Sekst adv. math. VII 60. (Protaqor) deyib ki, təxəyyülün bütün məhsulları və bütün fikirlər həqiqidir, həm də
bir kəsə təzahür edənlərin yaxud bir kəsin təsəvvürünə gələnlərin hamısı bilavasitə ona
münasibətdə mövcud
olduğundan, həqiqət nisbi olana mənsubdur.
Platon Cratyl 385 E. (Protaqor) deyib ki, bütün şeylərin meyarı insandır, yəni şeylər mənə necə təzahür
edirlərsə, onlar mənim üçün belədir də, sənə (onlar) necə (təzahür edirlərsə), sənin üçün onlar belədirlər.
Protaqor (Platonda Theaet. 166D-167V). Doğrudan da, mən təsdiq edirəm ki, həqiqət mən təsvir etdiyim
kimidir; yəni bizlərdən hər kəs mövcud olanın və mövcud olmayanın me(yarıdır. HƏQİQƏTƏN də, biri
üçün bir şey, başqası üçün başqa şey mövcud olduğundan və təzahür etdiyindən, intahasız olaraq bir [insan]
digərindən elə bununla fərqlənir. Ancaq mən müdrikliyi və müdrik insanı qəbul etməməkdən uzağam.
Əksinə, əgər bizlərdən kiminləsə zahiri və həqiqi olan şər baş verərsə, onu zahiri və həqiqi olan xeyirə
çevirməyi
bacaran kəsi, məhz onu mən elə müdrik adlandırıram. Amma mən düşünürəm ki, ruhun pis
[şikəst] halında, həmin bu [hala] uyğun fikirləri, [yəni] pis fikirləri olan [insanı], [ona qayıtmış] yaxşı hal,
özünə uyğun olan [yəni yaxşı fikirləri] olan edir. Sonuncu təsəvvürləri bəziləri bilməməzlikdən həqiqi
adlandırırlar, mən isə heç də bir qisim fikirlərin digərlərinə nisbətən daha həqiqi olduğunu deyil, yalnız daha
yaxşı oldduğunu qəbul edirəm.
Diogen Laertsiy IX 51. [Protaqor] birinci olaraq deyib ki, hər bir şey haqqında bir-birinə əks iki fikir var...
Və [bir də o deyib] ki, hər şey həqiqidir.
Aristotel Rhet II 24. Bu "çox zəif nitqi çox güclü etməkdir". Buna görə də Protaqorun elanı (peşəsi)
camaatda haqlı hiddət doğurur. Çünki [onun işi] yalandır, həqiqət deyil, yalnız zahiri həqiqətəoxşarlıqdır, və
[ona] yalnız ritorika və eristikadan başqa heç bir sənətdə [yer yoxdur].
Protaqor (Yevsaviyada Praer, evang, XIV 3,7). Tanrılara gəlincə mən nə onların mövcud olduğunu, nə
mövcud olmadığını, nə onların görnüşcə necə olduqlarını bilə bilmərəm. Çünkü (bunu) bilməyə çox şey
mane olur: həm (məsələnin) aydın olmaması, həm insan ömrünün qısalığı.
GİORGİY
İsokrat 10,3. Doğrudan da, cəsarət edib-"mövcud olanlardan heç bir şey mövcud deyil"-
deyən Gorgiyə
məgər bir kəs üstün gələ bilərmi?
İsokrat 15,268. Gorgiy isə [öyrədirdi ki] tamamilə heç bir varlıq yoxdur,
Aristotel Rhet, III 18, Gorgiy düz deyirdi ki, rəqiblərin ciddiliyini zarafatla yox etmək lazımdır, zarafatını
isə- ciddiliklə,
Sekst adv. math VII 65 [FİLOSOFLARIN] elə həmin dəstəsindən olan Gorgiy Leontinli, Protaqorda və onun
ardıcıllarında [olduqlarından] fərqli mülahizələr əsasında [həqiqət] meyarını inkar edən dəstəyə başçılıq
edirdi. Məhz "Mövcud olmayan haqqında, yaxud Təbiət haqqında" başlıqlı əsərində, o bilavasitə bir-birini
ardınca gələn üç əsas müddəa müəyyən edir. Bir müddəa-məhz birinci-bildirir ki, heç bir şey mövcud deyil;
ikinci-əgər [bir şey] mövcuddursa da, bu insan üçün dərk olunmazdır; üçüncüsə-əgər o dərk olunmazdırsa da,
hər halda son nəticədə o başqası üçün izaholunmaz, sözlə ifadə edilməzdir.
PRODİK
Platon, euthid, 277 E.Prodik dediyi kimi əvvəlcə odların düzgünlüyü haqqında [təlimi] öyrənmək lazımdır.
Siseron de nat, deor,I 37, 118. Prodik ... deyib ki, insanların həyatı üçün xeyirli olan predmetlər tanrılar
sırasına daxil ediliblər.
Sekst adv,math, IX 18,Keoslu Prodik isə deyir; "Misirlilər Nili ilahiləşdirdikləri kimi, qədim insanlar Günəşi,
Ayı, çayları,bulaqları və ümumiyyətlə bizim həyatımız
üçün xeyirli olan hər şeyi, onlardan alınan xeyir
nəticəsində tanrı saymışlar"; bu səbəbdən də çörək-Demetroy, şərab-Deonis, su-Poseydon, od-Hefest sayılıb
və ümumiyyətlə insanların xeyrinə istifadə olunan hər bir şey [uyğun surətdə ilahiləşdirilib].
