83
qişanın soyuqlaması, mayelərlə zəhərlənmələr zamanı ağız boşluğunda, udlaqda və mədədə
selikli qişanın yanığı, həmçinin arı sancması, müxtəlif həşəratların dərini zədələməsi zamanı
sürtkü yağı kimi istifadə olunur. Öd kisəsi daşlarının tökülməsini təmin etmək üçün gündə 60 qr
zeytun yağı içmək məsləhət görülür. Yarpaqlarından hazırlanmış cövhər və həlim arterial təzyiqi
aşağı salır, şişmələr zamanı sidikqovucu kimi təsir edir, həmçinin ateroskleroz və piylənmə
zamanı profilaktik və müalicə vasitəsi hesab edilir. Azərbaycan florasında Avropa zeytunu növü
məlumdur. MNB-da zeytunun 15-20 metrlik xiyabanları (alleyası) vardır.
Zəfəran- Süsənçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Crocus» adlanır. Bu sözün
mənası «sap» deməkdir. Bitkinin adı ərəb dilində «Səfəran» adlanır, bu zəfəran sözündən
götürülmüşdür ki, mənası sarı deməkdir. Rus dilində «Şafran» adlanır. Xoş rənginə, dadına,
ətrinə görə Azərbaycan mətbəxində ətirli ədviyyat kimi işlədilir. Yağ, pendir istehsalında,
müxtəlif şirniyyat növlərinin və spirtsiz içkilərin hazırlanmasında zəfərandan istifadə olunur.
Zəfəranın qurudulmuş dişicik tellərinin dəmlənməsi, balla qarışığı, təzə çiçək açarkən dişicik
tellərinin qoparılıb dilin altına qoyulması, almanın içinin ovulub onun içərisinə qoyulması və s.
davacatları beyin hüceyrələrinə və damarlarına yaxşı təsir etməklə, onların kirəcləşməsinin
qarşısını alır, gözün torlu qişası xəstəliklərinin, mirvari suyunun, sarılıq, qaraciyər, öd kisəsi,
mədə-bağırsaq xəstəliklərinin müalicəsinə kömək edir. Orqanizmə güc, gümrahlıq və cəsarət
verir. Zəfəranın erkəkcik telləri sonsuzluğa qarşı əvəzsiz müalicəvi əhəmiyyətə malik dərman
kimi, qurudulmuş çiçək ləçəkləri isə sinəyumşaldıcı vasitə kimi istifadə olunur. Azərbaycan
florasında 6 növü məlumdur. Bu növlərin hamısı MNB-da becərilir. Onların əksəriyyətinin kökü
kəsilmək üzrədir. Ona görə də onların 2 növü Azərbaycanın «Qırmızı Kitab»ına daxil edilib.
Qalan növlərin də «Qırmızı Kitab»a daxil edilməsi məqsədəuyğundur.
Zəngçiçəyi- Zəngçiçəyikimilər fəsiləsinə aid olan birillik, ikiillik və ya çoxillik bitkilərdir.
Bitki latın dilində «Campanula» adlanır. Lüğəti mənası campana-zəng deməkdir. Rus dilində
«Kolokolğçik» adlanır. Xalq arasında bir çox növləri qida bitkisi kimi ürəkkeçməyə və şəkər
xəstəliklərinə qarşı istifadə olunur. Bir çox növləri dekorativ bitki kimi əkilib becərilir.
Yaşıllaşdırmada müxtəlif bəzək ləklərinə yaraşıq vermək və gül dəstəsi düzəltmək üçün istifadə
etmək olar. Azərbaycan florasında 46 növü bitir.
Zəravənd- Zəravəndkimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində
«Aristolochia», rus dilində «Kirkazon» adlanır. Dekorativ bitkilərdir. Bəzi növləri xalq
təbabətində istifadə olunur. Azərbaycan florasında 3 növü məlumdur.
Zımbırtikan (Göytikan)- Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan çoxillik
bitkidir. Bitki latın dilində «Eryngium», rus dilində «Sineqolovnik» adlanır. Zımbırtikanın
yarpaqlarında 163 mq% C vitamini vardır. Zımbırtikanın yağı ənbər və müşkə oxşar xoş ətirə
malikdir. Təzə şirəli kökləri qidada istifadə olunur. Dekorativ bitkidir. Azərbaycan florasında 4
növü məlumdur.
Zinniya- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki
latın dilində «Zinnia», rus dilində «Üinniə» adlanır. Zinniya bəzək-bağçılıqda müxtəlif formalı
çiçəkliklər salmaq üçün geniş istifadə olunur. Çiçəkləri iri, rəngli olduğundan gül dəstəsi
düzəltmək üçün də istifadə olunur. Azərbaycan florasında Zərif zinniya növü vardır.
Zirə- Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan ikiillik və çoxillik bitkidir. Bitki
latın dilində «Carum» adlanır. Lüğəti mənası car-baş deməkdir. Rus dilində «Tmin» adlanır. Hal-
hazırda tərkibindəki efir yağına görə çörək-bulka, yeyinti, konserv sənayesində, ətriyyat,
kosmetika istehsalında, əczaçılıqda geniş istifadə edilir. Zirə qusmanın qarşısını alır, həzm
sistemini qaydaya salır. Xalq təbabətində zirənin meyvə və toxumlarından hazırlanan ekstrakt,
cövhər və dəmləmələrdən sidikqovucu, qadın xəstəliklərində ağrıkəsici kimi istifadə edilir və
bağırsaq xəstəliyində çay kimi dəmlənib qəbul edilir. Adi zirə toxumundan alınmış ekstraktdan
müxtəlif dərəcəli şişlərin, göz xəstəliklərinin, nevrozun müalicəsində, maddələr mübadiləsinin
nizama salınmasında istifadə edilir. Adi zirədən hazırlanan preparatlar xroniki mədə-bağırsaq
xəstəliklərində geniş tətbiq edilir. Ondan həzmetmə qabiliyyətinin yaxşılaşdırılmasında,
84
iştahgətirici, köpmənin qarşısını alan və yelqovucu vasitə kimi də istifadə edilir. Azərbaycan
florasında 3 növü məlumdur.
Zirəvər- Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın
dilində «Chamaesciadium» adlanır. Lüğəti mənası chamai- torpaqda yerləşmiş, scias- çətir
deməkdir. Rus dilində «Nizkozontiçnik», «Xamesüiadium» adlanır. Yaxşı yem bitkisi sayılır.
Azərbaycan florasında Gövdəsiz zirəvər növü məlumdur.
Zəyrək (Kətan)- Zəyrəkkimilər fəsiləsinə aid olan birillik, ikiillik və ya çoxillik bitkidir.
Bitki latın dilində «Linum», rus dilində «Len» adlanır. Əzilmiş toxumlar suda bişirilmiş sıyıq
halında yarasağaldıcı kimi istifadə olunur. Toxumlarından yağ alanır. Toxumlarında 42-45%-ə
qədər yağ vardır. İşlətmə zəyrək növü əvvələr işlətmə dərmanı kimi istifadə olunurdu.
Azərbaycan florasında 13 növü məlumdur ki, bunlardan ikisi də mədəni şəraitdə becərilir.
Zirinc- Zirinckimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Berberes», rus dilində
«Barbaris» adlanır. Turşməzə tamı vardır. Zirinc meyvəsində 68,12%-ə qədər su, 7,01% şəkər,
0,11% saxaroza, 0,83% aşı və boya maddələri, 0,57%-ə qədər pektin, yarpağında C və E
vitaminləri vardır, ümumi turşuluğu 4,5%-dir (alma turşusuna görə). O güclü tərqovucu və
büzüşdürücü xassəyə malikdir. Zirinc yarpağından hazırlanmış cövhər böyrək, qaraciyər, sidik
kisəsi xəstəliklərinə, qanaxmaya qarşı işlədilir. Zirinc meyvəsindən alınan şirə yaxşı iştaha
açandır. Yun və dəri məmulatını sarı rəngə boyamaq üçün onun meyvə, kök və gövdəsindən
istifadə edilir. Kök və qabığından «berberin» alkaloidi alınır. Bundan isə mədə-bağırsaq
xəstəliklərində, doğuşdan sonrakı qanaxmalarda istifadə edilir. Zirincin bir çox növlərindən Orta
Asiyada, Hindistanda, İranda, Əfqanıstanda, Qafqazda xalq təbabətində ağız boşluğunun
iltihabına, qarın ağrısına və susuzluğa qarşı geniş istifadə olunur. Respublikamızın daşlı-çınqıllı
dağ yamaclarının meşələşdirilməsində və qoruyucu meşə zolaqlarının salınmasında zirincdən
geniş istfadə olunur. Azərbaycan florasında 3 növü məlumdur. MNB-nın kolleksiya sahəsində 5
növün kolleksiyası vardır.
Ziyilotu (bax: Dəmrovotu).
Ziyilsəbət- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan birillik və çoxillik
bitkilərdir. Bitki latın dilində «Lapsana», rus dilində «Borodavnik» adlanır. Azərbaycan
florasında 4 növü məlumdur.
Zoğal- Zoğalkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Cornus» adlanır. Lüğəti mənası
cornus- buynuz deməkdir. Rus dilində «Kizil» adlanır. Meyvələri zəngin tərkibə malikdir.
Meyvələrdə şəkərlər (5,9-15,13%), 1,02-2,87% üzvi turşular, 0,58-0,73% pektin, 0,55-0,66% aşı
maddələri, 33,5-105,6 mq% C vitamini vardır. Zoğal meyvəsindən mürəbbə, kompot, şirə, spirtli
içkilər hazırlanır. Zoğal çəyirdəyindən üyüdüldükdən sonra kofe üçün surroqat, yarpaqlarından
gön aşılamada və həmçinin çay kimi istifadə edilir. Çiçəkləri bal arıları üçün yaxşı nektar
mənbəyidir. Oduncağı möhkəm olduğundan ondan düymə, əsa, müxtəlif kənd təsərrüfatı alətləri
üçün saplıq hazırlanır. Xalq təbabətində zoğal meyvələrindən hazırlanmış mürəbbə soyuqdəymə
və zökəm xəstəlikləri, zoğal həlimindən isə qızdırma, qanlı ishal xəstəliklərinin müalicəsində
istifadə edilir. Qovrulmuş çəyirdəyinin unundan yaraların dezinfeksiyasında istifadə olunur.
Azərbaycan florasında Adi zoğal növü məlumdur. MNB-da kolleksiyada vardır.
Zöhrəçiçəyi- Səhləbçiçəklilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində
«Cypripedium», rus dilində «Venerin başmaçok», «Kukuşkin başmaçok» adlanır. Azərbaycan
florasında 1 növü məlumdur.
Zöhrəotu- Südləyənkimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində
«Mercurialis», rus dilində «Prolesnik» adlanır. Gövdə və yarpaqları boya əhəmiyyətlidir (göy
rəng), zəhərli bitkidir. Azərbaycan florasında Çoxillik zöhrəotu növü vardır.
85
ƏDƏBĠYYAT
1. Axundov A. «Azərbaycan dilinin orfoqrafiya lüğəti». Bakı, «Lider» nəşriy-
yatı, 2004, 728 s.
2. Əsədov K., O. İbadlı. Yabanı qida bitkiləri. Bakı,1989, 95 s.
3. Əsədov K., Məmmədov F., Sadıxova S. Böyük Qafqazın Şimal-Şərq
hissəsinin dendroflorası və meşələri. Bakı, «Bakı Universiteti» nəşriyyatı,
2008, 276 s.
4. Əsgərov A. «Azərbaycanın ali bitkiləri». I cild. Bakı. «Elm», 2005, 248 s.
5. Əsgərov A. «Azərbaycanın ali bitkiləri» II cild. Bakı, «Elm», 2006, 284 s.
6. Əsgərov A. «Azərbaycanın ali bitkiləri» (Lamiaceae, Asteraceae). III cild.
Bakı, «Elm», 2008, 244 s.
7. Həsənov Z., Əliyev C. Meyvəçilik, Bakı, MBM nəşriyyatı, 2007, 496 s.
8. Həsənov Z., Əliyev C., Qasımov V., Əlizadə S., Məmmədova M., İdrisov
H., Süleymanova Y. «Meyvə və tərəvəz bitkiləri», Bakı, «AGAHI»
nəşriyyatı, 2000, 224 s.
9. Həsənov Z. M., Abbasov Q.C., Süleymanova Y.V.. «Subtropik bitkilər»,
Bakı, Aqrar-ekologiya nəşriyyatı, 2001, 199 s.
10. Həsənov Z., Meyvəçilik (laborator-praktikum) B., Azərbaycan. «Bilik»,
1997, 237 s.
11. Həsənov Z. M. Pomoterapiya (Meyvələrlə müalicə). «Gəncə poliqrafi-
ya» ASC. Gəncə, 2007, 89 s.
12. İbadlı O., Ağamirov Ü., Bayramov A. Gülçülük. Bakı, «Ozan»,
2003, 224 s.
13. İbadlı O., A.Mehralıyev. Abşeron şəraitində sarmaşan bitkilərin
becərilməsi: Bakı, «Ozan», 2006, 88 s.
14. İbadlı O. «Müalicə bitkiləri. Soğan». Bakı, «Çıraq», 2002, 16 s.
15. İbadlı O. Müalicə bitkiləri. Zəfəran. Bakı, «Çıraq», 1999, 16 s.
16. İbadlı O. Zəfəran (Azərbaycan, rus və ingilis dillərində), Bakı,
«Tural» NPM, 2005, 28 s.
17. İbadullayeva S. C., Cəfərli İ. Ə. «Efir yağları və aromaterapiya». Bakı,
«Elm», 2007, 116 s.
86
18. Qurbanov E. M. Ali bitkilərin sistematikası. Dərslik. Bakı, «Bakı
Universiteti» nəşriyyatı, 2009, 420s.
19. «Nəbatat terminləri (azərbaycanca- rusca) və bitki adları (azərbycan-
ca-latınca-rusca-ingiliscə), (latınca- azərbaycanca-rusca-ingiliscə)
lüğəti», Bakı, «Elm», 2008, I cild 328 s.
20. «Nəbatat terminləri (rusca-azərbay- canca) və bitki adları (rusca-
azərbaycanca-latınca-ingiliscə), (ingiliscə-azərbaycanca-latınca-
rusca) lüğəti», II cild, Bakı, «Elm», 2008, 352 s.
21. Səfərov İ. S., Əsədov K. S. Azərbaycan meşələrinin nadir ağac və
kolları. Bakı, «Maarif», 1984, 136 s.
22. Talıbov T. İbrahimov Ə. «Naxçıvan Muxtar Respublikası florasının
taksonomik spektri (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu
bitkilər)», «Əcəmi» NPB, 2008, 364 s.
23. Алекперли Ф.У. «Тысяча и один секрет Востока», Баку, Изд-во Нурлан,
2008, 490 с.
24. Дворецкий И. Х. Латинско-русский словарь. Изд. 2-е, переработ. и доп. М., «Русский
язык», 1976.
25. Декоративные травянистые растения для открытого грунта. Том 1, Изд-
во «Наука», 1977, 330 с.
26.Декоративные травянистые растения для открытого грунта. Том 2. Изд-во
«Наука», 1977, 458 с.
27.Ибадлы О.В. «Конспект геофитов Кавказа» Баку, «Турал» ИПЦ, 2005,
с. 64.
28. Касумов Ф. Ю. «Эфиромасличные виды рода Thymus флоры Кавказа и
пути их рационального использования». Автореф. дис.... док. биол. наук.
Баку, 2006, 49 с.
29. Сааков С.Г. Оранжерейные и комнатные растения. Издательство «Наука»,
1983, 616 ст.
30. Флора Азербайджана . Изд-во АН Азерб. СССР. Т. Ы-ВЫЫЫ, Баку, 1950-1961.
31. Флора СССР, В 1-30 тт., М., Л., 30т., 1934-1960.
32. Черепанов С. К. Сосудистые растения Росии и сопредельных государств
(в пределах бывшего СССР). Русское издание. СПБ, Мир и семья, 1995,
992 стр.
Dostları ilə paylaş: |