uzun sürən bir proses olduğuna görə biz bunu hər gün və ya elə bu dəqiqədən etməyə
başlamalıyıq qarşılaşmalıyıq.
Bu bir aksiomadır ki, məqsəd vasitə ilə uyğun gəlmir. Bu digər etik qaydalara aid edilir ki,
müasir cəmiyyətlərdə buna az hallarda rast gəlinir. Sosial institutlar müntəzəm olaraq qeyri-
etik üsüldan istifadə edərək məqsədin arxasınca düşürlər ki, bunun etik olmasına bizi
inandırsınlar.
Misal üçün institutlar ümumiyyətlə elə hərəkət edirlər ki, sanki onların bizə yalan demələrinə
hüquqları var, guya bu onlara çox əhəmiyyətli imiş kimi özlərini təmizə çıxarırlar. Bu cürə
vasitələr haqda fikir yürütməyinə dəyməz. Bu sadəcə bir məqsəddir, onların çox əhəmiyyətli
hesab edəcəyi bir məqsəd.
Belə olan halda məqsəd və üsulların hər ikisi qeyri-etik olur. İnstitutlar bizi eşitmək üçün
mövcuddurlar. Biz ona görə yaşamırıq ki, onları eşidək.
İnstitutlar əllərindən gələni edirlər ki, özləri barəsində olan informasiyanı gizlətsinlər, lakin bu
informasiyalar bizim, ümumiyyətlə cəmiyyət üçün əlçatan olmalıdır. Çünki, eyni zamanda
bizim özümüzə deyirlər ki, onlara qarşı açıq və dürüst olun.
İnstitutların hətta hər gün etdikləri məqsəd və vasitələrinin yanlış olması barəsində gətirilə
biləcəyi saysız- hesabsız arqumentləri var. Öz fərdi cəmiyyətini qiymətləndirmək sənə düşür,
liderlərin dedikləri şeyin hamısını etmələrinin vacib olması sənin üçün daha faydalıdır.
6. HAKIMIYYƏT
Demokratiya hər şeydən əvvəl hakimiyyətin balanslaşdırılmasını təmin edən bir sistem
olmaqla həmçinn onun düzgün bölüşdürülməsinin qarantı hesab olunur.
Bu isə öz növbəsində çox çətin bir tapşırıqdır çünki, gücün elə özü mürəkkəb bir fenomendir.
Belə çətinliklərin aradan götürülməsi üçün isə gərək hakimiyyət birləşsin.
Hakimiyyət müxtəlif yollar müəyyənləşdirərək onun vasitəsilə bizi öz təsiri altına alır və biz də
bunun nəticəsində digər insanlara təsir edərək öz istədiyimizi və düşündüyümüzü etməyə
vadar edirik. Hakimiyyət üçün bunun özü həmçinin bir nəzarət vasitəsidir. Belə vasitələr
diktatorluq rejimi ilə oxşar olduğuna görə çox narahatçılıq doğuran bir hal hesab olunur.
Əlbətdə, hakimiyyətdən yaxşı mənada da istifadə edilə bilər, lakin bu istisna hallarda baş verə
bilir. Real həyatda isə hakimiyyətin dünyada qeyri- etik məqsədlərə görə istifadə olunmasına
çox rast gəlinir.
Hakimiyyətlə problem onu olduğu kimi yəni, təbii görmək istədikdə yaranır. Əgər sən öz
gücünü artıra bilərsənsə onda bu sənin və sənin ailənin də persepektivinin inkişaf etməsi
deməkdir və buna görə heç bir təbii məhdudiyyət də olmayacaq. Elə ki, insanlar güc
toplamağa başladılar, o zaman onlar bundan da artıq olmasını istəyirlər.
Bu cürə halları hakimiyyətdə müşahidə etmək çətin deyil. Hakimiyyət bir sıra məlum
-15-
öhdəçiliklərə malikdir və onun belə fəaliyyəti isə bir əsaslandırılımış həddə məhdudlaşmalıdır.
Lakin onun özünün təbii meyilliliyə malik olmasını bizim siyası liderlərimiz hamımıza və hər
şeyə ağalıq etmək kimi başa düşürlər.
Hakimiyyətin müxtəlif formaları, istinadları və istiqamətləri mövcuddur. Bunlar hərbi hakimiyyət
(güc vasitəsilə), siyası (bura güc və həmçinin siyasət və digər mexanizmlər aiddir), qanuni
(qərarlar və məhkəmələr), iqtisadi (hakimiyyətin pulla alınması) və psixoloji hakimiyyətdir
(bunlar psixi manipulyasiyalar vasitəsilə əldə edilir).
Bundan əlavə, müxtəlif fərqli hakimiyyətlər də vardır. Mütləq hakimiyyətdə öldürməyə və
həmçinin insanlara psixoloji manipulyasiyalar vasitəsilə intihar elətdirilməsinə də imkan
yaradılır. (İslam ekstremizminin şərtlərinə görə fərdlər inandırılır ki, həm özləri şəhid olmalı və
həmçinin də digər insanları öldürmək üçün intihara cəlb etməlidirlər).
Manipulyasıyanın belə forması fərdlərin azad istəklərini o dərəcədə sarsıdır ki, onların
həyatda sağ qalması və həmçinin zərər verməmək üçün şəxsi etikası da instinktə əsaslanır.
Mütləq hakimiyyətin digər forması insanların kölə gününə salınmasıdır. Bu məqsədlə biz
dünyaya nəzər salsaq bir çox insanların müxtəlif vəziyyətlərdə hakimiyyət tərəfindən bu cürə
idarə olunduğunu görərik. Köləliyin və qurbana çevrilmənin də hal-hazırda müxtəlif çoxlu
formaları var.
Hakimiyyətdə vərdişə meyillilik də vardır. Siz bir az nəsə əldə etdikdən sonra onu heç vaxt
əlinizdən vermək istəmirsiniz. Bunun əsas səbəbi pisixoloji məsələdir. Hakimiyyət sizin öz
təbii şəklinizi dəyişdirir. Hakimiyyətə sahib olmaq insanlara öyrədir ki, onlar çox lazımlı sima
kimi özlərini vacib saysınlar. Bu onların niyə belə fərqli olmasının əsas tərəflərindəndir. Əgər
onlar güclərini itirsələr onda gərək bu cəhətlərini də tərgidələr.
Bu fərdlər üçün belə aqibətlərindən biri budur ki, onlar hər zaman güclərini itirməmək barədə
düşünürlər, daha çox tərs və fanatik olurlar.
İnsanların hakimiyyətlərini niyə itirmək istəməmələrinin səbəbi qanunda əhəmiyyətli hesab
oluna biləcək maliyə korrupsiyası ilə əlaqəlidir və həmçinin bununla da öz gəlirlərini itirmə
ehtimalının olmasıdır. Bir sözlə korrupsiyalaşmış hakimiyyət işin mahiyyətini də dolaşdırır.
Liderlər təkcə cəmiyyətə xidmət etməklə fəaliyyət göstərmirlər, onlar həmçinin öz şəxsi
maraqlarını da təmin edirlər, lakin belə işlər onları zaman-zaman çətin vəziyyətlərə salır.
Hakimiyyət barəsində son olaraq onu demək olar ki, əgər o, istifadə olunmursa və ya
hakimiyyət nümayənədələrinin əksəriyyəti ona inanmırsa onda o heç nədir. Əgər sən ona
maliksənsə gərək nə etdiyini hamının bilməsinə də imkan verəsən və ən gözəl yol bunu
mükəmməl olaraq yerinə yetirmək olardı ki, insanlar da sənin necə bir gücə malik olduğuna
inansınlar.
Hakimiyyət cəmiyyətdəki fərdlərlə və sosial institutlar arasında bir balansı vardır. Cəmiyyət
üçün bu o deməkdir ki, hamı bərabər olduğu üçün bizim bərabər gücümüz var və ya bərabər
olmalıdır. Demokratiyada bu hakimiyyət dövlət institutlarına istiqamətlənərək səs verməkdən
-16-