Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

Teafrast N. Plant. III. 1, 4. Anaksaqor deyir ki, hava, yağış vasitəsilə aşağıya aparılan və bitkiləri əmələ 
kətirən hər şeyin toxumlarını özündə ehtiva edir. 
 
Aetsi lV. 3,l; 7,1. Anaksimen, Anaksaqor, Arxelay, Diogen "ruhu" havasayağı "həsab edirdilər"... Pifaqor, 
Anaksaqor və Diogen... bəyan edirdilər ki, ruh  ölməzdir. 
 
Aetsi. V. 25, 2. Yuxu bədən enerjisinini qüvvətdən duşməsi nəticəsində əmələ gəlir. Çünki "yuxu" ruhi deyil, 
vücudi haldır. Ölüm isə ruhun ayrılmasıdır. 
 
Aristotel. de anima. I. 2. Anaksaqor ruhu, [hərəkət] mənbəyi hesab edir...Çox vaxt o ağılı gözəlliyin və 
ədalətin səbəbi adlandırır, digər yerdə [onda deyilmişdir] ki, ağıl rühdur. Axı ağıl [onun baxışlarına görə] 
bütün heyvanlarda, istər böyüklərdə , istərcə də kiçiklərində, istər alilərdə, istər də ibtidailərdə vardır. 
Bununla belə, aydındır ki, zəka mənasında ağıl adlandırılan eyni dərəcədə bütün heyvanlara, hətta bütün 
insanlara xas deyildir... Anaksaqor, görünür, hesab edirdi ki, ruh ağıldan fərqlidir... lakin, ağıla digər 
başlanğıclara nisbətən üstünlük verməsi istisna olmaqla, hər iki anlayışdan sanki eyni təbiətli olan kimi 
istifadə edir. Doğrudan da, o deyir ki, bütün mövcud olandan yalnız ağıl sadə, qarışığı olmayan və saf bir 
şeydir. O ağılın hər şeyi hərəkətə gətirdiyini iddea edərək, eyni bir başlanğıca hər iki keyfiyyəti, həm idrakı, 
həm də hərəkətə aid edir. 
 
Aristotel. de anima. III. 4. Anaksaqorun dediyi kimi, zəka hər şey haqqında düşündüyündən ağalığa malik 
olmaq, yəni dərk etmək üçün heç bir şey ilə qarışığı olmamalıdır. 
 
Aristotel. de part. animal. IV. 10. Anaksaqor deyir ki, insan əllərə malik olduğuna görə heyvanlardan ən 
dərrakəlisidir. 
 
Teofrast. de sens. 27-29. Anaksaqorun fikrincə, oxşar olan, oxşar olana təsir etmədiyindən, duyğular əks olan 
sayəsində əmələ gəlir... Şirini və acını onların özlərinin köməyi ilə deyil, bir şeyin başqasında çatışmamasına 
uyğun surətdə, soyuq-isti ilə, şit-duzlu ilə, şirin-acı ilə dərk edilir... Hər hansı bir duyğu iztirabla müşayiət 
olunur...çünki təmas edildikdə oxşar olmayan hər şey iztirab doğurur, həm də bu iztirab duyğuların davamı 
və qüvvəsi sayəsində aşkar edilir. 
 
Sekst. VII. 90. Anaksaqor duyğuları zəiflikdə günahlandıraraq, deyir: "onların zəifliyi nəticəsində biz həqiqət 
haqqında mühakimə yürütmək iqtidarında deyilik." 
 
Aetsi. I. 3, 5. Homeomeriyalar... yalnız zəka ilə müəyyən edilə bilər... Axı, hər şeyi duyğuya müncər etmək 
vacib deyil. 
 
 
* * * 
 
Qədim Yunan Fəlsəfəsi Antologiyası 
Elmlər Akademiyası,  
Fəlsəfə və Hüquq İnstitutu 
Bakı, 2001 
 
 
 
Fəsil II 
 
SOFİSTLƏR  
 
Qədim yunan sözü "sofistes" sənətkarı, rəssamı, yaradıcını, ixtiraçını, bilicini ifadə edirdi. Lakin eramızdan 
əvvəl V əsrin ikinci yarısından bu söz xüsusi məna kəsb edir. Sofistlərlə, muzdla işləyən fəlsəfə, natiqlik 
(ritorika) və mübahisə aparmaq məharəti (eristika) müəllimlərini adlandırmağa başladılar. Sonralar Platon bu 
sözü qəbahətli olan mənada işlətdi, Aristotel isə sofistlərin yaratdığı məntiq nöqteyi-nəzərindən onların 
metodunu tənqid etdi. Ancaq nəzərə almaq lazımdır ki, eramızdan əvvəl V əsrin ikinci yarısında sofistlərin 
fəaliyyəti mütərəqqi idi və sübut etmək bacarığı, bununla isə söz və onu işlədə bilmək bacarığı mühüm 
əhəmiyyət kəsb edən demokratik cəmiyyətin tələblərinə cavab verirdi. 
 
