MÖVZU 4.
K.HORNİNİN NEOFREYDİZMİ
Məşğələnin planı
1. Karen Horni qadın psixologiyasının banisi kimi
2. Pozitiv psixoanalizdə qadının təsdiqi
3. Qadının müxtəlif mədəniyyətlər baxımından nəzərdən keçirilməsi
4. Qadın və kişidə özünəqiymətin formalaşmasında cəmiyyətin əhəmiyyyəti
Klassik Freyd nəzəriyyəsi ilə əlaqədar narazılıq nəhayət ona gətirib çıxardı ki, 30-
cu illərin ortalarında psixoanalizdə nümayəndələri əsas diqqəti insan şəxsiyyətinin
formalaşmasını, onun davranış və daxili münaqişələrini müəyyən edən mədəni və sosial
şəraitdə cəmləyən yeni bir cərəyan yarandı. Bu cərəyan «neofreydizm» adını aldı və
onun ən parlaq simalarından biri Freydin ən məşhur tənqidçisi və psixoanalizin gələcək
inkişafına mühüm təsir göstərmiş orijinal bir nəzəriyyənin müəllifi olan Karen Horni idi.
Horni öz əsərlərində şəxsiyyətin inkişafında sosial və mədəni amillərə xüsusi diqqət
verir və qeyd edirdi ki, uyğunlaşma aspektləri nevrotik davranış üçün onun əsasını təşkil
edən meyllərdən daha mühüm əhəmiyyətə malikdir. Horni birinci olaraq şəxsiyyətin
əvvəlllər diqqətdən qaçan emosional komponentlərinə müraciət etmişdi.
Horninin fikrincə, bizim sivilizasiya maskulin sivilizasiyadır. Dövlət, qanunlar,
mənəviyyat, din və elm – bütün bunlar kişilərin yaratdığıdır. «İncəsənət, vətənpərvərlik,
mənəviyyat bütövlükdə və sosial ideyalar o cümlədən, praktiki mühakimənin düzgünlüyü
və nəzəri biliklərin obyektivliyi, həyat enerjisi və dərinliyi – bütün bu kateqoriyalar öz
formasına və iddiasına görə bütün bəşəriyyətə məxsusdur, lakin real tarixi
konfiqurasiyasına görə - tamamilə kişilərə aiddir. Tutaq ki, absolyut olaraq araşdırılan
bütün bu şeyləri bir sözlə «obyektiv» adlandırdıq. Onda görərik ki, bəşər tarixində
qüvvədə olan bərabərlik budur: «obyektiv=kişi». Bir çox dillərdə eyni bir sözlə
adlandırılan «insan mahiyyəti» və «kişi» anlayışları sadədilliklə eyniləşdirilir. Ən müxtəlif
mədəniyyətlərdə aşağı səviyyəli uğurları həqarətlə «qadın kimi», qadınların yüksək
nailiyyətlərini isə rəğbətlə «kişi kimi»» müəyyənləşdirirlər.
Hər hansı elm və başqa dəyərlər kimi psixologiya da istisna olaraq kişi
mövqeyindən araşdırılır. Psixoanaliz – kişi dühasının yaradıcılığıdır və onun ideyalarını
inkişaf etdirənlərin demək olar ki hamısı kişi olmuşdur. Və Horniyə görə, kişilər özünün
üstün vəziyyətindən çıxış edərək obyektivliyi özünün qadına qarşı subyektiv, affektiv
münasibətinin ayağına yazırdı, qadın psixologiyası isə indiyə qədər kişi arzuları və
məyusluğunun əksi demək idi. Daha bir vacib amil o idi ki, qadınlar kişilərin arzusuna
uyğunlaşaraq bu uyğunlaşmanı öz təbiəti olaraq qəbul etmişdi. Yəni qadın özünü kişinin
onu görmək istədiyi kimi görərək, qeyri-ixtiyari özünü kişi ağlının təsiri altına salırdı.
Əgər biz idrakımızı kişi təfəkkür tərzindən azad etməyə çalışsaq, qadın problemlərinin
əksəriyyəti yeni tərəfdən işıqlanacaqdır.
Freydin panseksuallığını rədd edərək, Horni mədəni və sosial şərtiliyi xüsusi qeyd
edir və bu nəticəyə gəlir ki, Freydin bioloji, instinktiv, buna görə də ümuminsani
aşkarlıqla əlaqələndirdiyi hadisələr əslində müəyyən bir mədəniyyət, dövr, sinif və cins
üçün səjiyyəvidir. O həmçinin Freyd nəzəriyyəsinin qadın psixologiyası ilə, onun öz
əksini kişinin cinsiyyət üzvlərinə qibtə hissi ilə bağlı və s. mühakimələrində tapan
qadının qeyri-mükəmməlliyi və kişinin üstünlüyü haqda fikirləri ilə heç cür razılaşmır. O
hesab edir ki, psixikanın «o», «mən», «üstün mən» kimi struktur bölümü ilə və onların
əsasında formalaşmış nəzəriyyələrdən (uşaqlığın rolunu qabaqcadan təyin edən libido,
Edip kompleksi və s.) imtina etmək lazımdır. Horni Freydin libido və təcavüzkar instinktiv
cəhdləri əvəzində bir tərəfdən anadangəlmə, bir tərəfdən də sonradan alınma
«təhlükəsizliyə meyil» və «məmnunluğa meyil» cəhdini irəli sürür. Özünün bəzi
əsərlərində o bu cəhdləri «emosional» adlandırır.
Karen Horni psixoanaliz çərçivəsində və vasitəsi ilə klassik psixoanalizdəki qadın
mahiyyət «cinayət»inin rəngini bir qədər solğunlaşdırır. O nikah, qadın psixologiyası və
ümumilikdə insan mədəniyyəti problemlərinin psixoanalitik tədqiqatlarının konkret
problemlərin konkret həlli yolu olduğunu şübhə altına almır. Və bizim reallığı dərk
etməyimiz daha dərin – psixoanalitik – olduqca insan həyatını nəzarətdə saxlamaq və
onu idarə etmək də daha asan olur. Psixoanalitik feminizm anlayışı tətbiq edərkən
Horni ilkin məqsədi gizlətmir. Psixoanaliz insan psixikasının qeyri-şüuri sahələrinə baş
vurmaq imkanı verdiyi üçün o, qadınlara həm şəxsi, həm də həyatdakı siyasi
dəyişiklikləri daha yaxşı qavramaqda kömək edir. Feminizmin psixoanalitik feminizm
adlandırılmış bu istiqaməti bizim təfəkkürümüzü, emosiya və hərəkətlərimizi
formalaşdıran qeyri-şüurinin dinamikasında, şəxsi, şəxslərarası və sosial münasibətlərin
xarakterində iz buraxmış gizli psixodinamikada cəmlənmişdir. Freydin orqanizmin
biologiyasına, onda toplanmış həvəslərə aid etdiklərini neofreydistlər fərdin tarixən
təşəkkül tapan mədəniyyətə uyğunlaşması ilə izah edir.
Psixoanalizə və qadının qeyri-mükəmməllik kompleksindən və kişinin cinsiyyət
üzvlərinə qibtədən əziyyət çəkdiyi fikrə əks olaraq K.Horni uzunmüddətli kişi
psixoanalizinin əsasında kişinin analığa və uşaq doğumuna çox güclü qibtə etməsi ilə
bağlı fərziyyə irəli sürür. Lakin kişinin qibtəsi sublimasiya üçün qadın qibtəsindən daha
böyük imkan verir, və məhz o mədəni dəyərlərin formalaşmasında başlıca olmasa da
əsas hərəkətverici qüvvə rolunu oynayır. Qadına gəldikdə isə qadının qibtəsi daha
zəifdir və onu hansısa başqa yolla aradan qaldırmaq mümkün olmur. Horni bunu
aşağıdakı üç amillə izah edir:
Qız uşağına balacalığından kobud ya da ki ehtiyatla onun qeyri-mükəmməl
olduğu fikrini aşılayırlar ki, bu da qızda müntəzəm olaraq maskulinlik kompleksi
inkişaf etdirir.
Sivilizasiyamızın sırf kişi xarakteri ilə bağlı olaraq qadın onun təbiətini doğrudan
da qane edəcək sublimasiyaya nail olmaqda çətinlik çəkir, çünki bütün adi
peşələr kişilər üçün nəzərdə tutulmuşdu. Bu da qadının qeyri-mükəmməllik
hissini dərinləşdirir, çünki təbii olaraq bu peşədə kişilərin əldə etdiyi nəticəyə
nail ola bilmir; və belə çıxır ki, reallıq özü onun qeyri-mükəmməlliyini bir daha
sübut edir.
Həmin amillər kişinin inkişafına tam başqa cür təsir göstərir. Bir tərəfdən, qeyri-
mükəmməllik damğası vurulmuş qadın arzularını daha güclü şəkildə sıxışdırıb
çıxarır; digər tərəfdən isə kişi onları daha tez sublimasiya edə bilir.
Horni yazır: «Qadınlarda üstün «müvəffəqiyyətdən yan keçmək» motivi öz uğurunu
(yaxud «cinsə görə bacı olanların» uğurunu) adətən özünün qabiliyyətinə və hətta
ağlına yox, xarici amillərə (vəzifənin asanlığına, bəxtin gətirməsinə, kənardan edilən
yardıma) yazmaq vərdişinə əsasən asanlıqla tanınır. Uğursuzluğu şəxsiyyətdaxili
keyfiyyətlərə, «qadın ağlı»na yazmaq vərdişini yada salmamaq da olar – bu bir
ənənənəyə çevrilmişdir. Məhz özünü uğursuzluğa yönəldən insanlar belə edir;
müvəffəqiyyətə səmtlənmiş insan isə daha çox real özünəqiyməti ilə seçilir. Horniyə
görə, qadın psixologiyasının bir çox xüsusiyyətləri cinslər arasındakı fizioloji fərqlə deyil,
cəmiyyətdəki mədəni ənənələr, norma və ideoloji qaydaların yazdığı sosial rollarla
bağlıdır. Karen Horni qadın əxlaqının təcavüzkarlıq, özünə zəif məxluqa kimi münasibət
və bununla bağlı olaraq əvəzində xüsusi imtiyazlar iddiası, zəiflikdən kişini özünə tabe
etmək vasitəsi olaraq istifadə kimi bəzi xüsusiyyətlərini qeyd edir və «axtalıq
kompleksi»nin qadının analıq üstünlüyünə malik olması ilə neytrallaşdığını nəzərə
çarpdırır. «Qadının bu üstünlüyü öz növbəsində kişilər üçün təhlükəsiz deyil. O, qeyri-
şüuri səviyyədə «oğlanlarda analığa qarşı güclü qibtə» formalaşdırır.
Klassik psixoanalizlə mübahisəyə girərək Karen Horni təsdiq edir ki, kişinin qadını
əksiltmək cəhdi qadında həmin tələbatdan qat-qat güclü ifadə olunur; qadının qeyri-
mükəmməlliyi barədə ehkam qeyri-şüuri kişi meylindən doğur.
Müxtəlif mədəniyyətləri təhlil edərək Horni belə misal gətirir. Vetxiy Zavetdə əksini
tapan iudey mədəniyyəti şübhəsiz ki, patriarxat xarakteri daşıyır. Bu amil bir dənə də
olsun qadın allahının olmadığı dində, mənəviyyat və adətlərdə öz əksini tapmışdır.
Həvva özü Adamın qabırğasından yaranmışdı və üstündə doğuş əzabına düçar olmaq
qarğışı vardı. Adamın idrak ağacındakı barın dadına baxmaqla yoldan çıxarılması və
şərin seksual şirnikləndirmə kimi şərh olunması qadını kişini bədbəxtliyə sürükləyən
aludəçi kimi təqdim edir. Horni təsdiq edir ki. «biri inciklikdən, digəri isə nigarançılıqdan
doğan hər iki element qədim dövrlərdən başlayaraq indiyə kimi cinslər arasındakı
münasibətə ziyan gətirir». Qısaca olaraq bunun üzərində dayanaq. Kişinin qadın
qarşısındakı qorxusu seksuallıqda özünə kök salmışdır və kişinin yalnız cəlbedici
qadınlardan qorxduğu buna sübutdur; və belə qadını nə qədər şiddətlə arzu etsə də, kişi
onu itaətdə saxlamağa cəhd göstərir. Yaşlı qadınlara isə əksinə, hətta gənc qadınlardan
qorxduqları və buna görə də itaətdə saxladıqları mədəniyyətlərdə belə çox böyük
hörmətlə yanaşılır. Bəzi ibtidai mədəniyyətlərdə hətta yaşlı qadın qəbilə işlərində
həlledici səsə malikdir; Asiya xalqları arasında o hakimiyyətə və hörmətə malikdir. Digər
tərəfdən, ibtidai qəbilələrdə qadın hədd-buluq yaşı dövründə bir çox tabuların
əhatəsində olur. Məsələn, Arunta qəbiləsində belə bir inam var ki, qadınlar kişi
genitalilərinə ovsunlu təsir edə bilir. Əgər qadın ot üzərində sehrli sözlər tələffüz edərək
sonra onu kişinin üstünə atsa yaxud onu kişiyə tərəf yönəltsə, kişi xəstələnər. Beləliklə
qadın onun üzərinə ölüm göndərə bilər. Şərqi Afrika qəbilələrinin birində ər və arvad
yanaşı yata bilməz, çünki qadının nəfəsi kişini gücdən məhrum edir. Qərbi Afrika
qəbilələrində hesab edilir ki, əgər qadın yuxuda olan kişinin üstündən keçsə, o qaça
bilməz; buradan da qayda yaranmışdı – ovdan, müharibədən yaxud balıq ovundan iki-
beş gün əvvəl qadınla seksual yaxınlıqdan çəkinmək. Benqaliyada mirilər qadına pələng
əti yeməyi qadağan edir ki, o çox güclü olmasın. Şərqi Afrikada vatavelalar alovun sirrini
qadınlardan gizli saxlayır ki, onlar alova sahiblik edə bilməsin. Kaliforniya hindiləri qadını
itaətdə saxlamaq üçün xüsusi mərasimlər yerinə yetirir; onları qorxutmaq üçün kişilər
şeytan libası geyinir. Məkkədəki ərəblər qadını dini bayramlara yaxın buraxmırdılar ki,
onlar və hökmdarlar arasında yaxın münasibətləri istisna etsinlər. Bunabənzər adətləri
orta əsrlərdə – qız kultu ilə yanaşı küpəgirənləri odda yandırmaqla, tamamilə
seksuallıqdan uzaq olan «təmiz» analığa səcdə və seksual cəhətdən cəlbedici
qadınların qəddarcasına məhv edilməsində aşkar edirik. Bunun əsasında da bir
həyəcan, bir təşviş durur, axı küpəgirənlər cinlərlə ünsiyyətdə olur.
