1
Sumqayıt Təhsil və təlim mərkəzinə ziyarət zam-
anı səhmdarlarla keçirilən görüş
SAP ERP layihəsinin müzakirəsi gedir
Ailə Günündə SOCAR
Polimer şirkəti Sumqa-
yıtda fəaliyyət göstərən
layihə kollektivinin üzv-
lərinin övladlarını tikinti
meydançasında tanışlıq
gəzintisinə dəvət etdi.
Səh.4
Səh.8
Səh.18
Ailə Günü
2017
FEVRAL
SOCAR Polimer MMC-nin xəbərlər bülleteni / Nömrə 2 / 2017-ci il
Bu buraxılışda:
3.000.000
70.9%
26.3%
İş vaxtının itkisi olmadan
-dan
artıq adam/saat işlənmişdir
PP zavodu – yanvar
ərzində ümumi irəliləyiş
YSPE zavodu – yanvar
ərzində ümumi irəliləyiş
278
İşçi
2
Baş Menecerin
müraciəti
Hörmətli həmkarlar!
Biz keşməkeşli 2016-cı ili arxada buraxıb 2017-ci ilə
qədəm qoymuşuq. Hər şeydən əvvəl, mən 2016-cı ildə
göstərdiyiniz əzmkar zəhmətinizə və fədakarlığınıza görə
sizə öz minnətdarlığımı bildirmək istərdim. Bu il daha
da səylə çalışacağımıza və daha yüksək nəticələr əldə
edəcəyimizə ümid edirəm. Unudmamalıyıq ki, bu layihə
çərçivəsində müəyyən etdiyimiz standartlar həm SOCAR
GPC şirkəti, həm də digər gələcək layihələr üçün də səmt
nişanı rolunu oynayacaq.
Bu il biz bir sıra çətin məsələ ilə üz-üzə gələcəyik. Onlardan
ən vacibləri bunlardır:
1. STTƏMM standartlarına ciddi və müntəzəm surətdə
əməl etmək;
2. Polipropilen qurğusunda mexanika-montaj işlərini
uğurla başa vurmaq;
3. İstismar üzrə mütəxəssis kollektivini yaratmaq;
4. SAP sistemini tətbiq etmək.
1) Biz sahədə çox ciddi STTƏMM standartları tətbiq edirik.
Bunun nəticəsində biz iş vaxtının itkisinə yol vermədən 3
milyon adam/saat həcmində qəzasız iş görmüşük. Lakin
biz arxayınlıq qapılmadan və, xüsusən də, iş həcminin
və intensivliyinin artmasını nəzərə olaraq bu əlamətdar
rekordu qoruyub saxlamalıyıq. Əlbəttə, biz ofislərdə də
STTƏMM standartlarının tələblərinə ciddi şəkildə riayət
etməliyik.
2) Mexaniki-montaj işlərinin başa çatdırılması,
qurğunun istismara verilməsi və işə salınması bu ilin
dördüncü rübünə planlaşdırılır.
Əldə edilməsi çətin olan bu məqsəd kollektivin hər
bir üzvündən tam fədakarlıq, İPMT kollektivindən isə
əlavə mütəşəkkillik və podratçılarla sıx əməkdaşlıq
tələb edəcək. SOCAR Polimerin bu sahədə də daha bir
əlamətdar nailiyyət əldə edəcəyinə nikbinliklə yanaşdığıma
baxmayaraq, biz sadəcə bir dəst avadanlıq olan bu
qurğuların fəaliyyət göstərən zavoda çevrilməsi ilə bağlı
çətinlikləri də az görməməliyik.
3) İstismar üzrə mütəxəssis kollektivimizin özəyi artıq
formalaşdırılmışdır.
Buna baxmayaraq, tam hazır və komplektləşdirilmiş
kollektivin yaradılmasına hələ çox məsafə qət etməliyik.
Bundan əlavə, biz qərara aldıq ki, əməliyyatlar ingilis
dilindən istifadə edilməklə aparılsın. Bu qərar müstəqil
surətdə vəhdət təşkil edən, bu sənayedə fəaliyyət göstərən
şirkətlərlə əlaqə quran, hamı üçün geniş imkanlar yaradan
və, beləliklə də, həqiqətən beynəlxalq standartlara cavab
verən bir təşkilata çevrilməyimizə imkan verəcək.
