1
“ŞƏFFAFLIQ AZƏRBAYCAN” KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ
BİRLİYİNİN 2014-CÜ İLƏ DAİR İLLİK HESABATI
Sədrdən ön söz
“Şəffaflıq Azərbaycan” təşkilatının idarə heyəti və üzvləri adından işimizə göstərdiyiniz marağa görə
sizə minnətdarlığımızı bildirmək istərdim. 2014-cü il həm Azərbaycan üçün, həm də təşkilatımız üçün
vacib bir il olmuşdur.
Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində aparılan tədbirlərin ardıcıllığını təmin etmək və
yaxşı idarəetməni təbliğ etmək, dövlət orqanlarının işində şəffaflığı artırmaq və açıq hökumət
prinsiplərini təbliğ etmək istiqamətində səylərini davam etdirir. 2014-cü ildə Azərbaycan hökumətinin
əsas nailiyyətləri sırasında “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi
Qaydaları”nın qüvvəyə minməsi, həmçinin, əmək kitabçalarının ləğv edilməsinin ardından əmək
müqavilələrinin elektron qeydiyyatı sisteminin təqdim olunmasıdır. Bu il digər müvəffəqiyyət dövlət
qurumları tərəfindən verilən xidmətlərin vahid elektron qeydiyyatı sisteminin yaradılmasıdır. Biz
xüsusilə məmnunuq ki, İctimai İştirakçılıq haqqında Qanun nəhayətki qüvvəyə mindi. Bu qanun ilk
dəfə Şəffaflıq Azərbaycan tərəfindən təklif olunmuş və həyata keçirilmiş formatda, yəni İctimai
Qiymətləndirmə Şuraları əsasında vətəndaş cəmiyyəti nəzarət mexanizmlərinin yaradılmasını nəzərdə
tutur.
2014-cü ildə Transparency İnternational təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” İctimai
Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə
Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) adlanan layihənin həyata keçirilməsini və Bakı, Gəncə və
Qubada İctimai Maraqların Qorunması və Hüquq Məsləhət Mərkəzlərinin fəaliyyətini davam
etdirmişdir. Bundan başqa təşkilatımız layihənin digər komponentləri olan Azərbaycan hökumətinin
milli və beynəlxalq səviyyədə korrupsiyaya qarşı mübarizədə üzərinə götürdüyü öhdəliklərin
monitorinqi və KİV və sosial şəbəkələr vasitəsilə vətəndaşlar arasında korrupsiya və onun nəticələri
barəsində məlumatlılığın artırılması istiqamətində fəaliyyət göstərmişdir. 2014-cü ildə təşkilatımız
“Transparency International” təşkilatının Katibliyi vasitəsilə Avropa İttifaqının maliyyələşdirdiyi
“Azərbaycanda Milli Şəffaflıq Sisteminin Qiymətləndirməsi” adlı layihəsini davam etdirmişdir. Bu
layihə Azərbaycanda idarəçilik sisteminin qiymətləndirilməsini nəzərdə tutan böyük regional
araşdırmanın bir parçasıdır. Bu il biz həmçinin ATƏT-in Bakıdakı Ofisi tərəfindən maliyyələşdirilən
“Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması” layihəsi çərçivəsində qalan
öhdəliklərimizi də tamamlamışıq. Qazanılan yeni layihələr sırasında təşkilatımızın təşkilatçılıq və
texniki bacarıqlarının artırılması məqsədilə Kemoniks İnterneyşnl tərəfindən həyata keçirilən “İnkişaf
naminə Yerli Bacarıqların Artırılması” layihəsi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına
Yardım Fondunun dəstəklədiyi və
“Şəffaflıq Azərbaycan” Gəncə ofisi tərəfindən həyata keçirilən
“Kiçik və Orta Sahibkarlığa Dəstək” layihəsidir.
Bu ilin yayında vətəndaş cəmiyyətinin bank hesablarına girişi tənzimləyən qaydalara dəyişikliklərin
edilməsi ilə əlaqədar biz çətin anlar yaşadıq. Keçid dövrünün problemlərinə baxmayaraq, biz
fəaliyyətimizi və gördüyümüz işləri davam etdiririk.
Bu il bizi xüsusilə sevindirən hal isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi ilə strateji əməkdaşlığımızın gücləndirilməsi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə
tərəfdaşlığımızın qurulmasıdır.
Fuad Süleymanov,
İdarə heyətinin sədri
2
“Transparency International” təşkilatı haqqında
“Transparency International” bütün dünyada korrupsiyaya qarşı mübarizədə aparıcı
beynəlxalq qeyri-hökumət təşkilatıdır. Beynəlxalq katibliyi Berlin şəhərində yerləşən
“Transparency International” təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri
vasitəsilə həyata keçirilən antikorrupsiya fəaliyyətini əlaqələndirir. Bu bölmələr özlərinin
siyasi xəttini müəyyənləşdirməkdə və fəaliyyətləri üçün maliyyə vəsaitinin artırılmasında
azad seçimə malik olan müstəqil yerli QHT-lərdir. “Transparency International” aşağıdakı
prinsipi özünə rəhbər tutur: “Korrupsiya ölkəyə aid xüsusi bir hal olduğundan, yerli
təşkilatların fəaliyyəti göstərilən hər hansı xarici təsirdən və ya cəhddən daha effektli ola
bilər.”
“Şəffaflıq Azərbaycan” haqqında
“Şəffaflıq Azərbaycan” 2000-ci ilin oktyabr ayında vətəndaş cəmiyyətinin və elmi dairələrin
nümayəndələri tərəfindən təsis olunmuş və tam səlahiyyətli yerli bölmə kimi 2001-ci ilin
oktyabrında “Transparency International” təşkilatı tərəfindən akkreditasiya olunmuş, 2013-cü
ilin mart ayında isə yenidən akkreditasiyadan keçmişdir. Biz, əsasən, ictimaiyyətin bilik
səviyyəsinin artırılması sahəsində işləyir və Azərbaycanda korrupsiyanın səbəblərini,
formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırırıq. Biz həmçinin
korrupsiyanın şahidləri və qurbanları olan sıravi fiziki şəxslərə hüquqi yardım göstərir və
hökumət strukturlarına siyasi və qanunvericilik aktlarının hazırlanmasında köməklik
göstəririk.
Korrupsiya Qavrama İndeksi 2014
2014-cü il dekabrın 3-də “Transparency International” özünün ən məşhur məhsulunu - 2014-
cü il üçün Korrupsiya Qavrama İndeksini nəşr etdi. Bu sənəd ictimaiyyətdə və hökumət
strukturlarında korrupsiyanın qavranılmasını qəbul edən iş adamlarının və ölkə
ekspertlərinin, ölkə vətəndaşlarının və əcnəbilərin yaşadıqları dövlətləri müəyyən dərəcələr
üzrə qiymətləndirir. İndeks 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində
müəyyən edilir.
