58
Vüsal, kədər qoşa gedir,
Həsrətlilər bağrın didir.
Düşmən bizə nələr edir,
Qızın sənə deyir can-can,
Qalx ayağa, Azərbaycan
Cənnət məkan, şirin dilsən,
Dəli Kürsən dibi lilsən.
Sən əjdaha, güclü filsən,
Qızın sənə deyir can-can,
Qalx ayağa, Azərbaycan
05.05.2007
59
1958-ci ildə Şəkidə anadan olub. Şairədir. Şəki
Toxuculuq Texnikumunu bitirən İradə xanım 1992-ci ildən,
gözü tutulandan sonra şer yazmağa başlayıb. İlk kitabı 1998-
ci ildə çap olunan “Zülmətdə çrpınan ürək” şerlər toplusu
olub. Bu kitabda toplanan şerlərdə şairə öz kədərini əks
etdirib. Bundan sonra onun “Nəğmə pıçıldayır dodağım
mənim” və “Nənəmin əfanəvi nağılları” adlı daha iki kitabı
çap olunub.
“Qəlb işığında” adlanan dördüdüncü kitabında məhəbbət
mövzusunda yazdığı şerlər toplanıb. Şerlərində oxuculara
vətən sevgisi, inasan olan inam, vətənə sədaqət hissi aşılayr.
İradə Gülfur keşmişimizin əfsanəyə çevrilmiş olaylarına
yenidən nəzər salır.
Qəzəllərində, rübailərində fəlsəfi fikirlərə geniş yer
verir. 1998-ci ildən etibarən Əlillərin baxış müsabiqəsinə
qatılan İ. Gülfür 4 dəfə müsabiqənin qalibi olub. 1998-ci
ildən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki
rayonlararası təşkilatının sədridir.
İradə Gülfir
60
Azərbaycanım
Odundan od alan, od parçasıyam,
Ucalan səsimsən Azərbaycanım!
Fəxrim, iftixarım sevimli Vətən,
Gecəm - gündüzümsən Azərbaycanım!
Gur şəlalə axan, dağda qara bax,
Yurduma göz dikən, olacaq dağ -dağ.
Vuran ürəyindir bütöv Qarabağ,
Əzəldən bizimsən Azərbaycanım!
Füsünkar gözəllik bəxş edir hər yan,
Otun, gül - çiçəyin min dərdə dərman.
Gəzdikcə elləri, doymayır insan,
Laləli düzümsən Azərbaycanım!
Yüksəlir ad - sanın dağların kimi,
Boldur hər sərvətin bağların kimi.
Yaşarsan firavan çağların kimi,
Bəbəyim, gözümsən Azərbaycanım!
Övladtək boynuna sarılmışam mən,
Qışına, yazına vurulmuşam mən.
Səni sevə-sevə, var olmuşam mən,
Ürəkdə közümsən Azərbaycanım!
61
Arzular sonsuzdur sabahlar kimi,
Səndə tapmışam mən, həyat eşqimi.
Gülfir sevə bilməz bunca heç kimi,
Ən şirin sözümsən Azərbaycanım!
31 Dekabr 2010
Sehrli dünyam
Gəlib sözün, keşiyində durmağım,
Bir sehrli dünya doldu dünyama.
Bundan belə bir dünya da qurmağım,
Bir sehrli dünya doldu dünyama.
Söz - söz olub, ürəkləri gəzəndi,
Misraları muncuq - muncuq düzəndi.
Hər səhifəsi gözəlliklə bəzəndi,
Bir sehrli dünya doldu dünyama.
İlk qədəmi yeni ilin ilk günü,
Sehr ilə göstərdi öz gücünü.
Təzə sözün təzə tutub yükünü,
Bir sehrli dünya doldu dünyama.
62
Köksüm altda atəş olub, qalandı,
İlham pərim qanadını çalandı.
Məhəbbətlə şirin sözə calandı,
Bir sehrli dünya doldu dünyama.
Xoş avazla, zümzüməylə dinir dil,
Mübarəkdir qədəmlərin, Yeni il!
Söz ümmandır, nə sonu var, nə sahil,
Bir sehrli dünya doldu dünyama.
Eşit mənim, haqqdan gələn ünümü,
Gülfir deyir, sözə verdim ömrümü.
Salamlayım belə nurlu günümü,
Bir sehrli dünya doldu dünyama.
01 Yanvar 2011 Ş ə k i
63
Sözü sevir
Söz Tanrının kəlamıdır,
Hər kalamda min məna var.
“ Ol” sözü ilk salamıdır,
Bir salama dünya sığar.
Şirirn-şirin dildən düşər,
Xəstənin ilk dərmanıdır.
Sözlə yaşar bütün bəşər,
Tanrımızın fərmanıdır.
Sözdə fəğan, sözdə ah var,
Oda düşən, külə dönər.
Sözdə günəş, al sabah var,
Yerə düşən, gülə dönər.
Susanda dil, dinir gözlər,
Söz cücərir, söz boy atır.
İlahidən gələn sözlər,
İlahiyə gedib çatır.
Söz mələkdə, iblisdədir,
Bu çeşmədən içən bilər.
Yaxşı kəsdə, həm pisdədir,
Sözü-sözdən seçən bilər.
64
Yazmadığım söz mənimki,
Yazdıqlarım sədəqədir.
Gülfir sevir sözü çünki,
Tanrısıyla əlaqədir.
Şəki 2011.
Bu yoxuşun
Ömür yazan, tale yazan, bəxt yazan,
Keçdiyim yol, olmamışdır çox asan.
Bu yollarda dönüb oldum bir ozan,
Söz mülkündə söz-söz olub, bitəcəm,
Bu yoxuşun sonunacan gedəcəm.
Dost-tanışa arxalanıb, ərk etdim,
Dar məqamda saxtalığı dərk etdim.
Pozub əhdi, dostluğumu tərk etdim,
Namərdlərin yanından düz ötəcəm,
Bu yoxuşun sonunacan gedəcəm.
Bu dünyanın yalanından uzağam,
Gözü – könlü tox olmuşam, üz ağam.
Xislətimdə əyri qulum, düz ağam,
Mərdlər üçün ölüm desə, edəcəm,
Bu yoxuşun sonunacan gedəcəm.
Dostları ilə paylaş: |