13
b) Informasiyanın kəmiyyət və ya keyfiyyət xarakterli olmasından asılı olmayaraq
ilk informasiya cüt müqayisə üçün matritsanın qurulmasında keyfiyyətə çevrilir
və bir alternativin digəri ilə müqayisəli qiymətləndirilməsini ifadə edir.
Kəmiyyət informasiyasının bu halda qacılmaz itkisi idarəetmə qərarlarının
qəbulunda neqativ hallara gətirib çıxarır, bu isə qeyri ─ adekvat və ya səmərəsiz
qərar variantının qəbuluna imkan yaradır.
Qeyd olunduğu kimi, bazar münasibətləri şəraitində rəqabətqabiliyyətli
məhsul istehsal etməyin yolları müxtəlifdir və ümumi halda bu yol, məhsulun
keyfiyyətnin yüksəldilməsi və istehsal xərclərinin azaldılmasından keçir. Beləki,
məhz sənaye və elm tutumlu texnologiya millətin intelektual səviyyəsini müəyyən
edir, Ümumi Daxili Məhsulun formalaşmasının, ölkə büdcəsinin doldurulmasının
əsas mənbələrindən sayılır. Sənaye müəssisəsinin səviyyəsinin yüksəldilməsi,
rəqabətqabiliyyətli
məhsul
istehsalı
məsələsinin
həlli
elmin
ən
son
nailiyyətlərindən istifadə edilməsini, yeni texnika və texnologiyanın istehsalata
tətbiqini şərtləndirir.
Bu məsələlər bazar iqtisadi münasibətlərini seçmiş ölkələr, o cümlədən
Aazərbaycan Respublikası üçün daha aktualdır. Beləki, yeni texnoloji həllərə
əsaslanmış, özündə elm tutumlu məsələləri birləşdirən yüksək keyfiyyətli məhsul
istehsalı, həm də dünya bazarlarında yeni seqmentlərin əldə edilməsi deməkdir.
Müasir dövrdə sənayenin texniki səviyyəsinin dəyişdirilməsi ilə məhsulun
keyfiyyətinin yüksəldilməsinin aktual problemləri aşağıdakılardır: məhsulun
keyfiyyət göstəricisinin dəqiqləşdirilməsi, istehsalın texniki səviyyəsinin
təkmilləşdirilməsi, məmulatın, sahənin müəssisələrində tətbiq üçün qəbul
olunabilən və təlabat dinamikası ilə uzlaşan keyfiyyət göstəriciləri sisteminin
işlənməsi, baxılan məlumatın keyfiyyət səviyyəsini qiymətləndirən üsulların
işlənməsi, məmulatın keyfiyyət səviyyəsini səciyyələndirən, daha böyük xüsusi
çəkiyə malik göstəricilərin iqtisadi tədqiqatının aparılması, istehsalin texniki
səviyyəsinin məmulatın keyfiyyətinə təsirini əks etdirən modellərin qurulması,
14
təhlili və interpretasiysı, istehsalın texniki silahlanmasına yönəldilən vəsaitlərin
optimal bölüşdürülməsi.
İstehsal vasitələrinin dəyişdirilməsi müəssisələrin idarəedilməsi xarakterinin
dəyişməsinə adekvat deyildir, bu məsələnin həllində məhsulun keyfiyyətinin
yüksəldilməsi məsələsi öz həllini tam olaraq tapmamışdır. Istehsalın texniki
səviyyəsi və məhsulun keyfiyyət göstəricilərinin qarşılıqlı əlaqələndirilməsi,
keyfiyyətin
nəzərdə
tutulan
dəyişdirilməsi
və
istehsal
səviyyəsinin
yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Digər tərəfdən isə
keyfiyyət göstəriciləri və səmərəli fəaliyyətinin qarşılıqlı əlaqəsi bazarda tələbi
qiymətləndirməyə və istehlak qabiliyyətinə təsir edən bəzi keyfiyyət göstəricilərini
aşkara çıxarmağa imkan verəcəkdir. Keyfiyyətin bu göstəriciləri istehsalın texniki
səviyyəsinin müəyyən göstəriciləri ilə daha sıx əlaqədədir, onların dəyişməsi
məmulatın keyfiyyət xarakteristikalarına daha çox təsir edir və bu isə bütövlükdə
səmərəli fəaliyyətini müəyyən edir. Istehsalın texniki səviyyəsinin məhsulun
keyfiyyəti və səmərəlilik göstəricilərinə təsiri aşağıdakılarla şərtlənir: istehsalın
səmərəliliyinin yüksəldilməsinin planlaşdırılmasının mövcud sistemi verilən dövr
üçün onun faktiki vəziyyəti və kompleks qiymətləndirilməsini lazımı səviyyədə
nəzərə almır, istehsal və statistik hesabatlarda istehsalın texniki səviyyəsi və
səmərəlilik göstəricilərinin dəyişməsi tədbirlərini qiymətləndirən göstəricilərin
çoxu yoxdur, istehsalın faktiki vəziyyətini, texniki səviyyəsini, texniki səviyyə və
keyfiyyət göstəriciləri arasındakı qarşılıqlı əlaqəni qiymətləndirən təhlil üsulları
lazımı səviyyədə işlənilməmişdir, məhsulun keyfiyyəti və bu sahədə təcrübi
həyata keçirilə bilən tədbirlər arasında qarşılıqlı əlaqələr zəifdir.
