mütəfəkkirlərin fikrincə millətin xarakteri itəndə, zəifləyəndə, həzz birinci plana çıxanda, eqoizm çox
artanda sivilizasiya zəifləyir və məhv ola bilir.
Elm digər intellektual fəaliyyət növləri (mühəndislik, tibb,...) ilə sıx əlaqədədir (intellekt axtarır, araşdırır)
və bir çox hallarda onlarla iç-içə girir. Mühəndislik, tibb və digər tətbiqi sahələrdə gündəlik vacib
məsələlər həll olunur (ev tikilir, körpü salınır, maşın düzəldilir, xəstə insan müalicə olunur), bu isə həmin
sənət sahiblərinin fəaliyyət və həyatını təmin etməyə imkan verir (hökumət bu barədə düşünməsə belə).
Böyük (fundamental) elmin inkişafı maliyyə və təşkilati köməkdən asılıdır; elm, əksər hallarda öz
məhsulunu birbaşa sata bilmir, o, həyatda üz-üzə gəldiyimiz gündəlik problemlərin həlli ilə deyil, həyatın
və təbiətin müəyyən modelləri ilə məşğul olur. Əldə olunan ən qiymətli nəticələrin belə həyatda tətbiqi
uzun sürə bilər (tətbiq olunmazlar da mövcuddur). Elm və yüksək texnologiyaların bir-birinə qovuşduğu
günümüzdə artıq elmi deyil, elmi-texnoloji inqilabdan danışmaq doğrudur (İKT, nanotexnologiya,...); bu
inqilabda gərək ki, həm alimlər, həm də texnoloqlar iştirak edirlər.
Elmin inkişafı ilə kapitalizmin inkişafı sanki bir-birinə dəstək oldular. Elm demokratiyanın, müstəqil
fikrin inkişafında böyük rol oynayır; yəni elm öz azad fikir təbiətinə görə mütləq hakimiyyət ideyasına
qarşı duran cərəyandır.Milli Məclisi zooparka və ya zoosirkə bənzətmək – bu, əlbəttə ki, “hər kəs fikrini
söyləməkdə sərbəstdir” prinsipinə uyğundur (bu, insanların çoxunda gülüş və təbəssüm doğurur). Lakin
deyiləcək söz savaşa, böyük nifrətə yol açacaqsa, onu deməmək lazımdır.Qərb dünyasında müsəlmanların
hissinə toxunan, məsələn, Məhəmməd peyğəmbərə qarşı hücumları “dəyərləri təhlil etməyə, onlara şübhə
etməyə hər kəsin haqqı var, bu, demokratiyadır” deyə müdafiə etməyə və ya yumşaltmağa çalışırlar.
Lakin, məsələ bundadır ki, bu hücumlar şübhə və dəyərlərin təhlili kimi deyil, ağır təhqir kimi qəbul
olunur (hətta mömin olmayan müsəlmanlar tərəfindən də).
Elm və fəlsəfə
Elmin tarixini öyrənərkən qarşılıqlı əks (zidd) adlandırıla bilən iki hadisə görürük: gah zahiri (görünən)
mürəkkəblik arxasında sadəlik gizlənir, gah da tərsinə, sadə görüntü özündə fövqəladə mürəkkəblik
gizlədir
(Анри Пуанкаре. О науке. «Наука», Москва, 1983; стр. 95).
Fəlsəfə qədimdə, nisbətən də orta əsrlərdə geniş mənada düşüncə sistemi, zəka fəaliyyəti idi, hər şeyi
əhatə edirdi (etməyə çalışırdı). Çağdaş zamanımızda fəlsəfə elm deyil, yəni yeni bilik sistemi yaratmır.
Fəlsəfədə və müxtəlif sənət növləri müxtəlif, bir-biri ilə yola getməyən, çarpışan görüşlərdən,
konsepsiyalardan ibarətdir. Burada doğru və yalan əlamətləri tam müəyyən olunmur. Henri Bergson:
“İfşa” etdiyimiz “yalanlar”ın içində bir sıra “həqiqətlər”in olduğunu anlayırıq. Fəlsəfə tarixi elm və din
arasında dalğalanmışdır...Nietzsche: bütün başlanğıc problemləri metafizikadır.Fəlsəfədən ən tez ayrılan
elm, yəqin ki, riyaziyyat idi. Riyaziyyatın özündən də ayrılanlar oldu – musiqi, astronomiya, fizika!)
Elmin vəzifəsi bu obyektiv gerçəkliyi meydana çıxarmaq və izah etmək, və mümkünsə, həyatımızı daha
gözəl etmək üçün bu gerçəklikdən istifadə yollarını müəyyən etməkdir. Bu yolda mühəndislik və tibb kimi
tətbiqi elmlər mühüm rol oynayır. Sənayeləşmə dövrünə qədər elm əsasən təbiətlə dil tapmağa çalışırdısa,
sonra onu dəyişdirməyə, bir çox hallarda da ona hücum etməyə başladı.Elm izah edir, texnologiya icad
edir deyə bilərik. Elm və texnologiya bir-birinə ideya, mövzu və material verir.
Geniş mənada elm
Bəs “qeyri-dəqiq”, “fundamental olmayan” bilik sahələrində, sənət növlərində nə baş verir, onların
gerçəkliyə münasibəti necədir? “Sənət” sözün dar mənasında bacarıq, vərdiş tələb edən insan
fəaliyyətidir. Daha geniş mənada isə “sənət” duyğulara qanad verən, xüsusi ritm və ahəngə malik
əsərlərin yaradılmasıdır, hiss, duyğu və zəkanın birgə səyləri ilə aşkar edilən gözəlliyin tərənnümüdür,
duyğu və düşüncələrin bədii-estetik ifadəsidir. Musiqi, ədəbiyyat, rəsm, heykəltaraşlıq, teatr, kino bu
qəbildən sənət/incəsənət növləridir. Bəzən “sənətlər” (ingiliscə: arts) və “incə(gözəl)sənətlər” (fine arts)
yaxın mənada işlənilir. “Sənətkar” sözü həm ümumi (“adi”) sənətlə məşğul olanlara, həm də musiqi,
ədəbiyyat və digər sahələrdə xüsusi hünər göstərmiş şəxslərə aid edilir.
Konkretlik və aydınlıq gətirmək üçün ədəbiyyata müraciət edək. Homer`in “İliada” və “Odisseya”
əsərlərindən sonra nə qədər kitablar yazılsa da, onlar “İliada” və “Odisseya”nı oxumağı heç cür əvəz edə
bilmir. Homer, Nizami, Shakespeare, V. Hugo, Balzac, L.Tolstoy, Dostoyevskiy, M.F. Axundov və R.
Taqore`un əsərləri bu gün də oxunur, onları ümumiləşdirən, öz içinə alan əsərlər yoxdur. Hər sənət əsəri
təklikdə, öz-özlüyündə mövcuddur, bitmişdir. Burada təbiət elmlərinə xas olan biliklərin üst-üstə gəlməsi,
ümumiləşdirilməsi, bir-birinin içinə girməsi baş vermir. Əsas səbəb bədii ədəbiyyatın məntiqlə, kəmiyyət
analizi ilə əldə olunan biliklərdən deyil, hisslərin ifadəsindən ibarət olmasıdır. Hisslər isə çox fərdidir, onu
Homer bir cür, M.F. Axundov başqa cür ifadə etmişdir. Hərdövrün, hər yazıçının öz təkrarsız məhsulu var.
Hər dövrdə yazılanlar, yaradılanlar orijinal əsərlər kimi öz-özlüyündə yaşayırlar.İnsana təbiətdə rast
gəlinməyən keyfiyyətlər – məqsəd, istək, arzu, hirs, ehtiras,.. xasdır. İnsan təbiəti sirlidir, o, öncədən tam
görünə bilən deyil. Tarix də belədir, determinist deyil; gələcək çoxvariantlı və çox mürəkkəb olduğuna
görə nələr baş verəcəyini öncədən tam görmək mümkün olmur.
Ədəbiyyatda müəyyən inkişaf olsa da (məsələn, yeni janrların meydana çıxması kimi), bu, dəqiq
elmlərdəki kimi tərəqqi ilə, yəni üst-üstə yığılmaqla əvvəlkini öz içinə alan keyfiyyətcə yeninin meydana
çıxması ilə nəticələnmir. Ədəbiyyat obyektiv olan bir gerçəkliyin kəşfi ilə məşğul olmur. Hər yazıçının öz
təxəyyülü, öz subyektiv gerçəkliyi var. Bu yerdə “ədəbiyyat elm deyil, ədəbiyyat sənətdir” fikri aydın
olur. Beləliklə, ədəbiyyatda və incəsənətdə dəyişmə var, inkişaf var, amma tərəqqi yoxdur.
Elm mütəşəkkil və əsaslandırılmış biliklər sistemidir. Bu, geniş mənada elm anlayışıdır və bu mənada
humanitar və sosial elmlər adı ilə tanınan biliklər sistemi mövcuddur. Bunların bir qismi dəqiq elmlərin
metodlarından qismən, bu və ya başqa dərəcədə istifadə edir. Digərləri əsasən təsviri-hissi metodlar
vasitəsilə bilik sistemi qurmağa çalışırlar. İqtisadiyyat və maliyyə sahələri çoxdan humanitar meydanı tərk
etmiş, riyazi metodlarla silahlanmış və tədqiqat üsullarına görə təbiət elmlərinə çox yaxın olmuşlar.
“İqtisadiyyat üzrə Nobel mükafatı almaq ümidi yalnız riyazi model qurmaqla yeni istisadi
qanunauyğunluq tapanlarda ola bilər“ fikri böyük etiraz doğurmamalıdır.
Sosial elmləri “üçüncü mədəniyyət” kimi şərh edənlər də var (təbiət və humanitar elmlərdən sonra). Bəzən
humanitar elmlər mədəni mirasın öyrənilməsi kimi, sosial elmlər isə cəmiyyəti təhlil edib yol göstərən
bilik sistemi kimi qələmə verilir. Tarixi bu mənada humanitar elmlərə də, sosial elmlərə də aid edənlər
var.İnsani dəyərlər də elmin (geniş mənada elmin) mövzusuna çevrilə bilir, bu dəyərlərlə təbiət elmləri
deyil, fəlsəfə və din, ümumiyyətlə isə humanitar və bir sıra sosial elmlər məşğul olur. Faktların seçimi və
onların dəyərlər əsasında şərhi humanitar elmlərin ana xəttini təşkil edir.
B.
Yazı və kitab
Yazının kəşfi
Bəşəriyyətin ən böyük kəşfi nədir? Bəşəriyyətin əldə etdiyi, qazandığı ən böyük uğur nədir? Dünyanı
dəyişdirən əsas güc nədir? Bu eynigüclü sualların çox müxtəlif cavabları ola bilər. Hərə öz
dünyagörüşünə, düşüncəsinə, təcrübəsinə, inamına görə öz cavabını verəcək. Və cavabların çoxu da düz
olacaq, çünki bəşəriyyət böyük yol keçib, çox böyük uğurlar qazanıb, bir kəlmə ilə, tək bir səbəblə onu
Dostları ilə paylaş: |