|
ВәҺҺабијЈӘтин сијаси тарихи тарихиƏhməd ibn Hənbəlin elmi və iCtimai mövqeyi
|
səhifə | 6/60 | tarix | 15.03.2018 | ölçüsü | 5,53 Mb. | | #32065 |
|
Əhməd ibn Hənbəl öz müasiri olan böyük alimlərin çoxundan bəhrələnmişdir. Əvvəldə onların bəzilərinin adını qeyd etdik. “Əhmədin, adları bundan əvvəl qeyd olunmayan ən qədim ustadlarından bəziləri: Məhəmməd ibn Həmid Yəşkuri, Ziyad ibn Əbdüllah Bəkkayi, İbadullah ibn Əvamm, Məhəmməd ibn Sübeyh ibn Səmmak və Yusif ibn Yəqub Macişun.”2
Onun şagirdləri və raviləri də çoxdur. Onlardan Əhmədin fikir və əsərlərini sonrakı nəsillərə nəql edənlərdən ən mühümlərinin adlarını qeyd edirik: “Əbul Abbas Əhməd ibn Cəfər İstəxri, Əhməd ibn Əbixəsimə, Züheyr ibn Hərb, Əbuyəla Musili, Əbu Bəkr Əhməd ibn Məhəmməd ibn Həccac Məzudi, Əbu Bəkr Əsrəm, Əbul Abbas Sələb, İbrahim Hərbi, Əbu İshaq İbrahim ibn Hani Nişapuri və sair.”3
Əhməd ibn Hənbəl hədis elmində və bununla bağlı sair elmlərdə yüksək məqama malik idi. “Müsnəd” adlı kitabı və sair əsərlərinin araşdırılması onun bu barədəki mövqeyini göstərə bilər. Əbu Zərə Razinin yazdığına görə o, minlərlə hədis əzbərləmişdi. Əhmədin özündən də rəvayət olunur ki, o bu qədər hədisi əli ilə yazmışdı. Hələ bu, başqalarının onun üçün yazdığı hədislərdən tamamilə ayrı olan hədislərdir... Əhməd rical elminə, ravilərin tanınmasına, həmçinin hədisin səbəblərinə bələd idi. Xüsusilə onun rical elmindəki rəyləri həmişə ricalşünasların diqqət mərkəzində olmuşdur. O, qiraət elmində də dərin biliyə malik idi”1.
Əhmədin şagirdləri və ardıcılları onun elmi məqamı və əxlaqi xüsusiyyətləri barəsində çoxlu mətləblər nəql etmişlər. Onun yaxın adamları və onunla eyni səviyyədə olan böyük dini şəxsiyyətlərdən də müxtəlif cür təriflər nəql olunmuşdur. Bu təriflərin hamısı əksər hallarda mübaliğə və şişirtmə ilə yanaşı olmuşdur. Belə ki, “Böyük İslam Enskilopediyası” kitabında bu barədə belə qeyd olunur: “Aydındır ki, bu cür hekayələrin yazılıb yayılmasında və nəql olunmasında dini məqsədlər və məzhəbi təəssüblər çox təsir qoymuşdur. Əhmədin “Möhnə” hadisəsində Quranın məxluq olmasını qəbul etmək qarşısında göstərdiyi imtina ilə əlaqədar məruz qaldığı əzab-əziyyətlər vasitəsi ilə yaranan sevimliliyi və hədis səhabələri arasında qazandığı məhəbbət təbii bir iş idi. Xüsusilə o, bəzilərinin yanında əsrlər boyu həmin ehtirama layiq görülməmişdi. Hənbəlilər onun məqam və qüdrətinə təzim etmək üçün bu cür rəvayətləri quraşdırırdılar.”2
Dostları ilə paylaş: |
|
|