25


 
Sofistlər vahid məktəbi təmsil etmirdilər. Onlar bir-biri ilə rəqabət aparırdılar. Lakin onları təkcə xarici 
xüsusiyyətləri deyil (peşəkar müəllimlik etmələri), həm də filosofluq etmə metodu birləşdirirdi. Sofistləri 
maraqlandıran başlıca məsələ, - bizi əhatə edən aləmə, bizim onun haqqında fikirlərimiz necə 
münasibətdədir? 
Şərti olaraq sofistləri böyüklərə və kiçiklərə bölürlər. Böyüklərə Protoqoru, Kseniadanı, Gorgiyi, Prodiki, 
Hippiyi, Antifontu, kiçiklərə - Alkidamı, Polu, Kallikli, Frazimahı, Likofrontu aid edirlər, Kritiyi bəzən 
böyük, bəzən isə kiçik sofistlərə aid edirlər. 
 
Demokrit kimi Protoqor da (eramızdan əvvəl təqribən 480-410-cu illər), Abder ş. mənşəlidir. Yunanıstanı 
"müdriklik müəllimi" sifətilə gəzib dolaşaraq dəfələrlə Afinada olmuşdur. Burada 411-ci ildə Protoqor 
ateizmdə ittiham olunmuş, onun "Tanrılar haqqında" kitabı isə camaat qarşısında yandırılmışdır. Onun digər 
kitablarının da adı məlumdur: "Həqiqət", "Mövcudluq haqqında", "Böyük söz", "Ziddiyyətlər" və başqaları, 
ancaq onlardan bizə yalnız cüzi fraqmentlər gəlib çatmışdır. 
 
Protoqora görə, hər bir insanın öz həqiqəti var, onun meyarı sağlam və normal insanın qavrayışıdır. 
 
Siciliya şəhəri Liontinadan olan Gorgiy (eramızdan əvvəl təqribən 483-375-ci illər), Empedoklun şagirdi 
olmuşdur. Liontin səfirliyinin başçısı kimi 427-ci ildə Afinaya gələrək, Gorgiy afinalıları öz natiqlik 
məharətilə valeh etdi. O, hazırlıqsız istənilən mövzuda həm "leyhinə", həm "əleyhinə" danışmağı bacarırdı. 
Gorgiy - kiçik parçaları qalmış "Qeyri-mövcudluq haqqında, yaxud  Təbiət haqqında" elmi əsərin müəllifidir. 
 
 
SOFİSTLƏR BÜTÖVLÜKDƏ 
 
Aristid 46. "Sofist" [sözü əvvəlcə] çox ümumi mənaya malik ad idi...Gərək ki, Platon...bu ada tənəli məna 
verdi. 
 
Aristotel. Metarph. VI.2. Qeyri-varlığı sofistikaya [aid olan] sayarkən, Platon müəyyən dərəcədə haqlı idi. 
Doğrudan da, sofistlərin mühakimələri, demək olar, hər şeydən daha çox təsadüfi dəlillərlə əlaqədardır. 
 
Aristotel Soph. el.I.165. Sofistika həqiqi deyil, zahiri müdriklikdir və sofist, - həqiqi deyil, zahiri 
müdriklikdən pul qazanmağı bacaran [adamdır]. 
 
 
PROTAQOR 
 
Protaqor (Cekst adv. math. VII 60). İnsan bütün şeylərin me(yarıdır: istər mövcud olanların, istərsə də 
mövcud olmayanların. 
 
Sekst Pyrrh, hyrot, I 216-219. Protaqor... kriteri kimi meyarı göstərir, şeylər kimi isə-işləri (görülən işləri); 
beləliklə, o iddia edir ki, insan bütün işlərin meyarıdır: istər mövcud olanların, istərsə də mövcud 
olmayanların. BUNA görə də o, yalnız hər bir (ayrıca insana) təzahür edəni qəbul edir, və beləliklə nisbilik 
(prinsipini) tətbiq edir... 
 
[Protaqor] deyir ki, maddə axıcıdır və axını zamanı, fasiləsiz olaraq onun azalmasının əvəzinə artması baş 
verir və yaşdan, digər cismani şərtlərdən asılı olaraq duyğular yenidən qurulur və dəyişirlər. O həmçinin 
deyir ki, bütün təzahür edənlərin səbəbləri materiyadır, belə ki materiya, hər şey onun özündən asılı 
olduğundan, (bizim) hamımıza təzahür edənlərdən hər bir şey ola bilər. İnsanlar isə, öz hallarının 
müxtəlifliyindən asılı olaraq, müxtəlif vaxtlarda müxtəlif cür qavrayırlar. Məsələn, təbiətə uyğun yaşayan 
kəs, maddədə olandan, təbiətə uyğun yaşayana təzahür edə biləni qavrayır, qeyri-təbii yaşayanlar isə-qeyri-
təbii yaşayanlara (təzahür edə biləni). EYNİLƏ bunun kimi təlim də həm yaşlar xüsusunda, həm yuxu yaxud 
ayrılıq barəsində, həm (insanın) halının hər bir növü haqqında verilir. Beləliklə, onun təliminə görə, mövcud 
olanın meyarı insandır. Çünki insanlara təzahür edilən nə varsa, o da mövcuddur... Beləliklə, biz görürük: 
həm maddənin axıcılığı haqqında (öz təlimində), həm bütün hadisələrin səbəblərinin maddədə olması 
haqqında (təlimində), o doqmatik baxışlarda durur. 
 
 
26


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə