Eldaram, varlığım Vətəndir,
Vətən, Xalqımın oğluyam əzəlki gündən.
SoruĢma kəndimi, mahalımı sən
Obam da, elim də Azərbaycandır.
Eldar İsmayıl hamımıza qoynunda ali təhsil, ev-eşik, bağ-bağça, ad-san vermiş, tarixi
abidələrimiz ilə zəngin, dünyanın neft akademiyası adlandırılan paytaxtımız Bakıya 42 il bundan
öncə heyranlığını necə də gözəl qələmə alıb.Doğmadır, əzizdir anam tək mənə,Bəxş edib çox
nemət, bəxş edir yenə.Qurbanı olduğum ana VətənəSu ilə hava tək gərəkdir Bakı!Sağlam
düşüncə sahibi, vətəninə, xalqına biganə qala bilməyən, ruhi və əxlaqi yüksəlişdə olan şair bizi
könül dünyamıza qonan tozları, çirkləri vaxtlı-vaxtında silməyə, bu vətənin hər bir guşəsini
sevməyə çağırır. Eldar İsmayıl, sən həyatda ikiləşməyi bacarmırsan, necə görünürsənsə, elə də
varsan, sən vicdanında pas olmayan, südündə halallıq olan, mənəvi çirkinlikləri mərdliklə görən,
haqsızlığa hakim olan ədalət keşikçisisən. Sənin üçün Gəncə də, Şamaxı da, Şəki də Vətəndir.
Vətənə ana deyib, Gəncəyə -şerimizin şahı babamız şeyx Nizaminin ziyarətinə dədəmiz
Ələsgərin salamıyla gedirsən.Bu qədim, möhtəşəm, ulu Gəncəyə,O dağların qucağından
gəlmişəmNənəm Məhsətinin ziyarətinəGöyçə gölün qırağından gəlmişəm! Mən Eldaram, Vətən
adlı anam var,Şer-sənət dünyasında qalam var.Ələsgərdən Nizamiyə Salam var,Ələsgərin
ocağından gəlmişəm.Quşçuğazlar yurd-yuvasını, quşlar bağçaları-bağları, üstünə qonduğu
zoğları heç vaxt atmaz. Şairim, doğma evini, dədə məzarını, baba qəbrini atanlar, elini, dilini sa-
tanlar da var, yeri gələndə, lazım olanda əslini-nəslini dananlar da var.Eldar, çək karvanı başımı
qoyum,İstəməm qürbətdə qışımı qoyum.Anamın qəbrinə başımı qoyum,Atam yatan yerdə ölüm
bu gecə.Qədim Göyçə gölü sular sonası,Pozulmaz ilqarı, əhdi, vəfası.Eldar, bu yerdədir ömrün
mənası,Burdan bezmək harda, doymaq hardadı?Sən isə durnalardan xəbər göndərirsən elimizə-
obamıza, məndən də denən salam söyləsinlər Zorlu Abdullaya.Qoy dönüm sənin başına, Gəl
yuyun gözüm yaşına. Dön bir Səməndər quşuna Sən də mən tək yan, ay durna. Eldar İsmayılın
poeziyası heç vaxt dərələrin dibində qalmayıb, qartal olub zirvələrdə qıy vurub, dağı-dərəni lər-
zəyə gətirib.Hər saxta alqışa gərək dözməsin, Təpədən keçməmiş zirvə gəzməsin. Söyüdə,
qovağa dodaq büzməsin, Palıdı, çinarı olmayan şair.Bu poeziya idrakın, zəkanın məhsuludur.
Hansı şairin ki, idrakında və düşüncəsində nizam yoxdursa, onun düzümündə caizlik çoxdur.
Sözün vəhdətinə baxın:Eldar, sənin sözün qəzəb yatırar, Nanəcib hər addım hiddət
artırar.Düzlükdən yapışsa, ad-san batırarDüzlükdə uyğarı olmayan şair.Eldar İsmayıl poeziyası
olduğundan yaxşı görünməyə çalışmayıb, çünki buna onun ehtiyacı yoxdur.Qədərsizi sən nə
danla, nə dannan,Uzaq gəzdim saxtakardan, nadandan.Badalaqla uduzandan, udandan,Yaltaq
dostdan kənar kimi yaşadım.Nə yaşadım Eldar kimi yaşadım.Hər yerişim addım-addım
soruldu,Gülüşümə dar ağacı quruldu.Türk deyəndə şah damarım vuruldu,Yenilmədim, sağlar
kimi yaşadım!Nə yaşadım Eldar kimi yaşadım!"Sən məni aldada bilməzsən dünya" Eldar
İsmayılın sayca 30-a qədər yazdığı kitablardan biridir. Həmişə özündən narazı olan Eldar
müəllim bu şerləri mənə ön söz yazmaq üçün verdikdə onların gənclik illərinin məhsulu
olduğunu söylədi.Mən bunları sətir-sətir oxuduqdan sonra Eldar İsmayıla demək istəyirəm ki,
bəsdir ay qardaş, bu qədər təvazökarlıq. Sən də məni aldada bilməzsən, bu şerlərdə sən nəyə
qadir olduğunu elə gənclik illərindən sübut etmisən, bu şerlər sənin poetik tərcümeyi-halındır,
sənin şerlərin qovluq içində qalıb növbə gözləməyiblər, bənövşə ətriylə yar yolu gözləyən
gəlinlərə hədiyyə aparılıb. Nə dünya, nə də dünyanın malı səni heç vaxt aldada bilməyəcək,
Eldar İsmayıl!Zamana çox məni sığala çəkib,Gah qabağa çəkib, gah dala çəkib.Başım yüz
müsibət, yüz bəla çəkib,Sən məni aldada bilməzsən dünya!İçimə kül səpib, od bitirmişəm,Ömür
itirmişəm, gün itirmişəm.Mən səndən bir yeyib, beş götürmüşəm,Sən məni aldada bilməzsən
dünya!Səni və məni aldada bilməyən bu dünya memardır - öyrədənlər və öyrənənlər var -
öyrədənlər elmlilər, öyrənənlər elmi götürənlərdir, parlaq zəkalar öyrədər, işıqlı ürəklər götürər.