4) SAP ERP sisteminin tətbiq edilməsi gələcək təşkilatın
vacib hissəsini təşkil edəcək. Layihələr tam sürətlə
irəliləyir və biz onları bu ilin ortalarına qədər başa çatdırmaq
niyyətindəyik. ERP sistemi hər təşkilatda əhəmiyyətli rol
oynayır. Bu sistem bütün funksiyaları birləşdirən və onların
vəhdətini yaradan bir onurğa sütunudur. Mən hamınızdan
bu layihəyə tam dəstək verəcəyinizi gözləyirəm.
Mən həqiqətən hamınız və hər birinizlə fəxr edirəm.
Sükanı belə saxla!
Fərid Cəfərov
3
Tikinti sahəsindən fotolar
Fevral 2017
4
Səhmdarlarla görüş və
Sumqayıtdakı Təhsil və
Təlim Mərkəzinə ziyarət
24 fevral 2017-ci il tarixində
səhmdarlarımızın (Azərsun, Gilan
və Paşa xoldinqlərinin) təmsilçiləri
ilə keçirilmiş görüşdə layihənin cari
vəziyyəti və gələcək planlarına dair
məlumat təqdim edildi. Təqdimatat
SOCAR Polimer şirkətinin Baş Meneceri
Fərid Cəfərov, Layihə Meneceri Gi
Lombarts, Tikinti üzrə Baş Menecer
Con Ərrousmit, Təlim və İnkişaf üzrə
Böyük mütəxəssis Nərgiz Səlimova
və Planlaşdırma üzrə Baş Menecer
Vüqar Aslanov tərəfindən aparıldı.
Təqdimatdan əvvəl tikinti sahəsini
ziyarət etmiş səhmdarlar tikintidə baş
vermiş irəliləyişə şahid oldular. Əlavə
olaraq, səhmdarlar Sumqayıtdakı
Təhsil və Təlim Mərkəzini (STTM) də
ziyarət etdilər. 6 oktyabr 2016-cı il
tarixində SOCAR Polimer MMC şirkəti
5
6
ilə SOCAR-ın Təhsil, Təlim və Sertifikasiya Departamenti
arasında imzalanmış Personalın Təlimi haqqında Sazişə
əsasən başlamış yeni əməkdaşlıq çərçivəsində 4 qrup işçi
üçün üç ixtisas istiqaməti üzrə təlim kurslarının keçirilməsi
nəzərdə tutulur. Operatorlar qrupunda təlim keçənlər artıq
kursu bitirmiş və əldə etdikləri bilik və bacarıqları istehsalatda
tətbiq etməyə başlamışlar. SOCAR Polimerin qalan üç qrupa
aid işçiləri isə STTM-də texnologiya, energetika və nəzarət-
ölçü avadanlıqları/avtomatika sahələri üzrə təlimlərdə iştirakını
davam etdirirlər. Ünsiyyət qurma bacarıqlarını və dil biliklərini
artırmaq üçün təlim iştirakçıları həmçinin öz ixtisas fənlərinə
əlavə olaraq 3-aylıq texniki İngilis dili kursunu da keçirlər.
Təlim mərkəzində əldə etdikləri bilik və bacarıqları əsasında
fərdi surətdə hazırladıqları təqdimatlarda təlim iştirakçıları
PP və YSPE zavodlarında idarə edəcəkləri avadanlıq barədə
məlumat verdilər. Həmin təqdimatlar ingilis dilində hazırlanaraq
təqdim edildi. Tədbirdə Təhsil, Təlim və Sertifikasiya
Departamentinin müdiri Fuad Süleymanov, SOCAR Polimer
MMC şirkətinin Baş Meneceri Fərid Cəfərov, habelə Paşa
Xoldinq, Gilan Xoldinq, Azərsun Xoldinq və Polimer İnşaat
şirkətinin nümayəndələri də iştirak etdilər. Tədqimatlardan
sonra qonaqlar təhsil keyfiyyətindən razı qaldıqlarını ifadə
edib təlim mərkəzində təlim keçən SOCAR Polymer işçilərinə,
habelə STTM əməkdaşlarına uğurlar arzuladılar.
7
8
SAP ERP sisteminin tətbiq
olunması
SOCAR Polimer öz işgüzar fəaliyyətini təkmilləşdirməyə və
yenidən strukturlaşdırmağa qərar vermişdir. Bu məqsədlə
müəssisədə tətbiq edilmək üçün SAP ERP sistemi
seçilmişdir. Bu təşəbbüs çərçivəsində işgüzar proseslərin
hazırkı konfiqurasiyası təhlil ediləcək və SAP ERP sisteminin
funksional imkanlarından istifadə etməklə onlar yenidən
strukturlaşdırılacaq.