2014-cü ildə Azərbaycan 29 balla 175 ölkə arasında 126-cı sırada yer almışdır. Bu il
Azərbaycan keçən ilə nisbətən bir az irəliləmiş və hesabata ilk dəfə daxil edildikdən bəri
indeks üzrə ən yaxşı nəticəsini göstərmişdir.
Cədvəl 1. Azərbaycanın Korrupsiya Qavrama İndeksində 2014-cü il üçün yeri və
qiymətləndirilməsi
İl
Ölkələr
arasında
tutduğu yer
İndeksdə yer alan
ölkələrin sayı
Topladığı bal
0-dan (çox zəif)
10-a dək (çox
yaxşı)
2000
87
90
1.5
2001
84
91
2.0
2002
95
102
2.0
2003
124
133
1.8
3
2004
140
146
1.9
2005
137
159
2.2
2006
130
163
2.4
2007
148
179
2.1
2008
159
180
1.9
2009
143
180
2.3
2010
134
178
2.4
2011
143
183
2.4
2012
139
176
27
1
2013
128
177
28
2014
126
175
29
Ölkənin vətəndaş cəmiyyəti institutları arasında “Şəffaflıq Azərbaycanın” xüsusi yeri
Azərbaycan bölməsi insanlara kiçik vəzifəli şəxslərin korrupsiya hərəkətlərinə qarşı
müqavimət yaradılmasında köməklik göstərməyə başlayan birinci vətəndaş cəmiyyəti
təşkilatıdır və bunu İctimai Maraqların Qorunması və Hüquq Məsləhət Mərkəzi (ALAC) və
Hüquq Resurs Mərkəzi (LRC) layihələri çərçivəsində hüquqi məsləhət vermək yolu ilə həyata
keçirməyə başlamışdır. Bölmə vətəndaş cəmiyyətinin əhali və rüşvətxor məmurlar arasında
yalnız səmərəli bir sədd kimi fəaliyyət göstərməsini deyil, həm də dövlət-QHT əməkdaşlığının
korrupsiyaya qarşı mübarizədə effektivliyin artırılmasını təmin etdiyini aydın nümayiş
etdirmişdir. “Şəffaflıq Azərbaycan” ən azından bəzi insanların korrupsiyaya qarşı olan
münasibətini dəyişmişdir və vəzifəli şəxslərin zorakılığına qarşı heç bir əks nəticəsi olmadan
uğurla etiraz oluna biləcəyini və olunmasını nümayiş etdirmişdir.
2014 –cü ildə keçirilən layihələr
1.
Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi (AŞT) (Bakı, Gəncə, Quba; layihə tərəfdaşları
İqtisadi Tətqiqatlar Mərkəzi, Konstitusiya Araşdırmalar Mərkəzi, İnternyus və AGAT)
donor ABŞ Beynəlxalq İnkişaf Agentliyi, büdcə 1,5 milyon ABŞ dolları, müddət 14
Sentyabr 2012 – 15 Sentyabr 2016;
2.
Azərbaycan Milli Şəffaflıq Sistemi Qiymətləndirməsi (Avropa Qonşuluq Alətinin Şərq
regionu üzrə Milli Şəffaflıq Sistemi Qiymətləndirməsi layihəsinin bir hissəsi), donor
Avropa Birliyi, 115.900,26 Avro, müddət 1 mart 2013 – 28 fevral 2015;
3.
Dövlət Xidmətlərinin Göstərilməsində Şəffaflığın Artırılması, donor ATƏT-in Bakı ofisi,
14.050 AZN, 14 iyun 2013 – 14 dekabr 2013 (öhdəliklərin icrası 2014-cü ildə davam
etmişdir);
4.
İnkişaf naminə Yerli Bacarıqların Artırılması (İYBA), donor “Kemoniks”, 9.354 AZN,
müddət 15 yanvar 2014 – 15 iyul 2015;
5.
Kiçik və Orta Sahibkarlığa Dəstək, “Şəffaflıq Azərbaycan” Gəncə ofisi, donor Sahibkarlığın
və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu , 24.000 ABŞ dolları, müddət 15 mart
2014 - 14 yanvar 2016.
1
2012-ci ilin metodologiyavə məlumat formatı əvvəlki illərdən fərqləndiyi üçün, köhnə məlumatlar ilə müqayisə etmək
mümkün deyil.
4
I.
AZƏRBAYCAN ŞƏFFAFLIQ TƏRƏFDAŞLIĞI (AŞT) LAYIHƏSI
Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi 2012-ci ilin sonunda başlayıb, dörd ildir davam
edən ALAC layihəsinin növbəti mərhələsi olaraq, vətəndaş cəmiyyəti təşkilatlarının
korrupsiyaya qarşı aparılan mübarizədə oynadığı mühüm rolun gücləndirilməsini təklif edir,
həmçinin şəffaflığın, hesabatlılığın və dürüstlüyün təminatı naminə insanların tələblərinə qarşı
hökumətin məsuliyyətinin artırılmasını təşviq edir. Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi
müxtəlif layihə komponentləri üzrə fəaliyyət göstərir: (a) anti-korrupsiya siyasətinin inkişafı və
strategiyasının həyata keçirilməsi; (b) monitorinq və qiymətləndirmə (məlumatların
toplanması və təhlili daxil olmaqla); (c) ictimai maarifləndirmə və təbliğat; (d) media, o
cümlədən sosial media; (e) Hökumət ilə birgə aparılan işdə keçmiş nailiyyətlərin nəzərə
alınması, həmçinin Bakıda, Gəncədə və Qubada yerləşən üç ALAC mərkəzlərinin fəaliyyətinin
davamı.
AŞT layihəsinin 2014-cü il daxil olmaqla ilk iki ilində “Şəffaflıq Azərbaycan” dörd təşkilatla
ə
məkdaşlıq etmişdir. Bizim əməkdaşlıq etdiyimiz təşkilatlar aşağıdakılardır:
Konstitusiya” Araşdırmalar Fondu (KAF) 23 ixtisaslaşmış QHT-ni birləşdirir və Anti-
korrupsiya Şəbəkəsini təmsil edir. 2014-cü ildə KAF tərəfindən icra olunmuş fəaliyyətlərin
bəziləri:
Yuxarıdakı şəkillər: 2014-cü il 9 iyun tarixində, Milli Anti-korrupsiya Fəaliyyət Planının
icrasına dair mövcud vəziyyəti müzakirə etmək məqsədilə, KAF Mərkəzi Park otelində
hökumət və vətəndaş cəmiyyətinin üzvlərini bir araya gətirmişdir. Qeyri-hökumət
təşkilatları, dövlət qurumları və media nümayəndələri iştirak etmişdir.
