Sənin poeziyandan öpüĢ almıĢam,
Qolumu boynuna salmıĢam,
BaĢına dolanmıĢam,
Ġçin-için ağlamıĢam,
Bol-bol sevinmiĢəm.
Əziz oxucu, Eldar İsmayıl poeziyası ilə bu təkbətək görüşdə onun şer coğrafiyamızda öz
üslubu ilə yeni fəsil açmış, poeziya səltənətinə sahib olan, onu lətafətləndirib şöhrətə çatdıran,
bir nəfəsə istədiyini yaza bilən, poeziyanın köhlən atını hər tərəfə çapa bilən, qüdrətli bir sənət-
kar, cəfakeş şairlə bir daha yaxından tanış oldum. Özünü vətəninə borclu sayan Eldar İsmayılın -
ixtiyarınıza verilən bu kitabın müəllifi özünü Sizlərə, Vətəninə borclu hesab edir:Qartal yaşı
qarışsa da yaşıma,Canım qurban baharıma, qışıma.Əməyimi torpağıma, daşıma,Mən özümü
Vətənimə borcluyam.Elimizi-obamızı, dədə-baba yurdlarımızı Allaha tapşıran Eldar İsmayılı
mən də Sizə tapşırıram əziz oxucum, Eldar amanatı!
Ġbadulla AĞAYEV,
ATU-nun epidemiologiya kafedrasının müdiri; professor .
BAŞINA DÖNÜM
Vətən, göylərində ayın, ulduzun,
Günəşin, səmanın başına dönüm.
Yarpızlı dərənin, yalçın qayanın,
Buludun, dumanın başına dönüm.
Zirvədə qartal var, dərədə ceyran,
Təbiət kəsilib özünə heyran.
Qantəpər, kəkotu dərmandı, dərman,
Belə bir loğmanın başına dönüm.
Başqa aləmi var Tərtərdə yazın,
Qarabağda tarın, Göyçədə sazın.
Kəpəzdə Göygölün, Mildə Arazın,
Muğanda Muğanın başına dönüm.
Nə vaxtdır ürəyim bölünüb iki,
Yarısı Təbrizdi, yarısı Bakı.
Vətən sevgisiylə səməndər təki
Alışıb yananın başına dönüm.
Kim bilmir Şuşanı dünyası kimi,
Gəncəni ömrünün mənası kimi...
Qazağı, Şirvanı anası kimi
Anlayıb, qananın başına dönüm.
Eldar, ana yurdum gücüm-qüdrətim,
Şərəfim, şöhrətim, şanım, qeyrətim.
Torpağı bolluğum, daşı sərvətim
Bu Azərbaycanın başına dönüm.
Ġrəvan, 21.09. 979.
BURDADI
Harayladım, bu torpağı ünlədim,
Babaların ömür yolu burdadı.
Qayalardan öyrəndim ki,
Babəkin qılınc vuran polad qolu burdadı.
Bir hayıma cilvələndi bərələr,
Qulağıma axıb gəldi nərələr...
Məni görcək dindi dağlar-dərələr:
Cavanşirin ərzi-halı burdadı.
Nəsillərin tüstülənən ocağı,
"Mənəm" -dedi Dədə Qorqud torpağı.
Ozanların haqdan yanan çırağı,
Oğuzların sağı-solu burdadı.
Dil-dil ötdü hər zirvənin qayası:
- Qəlbimdədi qoç igidin ziyası.
Koroğlunun Çənlibeli, qalası,
Qıratların polad nalı burdadı.
Bir şöhrətdi Azərbaycan lisanı,
Bu şöhrətin heyranıyam, heyranı.
Kərəm kimi məhəbbətin qurbanı,
Nizami tək neçə ulu burdadı.
24.01.1988.
BU YERLƏR
Uşaqlığım keçən yerdi bu yerlər,
Cavanlığım köçən yerdi bu yerlər.