1) SAP məfhumunun tərifi
ERP sistemləri şirkətin daxili işgüzar proseslərin mərkəzləşdirilmiş
surətdə aparılmasını təmin edir. Bu, modullar əsasında fəaliyyət
göstərən vahid proqram təminatlı sistemlərdir. ERP-nin başlıca
funksiyası şirkətdə gedən əsas işgüzar proseslərin vahid
mənzərəsinin real vaxt rejimində yaradılmasından ibarətdir. Bu
modullar sistemi hər modula lazım olan bütün məlumatları və
istifadəçi tələblərini bölüşən məlumat bazasından istifadə edir və
qabaqlayıcı rejimdə işləyir.
ERP sadəcə yeni proqram təminatı deyil, o, həm də təşkilatlanma
mədəniyyətinin dəyişdirilməsi deməkdir.
2) SAP sisteminin məqsədləri
Nə üçün məhz SAP ERP sistemi seçilmişdir? Ona görə ki, bu
sistem:
•
İşgüzar proseslərin aparılmasını asanlaşdırır;
•
Bütün şöbələr üçün vahid sistem aləti kimi istifadə olunur;
•
Məhsuldarlığı, operativliyi və sifarişçi tələblərinə cavab
vermə sürətini artırır;
•
Səmərəliliyin artırılması tələblərinə cavab verir və müvafiq
nəzarəti təmin edir;
•
Yeni biznes və inkişaf strategiyalarının tətbiq edilməsinə
yardım edir;
•
Operativlik səviyyəsini artırır;
•
Xərcləri azaldır və səmərəsiz prosesləri aradan qaldırır;
•
Fasiləsiz təkmilləşmə təmin edir.
3) Plan nədən ibarətdir?
ASAP Metodologiyası SAP sisteminin effektiv və tam
surətdə tətbiq olunmasını təmin edən bir konsepsiyadır.
Ümumilikdə, o, aşağıdakı mərhələlərdən ibarətdir:
Layihənin hazırlanması mərhələsi: ilkin planlaşdırma,
məqsədlərin və icra müddətlərinin müəyyən edilməsi, kollektivin
üzvlərinin seçilməsi.
Biz buradayıq - 65% başa çatdırlımışdır
İş həcminin yoxlanılması mərhələsi: bu mərhələdə anlamaq
lazımdır ki, SAP sistemi hazırkı işgüzar proseslərlə bağlı hansı
həll yolları təmin edəcək və təşkilat SAP sistemini biznes delta
tələbləri də daxil olmaqla öz işgüzar məqsədləri üçün necə
istifadə etmək niyyətindədir. Bu mərhələdə işgüzar fəaliyyətlərə
aid geniş çeşiddə sənədlər işlənib hazırlanır - 15% hazırdır (Biz
də buradayıq – mərhələ başladı)
Həyata keçirmə mərhələsi: Biznes delta tələbləri (yəni,
işgüzar prosesdə hələ də yerinə yetirilməmiş tələblər) müəyyən
edildikdən sonra bu mərhələdə həmin tələblərin yerinə yetirilməsi
fazası başlayır. Proqram təminatı istifadəyə verilməzdən əvvəl bu
mərhələdə sistemin məhdud müddətli işçi dövrlərinin sınaqları
keçirilir.
Yekun hazırlıq mərhələsi: Məşqlər və son istifadəçilərin təlimləri
də daxil olmaqla yeni sistemlərə keçid tədbirləri başa çatdırılır. Bu
mərhələdə aparılan işlər istismara verilmə prosesinə yardım edir.
İstifadəyə verilmə işlərinə dəstək mərhələsi: SAP modullarının
istifadəyə verilməsi daimi dəstək tələb edir.
9
Bir layihə meneceri kimi mənim
diqqətim əməliyyatların və bütün
digər funksiyaların vahid ERP
sistemi çərçivəsində fasiləsiz biznes
prosesi olaraq strateji baxımdan
necə həyata keçiriləcəyini nümayiş
etdirmək məsələsi üzərində
cəmləşəcək. Biz bu layihəni vaxtı-
vaxtında və büdcə çərçivəsində
yerinə yetirəcəyik. Biz ASAP-8
layihə idarəetmə texnologiyasından
istifadə edəcəyik. Burada
mənim rolum layihə planını
işləyib hazırlamaqdan, layihənin
iştirakçıları ilə əlaqələrə rəhbərlik
etməkdən, məlumat mübadiləsini
idarə etməkdən, layihə kollektivinə
rəhbərlik etməkdən, layihə ilə bağlı
riskləri idarə etməkdən, layihə
qrafikinə və büdcəsinə nəzarət
etməkdən, layihə çərçivəsində
ortaya çıxa bilən münaqişələri həll
etməkdən və layihənin gedişinə
nəzarət etməkdən ibarət olacaq.