KAF 2012-2015-ci illər üçün Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planını
təhlil etmiş və 2014-cü ilin fəaliyyətlərini təyin etmişdir. Monitorinqin nəticələri 2015-ci ildə
nəşr olunacaq.
İqtisadi Tədqiqatlar Mərkəzi 9 qeyri-hökumət təşkilatı tərəfindən koalisiya kimi yaradılmış,
büdcə prosesinin monitorinqi və təhlilində ixtisaslaşan, ölkənin ən yaxşı mütəxəssislərini
özündə birləşdirən Milli Büdcə Qrupunu təmsil edir. 2014-cü ildə İTM tərəfindən icra olunmuş
fəaliyyətlərin bəziləri:
2014-cü il 29 apreldə İTM hökumət və vətəndaş cəmiyyəti arasında dialoqu asanlaşdırmaq
və Açıq Hökumət Tərəfdaşlığı Milli Fəaliyyət Planının icrasını təşviq etmək məqsədilə
Mərkəzi Park otelində dəyirmi masa təşkil etmişdir. Qeyri-hökumət təşkilatları, dövlət
qurumları və media nümayəndələri iştirak etmişdir. Bu tədbirin əsas hədəfi vətəndaş
cəmiyyəti və dövlət rəsmilərinin monitorinqin metodologiyası ilə bağlı rəylərini eşitmək və
tərəfdaşları gələcək ilin planları ilə tanış etmək olub.
5
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) gənclərin Qərb
demokratik dəyərlərinə yaxınlaşmasını və Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi
çərçivəsində korrupsiyaya qarşı mübarizəyə gənclərin cəlb edilməsi məqsədini güdür. 2014-cü
ildə AGAT tərəfindən icra olunmuş fəaliyyətlərin bəziləri:
Yuxarıdakı şəkillər: 20 iyun 2014-cü il tarixində AGAT AŞT layihəsi çərçivəsində
“Korrupsiya ilə mübarizədə gənclərin rolu” mövzusunda təlim təşkil etmişdir. Layihənin
eksperti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və Qayğı şöbəsinin rəhbəri
Mahbubi-Iran Sabina iştirakçıları səhiyyə sahəsində korrupsiya ilə mübarizənin hüquqi
mexanizmləri barəsində məlumatlandırmışdır. Ekspert, həmçinin, cəmiyyətin inkişafında
gənc nəslin əhəmiyyətindən də bəhs etmişdir.
İnternyus, məqsədi peşəkar və inamlı medianın formalaşdırılması istiqamətində yerli medianı
dəstəkləməkdir. Ona məxsus olan onlayn xəbər saytı
www.mediaforum.az
ölkənin beş ən
məşhur və nüfuzlu saytlarından biridir və korrupsiya məsələləri üzrə maarifləndirmə və
informasiyanın yayılması vasitəsi kimi istifadə olunur. 2014-cü ildə İnternyus tərəfindən icra
olunmuş fəaliyyətlərin bəziləri:
İnternyus anti-korrupsiya məsələləri ilə bağlı 1200-dən çox xəbər, müsahibə və araştırma
məqalələrindən ibarət 29 onlayn xəbər bülleteni və korrupsiya sahəsində 16 onlayn debat
hazırlamışdır. Video materiallar iki regional televiziyada (Dunya TV in Sumqayit and
MTV in Mingachevir) yayınlanmışdır.
Korrupsiya sahəsində üzə çıxmış onlayn debatlar:
https://www.youtube.com/watch?v=EdPIoLEfLls -
Qubad Ibadoğlu, iqtisadiyyatçı
http://www.mediaforum.az/korrupsiya/articles.php?lang=az&page=00&article_id=2
0140923125457760
- Ilham Şaban , neft gəlirləri shəsində ekspert
http://www.mediaforum.az/korrupsiya/articles.php?lang=az&page=00&article_id=2
0140922035741051-
Vüqar Bayramov, iqtisadiyyatçı
http://www.mediaforum.az/korrupsiya/articles.php?lang=az&page=00&article_id=2
0140918025451598
– Azer Mehdiyev, iqtisadiyyatçı, sağlamlıq sığortası barəsində
danışmışdır
Hüquqi Məsləhət Mərkəzləri
2014-cü ilin ikinci yarısında fors major hadisələr “Şəffaflıq Azərbaycan”ın üç partnyor – İTM,
AGAT və İnternyus – fəaliyyətinə son qoymuşdur. Şəffaflıq Azərbaycanın dördüncü partnyoru –
KAF-a
gəldikdə isə “Şəffaflıq Azərbaycan” AŞT layihəsi çərçivəsində bu təşkilatla tərəfdaşlığını davam etdirir.
6
Hüquqi yardım vətəndaşlara artıq qarşılaşılmış vəya qarşılaşma riski olan korrupsiya faktı ilə
üz-üzə qalarkən qanuni prosedurlardan effektiv formada yararlanmaq üçün verilən
tövsiyələrdir. Yardımla təmin edilən vətəndaşlar mərkəzlərdə çalışan peşəkar
hüquqşünasların köməyi ilə öz şikayətlərini aydınlaşdırır, şikayətlərini yazılı formada tərtib
edirlər və öz işlərinin həlli istiqamətində çalışırlar.
1-ci Diaqram. 2014-cü il ərzində xidmət növlərinə görə ALAC müştərilərinin sayı (ümumi
say 1861)
Quba və Gəncədəki mərkəzlərimiz kənd əhalisinin hüquqi maarifləndirilməsi məqsədilə
hüquqi yardım sessiyaları keçirmişdir. 2014-cü ildə ümumilikdə 5 sessiya baş tutmuş və bu
tədbirlərdən 126 nəfər faydalanmışdır.
Yuxarıdakı şəkillər: Dekabrın 20-sində AŞT Quba
Mərkəzi
Quba rayonunun Avacuk kəndində hüquqi məlumatlandırma sessiyası keçirmişdir. AŞT
Guba Layihəsi Koordinatoru iştirakçıları AŞT fəaliyyət növləri, müxtəlif kəndlərdə keçirilən
mobil təlimlər və uğur nümunələri haqqında məlumatlandırmışdır. 21-i qadın və 9-u kişi
olmaqla 30 nəfərin qatıldığı bu tədbirdə notariat xidmətləri, torpaq məsələləri, pensiya,
7
elektrik enerjisi təchizatı sahələrində korrupsiya problemi müzakirə edilmiş, məşğulluq
problemi və aşağı həyat standartları məsələləri barədə danışılmışdır.
Anti-korrupsiya təhlil
Hər üç mərkəzdə müraciətçilərlə bağlı məlumat toplanılır. Onların adı, demoqrafik vəziyyəti,
coğrafi yerləşməsi, əhalinin zəif qrupuna aid olub olmadığı, yenidən müraciət edib etməməsi
ilə bağlı məlumatlar yığılır. Dərin anti-korrupsiya islahatlarının aparılmasına ən çox ehtiyac
duyulan sahələrinin müəyyən edilməsi məqsədiylə statistik məlumatlar hər üç mərkəz
tərərfindən toplanılır və müzakirə olunur.
