Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
151
saat rejimində işləmək onu yorurdu. Vətəni üçün hər şeyi-
ni, sevdiyi iki övladını, həyat yoldaşını, yaxınlarını qurban
verməyi qəbul etmiş, fədai arxası ona sarı bu vəziyyətdə
əsgərlərin çıxmağını hiss etdirməsə də, səbirsizliklə göz-
ləyirdi. Ürəyində onunla danışırdı:
– Axı sənin burda nə işin var? Bir az rahatlamışdım ki,
sənə imkan yarada bilmişəm ki, oxuyub, özünə gün ağlaya
biləsən. Sağ olsunlar yoldaşları xahişimi yerə salmamış-
dılar. Sənə axı nə lazım idi, şərait yaratmışdılar. Son dəfə
sənin haqqında demişdilər ki, böyük uğurlar qaznırsan,
cərrahlığı oxuyursan. Əslində səni elə gördüyüm gündən
şübhələnmişdim. Heç düz-əməlli adını öyrənə bildim ki,
səni tanıya bilim.
Mətin arxası ona pəncərədən çölə baxıb özü ilə məşğul
görünən polkovnikin onun əl-ayağını sərbəst buraxmasın-
dan əla yararlana biləcəyini düşünərək otaqdakı masanın
üstünü, ətrafını nəzərdən keçirirdi. Qaçmağa müvəffəq ol-
masa belə gətirilən bütün əsirlərə qarşı, elə onun özünə elə-
diklərinə görə də haqq-hesab çəkmiş olacaqdı. Polkovnikə
qarşı sonuncu dəfə onunla oynadığı stress testinə görə xüsu-
si ilə qəzəbliydi. Deyəsən səhər yeməyini təzəlikcə yemişdi.
Boşqaba söykəmiş olduğu yağ bıçağı kiçik də olsa işinə yara-
yardı. Onsuz da şah damarı elə də dərində deyil.
Əsgərlərin otağı tərk etdiyinə əmin olan polkovnik ye-
rində dönərək uca səslə onun adını, soyadını, doğulduğu yeri
söyləyərək ona sarı bir-iki addım ata bildi. Onun gözlərində-
ki yalvarıcı baxışları başa düşə bilməyən Mətin artıq özünü
masaya yetirdi. Ancaq bu zaman sanki ildırım düz onun qu-
lağının dibində yerə düşdü. Bir anın içində hər şey bir-birinə
qarışdı. Hər tərəfdən yağan raket mərmiləri sağda-solda yerə
düşür, özündən sonra qulaqbatırıcı uğultu yaradırdı. O, raket
mərmisinin səsini göy gurultusundan yaxşı ayırırdı. Havada
şütüyən raket mərmilərinin səsi səmanı işıqlı zolaqları ilə or-
da-burda yarıya bölən şimşəyin səsinə qarışdığından əməlli
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
152
başlı vahimə yaradırdı. Elə təsəvvür yaranırdı ki, sanki yer
üzü Allahın qəzəbinə tuş gəlib.
Mətinin bəxti gətirmişdi. Otağın yarısı dağılsa da ona
heç nə olmadı. Huşu yerindəydi. Şükür allaha, – deyib,
yerindən qalxdı. Yox, heç burnu da qanamamışdı. Ətrafı
nəzərdən keçirdi. Hamı öz hayındaydı. Gözlənilməz hava
zərbəsi əsgərləri pərən-pərən salmışdı. Qaçmağın əsl vax-
tı idi. Yəqin ki, bundan yaxşı şans bir daha qismət olma-
yacaqdı. O, açıq küncə tərəf götürüldü. Yarıuçmuş divara
söykənmiş polkovnik deyəsən ağır yaralanmışdı. Mətin
onun yanından keçib yerə düşmüş tavanın tirini aşaraq
meşə istiqamətini dəqiqləşdirmək üçün bir anlıq dayan-
malı oldu. Bu zaman əlində silah olan polkovnikin silahı
ona uzatdığını görüb şaşırmış kimi oldu. Əslində polkov-
nik istəsəydi çox asanlıqla onu bayaqdan vurardı. Ancaq o,
silahı ona uzadır, dodağının altında nə isə pıçıldayırdı. Tez
əyilib silahı götürdü. Özü-özünə :
– Heç zaman kimi isə öldürməmişəm. Həmişə məqsə-
dim kimisə həyata qaytarmaq olub. İndi isə bu əclafı çox
məmuniyyətlə öldürərdim. Ancaq indi necə öldürüm ki, o
yaralıdır. Bəlkə də beş dəqiqə bundan əvvəl əgər mərmi
buranı dağıtmasaydı, onu öldürəcəkdim. Amma indi. Vic-
danının səsiylə mübahisədə başa düşdü ki, əgər bu alçağı
öldürmüş olsa, qalan ömrünü vicdan əzabı ilə yaşayacaq.