Vüqar Aslanov - SAP Layihə meneceri
Gülnara Budaqova - SAP
layihə koordinatoru
Cavid Əliyev – MTT üzrə
ixtisaslı mütəxəssis
Mənim funksiyama
layihə üzrə fəaliyyətin və
kollektivin resurslarının
əlaqələndirilməsi, layihə
sənədlərinin və qrafiklərinin
nəzərdən keçirilməsi
və qiymətləndirilməsi,
layihə qrafikinin
hazırlanması, büdcə
ilə bağlı faktiki hesabatların və proqnozların
verilməsi, layihə sənədlərinin hazırlanması
daxildir. Bu layihə üzrə tədbirlərin, risklərin
və dəyişiklərin əlaqələndirilməsi, layihənin
gedişi haqqında hesabatların və idarə etmə
komitəsinin hesabatlarının hazırlanması ilə bağlı
məsələlərinin əlaqələndirilməsi də daxil olmaqla
layihənin icrasının asanlaşdırılması ilə bağlı
bütün aspektlər də daxildir. Layihə koordinatoru
“cari” biznes proseslərinin qiymətləndirilməsində
və “gələcək” biznes proseslərinin
hazırlanmasında iştirak edir və layihə kollektivini
layihənin idarə olunması üsulları və vasitələrinə
dair məlumatlarla təmin edir. Layihənin yekun
mərhələsində koordinator təlim prosesinə kömək
göstərir.
Kadrlar
şöbəsinin ixtisaslı
mütəxəssisinin əsas
funksiyası SAP
məsləhətçilərini
layihəyə dair müvafiq
düzgün məlumatlarla
təmin etməkdən
ibarətdir ki, bunun
əsasında həmin məsləhətçilər şöbədə işlərin
necə getdiyi haqda tam təsəvvür əldə edə
bilsinlər. Prosesləri dərindən təhlil etməklə
və zəruri məlumatları toplamaqla Kadrlar
şöbəsinin ixtisaslı mütəxəssisi kadrlarla
bağlı işi şirkətin strategiyasına və milli
qanunvericiliyin tələblərinə uyğun olaraq
təkmilləşdirilməsi və optimallaşdırması
məqsədi ilə SAP layihəsinin icrası prosesinə
kömək edir. Beləliklə, Kadrlar şöbəsinin
ixtisaslı mütəxəssisinin məqsədi təlimlər və
ustalıq kurslarını təşkil etməkdən, və eləcə də
Kadrlar şöbəsindəki bütün SAP istifadəçilərinə
hərtərəfli yardım göstərməkdən ibarətdir.
Mənim əsas
vəzifələrimə layihə
kollektivinə inzibati
dəstəyin verilməsi,
layihə üzrə planların
və qrafiklərin
qeydiyyatın
aparılması, işlərin
ümumi gedişinə
nəzarət və
müvafiq hesabatların verilməsi, rəhbərliyin
tələb etdiyi hesabatların hazırlanması,
resurslardan istifadə olunması prosesinin
monitorinqi, keyfiyyət aspektlərinə nəzarətin
aparılması, layihə sənədlərindən ibarət
reyestrin təşkil edilməsi və aparılması,
məlumat və sənəd axınının idarə olunması
və inzibatçılıq daxildir.
Mənim funksiyam
Maddi-Texniki
Təminat və podratlar
sahəsindəki
işgüzar proseslərin
əlaqələndirilməsi və
həmin proseslərin MTT
sistemi çərçivəsində
daha effektiv və
operativ surətdə tətbiq
edilməsindən ibarətdir. Vəzifələrimə eləcə
də mal və materiallarla əlaqədar tələblərin
izlənməsi, materiallar və xidmətlərin satın
alınması üçün tələbnamələrin və sifarişlərin
hazırlanması, inventarlaşma və anbar
ehtiyatlarının idarə olunması, materialların
buraxılmasına və hərəkətinə nəzarət
kimi funksiyalar da daxildir. Yuxarıdakı
vəzifələrlə yanaşı, mən həm də MMT
şöbəsinin fəaliyyətinə aid olan bütün
mövcud məlumatların hal-hazırda istifadədə
olan 1C sistemindən yeni SAP sisteminə
köçürülməsinə cavabdehəm.