2-ci Diaqram. 2014-cü il ərizində ALAC-a daxil olan şikayətlərin sahələri (şikayətlərin
ümumi sayı 1440)
İctimai Maarifləndirmə və Məlumatlandırma
Layihənin bu komponenti hüquq dili, ictimai məlumatlılıq, seçicilərin sayının artırılması və
hüquqi proseslərdə vətəndaş iştirakçılığı yolu ilə hüquqi mədəniyyəti təşviq etmək məqsədi
güdür. Bu fəaliyyətin nəticələri ictimai anti-korrupsiya təhsilini və korrupsiya ilə mübarizədə
ictimai iştirakçılığı artıracağı gözlənilir. Bu tədbirlər ALAC mərkəzinə daxil olan korrupsiya
ilə əlaqəli müraciətlərin statistikasının analizi, ölkədə baş verən proseslər nəzərə alınmaqla,
ayrıca hədəf qrupları üçün xüsusən kənd yerlərində təşkil olunur.
8
Ümumilikdə, Gəncə və Quba mərkəzləri 154 nəfəri əhatə edən, rüşvət və korrupsiyaya qarşı
fəaliyyət və təşəbbüsləri təşviq edən 8 ictimai məlumatlandırma kampaniyası həyata
keçirmişdir.
Yuxarıdakı şəkillər: 27 Oktyabr 2014-cü il tarixində AŞT Gəncə Mərkəzi Şəmkirdə UAFA icma
ə
saslı rehabilitasiya mərkəzində vətəndaşların müraciətlərinə baxılma qaydaları haqqında
təlim təşkil etmişdir. Tədbirdə iştirak edən 11 nəfər vətəndaşların müraciətlərinə baxılma
qaydaları, bu qanunun əsas anlayışları, dövlət qurumlarına müraciət, şikayət və təklif
yazmağın proseduraları və onlara baxılma müddəti barəsində məlumatlandırılmışdır.
Sessiyada əldə edilən biliklər praktiki tapşırıqlarla yoxlanılmışdır. Sonda AŞT layihəsi
haqqında informativ materiallar və “Vətəndaşların Müraciətlərinə Baxılma Qaydası haqqında
Qanun” nəşrinin nüsxələri paylanılmışdır.
İctimai vəkillik
2014-cü ildə “Şəffaflıq Azərbaycan” öz hüquq mütəxəssisləri tərəfindən müəyyən edilmiş,
ümumilikdə ictimaiyyət üçün ən münasib və birbaşa maraq doğuran məsələlər ətrafında anti-
korrupsiya dəyirmi masalarını təşkil etməyə davam etmişdir (daşınmaz əmlakın reyestri, yeni
olan özəl notarius xidməti institutu, əhaliya elektrik enerjisinin təchizatı, birdəfəlik ünvanlı
sosial yardımın yeni formatı). Dəyirmi masaların hər birində təqdim olunan tövsiyələr daha
sonra təkmilləşdirilərək hökumətə təqdim edilmişdir.
“Şəffaflıq Azərbaycan” ASAN xidmət mərkəzlərinin sayının və əhatə sahəsinin
genişləndirilməsinə və dövlət notarius xidmətinin əlavə olunmasına ehtiyacın olduğunu
bildirmişdir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
kollegiyasının “10” aprel 2014-cü il tarixli 1/1-07 nömrəli qərarı ilə dövlət notarius xidməti
ASAN mobil xidmətinin göstərdiyi xidmətlər arasına daxil olmuşdur. Həmçinin, 4 saylı
ASAN xidmət mərkəzi 7 may 2014-cü il tarixində Bakı şəhərində fəaliyyətə başlamışdır.
2
Bundan əlavə, müvafiq qanuna dəyişikliklər edilərək ASAN xidmət mərkəzləri tərəfindən
mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması
barədə çıxarışların və texniki pasportların verilməsi kimi fəaliyyətlərin icrasına imkan
yaradılmışdır .
3
2
http://president.az/articles/11675
3
“ASAN xidmət” mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatına alınması barədə çıxarışlar verəcək,
APA news agency, 12 February 2014,
http://az.apa.az/news/331377
9
“Şəffaflıq Azərbaycan”ın elektron xidmətlərin əhatə dairəsinin və keyfiyyətinin artırılmasına
dair tövsiyələrinə müvafiq olaraq, yeni bir elektron xidmət mövcud xidmətlərin siyahısına
ə
lavə olunmuşdur. İndi müraciətçilər qeydiyyatda olan daşınmaz əmlaklarına texniki pasport
və plan sənədini əldə etmək üçün, istədikləri təqdirdə, elektron yolla Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidmətinə müraciət edə bilərlər.
4
Həmçinin, daha əvvəl təqdim olunmuş iki
xidmət - əmlakın yüklülüyünün və xitam verilməsinin dövlət qeydiyyatı vahid e-hökumət
portalına əlavə olunmuşdur.
5
“Şəffaflıq Azərbaycan” 2011-ci ildə keçirdiyi dəyirmi masada istehlakçılara suyun
verilməsinin heç bir qayda qanuna əsaslanmadığını və istehlakçılarla (fiziki və ya hüquqi
şəxslər) heç bir standart müqavilənin bağlanmadığını vurğulamışdı. 2014-cü ildə Suyun
İstifadə Qaydaları nəhayət ki, qəbul və təsdiq olunmuşdur. Qaydalar aydın şəkildə həm su ilə
təmin edənlərin həm də təmin olunanların hüquq və məsuliyyətlərini göstərir.
6
“Şəffaflıq Azərbaycan” işçilərin əmək kitabçaları və müxtəlif dövlət qurumlarına
məktublarının ləğv edilməsini hər zaman tövsiyə etmişdir. Elektron əmək müqavilələrinin
2014-cü ilin dekabrında təqdim edilməsi ilə əmək kitabçaları və müxtəlif dövlət qurumlarına
məktublar ləğv edilmişdir. Elektron məktub nümunəsi vahid e-hökumət portalından və ya
Nazirliyin veb səhifəsindən əldə edilə bilər.
“Şəffaflıq Azərbaycan”-ın dövlət qulluqçusunun meyarlar üzrə qiymətləndirilməsi sisteminin
yaradılması tövsiyələrinə müvafiq olaraq, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Dövlət
qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nı qəbul etmişdir. Bu
qaydalar dövlət işçilərinin meyarlara əsaslanan qiymətləndirilməsi və mükafatlandırılması
üçün hüquqi çərçivə ilə təmin edir.
