106
Sanırıq dünyamız kabusdu, kabus ,
Yaşayırıq duyğusuz , əfsus, min əfsus.
Gəl ataq kədəri, nisgil, ələmi,
Yox deyək dərdlərə, sınsın qələmi.
Hər üzdə təbəssüm , sevinc yaşları ,
Ərisin qəlblərin qara daşları .
Gözəldir , deyilmi? - Söylə, bəs nədən,
Hələ də arxanca dərdi çəkirsən ?
Demə, atam, demə ki, dərdim var mənim,
Dərd nədir ? - Gəl deyim, sözüm var mənim!
107
Yaxşıdır
Bir gözəl sevmişəm , yolu daşlıdır ,
Qüdrətdən çəkilib , qələm qaşlıdır .
Şirindir ləhcəsi , xublar şahıdır ,
Fürsət tapıb könlün alsam , yaxşıdır .
Gözəl dedim , gözəl , yoxdu tayınan ,
Yanağında xal görmüşəm sayınan .
Tökür neçə qan bircə baxmağıynan ,
Bir də baxsa , ölüb qalsam yaxşıdır .
Çeşm Əli , dərd çəkmək peşəndir , peşən ,
Gör nə vaxtdı qəm yeyib dərd içirsən .
Başından əskilmir , bəla gəzirsən ,
Bivəfadı , gendə dursan yaxşıdır .
26.04.2010.
108
Fələyin çərxini tərsə hərlərəm
Sınanmışam min yol , qurun mizanı ,
Yenilməzəm , mən bu bəhsə yenmərəm .
Çəkdirin göz-gözə , açın meydanı ,
Gəlsə mürğidillər , aman vermərəm ;
Fələyin çərxini tərsə hərlərəm .
Şirindir qəzəlim , yusifcamallı ,
Hikmətdir , mənadır dövlətdə malı .
Həvəskarmisallı , hərdəmxəyallı ,
Gəlməsin , kalını başdan tökərəm ;
Fələyin çərxini tərsə hərlərəm .
Güneydən boylandım , qüzeydə batdım ,
Çiçək-çiçək arzu oldum , boy atdım .
Könül verdim mən bu eşqə , yaşatdım ,
Yanmağım var gecə-gündüz , sönmərəm ;
Fələyin çərxini tərsə hərlərəm .
109
Səsimə səs versin tarım , kamanım ,
Çarəsiz xəstəyəm , yoxdur dərmanım .
Telli sazım gəlsin olsun həyanım ,
Musiqisiz söz məclisin neylərəm ;
Fələyin çərxini tərsə hərlərəm .
Sərrafam , gəzirəm babımı , hanı ?
Şairəm sözbilən , haqqımı tanı .
Titrədib dünyanı , Göy – Asimanı ,
Haqq sözün başına min yol dönərəm ;
Fələyin çərxini tərsə hərlərəm .
Mərifət əhliyəm , məna acından ,
Mənəm deyən varsa , keçsin tacından .
Bu coşqun təbimin bac-xəracından ,
Olmamış qurtulan ! – Bəyan eylərəm ;
Fələyin çərxini tərsə hərlərəm .
Çüşm Əli söylər sözü zamanında ,
Ərkan ilə qədirbilən yanında .
Rəqibin axtarır adlı , sanında ,
Deyir : – Bu meydanda rəqib bilmərəm ;
Fələyin çərxini tərsə hərlərəm .
110
Düzdürüb gör neçə şəm şamımız Ayın başına
Düzdürüb gör neçə şəm şamımız Ayın başına ,
Yığışıb aşiqi-pərvanə humayın başına .
Verər əldən şikarın meydana girmişsə naşı ,
Yağacaq tənəli oxlar yenə yayın başına .
Vəfa sultanı yarım , gəlsə də yüz min vəfasız ,
Tutuşsunlar yenə əl-ələ dolayın başına .
Çeşm Əli keçdi sınaqdan , yoxmu insaf damarın ?
Dedi yar , hər nə cəfa varsa qalayın başına .
111
Söyləyin göylərə
Söyləyin göylərə , öyünməsin səyyarəsi var ,
Bəşər üzlü Yerimin gör necə məhparəsi var .
Al yanaq , qələm qaşlı afəti gör , bənzəri yox ,
Dolanır başına , min aşiqi-pərvanəsi var .
Məqami-surəti-hüsnündə mərifət və kəmal ,
Bigüman var yəqinim ki , mələk nişanəsi var .
Batini-nöqteyi-əsrarı rüxi-lövhinə bənd ,
Mən kimi batinə vurğun çoxmu biçarəsi var ?
Yetişin , ey nəzər əhli , gör nə ümman bulmuşam ,
Naleyi-tari-kaman məclisi-həmxanəsi var .
Azəribaycanımın hər gözəli möcüzədir ,
Sözü xoş , “Ovqatı” xoş , nəğmə dolu guşəsi var .
Düşmüşəm girdabına , oddu bu qız , sorğusu çox ,
Heç demir qəlbi suzan Çeşm Əli bimarəsi var .
112
Fələk mənlə bəhsə düşüb
Baş açmıram bu dünyadan ,
Avand yolu tərsə düşüb .
Vallah , bu yol mənlik deyil ,
Fələk mənlə bəhsə düşüb .
Söndürüb ümid çırağım ,
Güman kəsibdir ayağın .
Açdım könlümün varağın ;
Hər sətrinə qüssə düşüb ,
Fələk mənlə bəhsə düşüb .
Köklənəndə qəm rübabım ,
Tel-tel olur duyğularım .
Mən kimə pənah aparım ;
Qara bəxtim nəhsə düşüb ,
Fələk mənlə bəhsə düşüb .
Düyün kəsibdir kələfin ,
İçirəm acı şərbətin .
Yalquzaqmış , dişi kəskin ;
Qismətinə Mirzə düşüb ,
Fələk mənlə bəhsə düşüb .
23.08.2010.
113
Əkbər Tanrıverdi oğlu
Şahbazov
1960-cı il yanvarın 1-də Yevlax rayonunda anadan
olub. X. Abovyan adına Yerevan Dövlət Pedaqoji
İnstitutunun filologiya fakültəsini bitirib. 2 saylı xüsusi
rejimli internat məktəbində müəllim işləyib. Gözdən Əlillər
Cəmiyyətinin Mərkəzi İdarəsində kadrlar şöbəsinin böyük
inspektoru işləyib.
Əlillərin üçüncü, dördüncü və beşinci yaradıcılıq
baxış müsabiqəsinin qalibi olub. Orta məktəbdən şeir
yazmağa başlayıb, mətbuat səhifələrində çap olunub. Onun
şeirlərində boya-başa çatdığı doğma torpağa sönməz bir sevgi
var.
“Kotanlı” imzası ilə yazan Ə. Şahbazovun şeirlərində
vətənə, onun insanlarına əbədi bir məhəbbət var.
“Qəriblikdən gələn səs” adl kitabı nəşr olunub. 200-dən artıq
şeirin müəllifidir.
Dostları ilə paylaş: |