45
Şəkil 5. Keyfiyyətə nəzarət sisteminin mərhələləri
Nəzarət sistemi aşağıdakı elementləri daxil edir (şəkil5):
keyfiyyətə nəzarət mərhələlərindən asılı olaraq nəzarət obyektlərini
(şəkil5);
nəzarət əməliyyatları və onların ardıcıllığını;
nəzarət vasitələri, qaydaları və üsullarını;
nəzarətin mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələrini;
Sənədlər
Məhsulun
işlənmə
mərhələləri
Təcrübə nümunələri
Əsas istehsalda istifadə olunan və müəssisəyə daxil
olunan xammal, materiallar, yarımfabrikatlar,
dəstləşdirici
məmulatlar və ləvazimatlar
Əsas istehsalın məhsulu
Texnoloji proseslər və rejimlər
İstehsal avadanlıqları və tərtibatlar
İstehsalın
mərhələsi
Qablaşdırma
Nəql olunma
mərhələsi
Yükboşaltma və nəqletmə şəraiti
Məhsulun texniki vəziyyəti
Məmulatın istifadə olunma rejimləri
və şəraitləri
İstismar xidmətinin reqlamenti
və texnologiyası
İstismar
mərhələsi
46
sənədləri;
müvafiq ixtisaslı icraçıları.
Nəzarət sistemi aşağıdakıların uyğunluğunu təmin etməlidir:
layihə-konstruktor işləmələrin müasir texniki səviyyəsinə, istehlakçılara və
xarici bazarın tələblərinə;
layihələndirmədə əsası qoyulmuş məhsulun keyfiyyət göstəricilərinin
məhsulun istehsal prosesinə;
istehsal olunan məhsulun keyfiyyət səviyyəsinin, standartların və texniki
şərtlərin tələblərinə;
texnikanın təmirinin və texniki xidmətinin keyfiyyətinin normativ-texniki
sənədlərin tələblərinə;
icraçıların əməklərinin keyfiyyətinin təyin olunmuş tələblərə.
əmək və keyfiyyəti idarəetmə sisteminin effektivliyi müəssisədə nəzarət
sisteminin düzgün təşkilindən və fəaliyyətindən asılıdır.
Nəzarət sisteminin təşkili prinspial müddəalara əsaslanmalıdır [7,8]:
1. Nəzarət sistemi istehsal prosesinin ayrılmaz hissəsidir və ona görə baş
texnoloqun texnoloji xidməti yaxud müvafiq layihə-konstruktor təşkilatları ya
texniki nəzarət xidmətinin birbaşa iştirakı ilə ya da onunla razılaşma əsasında
texnologiya eyni zamanda işlənib hazırlanır və mütləq təsdiq olunmuş texniki
proseslərdə qeyd olunur. Əgər aparıcı xidmət müəssisədə tək deyilsə, bu zaman
müəssisənin baş mühəndisinin sərəncamı ilə bu iş başqa bir xidmətə həvalə olunur.
2. Texniki nəzarət sistemi sistemli yanaşma əsasında, yəni məhsulun
yaradılması, istehsalı və istismarı mərhələlərini əhatə edən, öz aralarında qarşılıqlı
əlaqələndirilmiş elmi, texniki, iqtisadi və təşkilati tədbirlərin istifadə olunması ilə
işlənib hazırlanır. Bütün bu tədbirlər məhsulun yüksək keyfiyyətini təmin
etməlidir.
47
3. İstehsalatda zay məhsulun alınmasının, xüsusən də təkrarlanmasının
mümkünlüyünü istisna etmək üçün nəzarət sistemi texnoloji prosesin gedişinə
aktiv təsir etməlidir. Bu prinsipin pozulması aktiv nəzarəti passiv nəzarətə, texniki
nəzarət xidməti işçilərini isə zay məhsul istehsalçılarına çevirir.
4. Məhsulun keyfiyyət səviyyəsini reqlamentləşdirən normativ-texniki
sənədlərin tələbləri müəssisə işçiləri tərəfindən qeyri şərtsiz yerinə yetirilməsidir
(fəhlədən direktora qədər).
