30
Dünyа Bоşаlır
Elə zənn edirəm dünyа bоşаlır,
Çаxnаşmа, vuruşmа, dаhа bаş аlır.
Аqillər, аlimlər dünyаdаn gedir,
Əvəzi də gəlmir, yeri bоş qаlır.
Dərd duyаn insаnlаr, qаnаnlаr gedir,
Dərdbilməz аdаmlаr, nаdаnlаr gəlir.
Dünyа itiribdir səriştəsini,
Оğul uşаq sаymır öz yiyəsini.
Kimsə оxumаyır öz kitаbını,
Оxuyаn аzdı «Düz söz» kitаbını.
Hаyyın bir kitаbını bаşа vurmаyаn,
Оxuyur nаhаqqın yüz kitаbını.
«Yаşаmаq!» deyilən yаmаn çətindi,
Insаn hissələrə bölünür indi.
Geridə dаyаnıb, köhnə zülümlər,
Sаtılır bаzаrdа оrqаnizmilər.
Vücudu dip-diri pаrçаlаyırlаr,
Hаrdаn lаzımdısа, оrdаn çаlırlаr.
Belə bir zаmаndа yаşаrmı insаn?
Tаrixən оlubmu bir bele dövrаn?
Əlаmаn а dünyа! Səndən əl аmаn!
Qıl çаrə bizlərə, sən ey Yаrаdаn!
31
Mayoş Əyyub qızı
Vəliyeva
1961-ci ilin noyabrın 1-də Naxçıvan Muxtar
Respublikasının Şərur rayonunun Düdəngə kəndində anadan
olub.
Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur.
Kitabları nəşr olunub. 2004-cü ildə əlillərin 3-cü
Ümumrespublika Bədii Yaradıcılıq Baxış Müsabiqəsinin
qalibi olub. “Durna olsam” adlı ilk kitabı 2004-cü ildə çap
olunub. Daha sonra “Tək olan dünya” kitabı çap olunub.
32
Ağlayır
Yurdum paralanıb bir neçə yerə
Həsrətdən qəlbimiz bağlayıb yara
Dərman axtarırıq tapmırıq çarə
Qəsd ilə bağlanan yollar ağlayır.
Ətirli qönçələr, güllər gedibdir
Yağılar Şuşanı tapdaq edibdir
Tərlan oylağımız itbidir
Qürbətdə bulunan göllər ağlayır
Düşmən Kəlbəcərdə qızılı kəsir,
Qarabağ üstündə qəlbimiz əsir.
Xankəndi, Xocavənd olubdur yesir
Dumana bükülən güllər ağlayır.
33
Ata deyib gözlərindən yaş axan,
Övlad həsrətilə, bükülən, baxan
Şəhid məzarın köksünə sıxan
Yurdunu itirən ellər ağlayır.
Ulu öndər
Heydər Əliyevin əziz xatirəsinə ittihaf
Ulu öndər
Dahi rəhbər
Heydər baba
Zehin, zəka
Çox işlətdin
Vətən üçün
Bu xalq üçün
Siyasətlə zənd işlətdin
Qorumaqçün
Bu torpağı
Namus, qeyrət, insanlığı
Keçilməyən sərhədləri sən aşaraq
Rəsmi qolla
Bənd işlətdin
Vətənə olan sevgi
Məcbur etdi
Səni buna,
34
Xalqa olan məhəbbətin
Sövq etdirdi, kamilliklə
Sülh imzana
Dönə-dönə sən çəkdirdin
Xalq önündə
İmtahana
Çox əlləri sən saxladın
Sən qorudun
Sən qoymadın
Bata qana
Ulu öndər
Dahi rəhbər
Heydər baba
Ulu dünya
Kamalınla
Sülh yolunda imza qoydun
Ülvi məqsəd memarlıqlı
Nur dünyada məşəl aldun
Səni sıxıb köksümüzə
Fərəh aldıq, sən vətən xidmətinlə fərəh
aldın
Ulu öndər
Dahi rəhbər
Heydər baba
Qəfil ölüm səni bizdən ayırdı
Bu ayrılıq torpağını, vətənini yandırdı.
35
Bu ayrılıq, acı kədər
Kövrək-kövrək qəlbimizi
Sındırdı.
Arif, zəka duyğuları
Müdhiş anda dondurdu
Ulu öndər
Dahi rəhbər
Heydər baba
Əsəl bizi ayırsa da
Sevgi qaldı
Qəlbimizdə,
Sən əbədi ayrılsan da
Vətənçün dağ vüqarın qaldı bizdə
Həsrət bitib
Nalə çəkdik
İçimizdə
Ulu öndər
Dahi rəhbər
Heydər baba
Məzarının önündə biz baş əyirik
Daş heykəldə nur çöhrənə
Baxdıqca biz
Kövrəlirik
Sona yetmir həsrətimiz
Ulu öndər
Dahi rəhbər
36
Heydər baba
Fərəh verir
Yalnız bizə
Yaradının köməyi ilə
Səndən qalan
Bir nişanı
Öndə durur
Gedir rəhbər kimi
Yetiribdir
Bu zəmanə
zehnin,zəkan
çöküb ona
addım-addım
sülh yolunu
köçürübsən
Sən İlhama
Ulu Heydər davamçısı
Ənənənlə davam edir
O böyük bir
Rəhbər kimi
Xalq önündə
Başda gedir
Sədaqətlə, sücayətlə
Vətəninə
Xidmət edir
Sən əkdiyin ağacların bəhrələri
meyvə verir
Gələcək nəsillərə də yetirəcəkdir zaman
37
Vətənində qoymayacaq tökülə qan,
Balaca Heydər kimi
Bir yenilməz qəhraman
Ulu öndər
Dahi rəhbər
Heydər baba
Rahar uyu
məzarında,
ana vətən
torpağında
sən ölmədin
sən yaşadın
bəşəriyyət
zəkasında.
Heydər baba
Heydər baba.
38
Ölmə vətən oğlu vətən ağlayır
Matəm musiqisi çaldırdı zaman
Ölüm xəbərindən saraldım yaman
Gözümdə boşaldı bu nurlu cahan
Ölmə, el oğlumuz, elim ağğalyır
Çəmənim ağlayır, gülüm ağlalyır
Çənazə önündə al-əlvan çiçək
Fırtına qopardı sinəmdə ürək
Çırpırdı qayaya dalğanı külək,
Kədərdən dağladı dəniz ağlayır
Dəmir arabada bir qız ağlayır
Qopardı təbiət bir acı tufan
Dad-nalə eyləyir xınalı tərlan
Nərilti qoparıb uzaqdan aslan,
Titrəyir dağ, dərə, meşə ağlayır.
Bulaqlar çevilib şehə ağlayır
Dostları ilə paylaş: |