28
8. Standartlaşdırma və unifikasiya göstəriciləri ─ məmulatın standartlaşdirılmış
və unifikasiya edilmiş hissələrlə zəngin olmasını səciyyələndirir.
9. Patent ─ hüquq göstəriciləri ölkə daxili və xaricdə məmulatın patent
müdafiəsini səciyyələndirir. Bu həmçinin məmulatın “patent təmizliyini”
səciyyələndirirki, bu da onun xaricdə çox asanlıqla relizə olunmasına şərait
yaradır.
10.
Estetik göstəriciləri məmulatın xarıcı görünüşünün insana təsirini
səciyyələndirir.
11. Nəql mümkünlüyü göstəriciləri məmulatın müəyyən növ nəqliyyatla
nəqlini səciyyələndirir.
Aşağıda
sxematik
olaraq
məhsulların
keyfiyyət
göstəricilərinin
klassifikasiyası göstərilmişdir (Şəkil 2.).
Tədqiqatlar göstərir ki, məhsulun keyfiyyət səviyyəsinin yüksəldilməsi əlavə
xərclər tələb edən tədbirlərin həyata keçirilməsi yolu ilə mümkün olur. Məhz bu
göstəricilərdən istifadə etməklə istehsalçı və istehlakçı səviyyəsində yeni
texnikanın iqtisadi səmərəsinin təyin edilməsi həyata keçirilir.
Tədqiq edilən klassifikasiyada mövcud olandan fərqli olaraq texniki ─
iqtisadi bərabərhüquqlu göstəricilərin qarışdırılmasından fərqli olaraq ancaq
birincinin (texniki) ikinciyə (iqtisadi) təsiri göstərilmişdir. Belə bölgü müqayisəli
təhlildə məmulatın keyfiyyətinin yaxşılaşdırılması tendensiyasının ayrı ─ ayrı
texniki parametrlər hesabına yarandığını təyin etməyə, istehsal keyfiyyətinin
səviyyəsinin kompleks qiymətləndirilməsini isə sonuncu iqtisadi göstəricilər üzrə
müəyyən etməyə imkan verir.
29
Şəkil 2. Məhsul keyfiyyət göstəricilərinin klassifikasiyası
Məhz bu göstəricilərdən yeni yaradılan məhsulun qiyməti, xərcləri və
iqtisadi səmərəliliyinin təyinində istifadə olunur. Beləliklə, keyfiyyət, qiymət, xərc
istehsalın iqtisadi səmərəliliyi və avadanlıqlardan istifadə göstəriciləri arasında düz
əlaqə yaranır.
Xammal və təbii yanacağın keyfiyyət göstəricilərinin nomenklaturunda
aşağıdakı göstəricilər qrupu əsas sayılır: təyinat, texnolojilik, saxlanılmaq və nəql
etmək. Məhsulun keyfiyyətinin yaxşılaşdırılması ictimai istehsalın tələblərini əlavə
göstəricilərin işə salınması ilə ödəməyə imkan verməklə, həmçinin istehsal ─
təsərrüfat fəaliyyətinin texniki ─ iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına imkan
yaradır. Məhsulun keyfiyyətini sonsuz yaxşılaşdırmaq mümkün deyildir. Bunun
texniki və iqtisadi həddi mövcuddur. Texniki hədd əsasən ilk materialların
xassələrindən asılıdır (məsələn metalın möhkəmlik həddi). Iqtisadi hədd isə
30
məhsulun keyfiyyətinin yüksəldilməsinin iqtisadi məqsədə uyğunluğundan asılıdır.
Məhsulun keyfiyyəti o həddə qədər artırılmalıdır ki, o ictimai istehsalın tələblərini
tam ödəsin və həmçinin bu zaman material və əmək resurslarından səmərəli
istifadə olunsun.
Məhsulun keyfiyyətinin idarəedilməsinin təşkilati və normativ bazası
standartlaşmadır, keçmiş ittifaq dövründə və indi də standartlar sistemi tətbiq
olunur. Bunun mühüm təyinatı məhsulun keyfiyyətinə qoyulan tələblərin
reqlamentləşdirilməsi və onun daim yüksəldilməsinin təminatıdır. Standart ─ bu
texniki normativdir və qanun qüvvəsinə malk olur. O müəyyən fəaliyyət sferasında
vacib etalon rolunu oynayır və hasil edilən məhsula qoyulan keyfiyyət tələblərinin
müqayisəsini yerinə yetirməyə xidmət edir. Aşağıdakı standart kateqoriyaları
mövcuddur: milli, dövlət, sahə, müəssisə. Ayrı ─ ayrı məhsul növləri əgər
standartlarla əhatə olunmayıbsa, onlar texniki şərtlə reqlamentləşdirilirlər.