Kamran Hümmətov - SAP üzrə Baş İT inzibatçısı
SAP üzrə Baş İT inzibatçısı texniki infrastrukturun planlaşdırılması, zəruri
komponentlərin quraşdırılması, sistemin konfiqurasiyası və SAP sisteminin
mühitinə inteqrasiyası, və eləcə də istehsal sistemindəki infrastrukturun
idarə olunması prosesində tələb olunan köməyi göstərmək üçün tələb
olunan zəruri vasitələr təmin edir. Əlavə cavabdehliklərim: sistemin
quraşdırılması və konfiqurasiyasının qurulması, serverlərə düşən yüklərin
balanslaşdırılması, müxtəlif komponentlərin idarə olunması, interfeyslərin
serverlərlə inteqrasiya edilməsi prosesinin idarə olunması, serverlərin və
müxtəlif İT xidmətlərinin idarə olunması.
Cəmilə Aşurova –
Mühasibat üzrə ixtisaslı
mütəxəssis
Alina Əyyubova – Kadrlar
şöbəsinin ixtisaslı
Alina Həsənova - SAP
Mənim əsas
funksiyam hazırkı
prosesi və istifadədə
olan mühasibat
sistemini izah
etmək məqsədi
ilə məsləhətçilərlə
intensiv işin
aparılmasından
ibarətdir. Vəzifələrimə
SAP ERP sistemindən istifadə etməklə
Maliyyə mühasibatı sahəsində biznes
mədəniyyətinin artırılması, biznes prosesləri
planının və işgüzar konfiqurasiyalarının
işlənib hazırlanması, vəsaitlərə nəzarət
və vəsaitlərin idarə olunması modullarının
işlənib hazırlanması, bütün əvvəlki illərə
aid məlumatların köhnə sistemdən yeni
sistemə köçürülməsi də daxildir. Mühasibat
digər şöbələrdən daxil olan məlumatların
son istifadəçisi olduğuna görə mən həm də
bütün şöbələrin SAP sisteminə inteqrasiya
prosesində iştirak edirəm.
Ümumilikdə, SAP təşkilatın
daxilində etibarlı və mütəşəkkil
mühit yaradır. Mənim əsas
vəzifəm məsləhətçilərə maliyyə
fəaliyyətimizə dair təfsilatlı məlumat
verməkdən ibarətdir. Bununla biz
maliyyə və risklərin, likvidlik və
pul vəsaitlərinin idarə olunması
üçün nəzərdə tutulan modulların
düzgün tətbiq olunmasını təmin
edə bilərik. Bu modullar bizi
maliyyə əməliyyatlarının işlənilməsi
və maliyyə aspektlərinin idarə
olunması üçün lazım olan güclü
alətlə təchiz edəcək və bununla
yanaşı SAP sisteminə maliyyə
mühasibatı üçün xüsusi praktiki
vasitələr inteqrasiya ediləcək.