7
Şəkil: 21 fevral 2014-cü ildə “Şəffaflıq Azərbaycan”
Azərbaycanda əlilliyi olan insanların hüquq və sosial
müdafiəsinə ziddiyət təşkil edən məsələləri müzakirə
etmək üçün dəyirmi masa təşkil etmişdir. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yerli və beynəlxalq
qeyri-hökumət
təşkilatlarının
nümayəndələri
müzakirələrdə fəal iştirak etmişdir.
4
Cabinet of Ministers decree No 266 dated 31 July 2014 on Changes to the Cabinet of Ministers decree No 191 dated 24
November 2014 on Approval of the Rules to Deliver Electronic Services by National Executive Bodies in Concrete Areas
and the List of Electronic Services
www.cabmin.gov.az
5
More Azerbaijan State Property Committee services integrated into e-government, 20 Aug 2014, today.az
http://www.today.az/news/business/136363.html
6
Order of the Cabinet of Ministers № 262, dated 17 July 2014 on Approval of the Rules for Water Use
http://www.cabmin.gov.az/?/az/pressreliz/view/1429/
7
http://www.csc.gov.az/aze/index.php?option=com_content&view=article&id=3072%3Adoevlt-qulluqcusunun-xidmti-
faliyytinin-qiymtlndirilmsi-qaydalar&catid=59%3Akomissiyann-normativ-huequqi-aktlar-&Itemid=75&lang=en
10
Azərbaycanda Su təchizatı: Nailiyyətlər və Problemlər
İçməli suyun səmərəli təchizatı hər bir ailə üçün keyfiyyətli həyatın və biznes fəaliyyətinin
ilkin şərtlərindəndir. Azərbaycanda su həm şəxsi yaşayış yerlərinə həm də kommersiya
qurumlarına ölkənin yeganə su təchizatçısı olan Azərsu ASC tərəfindən təmin edilir. Şirkətin
30 min biznes qurumu daxil olmaqla bir milyondan çox
istifadəçisi var.
“Şəffaflıq Azərbaycan” ABŞ İnkişaf Agentliyinin
(USAID) dəstəyilə 2011-ci ildən bəri AŞT layihəsi
çərçivəsində içməli suyun təchizatındakı inkişafı
izləmişdir. Təhlillərin nəticəsi və tövsiyələr Azərsu ASC-
yə və Milli Anti-korrupsiya Komissiyasına 2011-ci ildə
USAID-in maliyyələşdirdiyi “Şəffaflıq Azərbaycan”-ın
icra etdiyi dörd illik (2008-2012) layihə çərçivəsində təşkil
olunmuş dəyirmi masada təqdim edilmişdir. “Şəffaflıq
Azərbaycan”
AŞT
layihəsi
çərçivəsində
suyun
təchizatındakı inkişafı izləməyə davam edir.
2011-ci ilin araşdırması göstərir ki, əsas problem 1999-cu
ilin İçməli Suyun Təchizatı Qanunu istisna olmaqla
təchizatçılarla istehlakçılar arasında münasibətləri tənzimləyən xüsusi qaydaların olmaması
idi. Praktikada, şəxsi yaşayış yerlərində istifadəçilərin çoxu su təchizatı ilə bağlı müqavilə
bağlamayırdılar, baxmayaraq ki, standart müqavilə forması mövcud olub.
Həmçinin, su təchizatı üçün pul nəğd olaraq iş başında olan yerli nəzarətçilər tərəfindən
toplanırdı. Ödəniş qəbzləri isə dövlətin poçt xidməti verən Azərpoçtun formaları olub əl ilə
doldurularaq korrupsiya hallarına imkan yaradırdı. 40%-ə qədər sakinin su sayğacları var idi.
Nəzarətçilərin bu sayğacları kompüterləşmiş mərkəzi sistem vasitəsilə oxumaq və ya
təfərrüatlı qəbzlər vermək üçün xüsusi alətləri yox idi. Beləcə, “Şəffaflıq Azərbaycan” hüquqi
və praktiki vəziyyəti yaxşılaşdırmaq üçün Azərsu ASC-yə öz xüsusi tövsiyələrini təqdim
etmişdir.
Yaxın zamanda, “Şəffaflıq Azərbaycan” son üç ildə bu sahədə gedən inkişafı izləmiş və bir
neçə müsbət dəyişikliklər tapmışdır. Sayğacların quraşdırılması davam edir və 2011-ci illə
müqayisədə 20% artmışdır; nəzarətçilərin 20%-i sayğacları oxuyaraq təfsilatlı qəbz verən
alətlərlə təmin edilmiş və yerindəcə nəğd ödəniş əhəmiyyətli dərəcədə azalmışdır. Həmçinin,
hökumət Suyun İstifadə Qaydalarını təsdiq etmişdir. Qaydalar istehlakçıların hüquq və
məsuliyyətlərinin bir hissəsini aydın şəkildə ifadə edir. Məsələn, əgər əvvəllər sayğacla bağlı
məsuliyyət istifadəçinin üzərinə düşürdüsə, yeni Qaydalar bu məsuliyyəti sayğacın
quraşdırma yerindən asılı olaraq (istifadəçinin mülkiyyətinin daxilində və ya xaricində)
istifadəçi və təchizatçı arasında bölür. Bundan əlavə, sayğacların quraşdırılması,
yerləşdiurilməsi və təmiri təmamilə təchizatçının üzərinə düşür. Digər xidmətlərin təchizatını
tənzimləyən sənədlərdən fərqli olaraq, bu Qaydalar açıq şəkildə vurğulayır ki, mübahisəli
mövzular istifadəçinin xeyrinə şərh edilməlidir.
Lakin, hələ də dəyişdirilməli bəzi məqamlar var. Həm Qanun, həm də Qaydalar imkan verir
ki, su təchizatçıları istifadəçilərə göstərilən xidmətin qarşılığını sayğacların oxunması əvəzinə,
2011-ci ilin noyabr ayında “Şəffaflıq
Azərbaycan” suyun təchizatı sahəsində
apardığı təhlillərin nəticəsini təqdim edir
Şəkil: “Şəffaflıq Azərbaycan”
11
normativ olaraq hesablanmış sabit məbləğlə ölçsün. Bu digər xidmətlərin təchizatı zamanı
təmamilə qadağan olunmuşdur. Qaydalara əsasən fasiləsiz kanalizasiya xidmətinə təchizatçı
tərəfindən təminat verildiyi halda, fasiləsiz su təchizatına təminatın verilməməsi bu vəziyyəti
daha da çətinləşdirir. Bu isə, su təchiz edilib-edilməməsindən asılı olmayaraq əhalidən pulun
yığılmasına və beləliklə korrupsiyaya şərait yaradır. Əlavə olaraq, təchiz olunan suyun
keyfiyyəti üçün milli standartlar yoxdur.