Məhsulun keyfiyyətinin idarəedilməsində mühüm elementlərdən biri sənaye
məhsulunun attestasiyasıdır. Müəssisələr tərəfindən istehsal olunan məhsullar
attestasiya zamanı üç kateqoriyaya bölünür: ali, birinci və ikinci. Ali kateqoriyalı
məhsullar öz texniki ─ iqtisadi göstəricilərinə görə xarıcı və daxili bazarda elmin
ən yüksək nəaliyyətlərinə cavab verir və hətta onu ötür. Keyfiyyətin birinci
kateqoriyası o məhsullara aid edilir ki, onlar öz texniki ─ iqtisadi göstəriciləri ilə
fəaliyyətdə olan standart və texniki şərtlərin tələbinə müvafiq olurlar. Keyfiyyətin
ikinci kateqoriyası o məhsullara aidd edilir ki, onlar öz texniki ─ iqtisadi
göstəriciləri ilə müasir tələblərə cavab vermirlər. Məhsulun keyfiyyətinin idarə
edilməsində planlaşdırma mühüm rol oynayır. Məhsulun keyfiyyətinin
yüksəldilməsinin planlaşdırılması, ən yaxşı daxili və xarici analoqların texniki –
iqtisadi göstəricilərini keçmək; standartlar və texniki şərtlərə əməl etmək; elm və
texnikanın yeni nailiyyyətlərindən istifadə etməklə istehsal olunan məhsulun
keyfiyyətinin sistemli olaraq yaxşılaşdırılmasını həyata keçirməkdən ibarətdir.
31
Məhsulun keyfiyyətinin idarə edilməsində kompleks sistemində əsas tələb
texniki nəzarətin təşkilinə qoyulur ki, bu da istənilən istehsal prosesinin ayrılmaz
tərkib hissəsidir. Texniki nəzarətin əsas məsələsi tələblərə cavab verməyən məhsul
istehsalının qrşısının alınmasıdır. Texniki nəzarətin müxtəlif üsullarından istifadə
olunur. Beə ki, texniki nəzarət aparılma anından asılı olaraq giriş (əvvəlcədən), cari
(aralıq) və son (qəbul) texniki nəzarəti fərqləndirirlər. Giriş nəzarəti ─ material və
detalların istehsala daxil olmaqdan qabaq yoxlanılmasıdır. Məsələn, belə nəzarət
qoruyucu kəmərləri quyuya buraxmadan qabaq həyata keçirilir, burada yiv
birləşmələri, daxili diametri və düzlüyü, hər borunun uzunluğu ölçülür. Cari
nəzarət istehsal prosesinin hər hansı hissəsi başa çatdıqdan sonra həyata keçirilir.
Məsələn, vertikal quyunun gövdəsinin əyilməyə yoxlanması. Son nəzarət
məhsulun hazırlanması ilə bağlı bütün istehsal əməliyyatlarının qurtarmasından
sonra həyata keçirilir. Məsələn, istismara verilən neft quyusunun yoxlanılması.
Obyektin kəmiyyət əhatəsindən asılı olaraq texniki nəzarət bütöv və seçmə
kimi həyata keçirilir. Bütöv nəzarətdə bütün istehsal prosesi və ya bütün istehsal
olunan məhsul yoxlanılır. Seçmə nəzarəti isə itehsal prosesinin və məhsulun bir
hissəsini əhatə edir. Seçmə üsulu ilə nəzarətin nəticəsi bütövlükdə istehsal prosesi
və ya hazırlanan məmulata qiymət verməyə imkan verir. Texniki nəzarət zamanı
yoxlanılan obyektin xassələrini təyin etmək üçün aşağıdakı üsullardan istifadə
olunur: orqanoleptik, alət, analitik və avtomatik. Orqanoleptik üsulda yoxlama
obyektinin xassəsi hiss etmə orqanlarının vasitəsilə; alət vasitəsilə nəzarət çox da
mürəkkəb olmayan (mikrometr, şablon və s) alətlərlə; analitik üsulda – mürəkkəb
alət, cihaz və aparatlarla; avtomatik üsulda – avtomatik cihazlarla yerinə yetirilir.
Məhsulun keyfiyyətinin idarə edilməsi sistemində maddi və mənəvi
stimullaşdırma mühüm rol oynayır ki, bu da qiymət, əlavə, güzəşt, bank krediti,
əmək haqqı və mükafatlandırmanın təkmilləşdirilməsi, iqtisadi sanksiyalar və s.
iqtisadi alətlərə əsaslanır. Məhsulun keyfiyyətinin idarə edilməsi, yüksək
keyfiyyətli məhsul istehsalı özündə maddi və mənəvi stimullaşdırmanı, elm və
Dostları ilə paylaş: |