Ruslan Hüseynov – İxtisaslı maliyyə mütəxəssisi
10
ERP LAYİHƏ KOLLEKTİVİ
İdarə etmə komitəsi
Layihənin
sponsoru
Layihənin
meneceri
İnzibatçı
Maliyyə
Mühasibat
Texniki
xidmət
İstismar - PP
MTT
Material
ehtiyatlarının
İT
Fuad Əhmədov
Vügar Aslanov
Ruslan Hüseynov
Cəmilə Aşurova
Rauf Davudov
Gülnara Budaqova
Layihənin
Koordinatoru
Kadrlar
şöbəsi
Əsas üzvlər - 11 nəfər
Məsləhətçinin kollektivi - 11 nəfər
Cəmi - 22 nəfər
Elnar Mehdizadə
Cavid Əliyev
Kəmran Hümmatov
Alina Məmmədova
4-cü Rüb
SAP Layihəsinin strukturu
1-ci Rüb
1-ci Rüb
2-ci Rüb
3-cü Rüb
4-cü Rüb
2-ci Rüb
3-cü Rüb
12 iyul 2017
Hissə 1 – İstifadəyə
verilir
Hissə 2 – İstifadəyə
verilir
Yokogawa –
İstifadəyə verilir
19 dek 2017
15 avq
Maliyyə Mühasibatı
Kontrolluq
Satışlar və Proqnozlar
İstehsalın planlaşdırılması
Keyfiyyətin idarə olunması
Qurğulara texniki xidmətin
göstərilməsi
Təchizat
İnventarlaşmanın idarə olunması
Maliyyə Təchizat Zəncirinin İdarə Olunması
Fondların idarə olunması
Kadrların idarə olunması
“SF Performance & Goal Management” modulu
Biznes
əməliyyataları
Təchizat
zəncirinin idarə
olunması
Kadrların idarə
olunması
Mühasibat
Yokogava ilə inteqrasiya
Sertifikasiya üçün Mobil Sifarişçi
11
Layihə kollektivinin SOCAR Polimerin
rəhbərliyi və personalı üçün hazırladığı “ERP
Layihəsinin rəsmi surətdə başlanması” adlı
təqdimatın keçirildiyi iclas zamanı. İclasda
aşağıdakı mövzular müzakirə edildi:
•
ERP Layihəsinin təşkilat strukturu və
ofisin fəaliyyət planı;
•
ERP Layihəsinin missiyası,
konsepsiyası və strategiyası;
•
İş mədəniyyətində baş verən
dəyişikliklər;
•
Əməliyyatlar - Biznes prosesinin
Yüksək səviyyəli texnoloji sxemi;
•
Əməliyyatlar – Funksional II Səviyyəli
texnoloji kart;
•
SAP sisteminin üstünlükləri;
•
ERP Layihə planı;
•
Çətinliklər.
12
Zavod şəraitində
təhvil-təslim sınaqları
Tərlan Əbiyev
SOCAR Polimerin əməkdaşı İPMT
qrupunun Nəzarət və Avtomatika üzrə
Aparıcı Mühəndisi Tərlan Əbiyev Milanda
fəaliyyət göstərən SAFCO şirkətinin
istehsalat müəssisəsində zavod şəraitində
təhvil-təslim sınağının (ZTS) keçirilməsi
məqsədi ilə 20 fevral 2017-ci il tarixində
İtaliyaya səfər etmişdir. SAFCO şirkəti
Bakıdakı PP və YSPE zavodlarında
quraşdırılacaq yanğın və qaz sızıntısı
aşkarlayan sistem istehsal etmişdir.
Tərlan səfər təfsilatlarını bizimlə paylaşdı.
O dedi:
“Şirkətimizin sifariş etdiyi Yanğın və qaz
sızıntısı aşkarlama sisteminin İtaliyada
hazırlanaraq zavodlarımızda quraşdırılması
və işə salınması nəzərdə tutulmuşdur.
ZTS prosesi deyildikdə sistemin və ya
məhsulun müqavilədə qeyd olunmuş tələb
və spesifikasiyalara uyğunluğunu yoxlamaq
üçün keçirilən xüsusi mühəndislik sınaqları
nəzərdə tutulur. Avadanlığın son təyinat
13
məntəqəsinə çatdırılmasından əvvəl icra
olunan ZTS sınaqlarına daxil olan funksional,
fiziki və kimyəvi sınaqlar avadanlıq
istehsalçının zavodunu tərk etməzdən
əvvəl onun tamamilə işlək vəziyyətdə
olduğunu təsdiqləmək üçün icra olunur. ZTS
sınaqları istənilən istehsalat layihəsində
mühüm mərhələlərdən biri olduğuna görə
sınaqdan keçirilən avadanlıq sahibinin bu
prosesdə iştirakı tələb olunur. Beləliklə
mən şirkətimiz adından podratçılarımız
olan Maire Tecnimont və Fluor şirkətlərinin
mühəndisləri ilə birgə sınaq prosesində
iştirak etdim. Biz sahə qurğularından tutmuş
Proqramlaşdırılan məntiqi kontroller (PLC)
və Kommutasiya şkafına kimi Yanğın və
qaz sızıntısı aşkarlama sisteminin bütün
komponentlərini yoxladıq; bütün Giriş və Çıxış
modullarını sınaqdan keçirdik, zavodumuzda
quraşdırılacaq Tüstü detektorlarını, həyəcan
siqnalizasiyasının qurğularını və sayrışan
siqnalizasiya işıqlarını, habelə zavodun
müxtəlif binalarında quraşdırılacaq qaz
sızması/yanğına qarşı yanğın xəbərdarlıq
panellərini yoxladıq.