“Şəffaflıq Azərbaycan” su təchizatı sahəsində monitorinqə və Azərsu ASC və digər müvafiq
hökumət qurumları ilə əməkdaşlıq çərçivəsində mövcud problemlərə yönəlik tövsiyələr
hazırlamağa davam edəcək.
II.
AZƏRBAYCAN MİLLİ ŞƏFFAFLIQ SİSTEMİ QİYMƏTLƏNDİRMƏSİ
Milli Şəffaflıq Sistemi Qiymətləndirməsi layihəsinin məqsədi ölkədə rast gəlinən sistemli
korrupsiya risklərini qiymətləndirmək və bu risklərin gələcəkdə necə azaldılması barədə
tövsiyələr hazırlamaqdır. İdarəçilik institutlarının hərtərəfli qiymətləndirilməsinin
çətinliklərini qəbul etməklə birlikdə, Milli Şəffaflıq Sistemi Qiymətləndirməsi anti-korrupsiya
qanunvericiliyində əsas boşluqları, o cümlədən bu qanunların icrası zamanı ortaya çıxan zəif
tərəfləri müəyyən edir və gələcək islahatlar üçün yol xəritəsi təqdim edir. Tövsiyələr daha
sonra hökumət, vətəndaş cəmiyyəti və özəl sektor tərəfindən ölkədə dürüstlüyün təşviq
edilməsi üçün istifadə oluna bilər. 2014-cü ildə keçirilən əsas fəaliyyətlər:
“Korrupsiya barəsində məlumat verən şəxslərin müdafiəsi” (Whistleblower) qanun layihəsi ilə bağlı
şərhlər və tövsiyələr hazırlanaraq Korrupsiyaya qarşı Mübarizə Komissiyasına baxış üçün
göndərilmişdir;
Korrupsiya barəsində məlumat verən şəxslərin müdafiəsi ilə bağlı Konsepsiya Sənədi hazırlanıb və
2015-ci ildə Komissiyaya göndəriləcək;
Milli Şəffaflıq Sistemi Qiymətləndirməsi hesabatı iki
dildə (azərbaycan və ingilis dilində) nəşr edilmişdir. Qiymətləndirmə Avropa İttifaqının maliyyə
dəstəyi və “Transparency International” təşkilatının təkrarolunmaz metodologiyası əsasında həyata
keçirilib. Qiymətləndirmə, ölkənin hökumət strukturunda əsas dövlət institutları və qeyri-dövlət
nümayəndələrinin (1) onların ümumi bacarıqları, (2) onların daxili idarəetmə sistemi və
proseduraları və (3) onların şəffaflıq sistemindəki roluna əsasən aparılır. Həmçinin, qiymətləndirmə
hər bir sütunun rəsmi hüquqi bünövrəsini və mövcud institusional təcrübəni tədqiq edir.
Yuxarıdakı şəkillər: 2014-cü il 18 iyul tarixində Milli Şəffaflıq Sistemi Qiymətləndirməsinin
hesabatının tədimatı Park Inn otelində keçirilmişdir. “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı
direktoru Rəna Səfərəliyeva, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Vüsal
Hüseynov, Avropa Birliyinin Əməliyyatlar Bölməsinin rəhbəri Frederik Berna və Anti-
12
korrupsiya Şəbəkəsinin koordinatoru və Konstitusiya Araşdırmalar Fondunun rəhbəri
Ə
liməmməd Nuriyev tədbirdə çıxış etdikdən sonra layihənin koordinatoru Məhəmməd
Muradov qiymətləndirməni təqdim edib.
III.
DÖVLƏT XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI
2011–ci ildə Azərbaycanda elektron xidmətlərin inkişafını təşviq etmək məqsədilə, ATƏT-in
Bakı Ofisinin dəstəyilə Estoniyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatı “e-Hökumət
Akademiyası”nın ekspertləri dəvət olunmuşdu. Azərbaycan hökuməti elektron xidmətlərin
təqdim edilməsi istiqamətində konkret addımlar atmışdır. Yerli vəziyyətin monitorinqi və
qiymətləndirilməsi həyata keçirildikdən sonra bu ekspertlər Avropa və BMT qiymətləndirmə
meyarlarına əsaslanan metodologiya ortaya qoymuşdular. Qiymətləndirmə iki hissədən
ibrətdir: (i) e-hökumət infrastrukturunun və (ii) elektron xidmətlərin qiymətləndirilməsi.
“Şəffaflıq Azərbaycan” təşkilatı ATƏT-in tərəfdaşı kimi qanunvericiliklə nəzərdə tutulmuş
qaydada ASAN mərkəzləri və müvafiq dövlət orqanlarının göstərdiyi elektron xidmətlərinin
monitorinqini aparmış, müvafiq infrastruktur, o cümlədən qanunvericiliyin və nəhayət,
elektron xidmətlər sahəsində müxtəlif dövlət orqanları arasında əməkdaşlıq və informasiya
mübadiləsinin qiymətəndirilməsi üçün hesabatı hazırlamışdır.
2014-cü ildə hesabat işıq üzü görərək, elektron xidmətlərin inkişafı üçün mühüm ilkin şərt
olan elektron infrastrukturunun Azərbaycanda formalaşdığını və daha da inkişaf etdiyini
ortaya çıxarmışdır. Mövcud elektron infrastruktur imkan verir ki, digər dövlət agentlikləri ilə
birgə işə ehtiyacın olmadan elektron xidməti dördüncü səviyyəyə– xidmətlərin elektron
çatdırılmasına qədər çıxartsın, hansı ki xidmətlərin müraciət və qəbulu onlayn həyata keçirilir.
Yuxarıdakı şəkillər: 22 dekabr 2014-cü il tarixində “Şəffaflıq Azərbaycan” 2013-2014-cü illər
ə
rzində Azərbaycanda Elektron Xidmətlərin Monitorinq və Qiymətləndirilməsinin nəticələrini
ə
ks etdirən hesabatı təqdim etmişdir. Hökumət, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və
mətbuat nümayəndələri iştirak etmişdir.
IV.
İNKİŞAF NAMINƏ YERLİ BACARIQLARIN ARTIRILMASI (İYBA)
2014-cü ilin yanvar ayından etibarən
“Şəffaflıq Azərbaycan” ehtiyac duyulan xidmətləri (təlim və
vəkillik kampaniyalarının keçirilməsi və məsləhətlərin verilməsi) təmin etməsi, beynəlxalq donorlardan
birbaşa alınan qrantların idarə olunması üçün təşkilatçılıq və texniki bacarıqlarının artırılması və milli
yerli siyasət dialoqlarında daha səmərəli iştirak etməsi məqsədilə Kemoniks İnterneyşnl tərəfindən
13
həyata keçirilən, ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən “İnkişaf naminə Yerli
Bacarıqların Artırılması” layihəsinə qoşulmuşdur.
I.