Silahı arxadan şalvarına keçirdib, aralanmaq istəyirdi ki,
yenə polkovnikin ona nə isə işarə elədiyini gördü. Maraq
onu bürüdü. Axı bayaqdan bəri nə isə dodağının altında
pıçldayan polkovnik ona nəyi işarə edirdi? Əyildi, qulağını
yaxınlaşdıranda eşitdiyi sözlərə inana bilmədi.
– Mətin, oğlum, masanın siyirtməsində xəritə var, orda
hardan qaçmaq olarsa aydın şəkildə göstərilib. Meşədə gizli
ratsiya da var. Qaç, canını qurtar. Ancaq səndən xahiş edirəm,
son bir arzuma əməl et. Məni qucaqla ki, sənin iyini duya bi-
lim. Uzun illər arzuladığım istəyimi gözümdə qoyma.
Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
153
Mətin sanki kabus görürdü. Bu qoca nə danışırdı.
Deməli onun şübhələri, qorxuları həqiqət imiş. Yox bu ola
bilməzdi. Yəqin dedikləri ölümqabağı sayıqlamaqdır. An-
caq deyəsən polkovnik sayıqlamırdı. Onun gözlərindən
süzülüb aşağı yuvarlanan iki damla yaş Mətini sanki yuxu-
dan oyatdı.
– Anandan-bacından muğayət ol. Bilirəm, onları atıb
getmisən, ancaq ananın günahı yoxdur. Bu sirri ancaq
anan bilir.
Mətin heç nə başa düşmürdü. Donub qalmışdı.
– Niyə belə baxırsan. Deyəsən düz başa düşmədin, oğ-
lum. Mən bura tapşırıqla gəlmişəm. Vətənim üçün, dövləti-
miz naminə, sənin üçün vəzifəmi yerinə yetirirəm. İndi isə
qaçmalısan. Qaç, canını qurtar. Xəritədə göstərilən qoşa
çinarı tap. Ratsiya həmin ağacın koğuşundadır. Çalış qısa
danışasan. Kodun “Cərrahdır”. Danışmışam sənin dalınca
gələcəklər. Xahiş edirəm, tələs, vaxt itirmə. Hiss olunurdu
ki, o, güclə danışır.
Deyilənlərin yuxu ya gercək olduğunu anlaya bilmir-
di. Hətta bir anlıq düşündü ki, deyəsən o biri dünyadadır.
Deyəsən o, reallıqla xəyaləti qarışdırır. Əgər sağdırsa ola bilər
ki, kontuziya alıb, bunlar onun təsiridir. Bu necə olur? Uzun
illər itirmiş sandığı, həyatda canından çox sevdiyi atası qarşı-
sında yaralı vəziyyətdə divara söykənmiş halda peyda olmuş
və indi ona qaçıb canını qurtarması üçün yalvarırdı. Yaxına
düşən başqa mərmi onu özünə gətirmiş oldu. Qeyri – ixtiyari
sinəsi ilə polkovniki mərmidən gizlətdi.
Yəqin bu insan övladının qaça bilmədiyi instinktindən
irəli gəlirdi.