Beləliklə, ikihəftəlik səfərin məqsədlərinə nail
olduq və missiyanı uğurla yerinə yetirdik.
olduq və missiyanı uğurla yetişmiş olduq.
14
PETKIM şirkətində təlim kursu
– İstismar prosesinin əsasları
Sifarişçilər keyfiyyət tələb edir.
Şirkətlər yüksək nəticələr tələb
edir. Başqa məqamlarla yanaşı, bu
məsələnin həlli həm səriştəli və
yüksək ixtisaslı kadrlardan, həm də
şirkətin sabit və hərtərəfli inkişaf
planından asılıdır.
Kadrlar şöbəsinin həyata keçirdiyi SOCAR
Polimerin Təlim və ixtisas artırma proqramı
çərçivəsində planlaşdırılan və icra edilən
tədbirlərin məqsədi kadrların fasiləsiz
təkmilləşdirilməsi və onların bacarıq
səviyyəsinin artırılmasından ibarətdir.
Şirkəti innovativ tendensiyaların axarında
tutmaq və xarici ölkələrin qeyd olunan
sahələrdə əldə etdiyi mütərəqqi təcrübədən
geri qalmamaq üçün həmin tədbirlər
çərçivəsində həm də tədqiqat/təlim
turlarının keçirilməsi nəzərdə tutulur.
Türkiyənin Petkim şirkətində fevralın
20-də başlayan iki həftəlik təlim turu
SOCAR Polimer əməkdaşlarının peşəkar
potensialının, hazırlıq səviyyəsinin və
təcrübəsinin daha da artırılması üçün
nəzərdə tutulmuş idi. Əyani təcrübə
qazanmaq, istehsal əməliyyatlarını yerində
müşahidə etmək, onlarla birbaşa təmasda
olmaq və faktiki istehsal prosesi ilə daha
yaxından tanış olmaq məqsədi ilə 11 qurğu
operatoru, 2 növbə supervayzeri və bir
mühəndis-texnoloqdan ibarət 14 nəfərlik
qrup PETKİM-in PP/YSPE qurğuları
yerləşən sənaye sahələrini ziyarət etdilər.
15
Egey Ticarət Palatasının məlumatına əsasən,
1965-ci ilin aprel ayında TPAO təşkilatının
rəhbərliyi altında təsis edilmiş PETKİM
şirkəti hal-hazırda Egey dənizi regionunda
fəaliyyət göstərən 100 ən iri sənaye şirkəti
arasında üçüncü yeri tutur və ən iri ixracatçı
şirkət hesab olunur. Bu şirkətin istehsalat
obyektlərinin ziyarət edilməsi gələcəkdə
neft-kimya və emal prosesləri sahəsində
bütün istismar qaydalarına, keyfiyyət və
təhlükəsizlik standartlarına riayət etməklə
əməliyyatların
yüksək
peşəkarlıqla
aparılması yollarının mənimsənməsinə,
müəyyən edilən qurğu və obyektlərin təsdiq
edilmiş istismar qaydalarına uyğun olaraq
işə salınmasına, emal işlərinin və neft-kimya
avadanlığı istifadə olunan əməliyyatların
daha yaxşı mənimsənməsinə, qurğuların
səmərəli fəaliyyət göstərməsini yoxlamaq və
ya supervayzerlərin diqqət yetirməsini tələb
edən nasazlıqları aşkar etmək məqsədi ilə
istehsalat obyektlərində müntəzəm təftişlərin
və kontrol yoxlamaların keçirilməsinə yardım
etmək imkanı verəcəkdir.
Bu tədqiqat turunun iştirakçıları istehsalatda
aparılan proses və əməliyyatlarla real vaxt
rejimində tanış olmaq üçün PETKİM-in
ayırdığı operatoru bütün iş günü boyunca
müşayiət etdilər.
Martın 3-də təlim turu başa çatdıqdan sonra
“İstismar prosesinin əsasları” adlı təlim
proqramının iştirakçıları PETKİM şirkətinin
təşkil etdiyi kiçik mərasimə qatıldılar. Həmin
mərasimdə təlim kursunun nəticələri elan
edildi və müvafiq şəhadətnamələr təqdim
olundu. Şəhadətnamə şəxslər arasında bu
yaxınlarda SOCAR-ın Sumqayıtdakı Təhsil
və təlim mərkəzində “Texnoloji əməliyyatlar”
adlı kursu uğurla başa vurmuş üç nəfər də
var idi.
