalı sayılır. Hazırda kredit kartları
sınaq layihə çərçivəsində təşkilatın bir neçə filialında həm yeni, həm də təkrar müştərilərə təklif olunur.
“FINCARD” içərisində nağd pul vəsaiti olan lokal ödəniş kartıdır və bu yeni məhsul FINCA-nın kassalardan əlavə
kredit çatdırılması kanallarının yaradılması istiqamətində mühüm addımlardan biridir. Müştərilər “FINCARD” ilə bank
və poçt şöbələrindən nağd pul vəsaiti çıxarda, ticarət və xidmət obyektlərində isə POS-terminallar vasitəsi ilə
nağdsız əməliyyatlar həyata keçirə bilərlər.
Artıq Təşkilatın bir neçə müştərisi “FINCARD” əldə edərək yeni kreditvermə kanalından uğurla istifadə etmişdir.
“FINCA Azerbaijan”ın bu xidməti Təşkilatın Azərpoçt və Millikart ilə əməkdaşlığı çərçivəsində mümkün olmuşdur.
Təşkilatın
İnternet ünvanına daxil olaraq “FINCARD” lokal ödəniş kartı ilə bağlı daha ətraflı məlumat
əldə etmək mümkündür.
www.finca.az
Qadın mikromaliyyə təşəbbüslərinə xoş gəlmisiniz
108-ci buraxılış
Üzvlər köşəsi
DəmirBank və ADA Universiteti arasında təlim sahəsində
əməkdaşlığa başlanıb
"DəmirBank" əməkdaşlarının peşəkar inkişafını təmin etmək, onların motivasiyasını və komanda ruhunu artırmaq məqsədi ilə təhsil və təcrübə
almalarına daim dəstək göstərir və bu sahəyə kifayət qədər investisiya ayırır. Belə ki, "DəmirBank" əməkdaşlarına mütəmadi olaraq müxtəlif
xarici ölkələrin tanınmış təlim şirkətlərinin proqramlarından bəhrələnmə imkanı yaratmaqla yanaşı, ölkəmizin qabaqcıl təhsil, təlim
müəssisələrinin layihələrindən istifadə imkanlarını da dəyərləndirir.
"DəmirBank"-ın ADA Universiteti ilə həyata keçirdiyi “Bacarıqların İnkişafı Proqramı” çərçivəsində Bank-ın stuktur bölmə rəhbərləri üçün
“İdarəermə və Liderlik Bacarıqlarının İnkişafı” mövzusunda təlim layihəsi belə uğurlu layihələrdəndir. Layihə daxilində Universitetin yüksək
ixtisaslı təlim ekspertləri Emin Huseynov, Şəmsiyyə Mustafayeva, Natiq Hacıyev və Ramiz Məmmədli kimi peşəkar təlimçilər tərəfindən təlim
sessiyaları interaktiv müzakirələr formasında keçirilmiş və təlim müddətində iştirakçılar öz təcrübələrini bölüşməklə yanaşı, liderlik, idaəetmə
sahəsində bacarıqlarını təkmilləşdirmişdilər. İyun ayı ərzində həyata keçirilən bu layihə 5 sessiyadan ibarət olmaqla, strateji planlaşdırma və
idarəetmə, layihələrin idarə edilməsi, liderlik bacarıqları, dəyişikliyin idarə edilməsi kimi mövzuları əhatə etmişdir.
30 İyun tarixində keçirilmiş təlim iştirakçılarına sertifikatların təqdimat mərasimində ADA Universitetinin İxtisasartırma Proqramları üzrə
Prorektor müavini Aygün Hacıyeva çıxış edərək tərəflər arasında uzunmüddətli əməkdaşlığa ümidini bildirmişdir. Həmçinin, "DəmirBank"-ın
İdarə Heyətinin Sədri Fərid Abuşov struktur bölmə rəhbərlərinin təlim layihəsində müvəffəqiyyətli iştirakını yüksək qiymətləndirərək, heyətin
digər üzvlərinin də belə məhsuldar proqramlardan bəhrələnəcəyini və öz karyeralarında daha yüksək uğur qazanmalarına təkan verəcəyinə
əminliyini bildirmişdir. F.Abuşov Bank tərəfindən gələcəkdə bu istiqamət üzrə layihələrin genişləndirilməsi və ADA Universiteti ilə yeni
layihələrin başlanılmasını nəzərdə tutduğunu bildirmişdir. Mərasimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmiş və xatirə şəkili çəkilmişdir.
AccessBank 6-cı dəfə “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb
Nüfuzlu maliyyə nəşri “Euromoney” növbəti dəfə AccessBank-ı “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görüb
Bakı, 08 iyul 2016-cı il. 6 iyul 2016-cı il tarixində AccessBank nüfuzlu beynəlxalq maliyyə nəşri Euromoney tərəfindən Londonda keçirilən “2016-cı il
üzrə ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb. 2010-cu ildən etibarən artıq altıncı
dəfədir ki, Bank bu nominasiyada mükafat qazanır.
AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffman bu təltifatı alqışlayaraq deyib: «Biz Euromoney kimi nüfuzlu maliyyə təşkilatı tərəfindən
nailiyyətlərimizin tanınması ilə fəxr edirik. Bu mükafat təsdiq edir ki, AccessBank davamlı olaraq öz müştəriləri üçün güclü, sabit və etibarlı tərəfdaş
olaraq qalır, bu isə, hazırki mürəkkəb iqtisadi şəraitdə xüsusilə önəmlidir. Bu, ölkənin hər yerində minlərlə müştəriyə yüksək keyfiyyətli maliyyə
xidmətləri göstərməyə çalışan əməkdaşlarımızın öz işinə sədaqətinin və gərgin əməyinin göstəricisidir».
AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS
Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin
maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 1800-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi
AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib.
Peşəkar İnkişaf
108-ci buraxılış
MFC İllik Konfransı
AMFA, “CBSolutions”şirkətinin əməkdaşlığı ilə “İşçi Effektliliyinin Stimullaşdırılması Kouçinq Proqramı”
həyata keçirir
Dil Azərbaycan
1 ay 4 sessiyadan ibarət olmaqla, 3 ay müddətində fərdi kouçinq sessiyaları
Hədəf işçilər Qərarvermə səlahiyyəti olan şəxslər
Kouç Camal Şahverdiyev. “CBSolutions” şirkətinin direktorudur və 17 illik təcrübəsi vardır.
O, 2011-ci ildə MAXİMUM beynəlxalq kouçinq akademiyasının peşəkar kouç proqramını bitirmişdir.
Ətraflı məlumat və qeydiyyatdan keçmək üçün xahiş edirik ki,
ilə əlaqəs axlayasınız.
lektron poçt
:
Format:
:
:
Sevda Huseynova
(e
:
program@amfa.az)
19-cu MFC İllik Konfransı: Təqviminizdə qeyd edin!
Məmnuniyyətlə elan etmək istərdik ki, 19-cu MFC İllik Konfransl 22024 iyun, 2016-ci ildə Tirana, Albaniyada keiriləcək
Konfransın gündəliyi barədə məlumat almaq və qeydiyyatdan keçmək üçün
saytına nəzər salın
www.mfc2016.org
“Qaçqınlara xidmət: Növbəti Maliyyə Əhatəliliyi hüdudu”
SPTF və UNCHR maliyyə əhatəliliyi sahəsində “Qaçqınlara xidmət: Növbəti Maliyyə Əhatəliliyi hüdudu” adlı yeni
tədqiqata başlayırlar. Bu yeni hazırlanacaq sənəd qaçqınlara maliyyə və qeyri-maliyyə sahəsində xidmət etməkd
maraqlı olan maliyyə xidməti təminatçılarına bir bələdçi rolunu oynayacaqdır.
20 iyul yaz saatı ilə saat 9:00-dan 10:30-a qədər davam edəcək müzakirədə müəllif Lene Hansen-ə kitabça barədə
suallarınızı verə bilərsiniz. Lene, Maliyyə Xidməti Təminatçılarının qaçqınlara xidmət göstərmədiyinin səbəbləri,
xidmət göstərilən qaçqınlara qabaqcıl təcrübələrin necə təqdim olunması da daxil olmaqla kitabçanın əsas
hissələrindən bəhs edəcək.
SPTF iyul ayının ortalarında SPTF website da bu kitabçanın ilk versiyası təqdim olunacaq. İctimaiyyətə təqdim
olunması və şərhlərin qəbul olunması bir neçə ay davam edəcək. Bundan əlavə vebinarda iştirak etməklə, ilkin
hazırlanmış kitabçaya nəzər yetirməklə öz şərhlərinizi verə bilərsiniz.