Polkovnikin başı onun çiyinlərinə düşdü. Mətinin bü-
tün anlağı yerinə gəlmişdi. Ehtiyatla onu sürüşdürərək
yerə uzatdı. O, artıq qərarını vermişdi. Ömrü boyu əsirlikdə
çürümüş olsa belə, atasını tərk etməyəcəkdi. Yaranın ağır
olduğunu, mütləq müdaxilə olmazdısa öləcəyini dəqiqləş-
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
154
dirdi. Ani bir hərəkətlə masanın yanındakı divardakı ilk
yardım çantasını götürərək işinə başladı. Vaxt itirmək ol-
mazdı. Ətrafda yaranmış qan gölməçəsi, həddən artıq qan
itirildiyini göstərirdi. Formanı kəsərək çıxardı. Qəlpə açıq
aydın görsənirdi. Sol tərəfdən dəyən qəlpə xöşbəxtlikdən
çölə çıxış istiqamətində qabırğanın üstündəydi. Ətrafa
baxdı. Allahın qəzəbi soyusa da, insanların qəzəbi soyu-
mamışdı. Dayanıb gözləyə bilməzdi. Atasını qolları üstünə
götürərək “medpunkt” deyilən tikiliyə doğru irəlilədi. Belə
vəziyyətdə hər an onu vura bilərdilər. Ancaq zərrə qədər
düşünmədən özünü məntəqəyə çatdırdı. Əməliyyat üçün
uyğun olmasa da, o artıq belə vəziyyətə alışqan idi. Ata-
sı üçün nə etməzdi ki? Hətta əzrayıla onun həyatı qarşılı-
ğında öz həyatını belə təklif etməyə hazırdır. Çətin də olsa
əməliyyatı axıra çatdıra bildi. Qan köçürülməsi vacib idi.
Bədheybət içəri girəndə gördüyü mənzərəyə şaşırmış
oldu. Mətin polkovnikin yanında oturmuşdu. Qoluna keçi-
rilmiş sistem vasitəsi ilə huşsuz sarıqlar içərisində koykada
uzanmış polkovnikə qan verirdi. Bədheybət ətrafa tökülmüş
qanlı tamponlardan nəyin baş verdiyini anlamamış deyildi.
Amma hər zaman imkan düşən kimi, cəzalandırdığı bu əsir
niyə qaçmamışdı axı? O, yaxşı bilirdi ki, baş vermiş qarışıqlıq-
da onun yerinə kim olsa idi, mütləq qaçmışdı. Yaxınlaşıb onu
tərpətdi. Mətin yorğunluqdan gözünü yummuş, mürgüləyir-
di. Gözlərini açıb, divardakı saata baxdı. Onun hesabına görə
getmiş qan bəs eləməli idi. Sistemi çıxarıb, ehtiyatla polkovni-
kin nəbzinə yoxladı. Deyəsən qaydasına düşürdü. Bədheybət
özünə yaraşmayan tərzdə qrafindən stəkana su süzüb ona
uzadaraq dilləndi:
– Necə bilirsən, yaşayacaq?
Mətin heç nə demədən başı ilə razılıq işarəsi verdi.
Bədheybət hardan bilə, bilərdi ki, polkovnikin yaşaması-
nı həyatda heç kim onun qədər istəyə bilməzdi. O, atasının
solğun bənizinə baxdı. Yanındakı bədheybətin şübhələnəcə-
Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
155
yindən qorxduğu üçün nəzərlərini onun sifətində çox saxlaya
bilmədi. 13 yaşından bu tərəfə hər zaman xəyalında canlan-
dırmağa çalışdığı cizgilər, həqiqətən də necə də doğmadır.
Bir-neçə nəfər yaralanmışdı. Onlardan biri də gizlən-
məyə çalışmış həkim çağırdıqları feldşer idi. Mətin heç bir söz
demədən gətirilən bütün yaralılara baxıb, yaralarını sarıdı.
Feldşer biləndə ki, o, cərrah həkimdir, lap sevincək olmuşdu.