5. Nəzarət sisteminin effektivliyi müəssisədə işin keyfiyyətinin yüksək
göstəricilərinə görə mükafatlandırma və müəyyən olunmuş əmək keyfiyyəti
normalarını pozanlara qarşı daima fəaliyyətdə olan maddi, inzibati və başqa
cəzalandırma tədbirlərinin həyata keçirilməsi sistemi ilə təmin olunur.
Müəssisədə nəzarət sisteminin fəaliyyət göstərməsini təmin etmək üçün
xüsusi xidmət - texniki nəzarət şöbəsi (TNŞ) və ya texniki nəzarət idarəsi (TNİ)
yaradılır.
Texniki nəzarət xidmətinin ən vacib vəzifəsi normativ-texniki sənədlərin
tələblərinə uyğun olmayan məhsul buraxılışının qarşısının alınması, istehsalda
nizam-intizamın möhkəmləndirilməsi və buraxılan məhsulun keyfiyyətinə görə
bütün istehsal bölmələrinin məsuliyyətinin yüksəldilməsidir.
Texniki nəzarət xidmətinin vəzifələrinə daxildir:
Nəzarət sisteminin effektivliyinin təhlili, aşağı keyfiyyətli məhsul
buraxılışı səbəblərinin aradan qaldırılması, texniki nəzarət xidmətləri işçilərinin
əmək məhsuldarlığının yüksəldilməsi, mütərəqqi nəzarət və məhsulun
keyfiyyətinin qiymətləndirmə üsullarının, həmçinin nəzarət əməliyyatlarının
mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin tətbiqi yolu ilə nəzarət
sistemlərinin inkişafını və təkmilləşdirilməsini təmin etmək ;
hazır məhsulun təsdiq olunmuş texnoloji proseslə nəzərdə tutulmuş giriş,
əməliyyat və qəbul nəzarəti və digər nəzarət əməliyyatları;
48
texnoloji proseslə təsdiq olunmamış, lakin normativ-texniki sənədlərin
tələblərinə cavab verən məhsul buraxılışını təmin etmək üçün lazım olan seçmə
yoxlamalar;
texnoloji nizam-intizama riayət olunmasına seçmə nəzarət;
qəbul olunmuş məhsula və giriş nəzarəti nəticələrinə görə tədarükçülərə
iradların təqdim edilməsı üçün sənədlərin işlənməsi;
buraxılan məhsulun tədarükü şərtləri ilə nəzərdə tutulubsa, müəssisənin
başqa bölmələrinin işçiləri ilə birlikdə sifarişçinin nümayəndəsinə hazır məhsulun
təqdim olunması;
iradların qeydiyyatı və məhsulun keyfiyyəti haqqında hesabatın tərtib
olunması;
məhsulun sertifikatlaşdırmaya hazırlanması işlərində iştirak etmək və
məhsuun istehsalı prosesində sertifikatlaşdırma şərtlərinə əməl edilməsinə nəzarət;
sexlərdə, sahələrdə və briqadalarda məhsula, həmçinin özünənəzarətə
keçirilmiş işçilərlə hazırlanmış məhsula vaxtaşırı seçmə nəzarət;
zay malın kənarlaşdırılmasına və çıxdaşlaşdırılmış məhsulun müvafiq
markalaşdırılmasına nəzarət.
Texniki nəzarət şöbəsi, əlavə olaraq, müəssisəyə xammalın, materialların və
dəstləşdirici məmulatların tədarükünə müqavilələrin hazırlanmasında iştirak edir;
təşkilat standartların, məhsulun keyfiyyətinin qiymətləndirilməsi üzrə sənədlərin
təkmilləşdirilməsinə dair təkliflər işləyib hazırlayır, yüksək keyfiyyətli məhsul
buraxılışının stimullaşdırılması və keyfiyyətsiz məhsul buraxılışı üzrə mübarizənin
təkmilləşdirilməsi üzrə təkliflər verir.