2. İstehsal edilən məhsulların keyfiyyətinin yüksəldilməsi
istiqamətləri
Məhsulun keyfiyyəti və onun yüksəldilməsi məsələləri həmişə ictimai diqqət
mərkəzində olmuşdur. İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə ciddi rəqabət
mübarizəsi keyfiyyətin artırılması proqramlarının hazırlamasına yol açdı. Lazımi
15
keyfiyyət xarakteristikalı məhsul istehsal etməyə müəssisələrin qabiliyyətinin
qiymətləndirilməsi
obyektiv
göstəricilərin
hazırlanması
(təkmilləşdirməsi)
ehtiyacını yaratdı. Bu xarakteristikalar məhsulun uyğunluq sertifikatıyla təsdiq
edilir. Bundan başqa bir çox müəssisə-istehsalçılar beynəlxalq standartlara uyğun
olan keyfiyyət sistemlərini müəssisələrində tətbiq etməyə başladılar. Keyfiyyət
problemi haqqında danışaraq, qeyd etmək lazımdır ki, bu anlayış arxasında həmişə
istehlakçı durur. Məhz o ən üstün istehlak xüsusiyyətlərini seçir. Keyfiyyətin
təminatı böyük xərclər tələb edir. Yaxın vaxtlara qədər keyfiyyət xərclərində əsas
hissə fiziki işə düşürdü. Amma bu gün intellektual əməyin payı yüksəkdir.
Keyfiyyət problemi alimlər, mühəndislər və menecerlərin iştirakı olmadan həll
edilmir. Keyfiyyətə peşəkar təsir etmək üçün bu işdə iştrak edənlərin ahəngdar
uyğunluğu olmalıdır. Lakin keyfiyyətin yüksəldilməsində əsas məqsədlərdən biri
də keyfiyyət və sənaye məhsulundan istifadənin effektivliyi arasında düz asılılıq
yaratmaqdır. Bu məqsədə nail olmaqla xərclərin azalmasına və bazar payının
artımına gətirərək məhsuldan istifadənin təsirliliyinin artmasına imkan yaradır.
Məhsulun ən əhəmiyyətli növləri üzrə cəmiyyətin lazımi ehtiyaclarının miqdarca
təmin olunmasına çalışmaq məhsulların keyfiyyətninin yüksəldilməsinin birinci
obyektiv şərti oldu. XX əsrin başlanğıcında dünya istehlakının təmin olunması
üçün kütləvi istehsalın inkişafını doğuran məhsul miqdarının şiddətli artması
dururdu. İstehlakçı nə istehsal edilirdi hamısını praktik olaraq alırdı. Eyni zamanda
istehsalın həcminin artması keyfiyyətin (fərdi istehsalla müqayisədə) aşağı
düşməsinə gətirib çıxardı. XX əsrın ikinci yarısında bazarın təmin olunması
müddətində istehsalın həcminin artması həmçinin rəqabətin artmasına gətirib
çıxardı. Bu öz növbəsində alıcıların ehtiyaclarının tam təmin olunması üçün
keyfiyyətin artırılması və ona münasibətin dəyişikliyi ehtiyacının vadaredici motivi
oldu. Ehtiyacın (dəbə uyğunluq dərəcəsi, istifadədə rahatlıq və s.) təmin
olunmasının səviyyəsi və əldə edilmiş malın bütün istismar vaxtı ərzində xərclər
alıcı üçün daha əhəmiyyətli oldu. Artıq keçən əsrin ikinci yarısında dünya xammal
resurslarının məhdudluğu keyfiyyətə münasibətin dəyişikliyinin ikinci obyektiv
Dostları ilə paylaş: |