Bu yerlərin cığırları bələdçim.
Manşırımdı burda hər arx, hər bir çim.
Burda damıb gözəlliklər gözümə,
Yıxılmışam tikan batıb dizimə.
Yüyürmüşəm, oturmuşam, durmuşam,
Bu yerlərdə neçə dəyə qurmuşam.
Buz bulağın dodağından öpmüşəm,
Çiçəklərin yanağından öpmüşəm.
Bu yerlərin şimşəyini sevmişəm,
Məxmər otdan döşəyini sevmişəm.
Mən sevmişəm bulud köhlən çapanda,
Lalə ətri küləyinə hopanda.
Harda olsam bu yerdədi ürəyim,
Yəqin burda bələnibdi bələyim.
Qəmlənirəm, qəmim görən nədəndi?
Heyiflər ki, ömür əldən gedəndi.
Uşaqlığım keçən yerdi bu yerlər!
Cavanlığım köçən yerdi bu yerlər!
24.06.86.
BU GECƏ
Yuxum ərşə qalxıb, yoxdu qərarım,
Bəmə köklənibdi zilim bu gecə.
Nə dinən, danışan, nə gəlib-gedən,
Dərdimi kiminlə bölüm bu gecə?..
Sığmır bu şəhərə ahım-amanım,
Kəsilib ümidim, itib gümanım.
Tüstüsüz-dumansız qovrulur canım,
Göylərə sovrulur külüm bu gecə.
Ayağı çidarlı, qolları bağlı,
Vətən torpağının yolları bağlı.
Qərib didərginəm, sinəsi dağlı,
Fələyə yüksəlib zülüm bu gecə.
Baş çəkmək istərəm Ağam pirinə,
Min dərd gəzdirirəm bir dərd yerinə.
Ağbulaq deyilən o yurd yerinə
Yuxu ver, Allahım, gəlim bu gecə.
Eldar, çək karvanı başımı qoyum,
İstəməm qürbətdə qışımı qoyum.
Anamın qəbrinə başımı qoyum,
Atam yatan yerdə ölüm bu gecə.
1991.
GEDİRƏM
Gəl öpüm "Qoca yal", dodaqlarından,
Dərdimi döşünə yayıb gedirəm,
Mən sənə naxələf çıxan deyildim,
Yəqin ki, bir mətləb duyub gedirəm.
Min illər boyudu hər qırçın ləpə,
Sazımı dinlərdi nur səpə- səpə.
Xoşluqla getmirəm ay "Ada təpə",
Hicranı bir ölüm sayıb gedirəm.
Hanı "Gözəldərə", hanı o yaylaq?
Mənə "Cantəpə"dən kim verər soraq?
Qəlbin dolanmasın, a "Durlu bulaq",
Səni göz yaşımla yuyub gedirəm.
Üstünə duz səpdi fələk yaramın,
Təbibi vardırmı görək yaramın?
Təzə qövr eləmiş ürək yaramın
Köhnə qaysağını soyub gedirəm.
Vətən torpağından doya bilmədim,
Ata ocağından doya bilmədim.
Ana qucağından doya bilmədim,
Tənədən, təqibdən doyub gedirəm.
Eldaram bağlıyam kökümlə elə,
Çarəsiz dərdimi gətirmə dilə.
Ağla, a gözlərim, sən indən belə,
Ağbulaq elini qoyub gedirəm.
23.07.1988.
İSTƏRƏM
Qaytar, mənə qaytar uşaqlığımı,
Anamın əlindən tutmaq istərəm.
Qızıl gül altında layla səsinə,
Şirincə bir yuxu tapmaq istərəm.
Ünüm kimə yetər, hayana çatar?
Ömrümə qatar ol, keçmişə apar.
Babalı, nənəli günlərə qaytar,
Nağıllarda itib-batmaq istərəm.
Qonşunun uşağı təzə geyəndə,
Dostları ilə paylaş: |