İkinci gün idi ki, Mətin onun başının üstünü tərk et-
mirdi. Vəziyyətin ciddi olduğunu feldşerə başa salmış o,
isə öz növbəsində bu barədə komandirlə danışmışdı. Ona
barakda deyil, medpunktda qalmağa icazə verilsə də yanı-
na bir nəfər gözətçi təhkim etmişdilər. İki sutkadan sonra
nəhayət ki, polkovnik özünə gəlməyə başladı. Danışmasa
da hiss olunurdu ki, nədənsə narazıdır. Sonrakı günlərdə
o, Mətinə qaçmadığına görə əsəbləşdiyini bildirsə də, qəl-
bində yaradanına şükür edirdi. O, oğluna görə həqiqətən
fəxr edirdi. Bir Allah şahiddir ki, oğlu həqiqətən ölümə baş
əymədi. Nə yaxşı ki, vətənini satmadı. Yoxsa o, özündən xə-
bərsiz övlad qatili olacaqdı. Elə ən çox da sevindiyi tərəfi
elə bu idi. Oğlu onu övlad qatili olmağa qoymamışdı. O, bu
ağrı ilə necə yaşaya biləcəkdi, bax onu Allah bilirdi. Bir–bir
gözünün qabağından keçirdi. Neçə dəfə olmuşdu ki, qiy-
mətli məlumatı verdiyi üçün neçə oğula qıymışdı. Başqa
yolu da yox idi. Axı o, vətəninə sadiq olacağına, xidməti
nəyi tələb edərdisə, nəinki başqalarının, hətta öz canını
belə lazım gəldikdə fəda etməyə and içmişdi. Ancaq oğluna
qıyardımı? Bu suala cavab tapmaq üçün sözün həqiqi mə-
nasında əməlli – başlı fikirə getdi. Ancaq qərarının ədalətli
olduğuna əmin olduğundan sakitlik tapdı.
O, oğluna həqiqəti olduğu kimi danışdı. Artıq onu lazı-
mi qədər tanıdığından ehtiyat etmək gərəksiz idi. Baş-ba-
şa qaldıqları hər fürsətdə o, Mətinə hər şey haqqında
yerli-yataqlı məlumat verdi. Sən demə, cavan vaxtlarında
dövlət üçün gizli işləyən şəbəkə, üzvü olan atası və bir-
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
156
neçə əməkdaş xidmətlərindən uzaqlaşdırılr. Daha son-
ra üstündən üzün illər keçdikdən sonra həmin dövrdə
onların əməliyyatlarına rəhbərlik etmiş şəxs tərəfindən
həmin şəxslər xüsusi tapşırıqla yenidən xüsusi təşkila-
ta cəlb olunurlar. Vaxtilə fikirlərinə görə xidmətlərindən
uzaqlaşdırılmış həmin şəxslərin yeni dönəmin ən yararlı
kadrları olduğuna inanan rəhbər onları mərkəzdən gizli,
ancaq iki – üç millətinə və xalqına bağlı yüksək çinli döv-
lət məmuru ilə birgə xüsusi ideya ətrafında toplayır. Amalı
gizli agent olaraq xalqının, millətinin və gələcək dövlətinin
mənafeyinə xidmət etmək olan bu təşkilat həddən ziyadə
gizli olduğu üçün ora üzv olan hər bir kəs müxtəlif şəraitdə
ölərək ailələrindən təcrid olmalı idilər. Yaxınları ilə heç bir
bağlılıqları qalmamalı, sona qədər heç bir qarşılığı olma-
dan vətənlərinə xidmət etməli idilər. Yeganə təsəlli verən
o idi ki, gözlənilən təhlükələr doğru çıxardısa, yaradılan
təşkilat artıq öz işini qurmuş və əlaqəli şəkildə fəaliyyətdə
olacaqdı. Ölkəsinin gələcəyi üçün həyatını, bütün karyera-
sını təhlükə altına atmış həmin şəxs onlarla ayrı ayrılıqda
görüşmüş, hər birinə tapşırığın gizli olması ilə bərabər,
həm də çox təhlükəli olduğu barədə əvvəlcədən xəbər-
dar etmişdi. Əgər bu təşkilata üzv olardılarsa, geri dönü-
şün olmadığını əvvəlcədən qəbul etməli idilər. Polkovnik
ailəsinin gələcəyi üçün tam təminat ala bilməsə də, xalqı-
nı gözləyən fəlakətdən xəbər tutduğunda, o, hər şeyə razı
olduğunu demişdi. Bu barədə isə dönə dönə and içdirib,
söz aldıqdan sonra ancaq yoldaşına Mətinin anasına söy-
ləmişdi. Şübhə yeri qoymamaq üçün kimlə istəsə ailə qura
biləcəyini, ancaq bunun mütləq olduğunu bildirmişdi.
Uzun illər türk xalaqlarına qarşı mübarizə aparan gizli
erməni təşkilatının planlarından xəbər tutmuş, ehtimalları
əvvəlcədən yaxşı qiymətləndirməyi bacaran təşkilatın rəh-
bəri, təhlükəli oyuna girərək dövlət içində dövlətin gələcəyi-
ni təhlükələrdən qoruya biləcək gizli təşkilat yarada bilmişdi.
Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
157
İndi aradan keçən uzun illər həmin şəxsin ehtimalları-
nın doğru olduğunu isbatlamış, müstəqillik əldə edildiyin-
dən həmin təşkilatın üzə çıxmasına və dövlət milli təhlükə-
sizlik xidmətinin nəzarətinə keçməsinə səbəb olmuşdu.
Məhz buna görə həmin təşkilatın bütün əməkdaşlarının
ailələri xüsusi qayğı ilə əhatə olunmuşdular. Əslində, on-
suz da onlar elə də çox deyildilər. Son vaxtlar müharibə-
nin genişlənməsi ilə onların fəaliyyətləri daha aktiv fazaya
keçmişdi. İndi həyata təhlükə daha çox idi.
Mətin də öz növbəsində ondan sonra baş verənləri
danışanda, atasının necə pis olduğunu, qaraldığını, daha
sonra yağışdan sonra açılan göy üzü kimi aydın simaya
düşdüyünü görəndə bir şey anlamasa da, atası ona gələ-
cəyin işıqlı olacağına, hər ikisinin atalarına haqq qazandı-
racağına əmin olduğunu bildirdi. Təəccübünü gizlətməyib
sualını versə də, cavabı çox gözləmədi:
– Oğlum, başqa cür ola da bilməz, çünki, sizin də da-
marlarınızdan mənim qanım axır. Elə biri sən özün. Bax
hər şeyə sahib olduğun halda, hər şeyindən keçib bura gəl-
misən. Soruşuram niyə? Sən də, mən də bunun səbəbini
yaxşı bilirik. Bu sözləri pıçıltı ilə səsləndirən atanın çöhrə-
sindəki məmnunluq hissini sezməmək mümkün deyildi. O.
sözlərində həqiqət olduğunu yaxşı bilirdi.
Onların dərdləşməsi diqqət çəkməsin deyə, polkovnik
Mətinə yanına az gəlməyi, yaranın daha qorxulu olmadığını
bəhanə gətirərək onunla görüşünü minumuma endirməyin
vacib olduğunu başa saldı. Onun üçün nə qədər ağır olsa da,
hisslərinin əleyhinə qərar verərək Mətinin barakda qalma-
sına göstəriş verdi. Bununla da o, hər ikisinin həyatını xilas
etmiş oldu. Onda sonradan formalaşmış ehtiyatlı davranmaq
hissi son zamanlar oğlu ilə saatlarca tək qalması nə isə barə-
sində uzun – uzadı danışmalarının şübhələrə əsas verə bilə-
cəyini söyləyirdi. Hissləri onu heç zaman aldatmırdı. Ehtiyatı
əldən vermək olmazdı. İndi əsas məsələ Mətinin burdan azad
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
158
olunması yolunun tapılması idi.
