|
ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи
|
səhifə | 9/60 | tarix | 15.03.2018 | ölçüsü | 5,53 Mb. | | #32065 |
| 1. nəqli dəlillər
a) Kitab.
“Əhməd ibn Hənbəlin fiqhində sünnə, Quranın bəyanedicisi kimi əsaslı təfəkkür olaraq daha artıq təkidlə irəli çəkilir. O, “Ərrəddu əla mən əxəzə bizahiril-Quran və tərəkəs-sünnə” adlı əsərində Peyğəmbəri-Əkrəm (s) sünnəsini Quranın zahir və batini, ümum və xüsusu, nasix və mənsuxundan Allahın əsas məqsədinin bəyanedicisi hesab etmiş və bunun ardınca Peyğəmbərə (s) itaət etməyin vacib olduğunu göstərən Quran ayələrini qeyd etmişdir.”2
b) Sünnə.
“Peyğəmbəri-Əkrəm (s) sünnəsinə itaət etmək əshabi-hədisin fiqhində ümumi və Əhmədin fiqhində xüsusi şəkildə yüksək məqama malikdir. Həqiqətdə bu məktəb ardıcılları çox hallarda hədisi öz rəylərindən irəli keçirdiklərinə görə “əshabi-hədis” adı ilə məşhurlaşmışlar. Əhməd ibn Hənbəlin risaləsində qeyd olunur ki: “Bizim nəzərimizdə sünnə Allah Rəsulunun əsəridir...” “Sünnədə qiyasa və təmsilə yer yoxdur, əql və həva (nəfsin istəyi) ilə dərk olunmaz. Əksinə bu, ona itaət etmək və həvanı tərk etməkdən başqa bir şey deyildir.”3
v) Səhabə və tabeinlərin rəyi.
“Müxtəlif mənbələrdə Allahın kitabı və Peyğəmbərin (s) sünnəsindən sonra səhabələrin nəzəri Əhməd ibn Hənbəlin etimad etdiyi dəlillər sırasında qeyd olunur. O, səhabələrin nəzərini qiyas və rəydən irəli hesab edir. Əgər Əhməd səhabələrin hamısından, yaxud təklikdə birindən hər hansı bir hökmü tapsaydı və onun qarşısında səhabədən bir müxalif tapmasaydı bu halda onu itaət edilməsi lazım olan hökm hesab edirdi. Səhabələrin ixtilaf etdiyi hallarda isə bəzi hənbəli alimlərinin dediyinə görə Əhməd Allahın kitabına və Peyğəmbər (s.ə.v.v) sünnəsinə ən yaxın olan nəzəriyyəni seçir və səhabələrin nəzəriyyələrindən xaricə çıxmırdı. Hansının seçilməsinin çətin olduğu halda isə, heç birinə üstünlük vermədən hər iki nəzəriyyəni irəli çəkirdi. Əhmədin ehtiyatlı davranması hətta bir səhabədən iki müxtəlif rəvayət nəql olunduğu halda belə, gözə çarpır. İbn Qəyyim inanır ki, Əhməd ibn Hənbəl səhabələrin ixtilaflı olduğu halda dörd xəlifənin nəzərini sair səhabələrdən üstün hesab edirdi.”1
q) İcma.
Ümumiyyətlə, mövcud məlumatlara əsasən Əhməd ibn Hənbəlin səhabə və tabeinin icma və fikir birliyindən necə bəhrələnməsini belə bəyan etmək olar: Səhabələrin icması ixtilaf barədə agahlığın olmaması mənasına götürüldükdə Əhmədin nəzərində buna görö mötəbər sayılır ki, səhabənin nəzəri höccətdir, nəinki icma qeyd olunan mənada səhabənin sözünə höcciyyət vermiş olsun. Amma tabein və onlardan sonrakı nəsillərə gəldikdə isə, belə demək olar ki, Əhməd ibn Hənbəlin tutduğu üslub o zaman əshabi-hədisin fəqihlərinin arasında mövcud olan üslubla əşhər (ən məşhur) nəzəriyyəyə tabe olmaq idi. Yalnız “Qərineyi sarifə” mövcud olan hal istisna olunur. İcma iddiası etmək onun nəzərində cəsarətli bir söz və ehtiyatdan uzaq nəzər kimi cilvələnirdi.”2
Dostları ilə paylaş: |
|
|