Adətən, istehsal təşkilatlarının texniki nəzarət xidmətinin tərkibinə üç növ
struktur bölmələr daxil edilir (şəkil 6). Struktur bölmə altında büro, sektor,
laboratoriya və s., yaxud iki və ya bir neçə icraçılardan ibarət olan qrup, və ya
texniki nəzarət xidməti üzərinə qoyulmuş bir və ya bir neçə funksiyanı tam yerinə
yetirən ayrıca icraçı başa düşülür [7,8].
49
Ümumi səriştəli bölmə verilən təşkilatın bütün istehsalatına nəzarət
məsələləri ilə məşğul olur. İri müəssisələrdə bu texniki büro, orta müəssisələrdə-
texniki nəzarət xidmətinin texniki qrupu və xırda müəssisələrdə – texniki nəzarət
xidmətinin texniki büro vəzifəsini icra edən ümumi səriştəli mütəxəssisi ola bilər.
Xüsusi (funksional) səriştəli bölmələ müəssisənin bütün istehsalatı üçün
hər-hansı bir nəzarət funksiyası ilə məşğuldur. (məsələn, giriş nəzarəti bürosu,
çıxdaşların və reklamasiyaların təhlili qrupu).
Təbiidir ki, konkret müəssisəyə aid edildikdə bu struktur geniş hüdudlarda
dəyişə bilər. Verilən müəssisəyə və ya istehsalata xas olmayan funksiyalar istisna
olunur. Məs. əgər texniki nəzarət xidməti tərkibində hazır məhsul anbarında
nəzarətlə məşğul olan bölmə yoxdursa, bu funksiya ümumi səriştəli bölməyə-
texniki nəzarət xidmətin texniki bürosuna- həvalə olunur.
Əgər texniki nəzarət xidməti tərkibində zay malın və reklamasiyaların
təhlilini aparan bölmə nəzərdə tutulmayıbsa, bu halda məhsulun təyin olunmuş
tələblərə uyğun olmaması barədə narazılıqların qeydiyyatı və hesabatını texniki
nəzarət xidmətinin texniki bürosu apara bilər. Bir çox müəssisələrdə müfəttişlik
nəzarətini texniki büronun iki-üç nəfərdən ibarət qrupu (bölmə) aparır və bəzi
hallarda isə bu işləri bir icraçıya tapşırırlar.
Texniki nəzarət bölməsi müəssisənin digər bölmələri və xidmətləri ilə sıx
qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Müəssisənin laboratoriyaları texniki nəzarət
xidmətinin tələbi ilə yeni nəzarət üsullarının işlənməsi, buraxılan məhsulun
keyfiyyətinin yüksəldilməsi üçün tələb olunan sınaqları və məhsulun əlavə
tədqiqini aparırlar, ölçü vasitələrinin yoxlanmasını, tənzimlənməsını və təmirini
həyata keçirir.
Sex səriştəli bölmələri bir konkret sexdə bütün nəzarət məsələləri ilə
məşğuldur.
50
Təbiidir ki, konkret müəssisəyə aid edildikdə bu struktur geniş hüdudlarda
dəyişə bilər. Verilən müəssisəyə və ya istehsalata xas olmayan funksiyalar istisna
olunur. Məs. əgər texniki nəzarət xidməti tərkibində hazır məhsul anbarında
nəzarətlə məşğul olan bölmə yoxdursa, bu funksiya ümumi səriştəli bölməyə-
texniki nəzarət xidmətin texniki bürosuna həvalə olunur.
