Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
32
tinə isə öz aralarında doktor ləqəbi qoymuşdular. Zarafat
deyildi, bu oğlan bura gələndə ingilis dilində danışa bilmə-
diyi halda, indi ingilis və alman dillərində sərbəst danışır,
digərlərini geridə qoyurdu. Üstəgəl məktəbi rus dilində
oxuduğu üçün rus dilini və öz ana dilini bilməsi onu tələ-
bələr arasında məşhurlaşdırmışdı. Ancaq heç vaxt təkəb-
bürlü görünmürdü. Hər zaman ciddi olması şənliklərə qa-
tılmyaraq özünə qapılması, ancaq kitablarla dostluğu onu
qəribə oğlan kimi tanıtmışdı. Nadir hallarda gülümsəyirdi.
Bu ötən bir ildə onun üçün əlamətdar, yaxud da fərqli bir
gün olmamışdı. Gecəsini gündüzünə qatıb səylə məqsədinə
doğru addımlayırdı. Yorulanda özü-özünə təsəlli verirdi:
eyb etməz, kimin var ki? Vaxt gələr çəkdiyin əziyyətin bəh-
rəsini görərsən. Sənə verilən şansla aralarında bulunduğun
insanlara verilən şans eyni olsa da sənə verilmiş şansın qiy-
məti qat-qat dəyərlidir. Bunun qiymətini bildiyin ana qədər
sən hər zaman qazanacaqsan, yaddan çıxartma. Kimsəsiz
insanı lövbəri olmayan gəmiyə bənzəyir, sənə verilən bu
qismət isə həmin lövbərsiz gəmidəki yeganə xəritədir. Yax-
şı öyrən ki, sal qayalara çırpılıb, məhv olmayasan.
Beləcə günlər ötdü, o gün gəldi çatdı ki, artıq hər biri
oxuyacağı ali məktəb yerləşən şəhərlərə yerləşdilər. Mə-
tinə verilmiş xasiyyətnamə ilə onu məmuniyyətlə Ham-
burq Tibb Universitetinə qəbul etdilər. O qaldığı küçə ilə
universitet arasında elə də böyük məsafə yox idi. O soru-
şa-soruşa gəlib universiteti tapdı. İş günü olmadığından
bildirdilər ki, sabah gəlməlidir. Toranlıq düşənə qədər ət-
rafı dolandı. Yemək üçün bəzi şeylər alıb, qalacağı evə dön-
dü. Əlüstü bir şeylər yeyib, yatağına girdi ki, sabah tez dur-
malıdır. Birinci gündən gecikmək istəmirdi. Saatını qurub
gözünü yumsa da yata bilmədi. Son bir ildə yadına sala bil-
mədi ki, belə tez yatdığı olubmu? Yəqinki, bu səbəbdəndir
ki, yerində o üz bu üzə çevrilsə də gözünə yuxu getmirdi.
Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
33
Qalxıb otaqdakı kitab rəfindən Teodor Drayzerin “Genius”
əsərini götürüb oxumağa başladı. Otağa ilk girişində gör-
düyü bir-neçə kitabın içində gözü onu tutmuşdu.
Zəngin səsinə oyananda kitabı oxuyaraq yuxuya getdiyini
anladı. Adminstrativ işləri görüb, deyilən auditoriyanı tapdı.
Audutoriya çox böyük idi. İçəri girəndə mühazirə-
nin artıq başladığını və heç kimin onun gəlişinə reaksiya
vermədiyini görüb keçib yaxındakı boş yerlərdən birində
oturdu. Mühazirə deyənin kim olduğunu bilməsə də, tələ-
bələrin diqqətlə qulaq asmasından başa düşdü ki, mövzu
maraqlıdır. Sonralar onun ən sevimli müəllimlərindən bi-
rinə çevrilmiş bu mühazirəçinin almaniyanın tanınmış fəl-
səfə doktorlarından biri olduğunu və ondan dərs aldığını
qürurla dilə gətirəcəkdi. Mühazirələrə diqqətlə qulaq asır,
başa düşmədiyi sözləri bir kənarda qeyd edirdi. Sonradan
mütləq mənasını öyrənərdi.
Artıq bir ay keçmişdi. Yavaş-yavaş şəhər kitabxanalarını
tanımağa başlayırdı. Bu gün də dünəndən sifariş verdiyi
“Monodalogiya” kitabını götürməyə akademik kita-
bxanaya (bu kitabxananın əsası hələ 1479-cu ildə qoyul-
muşdu) getməyi planlaşdırdığından son mühazirədən bir-
başa ora yollandı.
Az müddətdə şəhərin tarixi ilə maraqlanmış və çoxlu mə-
lumatlar əldə etmişdi. On altı fedarativ respublikadan ibarət
olan almaniyanın Berlindən sonra ikinci böyük şəhəri, elə-
cə də, Avropanın ən böyük port şəhərlərindən biri sayılan
bu şəhərin mərkəzi Alsterin Elbaya töküldüyü yerdədir. Av-
ropanın ən sıx əhalisi olan şəhərlərindən biri sayılan Ham-
burq şəhəri iki yerə Altştadt (köhnə şəhər) və Neyştadt-yeni
şəhərə bölünür. Şəhər adını İmperator Şarlmanın e. ə 808-
ci ildə tikdirdiyi qaladan almışdır. Alster və Elba çaylarının
arasındakı bataqlıqda qayalıq bir ərazidə inşa edilən qala
Slavyanların axınlarına qarşı tikilmişdi. Hamburq adındakı
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
34
“burq” elə qala mənasını verir. O, vaxt tapıb şəhərin ən gör-
məli yerini Ratuş meydanını bir neçə dəfə heyranlıqla dolaş-
mışdı. Şəhərin qədim arxitektur tikililəri öz əsrarəngizliyi ilə
onu valeh etmişdi.
Yolüstü köşkdən peraşki alıb yeməklə özünü doydur-
du. Kitabxanaya girib dünən qeydiyyata durduğu kitabxa-
naçıya yaxınlaşdı. Kitabxanaçı qız onun salamını alsa da,
günahkarcasına yavaş səslə istədiyi kitabı hələ gətirmə-
diklərini, ancaq bu saatlara qaytarmalı olduqlarını bildir-
di. Hər hansı başqa kitabı istəyib-istəmədiyini soruşdu.
Fikirləşdi ki, bu qədər yolu gəlib, boş qayıtmaqdansa göz-
ləmək daha yaxşıdır. Kitabxanaçı qıza sağ olun, hələ ki, qal-
sın deyib küncdəki divana yaxınlaşdı. Divanın o biri başın-
da əlində jurnal oxuyan qadının üzünü gördüyü an sanki
onu cərəyan vurdu. Ola bilməz.
Baxışları qadının baxışları ilə toqquşduğu an eyni reaksi-
yanı verdi. Bir anlıq donsa da ayağa durdu və gülümsədi.
– Təsadüfə bir bax. Sizi bir daha görəcəyimə inanmır-
dım. Ancaq görüşdük. Necəsən tələbə? Əlini uzatmışdı.
Mən yaxşıyam, yaxşıyam, siz necəsiniz, deyib ona sarı
uzanmış əli sıxdı. O zaman ilk kərə təyyarədə bu əlləri sıxdığı
an ağlına belə gəlməzdi ki, ikinci dəfə bu əli sıxarkən qəribə
doğmalıq hiss edəcəkdi. Qeyri iradi ovcundakı barmaqlara
diqqət etdi. Həmin barmaqlardı. Heç dəyişməmişdi.
– Doğrusu Emma xanım mən də fikirləşmirdim ki, sizi
bir daha görə bilərəm, axı Almaniya böyük dövlətdi.
Qadın deyəsən onun adını xatırlamırdı. Ona sən deyə
müraciətini bu cür yozan Mətin adını xatırlatsa da Emma
deyə müraciət etdi:
Əslində haqlısan, ancaq həyatda bəzən inanmadığın
çox şeylər olur. Düzünü desəm, mən sənin zəngini gözlə-
dim, fikirləşirdim ki, zəng edəcəksən. Sənin burda tanıdı-
ğın kimsənin də olmadığını bildiyimdən əmin idim, ancaq
Dostları ilə paylaş: |