Mətin ilk başda atasına qızsa da, zaman keçdikcə, bü-
tün hirsi keçmiş, indi ona haqq qazandırmağa başlamış-
dı. O, yeganə olaraq anasına qarşı etdiyi haqsızlığına görə
pis olurdu. Bəzən düşünürdü ki, əgər anasını görüb, onun
əlindən öpüb üzr istəmiş olsaydı, burdan qaçmaq nəsib ol-
masa belə pis olmağa dəyməzdi. Ən azından atasının yaşa-
dığından xəbər tutmuş, indi burada qarşı tərəf olsalar da,
bir yerdəydilər. Həmin anda atasına inandığına görə çox
sevinirdi. Axı atasının həyatını qurtara bilmişdi. O, həyatı
ki, indidən sonra ola bilərdi ki, neçə həyata son qoysun,
ancaq əvəzində canından çox sevdiyi vətənini, xalqını bö-
yük bəlalardan qurtarmış olsun.
İndi o, da atasına görə fəxr edirdi, necə ki, atası ona
görə fəxr etmişdi.
* * *
Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi onunla tək-
bətək söhbət etmək istədiyini bildirərək otaqda tək qal-
malarını gözləyib, əlindəki zərfi ona uzatdı. Mətin gözlə-
rinə inana bilmirdi. Məktub Culidən idi. Zərfi tələsik açıb,
cümlələri acgözlüklə gözünə təpdi. Hər oxuduğu kəlmədə
Culinin nəfəsini, onun sevgisini duyduqca kövrəlir, ona et-
diyi haqsızlığa görə ürəyində ondan üzr istəyirdi. Culi on-
dan küsdüyünü, ancaq onu vaz keçə bilmədiyi qədər çox
sevdiyindən onu bağışladığını yazırdı. Bir də, gərəkli xəbə-
ri ona vaxtında demədiyi üçün özünü təqsirkar hesab edir-
di. Yazırdı ki, bəlkə də o, vaxtında uşaqları olacağı xəbərini
söyləmiş olsaydı, yəqin ki, onun gedişini əngəlləmiş ola
bilərdi. O, Mətinin sağ olduğu xəbərini aldıqda necə sevin-
diyini, balacanı tək buraxıb gələ bilmədiyini, ancaq onun
Almaniya vətəndaşı olduğundan Qızıl Aypara Cəmiyyəti-
nin xətti ilə tezliklə azad olunacağını yazırdı. Bunun üçün
artıq işlərə başlandığını xəbər verirdi. Şəkildən boylanan
Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
159
balaca oğlan uşağı gülümsəyirdi...
Polkovnik onu çağırtdırmışdı. O, oğlunun boynunu qu-
caqlayıb alnından öpdü.
– Sən gedəndən sonra mənim üçün çətin olacaq.
Mətin məsələnin nə yerdə olduğunu indi anlamış oldu.
O, sinəsində gizlətdiyi şəkli atasına uzatdı.
– Adını sən qoy... .
“Əqidə və inamı hazır şəkildə satın almaq olmaz, bun-
ları özün hazırlamalısan”.
D.İ.Pisarev
Müəllif:
Pərviz Bayramov
02 İyun 2014-cü il,
Bakı şəhəri.
Pərviz Nurməmməd oğlu Bayramov.
Ayın o biri üzü.
Dizayner:
Ramin İslamov
~~~~~~~~~~~~~~~~~~~~~~~
Çapa imzalanmışdır: 22.06.2014.
Kağız formatı: 60х84 1/16. Həcmi: 10ç.v.
Sifariş 35. Tiraj 300.
«Тəknur» ММC-nin mətbəəsində
hazır elektron variantdan çap olunmuşdur.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Mətbəə kitabın məzmununa, yazı üslubuna, orfoqrafiya
və qrammatikasına görə heç bir cavabdehlik daşımır.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Mətbəənin direktoru:Ələkbər Məmmədov
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Тelefon: 408-86-23; 050-222-40-25.
Dostları ilə paylaş: |