27
FEMİSTİY or.30, Prodik insanın hər cür ibadətini- həm şəbihliyi, həm dini ayini əkinçiliyin nemətləri ilə
bağlayaraq, insanlarda həm tanrılar haqqında təsəvvürün, həm hər cür dindarlığın buradan yarandığını hesab
edir.
FRAZİMAH
Platon rolit I 338 C-344 A. İndi qulaq as, o (Frazimah) dedi: başqa bir şeyi deyil, yalnız ən güclüyə xeyirli
olanı mən ədalətli adlandırıram... Hər bir iqtidar onun xeyrilə müvafiq qanunlar verir... Özü
üçün xeyirli olan
qanunlar verərək isə, o onları təbəələri üçün ədalətli olan elan edir və bu qanunları pozanları qanunsuz iş
görən və həqiqət düşməni kimi cəzalandırır... Bütün şəhərlərdə ədalətli olan eyni bir şeydir: qanuna salınmış
iqtidarın xeyridir... Çobanlar yaxud naxırçılar... tanrıların və öz şəxsi rifahını... nəzərdə tutaraq, qoyunların
yaxud öküzlərin xeyrinə çalışırlar, onları yedizdirir və arxalarınca gedirlər... eyni fikirlər, tabeliyində olanlar
barəsində icmaları idarə edənlərdədir... buradan öz mənfəətini necə əldə etməli... Ədalətli və ədalətli olan...
özgə rifahıdır, yəni güclü insanın və idarə edənin xeyridir, amma, əslində, itaətdə olan və xidmət edən üçün
bu-ziyandır. Ədalətli insan hər yerdə ədalətsizdən daha az qazanır... Adamincidəni ən xoşbəxt, incidənləri və
incitmək istəyənləri
isə ən bədbəxtlər edən, büs-bütün ədalətsizliyi anlayanda, bunu hər şeydən asanca
biləcəksən.
HİPPİY
Platon prot, 337 C, Qanun... insanların zülmkarı olaraq, çox vaxt zorakılıqla, təbiətin ziddinə fəaliyyət
göstərir.
ANTİFONT
Aetsi I 22,6 [Antifont]: zaman mahiyyət deyil, [bizim] fikrimiz yaxud ölçüdür.
Oxyrh, Pap. XI 1364. Ədalət, vətəndaşı olduğun dövlətin qanunlarını pozmamaqdan [ibarətdir]. Deməli, əgər
insan şahidlər olduqda qanunları uca tutaraq, onlara əməl edərsə, təklikdə, şahidlərsiz qalarkən isə, təbiət
qanunlarına [riayət edərsə], o ədalətin olmasından özü üçün daha çox xeyir əldə edəcək. Çünki qanunların
göstərişləri ixtiyaridir (sünidir), təbiətin [hökümləri isə] zəruridir. Və [bundan başqa], qanunların
göstərişləri,
öz-özünə əmələ gələn təbiət törəməsi deyil, razılaşmanın (insanların sazişinin), nəticəsidir; təbiət hökmləri
isə, [insanlar arasında] razılaşmanın məhsulu deyil, özüyaranandır, (törənmiş başlanğıcdır). Beləliklə
qanunları pozan kəs, bu razılaşmanın [digər] iştirakçılarından gizli qalarsa, rüsvayçılıqdan və cəzadan
azaddır; ancaq [onun qanuna zidd olan əməli] açılarsa, onda ona rüsvayçılıq və cəza üz verir.
Ancaq əgər
kim olursa olsun,[təbii şəraitin] əksinə gedərək, təbiətin özündə olan əsaslardan bir şeyi zorakılıqla pozmağa
cəhd göstərərsə, onda, bu bütün insanlardan gizli qalırsa da, [bundan onun özü üçün] bədbəxtlik, bunu hamı
gördüyü halda olduğundan qətiyyən nə az və nədə çox olacaq. Çünki [bu halda insanların] rəyinə görə deyil,
həqiqətən zərər vurulur. Ümumiyyətlə isə bu [məsələlərə] baxılması belə nəticəyə gətirib çıxarır ki, qanuna
görə ədalətli [sayılan] bir çox [sərəncamlar], [insanın] təbiətinə düşməncəsinədir... Xeyirli [şeylərə] gəldikdə
isə, onlardan qanunlar [tərəfindən xeyirli keyfiyyətində] müəyyən olunanlar, insan təbiəti üçün buxovdur,
təbiət tərəfindən müəyyən olunanlar isə insana azadlıq gətirir... İnsanların az əzab-əziyyət çəkə bildikləri
halda,
çox əzab- əziyyət çəkməsinin, həm çox zövq ala bildikləri halda, az xoşlanmasının, həm yersiz olaraq
özünün bədbəxt hiss etməsinin səbəbi təbiətə zidd olan əməllərindədir.
pr.B, Əsil nəcabəti olanlara, biz hörmət və etiram edirik, əsil-nəcabbəti olmayanlara isə biz nə hörmət edir,
nə etiram göstəririk. Bununla biz bir- birimizə münasibətdə barbarcasına hərəkət edirik, çünki təbiətən biz
hamımız hər cəhətdən bərabərik, özü də [eyni dərəcədə] həm barbarlarıq, həm ellinlərik. [Burada] ona diqqət
yetirmək
yerinə düşər ki, bütün insanların təbiətdən ehtiyacı bir cürdür... Və doğrudan da, biz hamımız [bir
cür] hava ilə nəfəs alırıq-ağız və burun vasitəsilə və biz hamımız [bir cür] yeyirik-əllərin köməyilə.
LEVKİP-DEMOKRİT
28