2
Redaktor:
Arif Əmrahoğlu
Ön sözün müəllifi:
Rahid Ulusel
Rəssam:
Azər
ANAR. Əsərlər. I cild,
Nurlan, Bakı, 2003, 578 səh.
Müəllif bu cildlərin nəşrinə vəsait ayırmış
Ekson Azərbaycan Əməliyyat Şirkətinə,
MMM EksonMobilin törəmə şirkətinə
dərin minnətdarlığını bildirir
downloaded from KitabYurdu.org
3
AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN ANARI
İyirminci yüzil Azərbaycan mədəniyyətinin özünəqədərki və
özündənsonrakı çağlarının ilgəyini yaradıban bütövlüyünü təmin
edən bir orqanik zamandır. Məhz XX yüzildə Azərbaycan
mədəniyyəti özünütəşkil prinsiplərini müəyyənləşdirdi, hansı
köklərdən gəlib hansı yönlərə budaqlandığını aydınlatdı, tarixin
hansı çağlarında siyasi-mədəni epiqonçuluğa varıldığını, hansı
yolların səhv gedildiyini, nələrdə büdrədildiyini, hansı istiqamətlərdə
düzgün addım atıldığını, hansı səmtlərdə irəli getməyin mümkün və
gərək olduğunu sezdi. Azərbaycan mədəniyyətinin onurğa sütunu XX
əsrin güclü birləşdirici "fəqərəsi" ilə bərkiyib qayım oldu.
Azərbaycan mədəniyyətinin bu tarixi-genetik bütövlüyünün dərk
olunması və yaradılmasında müstəsna xidmətləri olan mütəfəkkir
sənətkarlarımızdan biri də, şübhəsiz ki, Anardır.
ÖMÜR ZAMAN HÖRGÜSÜNDƏ
Xalq yazıçısı Anar 14 mart 1938-ci ildə Bakıda xalq şairləri Rəsul
Rza və Nigar Rəfibəylinin ailəsində anadan olub. Azərbaycanın ən
köklü soylarından ikisinin yetirməsidir o. Ata tərəfdən uluları
Məmmədxanlılardır. Bayat boyundan, Şahsevən tayfasından olan,
Çiyni və bir para başqa kəndlərin mülkədarı Məmmədyar oğlu
Məmmədxan ‘IX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan
sonra zindana atılır və orada zəhərlənərək öldürülür. Məmməd xanın
nəticəsi - Rəsul Rzanın atası İbrahim Məmmədxanlı Göyçayda
mirzəlik edər və ticarətlə məşğul olarmış. Anarın anası Nigar xanım
məşhur Rəfibəylilər nəslindəndir. Ulu babası Ələkbər bəy Rəfibəyli -
el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyasi partiya olan "Difai"
partiyasının yaradıcılarından idi. Babası - ilk ali təhsilli Azərbaycan
cərrahlarından olan, 17 il Gəncə xəstəxanasının baş həkimi və
həkimlər cəmiyyətinin sədri kimi çalışan, Xudadat bəy Rəfibəyli
1918-ci ilin mayında Gəncədə ilk müstəqil Azərbaycan cümhuriyyəti
qurulandan sonra ‘ətəli xan Xoyskinin hökumətində ilk səhiyyə
naziri olmuş, bir il sonra isə Gəncənin general-qubernatoru
vəzifəsinə təyin edilmişdir. 1920-ci ilin Aprel bolşevik çevirilişindən
sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində suçlandırılaraq
güllələnmişdir.
downloaded from KitabYurdu.org
4
Anarın atası Rəsul Rza və anası Nigar Rəfibəyli XX yüzil
Azərbaycan ədəbiyyatının klassikləri sırasına daxil olmuşdur.
‘əal yaradıcı ailə-sənət mühitində böyüyən Anar 1960-cı ildə
Azərbaycan Dövlət Universitetini bitirib. Həmin il Nizami
Muzeyində kiçik elmi işçi, 1961-62-ci illərdə Dövlət Radio və
Televiziya Komitəsində redaktor işləyib, 1962-1964-cü illərdə
Moskvada Ali Ssenari Kurslarında təhsil alıb, yenidən RTK-də
böyük redaktor (1964-1967) işləyib. 1964-cü ildən Yazıçılar
İttifaqının , habelə Kinematoqraflar, Jurnalistlər və Teatr Xadimləri
İttifaqlarının üzvüdür. 1968-1987-ci illərdə "Qobustan" incəsənət
toplusunun baş redaktoru olub. 1987-ci ildə Azərbaycan Yazıçılar
İttifaqı İdarə heyətinin birinci katibi, 1991-ci ildə Yazıçıların 9-cu
qurultayında yekdilliklə Yazıçılar Birliyinin sədri seçilib. 1987-ci
ildə Azərbaycan Ali Sovetinin deputatı, 1989-cu ildə SSRİ xalq
deputatı, SSRİ Ali Sovetinin üzvü seçilib. 1995 və 2000-ci illərdə
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, MM-in elm, təhsil,
mədəniyyət (sonralar yalnız mədəniyyət) komissiyasının sədri
seçilib. Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətinin sədridir.
Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvüdür.
1976-cı ildə Əməkdar İncəsənət Xadimi adına, 1980-ci ildə
Azərbaycan Dövlət mükafatına layiq görülmüş, 1998-ci ildə
Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə
"İstiqlal" ordeni ilə təltif edilmişdir.
Anarın Bakıda, Moskvada, Türkiyədə, İranda, Almaniyada,
İsveçrədə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Bolqarıstanda,
Estoniyada, Gürcüstanda, Qazaxıstanda, Tacikistanda 60-a yaxın
kitabı çap olunub. "Ağ liman" Moskvada (1973, 1980, 1988),
Polşada (1978), Magarıstanda (1972), Bolqarıstanda (1973),
Türkiyədə (1991), Özbəkistanda (1978), Qazaxıstanda (1976),
"Beşmərtəbəli evin altıncı mərtəbəsi" Moskvada (1980, 1988), iki
dəfə müxtəlif tərcümələrdə Türkiyədə (1994, 1995), Almaniya
Demokratik Respublikasında (1979), Almaniya ‘ederativ
Respublikasında (1989), Çexoslovakiyada (1980-ci ildə çex, 1984-cü
slovak dillərində), Macarıstanda (1981), İsveçrədə (1992),
Estoniyada (1989), Gürcüstanda (1997), "Əlaqə" povesti üç dəfə
Moskvada, Polşada (1981), Macarıstanda (1982), Almaniyada
(1986), ‘ransada (1995), Estoniyada (1981), "Dantenin yubileyi" üç
dəfə Moskvada, Estoniyada (1975), Bolqarıstanda (1973),
downloaded from KitabYurdu.org