onların müstəqil olmasıdır. Bizə nə etməyin lazım olmağı barəsində nəsə demək xoşumuza
gəlmir. Bu o deməkdir ki, bizim cəmiyyətdə iştirakımız könüllü şəkildə olmalıdır. Demokratiya -
sosial sistemdə nəyi edib etməmək barəsində qərara gələrək xalqın səsi nəzərə alınan
könüllü fəaliyyətlərə əsaslanır. Bizim xüsusiyyətlərimzidən biri də hər zaman mühakimə
yürütmək qabiliyyətimizin olmasıdır. Demokratiya da mühakiməyə əsaslanır, emosiyalara
deyil. Ona görə də bizi əhatə edən müxtəlif seçimlər arasında biz diskriminasiya yarada
bilərik. Demokratiya varsa, bu bizim üzərində işləyəcəyimiz dünyanı başa düşmək istəyimizin
olmasını göstərir. Təhlükədə olanda düzgün qərarlar çıxarmaq üçün təhsilin olması vacibdir,
bura həmçinin təcrübə də lazımdır ki, olan imkanlardan tam yararlanasan. Bura həqiqətən də
böyk təcrübə tələb edən beynəlxalq uçuşların həyata keçirilməsi də aiddir və hazırda bütün
dünya bu təcrübəyə malikdir. Ən nəhayyət bizə bunun üçün ilkin - “Demokratiya Yaşı” adlanan
şərtlərin də olması lazımdır. Demokratiyada nizam- intizamın qorunub saxlanması da vacibdir
ki, səslər itirilən zaman gücləri ilə cavab verməyib bunun üçün başqa yol tapsınlar. Bu ona
görə lazımdır ki, səslərini itirənlər və ya seçim zamanı məğlub olmuş namizədlər
emosiyalarına nəzarət etsinlər və gələn seçimlərdə yenidən şans qazana bilsinlər.
Demokratiyada ən mühüm problem bir çox sosial təsirlərin bizim mühakiməmizi pozmağa
cəhd etməsidir. Misal üçün institutlar ümumilikdə müzakirə obyektinin biz olduğumuzu hesab
edirlər. Dinlərə görə etiqad göstərənlər bizik, korporasiyalara görə isə biz həm işçi, həm də
istehlakçıyıq. Belə institutlar bizim emosiyalarımızla oynamaqla bizə nəzarət etməyə çalışırlar.
Şəxsi qərarların verilməsi bizdə uşaqlıqdan başlayır, bir uşaq kimi valideyinlərimizin nə
dediyini qəbul edirik. Bu səbəbdən də biz diskriminasiyaya getməyərək valideyinlərimizin
öyrətdiyi kimi sosial inancları qəbul edirik. Diskriminasiya biz artıq yetkin olan zaman şəxsi
fikirlərimiz yarandıqda baş verir. Sosial təsirləri və uşaqlıqdan qəbul etdiyimiz hər şeyi öz
gücümüz inkişaf edən zaman rədd edə bilirik. Lakin bunun özü asan məsələ deyil. Uşaqlıq
vaxtı beynimizə yeridilən bu sosial təsirlərdən çıxmaq çox çətindir. Misal üçün, müsəlmanların
öz etiqadları əleyhinə getməsi mümkün deyil. Əgər belə olarasa onlar dönük hesab olunarlar.
Bu baxımdan ABŞ da Prezident, hərbi qüvvələr və polis yuxarıda vurğulanmış tənqidə
layiqdirlər (və ya nə vaxtsa buna aid edilmişdilər). Kimlər ki, sui-istifadə edən dövlətə qarşı
müqavimət göstərirdi, onlara qeyri-patriot damğası vurulurdu. Belə vəziyyət incə bir məsləni
ortaya çıxardır ki, gərək biz onu anlayaq. Mənəviyyata sözün əsil mənasında təsir edən din də
yuxarıdakı tənqidə layiqdir, lakin hər kəsə ki, digər dinin yaymasına görə nifrət edilirsə onda
bu durdurlumalıdır. Cəmiyyəti müdafiə edən hərbi qüvvələr etik mübarizə aparırlarsa onda bu
alqışlanır, lakin bu mübarizə barbarlıq, aqressiya, döyüş vasitələri ilə aparılırsa onda qəti
qəbul edilməzdir. Eləcə də cinayətlə savaşan polis öz həyatına risk edir və bu prosesdə
qəhrəman olur. Sosial ayrı-seçkiliyə görə təzyiqi artıran məmurların bu hərəkəti də öz-
özlüyündə cinayətdir. Demokratiyanın daha davamlı olması üçün tənqiddən yaxşı heç nə
yoxdur. Əks təqdirdə biz azadlığımızı itirərək diktatorluğa bir addım da yaxınlaşmış oluruq.
Sosial təsirlərlər üzündən yaranmış iddialar əvvəlkindən daha da artmışdır. Müasir mediada
televiziya və filimlər o qədər güclü təsirə malikdirlər ki, beyini yormağa ehtiyac belə olmur.
Sosial təsirlər qarşısında fikirlər ötəri bir şeyə çevrilir, əgər bu daimi olaraq üstünlüklə davam
edərsə. Misal üçün narahatçılıq törədən bir haldır ki, insanlar var ki, bizə yaxşı təsir bağışlayır,
lakin onların xeyrinə səs vermək üçün adətən onlar yaxşı pedaqoqlar olmurlar: bunlar o
adamlardır ki, dolaşıq məsələlərə aydınlıq gətirə bilsinlər. Əlbətdə ki, belə insanlar ritorika və
davranış manipulyasiyasına adaptasiya edənlərdir. Demək olar ki, onlar bütün hallarda böyük
qrupları cəlb edirlər, sonuncular daha inandırıcı hərəkət etdiyinə görə özlərinə birincidən daha
çox tərəfdaş cəlb edə bilirlər. Demokratiya insanlara daha çox öhdəçilik verir ki, onlar
-21-
seçimlərini daha əsaslı kursa etsinlər. Baxmayaraq ki, hal-hazırda bizim belə tələblərimiz
mütəmadi olaraq uğursuzluğa düçar olur. İnsanlarda isə demokratiyanın xarakterindən asılı
olaraq onların əslində hansına aid olması kimi problemlər meydana çıxır. Misal üçün, yeni
demokratik dövlətlərdə fərdlər üçün öz səslərini satmaq adi bir haldır. Əlbətdə ki, belə
vəziyyətdə sistem tam fəaliyyət göstərə bilməz. Buna alternativ olan yetişmiş demokratik
dövlətlərdə ictimaiyyət adətən laqeyd olur və səs verməyə görə narahat belə olmurlar və ya
sosial təsirlərə cavab olaraq insanlar və onların təmsil etdikləri partiyaları spesifik məsələyə
görə bir- birlərinə qarşı olurlar və əməkdaşlıq etmək imkanlarını itirirlər. Demokratiya öz
iştirakçıları üçün çox yuksək standartlar təyin edir və hal-hazırda bir çox cəmiyyətlər
populyasiyaların böyük bir qismi bununla ayaqlaşa bilmirlər. Bundan belə çıxmamalıdır ki, bu
sistem uğursuzluğa düçar olub və biz bundan üz döndərərək sosial təşkilatların digər ənənəvi
formalarına qayıtmalıyıq (insan qanunlarına deyil, təbii qanunlara əsaslanmaq). Belə çıxır ki,
bizim indi görəcəyimiz çox iş var. Demokratiya çökürsə, insanlar nizamsız bir izdihama və
həmçinin ultra-milli və dini fanatiklərə çevrilirlər. Bu qəbul edilməzdir. Biz fərqli olmağımızı
arxada qoyaraq birlikdə işləməyi öyrənməliyik. Bunu etmək üçün hamı belə izdihama rəvac
verənləri dəf etmək üçün ayağa durmalıdır.
v
Bu həmçinin o deməkdir ki, şəxsi məsuliyyət səs
verməklə başa çatmır. Xalq mütəmadi olaraq seçilmiş məmurları qiymətləndirməlidir və vacib
məsələlərə görə öz fikirlərini bildirməlidirlər. Onlar məmurları gərək məsuliyyətli hesab etsinlər
və lazım olarsa əgər onlar öz vəzifələrindən sui-istifadə edirlərsə onda işdən çıxarma,
ittihamlandırma və cinayyət məhkəməsinə cəlb etsinlər.
9. İxtilaf və Qarşıdurma
Demokratiyada dövlətə hakimiyyət xalq tərəfindən verilir, lakin fərdi hüquqlar müdafiə
olunmadığı təqdirdə verilmiş səlahiyyət geri alına bilər.
Bundan başqa, müasir cəmiyyətdə istənilən halda bütün sosial təsisçilər hakimiyyət
funksiyaya malikdir (onlar fərdlərin rifahını təmin edirlər). Buna görə ixtilaf belə təsisçi
institutlarda baş verir.
İxtilafın yaranması fərdi məsuliyyət üzündən baş verir. Əgər cəmiyyətin lideri uğursuzluqla
üzləşirsə biz də ona qarşı olmalıyıq. Biz onu dəyişməyə və ya hakimiyyətdən getməyə
məcbur etməliyik.
Daha geniş mənada, ixtilafın səbəbi ideya ilə əlaqəlidir, yəni demokratiya sanki rəqabətdə
olan bir ideyalar formudur, lakin bu forumun fəaliyyətində yaxşı olardı ki, ən yaxşı ideyalar
seçimi, söz azadlığı və hüquqlar bərqərar olsun və asossasiya müdafiə olunsun.
Demokratik mühitdə ixtilafın olması çox mühümdür. Sosial liderlər yalnız tələb olunanı qəbul
etməməlidirlər, onlar gərək çevik olsunlar və camaat qarşısında olub, nəyisə tələb etmək və
müdafiə etməyi bacarmalıdırlar. Bunu edə bilməyən, ixtilafa yalnız tolerantlıq göstərməklə
kifayətlənən və bunu pis bir addım kimi anlayıb başa düşürsə o, demokratiyanın əslində nə
olduğunu başa düşmür.
Əlbətdə, hakimiyyət ixtilafı yatırtmaq üçün təbii tendensiyaya malikdir və bunu başa düşmək o
qədər də çətin deyil. İxtilafda tənqid də var və heç kəs tənqid olunmaq istəmir.
-22-