KİÇİK VƏ ORTA SAHİBKARLIĞA DƏSTƏK, ŞƏFFAFLIQ AZƏRBAYCAN GƏNCƏ
Vətəndaşlara pulsuz hüquqi xidmət göstərmək üçün AŞT layihəsindən maliyyə dəstəyi alan
Gəncə
ofisi, həm də biznes dairələrini hədəfləyən xüsusi layihə həyata keçirir və kiçik və orta sahibkarlığa
hüquqi yardım verir. Layihə, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
tərəfindən dəstəklənir.
Bizim könüllülərimiz
2000-ci ildə yaradıldığından bəri “Şəffaflıq Azərbaycan” tərəfindən təlimatlandırılan
könüllülərin sayı 431-ə çatıb, onlardan 8-i 2014-cü ildə “Şəffaflıq Azərbaycan” ailəsinə
qoşulanlardır.
Mediada işıqlandırma
2014-cü ildə “Şəffaflıq Azərbaycan” fəaliyyəti çap və elektron media da daxil olmaqla 207 dəfə
işıqlandırılmışdır. Aşağıda ən maraqlı xəbərlərdən bir neçəsinin linki əlavə olunmuşdur:
“Azərbaycan Şəffaflıq tərəfdaşlığı”
http://sia.az/az/news/economy/416985-azerbaycan-seffafliq-terefdasli
“Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi- 2014” hesabatı təqdim olunub
http://www.aztv.az/readnews.php?lang=az&id=15261
“Transparency International” təsdiq edir ki “Şəffaflıq Azərbaycan” fəaliyyətinə davam
edir
http://www.transparency.org/news/pressrelease/transparency_international_confirms_aze
rbaijan_chapter_continues_work_despi
2014-cü ildəki həmkarlarımız
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi
Milli Məclis
Ə
dliyyə Nazirliyi
Ə
mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Azəriqaz IB
Azərsu ASC
Əmlak Məsələləri Dövlət Komitəsi
Bakı Elektrik Şəbəkə
"Konstitusiya" Araşdırmaları Fondu
İqtisadi Tədqiqatlar Mərkəzi
14
Internyus
AGAT
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
İnsan Hüquqları Cəmiyyəti
Korrupsiyaya qarşı Mübarizə Fondu
Anti-Korrupsiya QHT-lərinin Məlumat və Əməkdaşlıq Şəbəkəsi
Dövlət orqanları ilə əməkdaşlıq
“Şəffaflıq Azərbaycan” bir neçə dövlət orqanı ilə yaxşı işgüzar münasibətlər qurmuşdur və bu
münasibətlər 2014-cü ildə Korrupsiyaya qarşı Mübarizə Komissiyası, Bakıelektrikşəbəkə,
Ə
dliyyə Nazirliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə
keçirdiyi dəyirmi masalar nəticəsində daha da genişlənmişdir.
Dövlət orqanlarına qəbulun monitorinqi
“Şəffaflıq Azərbaycan” daha əvvəl olduğu kimi 2014-cü ildə də Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya tərəfindən Baş Prokurorluq, Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının
Vəkillər Kollegiyası daxil olmaqla, müxtəlif orqanlara işə qəbul prosesində müstəqil
müşahidəçilər qismində iştirak etmək üçün dəvət olunmuşdur.
“Şəffaflıq Azərbaycan” 2014-cü ilə olan nəşrləri
Dörd Dövlət Orqanina Verilmiş Tövsiyələrin İcrasinin Monitorinqinin Nəticələrinə Dair
Hesabat
http://transparency.az/alac/files/D%C3%96RD%20D%C3%96VL%C6%8FT%20ORQANIN
A%20VER%C4%B0LM%C4%B0%C5%9E%20T%C3%96VS%C4%B0Y%C6%8FL%C6%8FR%C
4%B0N%20%C4%B0CRASININ%20MON%C4%B0TOR%C4%B0NQ%C4%B0N%C4%B0N%2
0N%C6%8FT%C4%B0C%C6%8FL%C6%8FR%C4%B0N%C6%8F%20DA%C4%B0R%20HESA
BAT%202014.doc
Milli Şəffafliq Sistemi Qiymətləndirməsi 2014
http://transparency.az/alac/files/NISfinal.pdf
Azərbaycanda elektron hökumət infrastrukturunun və elektron xidmətlərin monitorinqi
və qiymətləndirməsi üzrə Hesabat 2014
http://transparency.az/alac/files/Elektron%20xidmet%20son%20hesabat%20TI%20AZ.pdf
2014-cü il 12 dekabr tarixində “çoxmənzilli binaların qeydiyyatı sahəsində problemlər və
nailiyyətlər”
mövzusunda keçirilən Dəyirmi Masanın yekunu və verilən tövsiyələr
http://transparency.az/alac/files/coxmenzilli%20binalar.docx
25 iyun, 2014-cü il tarixində qaz təchizatı sahəsində keçirilmiş dəyirmi masanın yekunu və
verilən tövsiyələr
15
http://transparency.az/alac/files/Qaz%20t%C9%99chizat%C4%B1%20sah%C9%99sind%C9
%99%20%C5%9F%C9%99ffafl%C4%B1%C4%9F%C4%B1n%20art%C4%B1r%C4%B1lmas%C4
%B1%20il%C9%99%20ba%C4%9Fl%C4%B1%20t%C3%B6vsiy%C9%99l%C9%99r%202014.doc
21 Fevral 2014-cü ildə “Əlillik problemi olan şəxslərin hüquqi və sosial müdafiəsi
sahəsində əsas problemlər” mövzusunda təşkil olunmuş dəyirmi masanın yekunu və
verilən tövsiyələr
http://transparency.az/alac/files/%C6%8Flilliyi%20olan%20%C5%9F%C9%99xsl%C9%99ri
n%20h%C3%BCquqi%20v%C9%99%20sosial%20m%C3%BCdafi%C9%99si%20sah%C9%99si
nd%C9%99%20%C9%99sas%20probleml%C9%99r%20v%C9%99%20bununla%20ba%C4%9Fl
%C4%B1%20t%C3%B6vsiy%C9%99l%C9%99r%20%202014.docx
2014-cü il 28 avqust tarixində “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı məsələləri”
mövzusunda keçirilən Dəyirmi Masanın yekunu və verilən tövsiyələr
http://transparency.az/alac/files/V%C9%99t%C9%99nda%C5%9Fl%C4%B1q%20v%C9%99ziyy%C9
%99ti%20aktlar%C4%B1n%C4%B1n%20d%C3%B6vl%C9%99t%20qeydiyyat%C4%B1%20m%C9%99s
%C9%99l%C9%99l%C9%99ri%20il%C9%99%20ba%C4%9Fl%C4%B1%20t%C3%B6vsiy%C9%99l%C9
%99r%202014.doc
Internyus tərəfindən keçirilmiş onlayn debatlardan bir neçəsi:
Şəffaflıq təşəbbüsü - nə yenilik var
https://www.youtube.com/watch?v=EdPIoLEfLls
Media və korrupsiya
https://www.youtube.com/watch?v=unM4FnK-WXw
''Mədən Sənayesində Şəffaflığın Artırılması'' Koalisiyasının 10 ili
https://www.youtube.com/watch?v=OXiuVlX4o1o
İnzibati məsələlər
Şəffaflıq Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən 21 may 2014-cü ildə təkrar qeydiyyata alınmışdır.