16
Şəhadətnamələrin
verilməsi
mərasiminin
iştirakçıları
PETKIM
Xaliq Mustafayev – Baş menecerin
müavini (Biznesə dəstək və inzibati işlər
üzrə)
Dinara Məmmədova – Direktor, Kadrlar
şöbəsi, SOCAR Türkiyə
Levent Kocaqul - Baş menecerinin
müavini (Kadrlar üzrə)
Həsən Ülvi Suer – Təlim və İxtisas
artırma üzrə mütəxəssis
Bəhruz Babayev – Menecer, Kadrların
seçilməsi və kadrların idarə olunması
şöbəsi
Faruk Dəmirbaş - Qrup meneceri,
Polimer istehsalı qurğuları
SOCAR Polymer
Sabina Feyzova – Kadrlar şöbəsinin
meneceri
Elnar Mehdizadə - İstismar üzrə
menecer
Nərgiz Səlimova – Təlim və ixtisas
artırma üzrə böyük mütəxəssis
Sıra sayı
Adı və soyadı
Vəzifəsi
1.
Nəriman Əkbərov
Növbə supervayzeri
2.
Nəvai Məmmədov
Növbə supervayzeri
3.
Fuad Rəhimov
Qurğu operatoru
4.
Cavid Cəfərov
Qurğu operatoru
5.
Xəlil Həsənov
Qurğu operatoru
6.
Nizami Piriyev
Qurğu operatoru
7.
Rövşən Pənahov
Qurğu operatoru
8.
Rəsul Əhədov
Qurğu operatoru
9.
Turqut Şıxıyev
Qurğu operatoru
10.
Rəşid Kərimli
Qurğu operatoru
11.
Elvin Aslanlı
Qurğu operatoru
12.
Aydın Ağayev
Qurğu operatoru
13.
Nicat Əhədov
Qurğu operatoru
14.
Rövşən Sadıqov
Mühəndis-texnoloq
17
18
Ail Günü
SOCAR Polimerin tikinti meydançasında
SOCAR Polimer Sumqayıtdakı
layihə kollektivinin övladlarını tikinti
meydançasında keçirilmiş Ailə Günündə
iştirak etməyə dəvət etdi. Ailə Günü bütün
iştirakçılar üçün unikal tərbiyəvi təcrübə
oldu. Bu tədbir uşaqlara valideynlərinin
harada işlədiklərini bilmək və təhlükəsizlik
qaydalarını öyrənərək tikinti meydançası
ilə tanış olmaq üçün gözəl imkan verdi.
Tikintinin Baş meneceri Con Ərrousmit Ailə
Günü tədbirini şərh edərkən dedi:
“Biz Ailə Gününü ona görə qeyd
edirik ki, belə tədbirlər ailə birliyinin
möhkəmlənməsinə və işlə şəxsi həyat
arasındakı tarazlığın qorunub saxlanmasına
kömək edir. Bu, bizim uşaqlarımız üçün
həm şən, həm də tərbiyəvi xarakter daşıyan
bir gündür. Valideynlərlə birgə işə gəlmək
həqiqətən unikal bir imkandır, xüsusən
də, həmin iş yeri tikinti meydançasında
yerləşirsə”. Uşaqlara tikinti meydançasında
nə baş verdiyi və hansı işlərin görüldüyü
haqda qısa məlumat verildi. Uşaqlar üçün
layihə ofisinə qısa ziyarət təşkil olundu
və valideynlərinin hansı gündəlik işləri
gördükləri barədə məlumat verildi.
19
20
“Biz Ailə Gününü ona görə qeyd edirik ki,
belə tədbirlər ailə birliyinin möhkəmlənməsinə
və işlə şəxsi həyat arasındakı tarazlığın
qorunub saxlanmasına kömək edir. Bu, bizim
uşaqlarımız üçün həm şən, həm də tərbiyəvi
xarakter daşıyan bir gündür. Valideynlərlə
birgə işə gəlmək həqiqətən unikal bir imkandır,
xüsusən də, həmin iş yeri tikinti meydançasında
yerləşirsə”.
Fərid Cəfərov
21
Certificate of Attendance
Presented to:
Presented on 18
th
February 2017
for attending the
SOCAR Polymer Project Families Day
Farid Jafarov
General Manager
SOCAR Polymer
22
Tədbirin axırında uşaqlar sehrbazlar şousuna baxdılar və böyüklərlə birgə nahar etdilər.
23
24
32
Dostları ilə paylaş: |