Kaş ki, bu dünyada dəvəni ulağa, aqili cahilə tay etməyəydilər!Bu nə dəmdi, bu nə qəmdi
bilmirəm,Nəyi bütöv, nəyi kəmdi bilmirəm…Nə dünyadı, nə aləmdi bilmirəm,Kimi kimə tay
eləyib bu fələk?!Eldar, qaçma ürəyinin çatından, Çıxmaq çətin ağır yükün altından…Çox igidi
çəkib salıb atından,Çox nadanı bəy eləyib bu fələk.Eldar müəllim, oxuduqca doya bilmirəm bu
poeziyadan, bunlar dağlara söykənən durna gözlü Göyçə gölünün zümrüd qaşlı həzin laylasıdır,
üfüqə can atan billur dalğalarıdır, dodaqlardan qopan odlu bir ahıdır, qurşağacan suya girib
özünü dərinlərə vurub istədiyi yerdən üzüb çıxan bütöv Azərbaycana, türkçülüyə vurğun olan,
Vurğun ilhamlı, Ələsgər sevdalı bir şairin qəlbindən qopub gələn səslərdir və səslərin
ahəngindən yoğrulmuş qüdrətli sənət əsəridir.Ağla könlüm, ağla gözüm,Sinəmdə dərd düzüm-
düzüm.Babalardan qalan izim, Qalıbdı düşmən əlində.Dayanıbdı ərşə zülüm,Yanıb bədən, yanıb
külüm.Durna gözlü Göyçə gölüm,Qalıbdı düşmən əlində!Bu poeziya cahan teatrının qədim
tamaşalarından xəbər verir, gecənin qaranlığına işıqdan yol salır, qırhaqırda, vurhavurda, bağrı
kabab olanların dadını, bidadını bizə çatdırır. Budur sənin böyüklüyün, Eldar İsmayıl! Halal
tərəzini əyən daşa bax,Sənin ayağını döyən daşa bax.Özündən özünə dəyən daşa bax,Sən kimdən
küsürsən, a mənim xalqım?!və yaxud:Düşmən yumruğuyla xalqı döyənlər,Haram qoparanlar,
rüşvət yeyənlər.Yadların dilində səni söyənlərSənin əllərinlə toplayıb sərvət.Of… zavallı millət,
zavallı millət!Hər misrasında süd işıqlı izlər, kağızlara inci düzüb gövhər, göyün mavi sinəsində
naxışlar, qədim gündoğanımızda, Azərbaycan deyilən diyarımızda, Göyçə deyilən mahalımızda
ad qoymusan, iz salmısan qardaşım, qandaşım Eldar İsmayıl!Torpaq Azərbaycan, gül
Azərbaycan,Dağ-daş Azərbaycan, çöl Azərbaycan.Oba Azərbaycan, el Azərbaycan,Bu elin,
obanın adına şükür.Haqq üçün çarpışan yüz kişi varsa birincisi sənsən, vətən deyib bağıranlar
varsa başçısı sənsən, Göyçə deyilən elimizin gözü yaşlı elçisi sənsən.Baş qatma hər yetən
nadana, Eldar,Dön danış dərdini qanana, Eldar.Vətən həsrətiylə yanana, Eldar,Candan yananıyla
gözəldi Göyçə!Talan oldu bağça-bağın,Olmadı kimsə dayağın!Öl ay Eldar, Ağbulağın…Qalıbdır
düşmən əlində.Vətən həsrəti ürəyini dağlayan şairim, bizi bölgələrə, məhəllələrə, tayfalara bölən
qeyrətsizlərə, namussuzlara üz tutub yaxşı deyirsən:Bizi bölgələrə, məhəllələrə,Bizi tayfalara
bölənə lənət.Bizi bütövlüyə, eşqə, hünərə, Birliyə, dirliyə, çəkənə rəhmət.Qoymayacağam ölənə
kimi yanasan Eldar, aparacağam səni Göyçəyə, bütün Azərbaycanı yığıb-tökəcəyəm Ağbulağa,
Ələsgər kişinin ruhuna, dədə Ələsgərin, Səkinə ananın ruhuna, Aşıq Pərinin nəğmələrindən
dualar oxuyacağam. Sən bu xalqın şairisən, Azərbaycanımızı canından artıq sevən, uğrunda baş
qoyan, dərdinə-sərinə qalan, könül rübabını Vətən üçün çalan vətəndaş şairimsən:Ay qardaş,
eloğlu, başına dönüm,Ayım da, ilim də Azərbaycandır.Mənim məmləkətim, ürəyim,
canım,Ağzımda dilim də Azərbaycandır.Səni bütün Azərbaycan, külli-mahal istəyir. Ələsgər ba-
bamız sağ olsaydı üzündən öpüb sənə xeyir-dua verərdi, boynuna çələng taxardı və deyərdi:
Ġgidlər olmasın məğrur,
Fəthi-nüsrət xudadandı,
Bir Allah istəyən Ģəxsi,
Sevər külli-mahal istər.
Eldar Ġsmayıl,
Dostları ilə paylaş: |