İdarə heyətinin üzvləri
Cədvəl 2
Ad
Vəzifəsi
TI –da rolu
1
Fuad Süleymanov Hüquq elmləri namizədi, müstəqil exspet
Təsisçi
İdarə heyətinin sədri
2
Sabit Bağırov
Sahibkarlığın və Bazar iqtisadiyyatının inkişafına yardım
Fondunun prezidenti, texniki elmlər namizədi
Təsisçi
İdarə heyətinin keçmiş
sədr
3
Dürdanə
Məmmədova
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Konstitusiya hüququ məsələləri üzrə şöbə müdiri, Hüquq
Təsisçi
İdarə heyətinin üzvü
16
Elmləri doktoru
4
Ə
liməmməd
Nuriyev
Konstitutsiya Araşdırmaları Fondunun Prezidenti,
Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin
məlumatandırma və əməkdaşlıq şəbəkəsinin koordinatoru
İdarə heyətinin üzvü
5
Rəna Səfərəliyeva
Filologiya Elmləri Doktoru, Azərbaycan Dillər
Universitetinin İngilis dilinin stilistikası kafedrasının
dosenti
Təsisçi
İcraçı direktor
İdarə heyətinin məhdud
səlahiyyətli üzvü
Cədvəl 3: Bizim əməkdaşlarımız və əlaqələr:
İnternet səhifəmiz:
www.transparency.az
Facebook səhifəmiz:
http://www.facebook.com/TransparencyAzerbaijan
E-mail:
info@transparency.az
Bakı mərkəzi
Bakı, Azərbaycan, AZ 1009 Cəfər Cabbarlı küç, 16, 1-ci mərtəbə, mənzil 7
Tel: (994 12) 497 81 70; 497 68 15 Tel/Fax: (994 12) 596 20 38 Toll free: (088) 707 07 07
Vəzifəsi
Adı Soyadı
Təhsili
E-mail
1 İcraçı direktor
Rəna
Səfərəliyeva
Filologiya Elmləri Doktoru,
Azərbaycan Dillər
Universitetinin İngilis dilinin
stilistikası kafedrasının dosenti
rena@transparency.az
2
Layihə
koordinatoru
Elvin Yusifli
Duquesne Universiteti, Sosial və
ictimai siyasət üzrə magistr
dərəcəsi, Pittsburq, ABŞ
elvin@transparency.az
3
Baş hüquqşünas Azər Talıbov
Bakı Dövlət Universitetinin
Hüquq Fakültəsinin baş
müəllimi
azer@transparency.az
4
Hüquqşünas
köməkçisi
Aytən
Əlizamanlı
Hüquq üzrə bakalavr təhsili,
Bakı Dövlət Universiteti
ayten@transparency.az
5
Maliyyə
və
Adminstrativ
məsələlər
üzrə
menecer
Zəminə
Ə
liyeva
Bakı
Kompyuter
Kolleci,
İdarəçilik və İT üzrə diplom
zamina@transparency.az
6
Elektron
xidmətlər layihə
koordinatoru
Məhəmməd
Muradov
Paris-Sud 11 Universiteti
Master degree University of
Paris-Sud 11 in diplomacy and
strategic negotiations
mahammad@transparency.az
7
Mühasib
Natavan
Hacıyeva
Daşkənd İctimai İqtisad
İnstitutu, maliyyə işi üzrə
magistr dərəcəsi
natavan@transparency.az
8
Qrant
meneceri/PR və
Media Mütəxəssisi
Zümrüd
İsmayılova
Beynəlxalq münasibətlər və
Avropa çalışmları
üzrə magistr
təhsili,
Mərkəzi
Avropa
Universiteti
kanan_q@transparency.az
9
İnformasiya və
komunikasiya
şəbəkələri üzrə
koordinator
Nikita
Qurbatov
Energetika
üzrə
bakalavr
təhslisi,
Azərbaycan
Neft
Akademiyası
nikita@transparency.az
Gəncə Mərkəzi
Ganja – H. Əliyev pros.103/2
17
Tel/fax: (994 22) 266 26 05 Toll free: (088) 202 02 02
10 Hüquqşünas
/ Mərkəz
direktoru
Sevinc
Sersan
Azərbaycan
Beynəlxalq
Universiteti hüquq sahəsi üzrə
bakalavr təhsili
sevinj@transparency.az
11 Layihə
köməkçisi
Lalə
Abdullayevə
Bakı
Dövlət
Universiteti,
Jurnalistika
fakültəsi
üzrə
bakalavr dərəcəsi
lala@transparency.az
Quba mərkəzi
Guba AZ 4000, Azərbaycan, Fətəlixan küç, 65
Tel/fax: (994 169) 35 14 91 Toll free: (088) 404 04 04
12 Hüquqşünas
/Mərkəz
direktoru
Eldar
Kərimov
Sankt-Peterburq Dövlət
Universiteti, Hüquq ixtisası üzrə
magistr dərəcəsi
eldar@transparency.az
13 Layihə
köməkçisi
İmran
Ə
sgərov
Bakı İcra Hakimiyyəti yanında
işgüzarlıq
təlimləri
mərkəzi
sertifikatı
imran@transparency.az
Maliyyə məlumatı
Cədvəl 4. Şəffaflıq Azərbaycan təşkilatının 2014-cü il üçün maliyyə məlumatı avro ilə
Gəlir
291 986
Hesabat dövrünün başlanğıcında olan vəsait
34 719
Xərclər
278 162
İlin yekununa qalan vəsait
48 543
İl üçün Aktiv saldo və ya kəsir
13 824
Nəzarət mexanizmi
Maliyyə sənədləri və digər əlavə dəstəkləyici sənədlər daxili qaydalarına uyğun olaraq
donorlar (ATƏT, USAID) tərəfindən mütəmadi olaraq yoxlanılır. Bəzi layihələr fərdi olaraq
auditə cəlb edilir. 2014-cü il üçün Şəffaflıq Azərbaycan təşkilatının illik maliyyə
fəaliyyətlərinin auditi 2015-ci ilin iyun ayında keçiriləcək və nəticələri illik hesabata əlavə
olunacaq.
Tərtib etdi:
Zümrüd İsmayılova
AŞT Qrant Meneceri/
PR və Media Mütəxəssisi
Dostları ilə paylaş: |