|
ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи
|
səhifə | 8/60 | tarix | 15.03.2018 | ölçüsü | 5,53 Mb. | | #32065 |
| Bu səhifədəki naviqasiya:
- Əhməd
İBN HƏNBƏLİN ƏSƏRLƏRİ
Əbu Hənifənin və Şafeinin əksinə olaraq, Əhməd üsuli və fiqhi məsələlərin yazılmasını dini baxımdan caiz hesab etmir, yalnız hədis yazılmasını mübah bilirdi. Onun kitab yazılması barədə nəzəri bir o qədər də müsbət deyildi. Öz ardıcıllarını da onun fətvalarını və müxtəlif məsələlər barəsində suallara verdiyi cavabları yazmaqdan çəkindirirdi. Bununla belə hədis, əqaid, Quran və rical elmində müxtəlif əsərlər yazmışdır. Çoxları “Əhməd ibn Hənbəlin məsələləri” adı altında fiqh və əqaid məsələlərindəki fətva və rəylərini yazmışlar.1 Əhmədin ən məşhur kitabı “Müsnəd” kitabıdır. İbn Cozinin dediyinə görə bu kitab otuz min hədisi əhatə edir. Əmədin özü də bu kitaba müstəsna əhəmiyyət verirdi. Əmədin çap olunan və əsas etibarı ilə öz oğlu Əbdüllahın rəvayəti əsasında yazılan əsərləri aşağıdakılardan ibarətdir:
1.Əhkamun-nisa
2.Əl-əsami vəl-kuna
3.Əl-əşribə
4.Ər-rədu ələl-cühəmiyyə
5.Əz-zuhd
6.Əs-səlat
7.Əl-iləlu və mərifətür-rical
8.Fəzailüs-səhabə
9.Əlvərə2
Əhməd ibn Hənbəlin fiqhi Əhməd ibn Hənbəlin üsuli-fiqhi
Şafeinin əksinə olaraq Əhməd ibn Hənbəl üsuli-fiqh elmində heç bir kitab yazmamışdır. Ondan sonra başqa üslubda yazılan məktəbin, eləcə də başqa əsərlərinin də onun təfəkkür tərzinin dəqiq göstəricisi olmasını iddia etmək olmaz. Buna əsasən, “onun fiqhi nəzəriyyələri barədə ümumi bir görüş əldə etməyin yeganə yolu şagirdlərindən nəql olunan fikirləri təhlil etməkdir.”3
Aydındır ki, Əhmədin şagirdlərinin ondan nəql etdikləri məsələlər hənbəlilərin sonrakı nəsillərinin əsərlərində çap olunmuşdur. Əhməd ibn Hənbəldən müxtəlif məsələlər barəsində bir-biri ilə təzadlı olan rəylər nəql olunmuşdur və bu məsələ də Əhməd ibn Hənbəlin öz nəzəriyyələri ilə hənbəli fiqhi arasında gözə çarpan fərqləri göstərə bilər. Əhmədin fiqhi və Hənbəli fiqhi çərçivəsində Əbu Yəla ibn Fərra, Əbul-Xəttab Kəluzani, İbn Teymiyyə və İbn Qəyyim Coziyyə kimi alimlər təhqiqat aparmışlar. Buna baxmayaraq, Əbu Hənifə, Malik və Şafei fiqhinin əksinə olaraq Əhmədin fiqhinin əsas bünövrəsi barəsində bir neçə rəyin arasından qəbul olunası bir təhlil əldə etmək çox çətindir.1
Dostları ilə paylaş: |
|
|