Təhlil prosesində qadından qorxu olduqca aydın şəkildə qarşıya çıxır. Horni deyir
ki, əslində bizim gördüyümüz – «nifrətlə çox incə şəkildə maskalanmış qorxudur. Təkcə
təşviş elə bir güclü motivdir ki, libidosu onu qadınla ittifaqa çəkən kişini bu məqsədə
meyildən saxlaya bilsin. Freydin qurduqları bu təşvişi izah etmir».
Dediklərimizə əsaslanaraq Horni ehtimal edir ki, qadın qarşısında kişinin qorxusu
daha dərin, daha əhəmiyyətlidir və kişi qarşısındakı qorxudan daha böyük enerji ilə
sıxışdırılır. Çox vaxt həmin qorxu öz növbəsində kişinin qadına qarşı münasibətində
dərin iz qoyur ki, bununla bağlı ayrı-ayrı dövrlərdə ən müxtəlif xalqların həyatından çox
sayda misallar məlumdur. Digər tərəfdən, hissiyyata toxunan təşviş hər bir kişidə onun
ümumilikdə qadına münasibətində xüsusi iz qoyur ki, bu – qadınların kişiyə
münasibətində ya heç yoxdur, ya da ki ikincidərəcəlidir.
Horninin fikrinə görə, gülüş hədəfi olacağından və rədd olunacağından qorxmaq
daxili keyfiyyətlərindən asılı olmayaraq hər bir kişinin təhlili üçün tipik haldır. Adi həyat
kişilərə bu hisslərdən yan keçmək üçün ya onları yarada biləcək şarəitdən yan keçmək,
ya da yüksək kompensasiya hesabına çox imkanlar verir. Sonra Horni davam edir: « Öz
mədəni nəticələrinə görə qadın qarşısında qorxunu dəf etməyin ən mühüm və ən pis
üsulu – qadının özünəniymətini əksiltməkdir. Qadınların infantil, emosional məxluq
olduğu və buna görə də məsuliyyət və müstəqilliyə qabil olmadıqları barədə təsəvvür
kişinin qadında özünəhörməti azaltmaq meylinin məhsuludur. Kişilər bunu qadınların
əksəriyyətinin doğrudan da həmin təsvirə müvafiq olması ilə əsaslandırdıqda biz belə
qadın tipinin kişilər tərəfindən sistematik şəkildə seleksiyası nəticəsində çıxarıldığı
barədə düşünməliyik. Qadının müstəqilliyə nail olmaq, maraq və fəaliyyət dairəsini
genişləndirmək cəhdləri həmişə bunun yalnız iqtisadi tələbat qarşısında lazım olduğu və
bu cəhdlərin qadının anadangəlmə xüsusiyyətlərinə və onun təbii meyillərinə zidd
olduğu haqda skeptik mövqe ilə üz-üzə dayanır. Müvafiq olaraq belə cəhdlər barəsində
həyatda elə bir əhəmiyyəti olmayan şeylər kimi danışılır və qadının bütün fikirlərinin
yalnız kişiyə və analığa yönəlməsi məqbul sayılır. Lap Marlen Ditrixin məhşur
mahnısında olduğu kimi: «Mənim bildiyim təkcə sevgidir – daha heç nə bilmirəm».
Bunun əsasında nə dayanır-dayansın və o necə qiymətləndirilir- qiymətləndirilsin,
qadına belə münasibət patriarxat qadınlıq idealını ifadə edir: qadın – yeganə istəyi kişini
sevmək, onun tərəfindən sevilmək, ona pərəstiş etmək, ona qulluq etmək və bəzi
şeylərdə onu təkrarlamaq istəyən bir məxluqdur. Belə nöqteyi-nəzərin tərəfdarları yanlış
olaraq xarici davranış əsasında daxili istəyin mövcudluğu haqda fikir irəli sürür, əslində
isə belə deyil - o adi səbəbdən ki, bioloji amillər heç zaman təmiz, açıq şəkildə deyil,
yalnız ənənədə və dəyişmiş formada özünü biruzə verir.
Horni «irsən keçmiş ənənənə»nin təkcə ideallara və etiqada deyil, həm də
emosional əhvala, instinkt deyilənə təsirini qeyd edir. Amma irsən keçən ənənə
qadından ötrü əvvəllər onun ehtimal ki olduqca mühüm olan ümumi qərarların
qəbulundakı iştirakının daha dar erotizm və analıq sahəsi ilə ixtisara salınması
deməkdir. İrsən keçən ənənəyə riayət həm cəmiyyət, həm də fərd üçün müəyyən
funksiyalar yerinə yetirir. Onları fərdi psixologiya nəzər nöqtəsindən araşdırarkən yada
salmaq lazımdır ki, bu düşüncə quruluşu bəzən kişilər üçün müəyyən narahatçılıq
yaradır; lakin digər tərəfdən onun üçün özünüəhəmiyyətinin həmişə söykənə bildiyi
mənbə vəzifəsini də yerinə yetirir. Əksinə, özünəhörmətin aşağı olduğu və digər bacarıq
və iddiaların inkişafı ilə bağlı təşviş və səylərdən uzaq olan qadın üçünsə o, əsrlər
uzunu tənqidi münasibətin və rəqabətin mövcud olduğu cəmiyyətdə rahatlıq və dinclik
rolunu yerinə yetirir. Buna görə də indiki dövrdə öz bacarıqlarını inkişaf etdirmək istəyən
qadın onu yalnız həm xarici müxalifətlə, həm də qadına təkcə seksual funksiya ayırmış
ənənəvi idealın möhkəmlənməsi ilə bağlı olaraq təşəkkül tapan öz daxilindəki
müqavimətlə mübarizə bahasına həyata keçirə bilər.
Əlbəttə, hal-hazırda karyeraya sahib olmaq və bununla yanaşı qadınlığını bu
cəsarətə qurban vermək istəməyən hər bir qadının bunabənzər münaqişə ilə
qarşılaşdığını iddia etmək yanlış olardı. Belə ki, müzakirə edilən münaqişə qadının
vəziyyətinin dəyişməsi ilə bağlıdır və xüsusi maraqları olan və ümumiyyətlə şəxsi
maraqlarının müstəqil şəkildə inkişafına meyl edən və öz qabiliyyətinin ardınca gedən
qadınlarla məhdudlaşır.
Nəhayət Horni qeyd edir ki, depressiyanın müxtəlif formalarından əziyyət çəkən
pasiyentlərin əksəriyyəti üçün az yaxud çox nəzərə çarpan – normal görsənməməkdən
qorxan qadınlar idi. Belə təşviş işə münasibətdə yaxud da daha abstrakt və qeyri-
yığcam şəkildə özünün başqalarından fərqli olduğu və qadının bəzən anadangəlmə
saydığı qeyri-mükəmməllik hissində aşkar olunurdu.
Psixoanaliz hər hansı rəqabətdən imtina meylini onların özünütəsdiqə qabil
olmamasının səbəbi kimi təqdim edir. Beləliklə, qadağalar yarış risqindən yan keçmək
üçün özünü saxlamağın nəticəsidir. Bu cür dağıdıcı meyillərin əsasında labüd olaraq
yaranan düşməncəsinə hisslər də açıq şəkildə ifadə oluna bilməz, çünki təşvişdən ən
yaxşı müdafiə mənbəyi olan səni sevdiklərinin dərkini müşaiyət edən asudəliyə təhlukə
kimi qəbul olunur. Horni bu və ya digər sosial yaxud mədəni şəraitdən asılı olaraq bizim
kişilərdən daha çox qadınlarda müşahidə etdiyimiz bəzi davranış formalarını araşdırır:
1) açıq şəkildə ifadə olunan tələblərə yaxud təcavüzkarlığa qoyulan
qadağaların aşkar olunması;
2) özünə qarşı zəif, köməksiz yaxud aşağı səviyyəli məxluqa kimi münasibət və
bunun əvəzində tam açıq yaxud açıq olmayan şəkildə kompensasiya yaxud
imtiyazların tələb edilməsi;
3) əks cinsdən emosional asılılıq;
4) özünün qurban vermək, tabe olmaq, səndən istifadə etdikləri və yaxud səni
istismar etdiklərini hiss etmək, məsuliyyəti əks cinsin üzərinə qoymaq
meyilləri;
5) zəiflik və köməksizlikdən əks cinsi özünə cəlb etmək və tabe etmək vasitəsi
kimi istifadə olunması.
Horni qadında mazoxizmin aşkar edilməsinə səbəb olan amillərlə bağlı bəzi
ümumiləşmələr aparmışdı. Bu fenomenlərin aşkarlığını aşağıdakı amillərdən birindən
yaxud bir neçəsindən ibarət hər hansı mədəni kompleksdə gözləmək olar:
1) hisslərin və seksuallığın açıq biruzə olunması ilə bağlı çıxışların təcrid
edilməsi;
2) uşaqların sayı, doğulması və tərbiyəsi qadına müxtəlif cür duyğular bəxş edir
(incə hisslər, nailiyyət ehtiyacı aşkarlanır, özünəqiymət yüksəlir) və uşaqların
sayı və tərbiyəsi sosial qiymət ölçüsünə çevrildikdə bu, daha böyük
əhəmiyyət kəsb edir;
3) qadının kişi ilə müqayisədə daha aşağı səviyyəli məxluq kimi
qiymətləndirilməsi (çünki bu onun özünəinamını azaldır);
4) qadının kişidən yaxud ailədən iqtisadi asılılığı, çünki bu emosional asılılıq
vasitəsi ilə emosional uyğunlaşmaya səbəb olur;
5) qadının əsası emosional əlaqələr – ailə, din yaxud xeyriyyəçilik – üzərində
qurulmuş həyat sahələri ilə məhdudlaşması.
Bütün adları çəkilən amillər bir-biri ilə kəsişir. Görünür ki, inkişafdakı kənarlaşmalar
üçün hansısa tək bir amil deyil, bir çox amillər toplusu məsuliyyət daşıyır. Mədəni
kompleksdə adları çəkilən elementlərin bəzisi yaxud hamısı varsa, qadın «təbiəti» ilə
bağlı müəyyən sabit təsəvvürlər yarana biləcəyi faktını xüsusi araşdırmaq gərəkdir.
Tamamilə aydındır ki, bu ideologiyanın funksiyası qadını aşağı səviyyə kimi təqdim
edərək nəinki onu özünün asılı vəziyyəti ilə barışdırmaqdan, həm də onu kişinin arzu və
istəklərinin icrası yaxud arzuolunan ideal olmağa çalışmasına inandırmaqdan ibarətdir.
Bu ideologiyanın qadına göstərdiyi təsir bir də onunla güclənir ki, kişilər həmin spesifik
xüsusiyyətlərə malik olan qadınları daha tez seçir. Bu o deməkdir ki, qadının
cəmiyyətdə uğuru onun «əsil təbiəti»ni təşkil edən obraza müvafiq gəlməsindən asılıdır.
Yəqin ki, buna görə də belə sosial təşkildə mazoxist meyillərin qadında həvəsləndirildiyi,
kişidə isə rəğbətlə qarşılanmadığını şişirdilmiş fikir adlandırmaq olmaz. Əks cinsdən
emosional asılılıq, sevgidə ərimək, eskpansiv avtonom inkişafı boğmaq və s. kimi
keyfiyyətlər qadında arzuolunan sayılır; kişidə isə onların nəzərə çarpması kinayə ilə
qarşılanır.
Görünür ki, bu mədəni amillər qadına çox güclü təsir göstərir; özü də o qədər güclü
ki, bizim mədəniyyətdə qadının özünü qurban vermədən həyatın bu yaxud başqa
sahəsində iştirakından necə yan keçdiyini görmək olduqca mürəkkəb olur. Freydin
fikrincə, hər iki cinsdə psixi çətinliklər onlardan hər birinin bioseksual meyli ilə bağlıdır. O
hesab edir ki, kişilərin bir çox psixi problemləri onların özündə «qadın» meyillərini rədd
etməsinin nəticəsində, qadında isə onun kişi olmaq arzusundan gələn xüsusiyyətlərdən
yaranır. Ehtimal olu-nur ki, kişi anatomiyasına qibtə hissi qadının inkişafında pozulmaz
iz qoyur; hətta ən əlverişli inkişaf zamanı belə bu hiss böyük enerji hesabına aradan
qaldırılır. Qadının qeyri-mükəmməllik hissi öz cinsinə həqarət ifadəsi kimi nəzərdən
keçirilir. Freyd düşünür ki, qadın kişidən daha şöhrətpərəstdir və bunu onun öz qeyri-
mükəmməlliyini əvəzini çıxmaq ehtiyacına bağlayır. Qadın xarakterində mühüm rol
oynayan qibtə və ziyankarlıq bunun birbaşa nəticəsidir. Qadında «ədalət hissinin az
inkişaf etməsi» və onun «kişi fəaliyyət sahələrinə aid olan mənəvi və professional
marağa üstünlük verməsi»nin səbəbləri də paxıllığa meyillə izah edilir. Praktiki olaraq
qadının bütün şöhrətpərəslik cəhdləri Freyd üçün onun kişi olmaq arzusuna sübutdur.
Eləcə də adətən qadın xüsusiyyəti sayılan şöhrətpərəst istəklər, məsələn, hamıdan
gözəl olmaq yaxud ən görkəmli kişiyə ərə getmək istəyi həmin xüsusiyyətin ifadəsidir.
Bunları tənqidi müzakirəyə qoymaqdan öncə Freyd və başqa analitiklərin qadın
xarakterinə kişi olmaq arzusunun həlledici təsir etməsi dəlilinin inkarolunmaz
göründüyünü anlamağa cəhd edək. K.Horninin fikrincə, bu arxayınçılıq ilk növbədə iki
şeylə izah oluna bilər. Məlum dərəcədə mövcud mədəni mövhumatla üst-üstə düşən
nəzəri mövhumata əsaslanan analitik hesab edir ki, qadının da kişini özünə tabe etmək,
onu pisləmək, onun uğurlarına paxıllıq etmək, öz mənliyini nümayiş etdirmək, öz-özü ilə
razılaşmaq, heç kimdən kömək qəbul etməmək kimi müəyyən meyillərinin əsasında
kişiyə qibtə hissi durur. Lakin biz burada mədəni meyillərin araşdırılmasına yaxınlaşırıq.
Alfred Adlerin dediyi kimi, kişi olmaq arzusu «bizim mədəniyyətdə kişiyə aid sayılan güc,
mərdlik, cəsurluq, müstəqillik, müvəffəqiyyət, seksual azadlıq, partnyor seçmək hüququ
kimi bütün keyfiyyət və imtiyazlara malik olmaq arzusunun ifadəsi ola bilər».
Psixoanalitik nəzəriyyəyə əsasən, psixi göstərişlər seksual nümunə zəminində
formalaşdığı üçün mazoxizmin spesifik qadın əsası olduğunu söyləmək olduqca irəli
gedən nəticələrə səbəb olacaqdır. Belə çıxır ki, bütün qadınlar yaxud qadınların
əksəriyyəti asılı və tabeçilikdə olmaq arzusundadır və sonda qadına psixi həyatda lazım
olan alçaldılmaya məruz qalmaqdır; və Freydin qadının əsas qorxusunun sevgi hissinin
yox olması hesab etməsi müəyyən mənada bu postulatın bir hissəsidir. Bu fikirlər bizim
mədəniyyətdə mazoxist meyillərə kişilərdən daha çox qadınlarda rast olunması
təsəvvürü ilə möhkəmlənir, lakin bioloji deyil, mədəni meyillər qadının sevgiyə verdiyi
qiymətin yüksəlməsinə və bununla da onu itirməkdən qorxmasına səbəb olur.
Qadın əsrlər boyu ciddi iqtisadi və siyasi vəzifələrdən kənar şəraitdə yaşamış və
həyatda şəxsi emosional sahə ilə məhdudlaşmışdır. Bu o demək deyildir ki, qadın
məsuliyyət daşımamış və işləməli olmamışdır. Lakin onun işi ailə çərçivəsində yerinə
yetirilmiş və buna görə də daha şəxssiz işgüzar münasibətlərə zidd olaraq
emosionallığa əsaslanmışdır. Bu vəziyyətdəki başqa bir aspekt isə ondan ibarətdir ki,
sevgi və sədaqətə spesifik qadın idealı və ləyaqəti kimi yanaşmışlar. Daha bir aspekt
isə odur ki, qadının kişilərlə və uşaqlarla münasibəti səadətə, təhlükəsizliyə, hörmətə
aparan yeganə qapı olduğu üçün qadından ötrü sevgi kişinin pul qazanmaq bacarığı ilə
müqayisə edilə bilən real dəyər idi. Beləliklə, nəinki emosional sahədən kənarda
hansısa bir işlə məşğul olmaq istəyi faktiki olaraq öldürülürdü, həm də qadının şüurunda
bu məşğələlər nəsə ikincidərəcəli bir iş kimi qəbul olunmuşdu.
Nəticədə, bizim mədəniyyətdə qadının nə səbəbdən sevgiyə olduğundan daha
yüksək qiymət verməsi və ondan verə biləcəyindən daha artıq gözləməsi və qadının
onu itirməkdən kişidən daha çox qorxmasının real səbəbləri mövcud olmuşdur və
mövcuddur. Məsələn, müasir qadının sevgini yeganə həyat dəyəri olaraq qəbul
etməsinin lehiyə danışan bir amilə nəzər salaq: yaşa münasibət – qadının qocalıq və
onun nəticələri qarşısındakı qorxusu. Uzun illər ərzində istər sevgi olsun, istər ev yaxud
ailə – bütün bu sevinclərə qadın kişi vasitəsi ilə nail olduğu üçün kişini razı salmaq
ondan ötrü vacib, əhəmiyyətli bir işə çevrilirdi. Burada gözəllik və cəzbetmə kultunun
vacibliyini bəzi münasibətlərdə müsbət nəticə kimi qiymətləndirmək olar. Lakin bütün
diqqəti erotik cəlbetmənin vacibliyinə yönəltmək onun dəyərinin azalacağı dövrlə bağlı
təşviş yaratmaq deməkdir. Biz beşinci onilliyə yaxınlaşan kişilərdə qorxu yaxud
depressiyanı nevrozun aşkarlığı hesab edirik. Qadın üçün isə bu çox adi hal hesab
olunur və müəyyən mənada elə belədir, çünki cəlbedicilik unikal bir dəyərdir. Bu qorxu
qadın cəlbediciliyinin sonu sayılan yaşla məhdudlaşmır, o qadının bütün həyatında iz
qoyur və həyata münasibətdə güclü özünəinamsızlıq hissi doğurur.
Bəzən sual verilir – cəmiyyətimizdə qeyri-mükəmməllik hissindən daha çox əziyyət
çəkən kimdir, kişi ya qadın? Psixi xüsusiyyətləri miqdarca ölçmək çətin məsələdir,
amma aşağıdakı fərq müşahidə olunur: bir qayda olaraq kişidə qeyri-mükəmməllik hissi
o səbəbdən yaranmır ki, o – kişidir; qadınsa qeyri-mükəmməllik hissini özünün yalnız
qadın olması səbəbindən hiss edir. Yuxarıda qeyd etdiyimiz kimi, Karen Horni öz
nəzəriyyəsində hər dəfə nəzərə çatdırır ki, özünün gərəksizliyi hissinin qenderlə heç bir
əlaqəsi yoxdur; o, mahiyyətcə kişi və qadında eyni olan qeyri-mükəmməllik hissinin
digər mənbələrini ört-basdır etmək üçün qadınlıq və kişilik barədə təsəvvürlər üzərində
qurulur. Özünə möhkəm inam insanın təşəbbüskarlıq, cəsurluq, müstəqillik, istedad,
şəraiti idarə etmək kimi keyfiyyətlərinə əsaslanır. Nəhayət özünəinamın emosional tərəfi
qalır. Əgər insanın özünəinamı onun verdiyi yaxud aldığı sevgidən asılıdırsa, bu o
deməkdir ki, onun əsası çox dar və laxlayan bir əsasdır: dar ona görə ki, bir çox qiymətli
şəxsi keyfiyyətlər diqqətdən kənarda qalır; laxlayan ona görə ki, məsələn, əlverişli
partnyor tapmaq imkanı kimi bir çox zahiri amillərdən asılı olur. Bundan savayı, belə
mövqe çox asanlıqla sevgidən emosional asılılığa və kənardakı insanların qiymətindən
asılılığa gətirib çıxarır və nəticədə əgər onu sevmirlər və qiymətləndirmirlərsə, insan
özünü layiqsiz hesab edir.
Guya ki qadına xas olan qeyri-mükəmməlliyə gəldikdə isə Freyd təəccüblü və onun
əvvəllər dediklərindən tamamilə fərqli bir söz işlətmişdi: «Unutmaq olmaz ki, biz qadını
seksual funksiyaların onun mahiyyətini müəyyən etdiyi dərəcədə təsvir etmişik. Bu təsir
düzdür çox uzaqlara gedir, amma unutmamalıyıq ki, ayrıca götürülmüş bir qadın hər
şeydən başqa həm də insani məxluqdur». Freydin qadın psixologiyasına dair son
məqaləsinin bəzi müddəalarında onun daha ilkin tədqiqatları ilə müqayisədə qadın
psixologiyasına mədəni amillərin təsiri əlavə olaraq nəzərdən keçirilir. «Eyni zamanda
biz qadını passivlik vəziyyətinə salan sosial qaydaların təsirinə verilən qiymətə diqqət
yetirməliyik». Azərbaycan qadını alman qadınından fərqlənir, onlar hər ikisi isə hindu
qadınlardan fərqlənir. Nyu-Yorkda yaşayan qadın Latın Amerikasındakı fermerin
arvadından seçilir. Spesifik mədəni şəraitin həm kişilərdə, həm də qadınlarda hansı
yolla spesifik keyfiyyət və bacarıq doğurması – bizim anlamaq istədiyimiz bax budur.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI
1. К. Хорни. Самоанализ: Психология женщины. Новые пути в психоанализе. С-П.
2002
2. Тайсон Ф. