müdafiədir.
Bu həm də, fundamental etikada təhqirə yer olmaması kimi xarakterizə edilir.
Siyası liderlər bu prinsipi axıradək gözləyə bilməyib apardıqları siyasətdə belə hallara çox yol
verirlər.
Etika dəlilə əsaslanmaqla bizə dünyanı təhlil etmək imkanı verir ki, onu başa düşüb
problemləri həll edə bilək. Öz davranışımıza hakim olmaq üçün olan bu qaydalar ənənəvi dini
qaydaların prinsiplərindən fərqlidir. Buna misal kimi: bizə bu On Qadağaya və ya o islam
şəriətinə görə nəyi necə etməyin lazım olması, yaxud da bu kimi digər dini etiqadlar barəsində
danışırlar.
Son dərsdə bu problemlə bağlı aparılan müzakirə bundan ibarət idi ki, belə həqiqət- Allahın
diqtəsidir və burda etiqadın olması vacibdir. Həmçinin, dini etiqad məsələsi həmin dini
liderlərin bildiyi bir sahə olduğuna görə onlar bunu şərh edərək faydalı bir iş olmasını hesab
edirlər. Lakin reallıqda bu öz-özlüyündə qeyri-demokratikdir.
Biz uşaq deyilik. Bizə hər şeyi danışmaq lazım deyil. Biz öz-özlüyümüzdə nəyin doğru, nəyin
səhv olduğunu başa düşə bilərik.
Bizim eitkaya da ehityacımız var. İnsanlar arasında mübadilə və kompromis olmalıdır. Biz
istədiyimiz hər şeyi əldə etməyimiz mümkün deyil. Buna görə də bizə elə bir yol göstərən
lazımdır ki, həmin bu mübadilə əleyhinə olarkən və bundan da artıq ümumi sosial situasiyalar
zamanı necə hərəkət etməyimizi desin.
Etikasız həyat təbii qanun kimi qəbul olunur. Əvvəldə qeyd olunduğu kimi, bu zəiflər üzərində
dominantlıq edən həddindən artıq sərt azad ideyalardandır, yəni, “Gücün varsa haqqın da
var”. Təbii qanun dedikdə delə anlaşılır ki, əgər sizin gücünüz varsa onda təmkininizi saxlaya
bilməyib xudbinliynizi davam etdirəcəksiniz.
Bu səbəbdən də həyatın etik normalarında təbii qanuna yer yoxdur. Bu bir ideya kimi bir daha
təsdiqləyir ki, güc haqlı olmaq demək deyil.
Dünyaya nəzər salanda etikanın normada olmadığını görmək çətin olmur. Ölkədən ölkəyə
müxtəlif yollarla güclülər istədiyi hər bir şeyi azad şəkildə edirlər. Bu demokratiyaya əngəl olan
əsas məsələlərdəndir ki, bu da hökümətdən qaynaqlanır və dövlət onları dolayı yollarla
müdafiə edir.
Etikanın çətinliyi - düzgün hərəkət etməyin asan olmamasındadır. Doğurdan da düzgünlük hər
zaman aydın olmur ki, görmək də, mümkün olsun və siz gərək bunu da başa düşəsiniz ki,
hətta o göründüyü zaman belə, onu etmək çətin olur.
Bir sıra davraniş qaydaları mövcuddur. Bunlar hörmət etməyi bacarmaqdan başlayır. Əgər biz
bərabəriksə onda hamımız mədəniyyətimiz də daxil olmaqla hörmətə layiqiq. Bu isə öz
növbəsində etikanın əsası hesab olunur, digər sözlə desək, çalışmayın ki, hörmət etdiyinizə
haçansa, məmuniyyətlə zərər verəsiniz.
-13-
Bununla əlaqədar olaraq biz demirik ki, səhvi görəndə ona qarşı tolerantlıq göstərin. Əgər
digər insanlar zərər verirsə biz bu işə qarışmağa borcluyuq (Bu əvvəldə qeyd olunmuş “yox”
prinsipidir).
Etikanın digər əsaslarından biri də, etibarın olmasıdır. Yəni, dediyin hər şeyi etməli,
başladığını isə sona çatdırmalısan. Əgər sən nəyisə edəcəyini deyirsənsə ancaq fövqəladə və
gözlənilməz hallar istisna olmaqla, onu yerinə yetirməlisən. Demokratiyada bir çox siyasətçilər
nəyi isə deyib, amma sonra edə bilməyəndə seçici kampaniyasında mövqeyini qoruyaraq
niyə qeyri-etik hərəkət etdiyinin səbəbini açıqlayaraq onları buna inandırır.
Bundan biz görə bilərik ki, etikanın digər bir əsası da – düzgünlükdür ki, öz sözünün üstündə
necə düzgün durursan.
Son olaraq hörmət etmə etikası səbir, tolerantlıq və diskriminasiya olmayan davranışlara
gətirib çıxarır.
Biz etikanı öz valideyinimizdən öyrənirik, iki şeydən – nə dediklərindən və daha çox necə
etdiklərindən. Biz onların davranışını münasib bir tapıntı kimi qəbul edib sonra onlardan
nümunə götürürük.
Həyatımız müddətində etikamız müxtəlif bir çox mənbələrin təsirinə məruz qalsa da fikirlərimiz
bu tərbiyə ilə toqquşur. Bu etikanın alternativi olan əsas mənbələr sosial institutlardır. Bizi
əhatə edən əsas problemləri bir çox institutlar indiyəcən izləyir və təbii hüququ kimi təbliğ
edirlər.
Bu isə etik nizamsılıqla nəticələnir. Orada bu, çox müxtəlif, rəqabətli və qarşıdurmalarla
qiymətləndirilir, bilmək olmur ki, nəyə və kimə inanasan. Real etika çətinliyi anlamaq demək
deyil, onu başa düşəsən, o, həm də davamlı olaraq sosial təsirlər tərəfindən sarsıdılır.
məqsəd və onun vasitələrinin əlaqəli ideyalarından yararlanmaqla bunu daha aydın şəkildə
görmək mümkündür.
Insanların çoxu etik cəmiyyətə yalnız hər yerdə bərabərlik olduğu zaman çatmaq mümkün
olduğu fikirilə razılaşardılar. Belə əsaslandırmada yalnız bir qrupa üstünlük verən və
himayədarlıq edən Nasist ideyasına yer yoxdur. Hətta elə bir vəziyyət ola bilər ki, biz
məqsədlə razılaşdıq o zaman biz elə bir vasitə, üsul seçməliyik ki, sonra ondan istifadə
etməyə cəhd də edək. Bunlarda öz-özlüyündə etik olmalıdır.
Etdiyiniz hər şeyi başa çatdırmaq fakt olması üçün çox vacibdir, təbii ki, burda daha vacibi
olanı faktdır. Əgər siz qoyduğunuz məqsədə etik vasitələrlə çata bilmirsinizsə onda
məqsədinizi dəyişdirməlisiniz.
Beləliklə də biz görərik ki, vasitə - məqsədə çatmaq yoludur (əvvəlki üsuldan istifadə olunarsa
vasitə bizim etdiyimiz fəaliyyət, məqsəd isə onun nəticəsidir). Bu bir prosesdir, nəticə deyil,
bunu bilmək çox vacibdir. Bərabərlik məqsəd deyil, o sanki qızıldan olan bir dibçək kimi göy
qurşağının qurtaracağındadır və ya buna kiminsə hələ uzaq gələcəkdə çatacağı bir şeydir. Bu
-14-