Şəkil 6. Texniki nəzarət xidmətinin birtipli struktur bölmələri
Hazır mal anbarında nəzarət bölməsi
Texniki büro
Ümumi səriştəli texniki
nəzarət xidməti bölməsi
Giriş nəzarəti bölməsi
İxrac olunan məhsulun nəzarəti
üzrə bölmə
Nəzarət sınaqları üzrə bölmə
Xüsusi (funksional)
səriştəli texniki xidmət
bölməsi
Giriş nəzarəti bölməsi
İstehsal və sınaq sexlərində texniki
nəzarət bürosu
Sex səriştəli texniki
nəzarət xidməti bölməsi
Tullantıların emal keyfiyyətinə
nəzarət bölməsi
Zay malın və reklamasiyaların
təhlili bölməsi
51
Əgər texniki nəzarət xidməti tərkibində zay malın və reklamasiyaların
təhlilini aparan bölmə nəzərdə tutulmayıbsa, bu halda məhsulun təyin olunmuş
tələblərə uyğun olmaması barədə narazılıqların qeydiyyatı və hesabatını texniki
nəzarət xidmətinin texniki bürosu apara bilər. Bir çox müəssisələrdə müfəttişlik
nəzarətini texniki büronun iki-üç nəfərdən ibarət qrupu (bölmə) aparır və bəzi
hallarda isə bu işləri bir icraçıya tapşırırlar.
Texniki nəzarət bölməsi müəssisənin digər bölmələri və xidmətləri ilə sıx
qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Müəssisənin laboratoriyaları texniki nəzarət
xidmətinin tələbi ilə yeni nəzarət üsullarının işlənməsi, buraxılan məhsulun
keyfiyyətinin yüksəldilməsi üçün tələb olunan sınaqları və məhsulun əlavə
tədqiqini aparırlar, ölçü vasitələrinin yoxlanmasını, tənzimlənməsını və təmirini
həyata keçirir.
Baş mexanik və baş energetik şöbələri texniki nəzarət xidməti ilə birgə
texnoloji avadanlığın dəqiqliyinə və stabilliyinə nəzarət edirlər. Maddi-texniki
təchizat xidməti texniki nəzarət xidmətini müəssisəyə daxil olan məhsul haqqında
vaxtlı-vaxtında məlumatlandırmalı və qoşma sənədlərini təqdim etməlidir.
Adətən, zay maldan yaranan itkilərin uçotunu aparmaq, zay məhsulun buraxılışnda
təqsirkar olan şəxslər tərəfindən vurulmuş zərərin ödənilməsi və yüksək əmək
keyfiyyətinə görə işçilərin mükafatlandırılması üçün texniki nəzarət xidməti əmək
və əməkhaqqı şöbəsinə və mühasibata zay məhsul haqqında sənədləri təqdim edir.
Yuxarıda qeyd olunanları yekunlaşdıraraq qeyd etmək olar ki, keyfiyyətə
müasir nəzarət bütün təşkilatı əhatə edən mürəkkəb sistemdir və keyfiyyət
problemlərinin effektiv həlli onun uğurlu fəaliyyətindən asılıdır.
52
Nəticə və təkliflər
1. Məhsulun, işin və xidmətin yüksək keyfiyyəti satış və rentabelliyi artırır,
bu isə ölkənin ixrac potensialının artırılmasına səbəb olur, zəncirvari reaksiya ilə
olkə vətəndaşlarının rifah halının və həyat səviyyəsinin yüksəldilməsi ilə
nəticələnir. Odur ki, istehsal prosesinin müxtəlif səviyyələrində daimi, sistemli
işlərin
və
tədbirlərin
yerinə
yetirilməsi
ilə
məsulun
keyfiyyətinin
yaxşılaşdırılmasını həyata keçirmək vacibdir.
2. Keyfiyyətin idarə edilməsi çoxlu üsul və vasitələri özündə cəmləşdirir və
onlar layihələndirmə, istehsal və satış mərhələsində yüksək keyfiyyətin təmin
edilməsinə imkan verir. Keyfiyyətin idarə edilməsi üçün onun qiymətləndirilməsi
vacibdir, lakin keyfiyyətin qiymətləndirilməsinin müasir üsulları lazımı tam
informasiyanı nəzərə almağa imkan vermir. Bu isə öz növbəsində keyfiyyətin
qiymətləndirilməsi ilə bağlı qeyri ─ düzgün qərarların qəbuluna gətirib çıxarır.
Istehsal fəaliyyətiinin bütün sferasında yüksək keyfiyyətin əldə edilməsi
onun qiymətləndirilməsi və idarə edilməsinin kompleks tədbirlərinin tətbiqini
zəruri edir.
3. keyfiyyətin yüksəldilməsi metodları hər müəssisəsdə yaxşı işləyə və
işləməyə də bilər. Ona görə də kompaniyalar keyfiyyətin yüksəldilməsi
metodlarının seçilməsi sualına çox ehtiyatla yanaşmalıdırlar və əlbəttə bütün
metodları dərhal tətbiq etməməlidirlər. Keyfiyyətin təkmilləşdirilməsi metodunun
seçilməsi zamanı insan faktorunu, mədəniyyətin təsirini qiymətləndirməmək
olmaz.
4. Tədqiqatlar göstərir ki, məhsulun keyfiyyət səviyyəsinin yüksəldilməsi
əlavə xərclər tələb edən tədbirlərin həyata keçirilməsi yolu ilə mümkün olur. Məhz
bu göstəricilərdən istifadə etməklə istehsalçı və istehlakçı səviyyəsində yeni
texnikanın iqtisadi səmərəsinin təyin edilməsi həyata keçirilir.
53
5. Yuxarıda qeyd olunanları yekunlaşdıraraq qeyd etmək olar ki, keyfiyyətə
müasir nəzarət bütün təşkilatı əhatə edən mürəkkəb sistemdir və keyfiyyət
problemlərinin effektiv həlli onun uğurlu fəaliyyətindən asılıdır.
54
Ədəbiyyat
1. Всеобщее управление качеством: Учебник для вузов / Глудкин ОП.,
Горбуяов НМ., Гуров А.И., Зорин Ю. В. / Под ред. Глудкина ОП. — М.:
Радио и связь, 1999. — 600 с.
2. Свиткин М.З., Мацута В.Д., Рахлин КМ. Менеджмент качества и обеспечение
качества продукции на основе международных стандартов ИСО. — СП6.: Изд-
во СП6 картфабрика ВСЕГЕИ, 1999. — 403 с.
3. Фокс М.Дж. Введение в обеспечение качества: Модуль РРЖ№ 415а / Пер.
с англ. под общей редакцией Азарова В.Н. — М.: Фонд Европейский центр
по качеству, 1999. — 118 с.
4. ИСО 8402:1994. Управление качеством и обеспечение качества — Словарь //
Системы качества. Межаународные стандарты ИСО серии 9000. — В трех
томах: Том 2. — М.: 1997. — С. 2-8-1—2-8-22.
5. ГОСТ Р ИСО 9000—2001. Системы менеджмента качества. Основные
положения и словарь. — М.; ИПК Издательство стандартов, 2001. — 30 с.
6. Сергеев А.Г., Латышев М.В. Сертификация: Учебное пособие для студентов
вузов. — М.: Издательская корпорация «Логос», 1999. — 248 с.
7. Аронов И.З., Версан В.Г. Техническое регулирование — инструмент
инноваций // Стандарты и качество, — 2004, — №1. — С. 24—26.
8.Ponomaryov S.V., Mişşenko S.V., Belobraqin V.Y. Məhsulun keyfiyyətinin
idarə edilməsi: Dərs vəsaiti. – /рус дилиндян тяр
cцмя. Бакы: «Игтисад
Uниверситети», няшриййаты, 2008.
55
Mündəricat
Səh
Giriş.................................................................................................................5
1.Keyfiyyət məvhumuna yanaşmaların qısa səciyyəsi....................................6
2. İSO 9000 seriyalı standartlar əsasında istehsal edilən məhsulların
keyfiyyətinin yüksəldilməsi istiqamətləri.................................................15
3. Məhsulun keyfiyyət göstəricilərinin nomenklaturunun təhlili..................22
4. Məhsulun istehsal keyfiyyətinə nəzarətin təşkili qaydaları ......................33
5. Müasir nəzarət vasitələrinin təhlili............................................................43
Nəticə və təkliflər..........................................................................................53
Ədəbiyyat......................................................................................................55
Dostları ilə paylaş: |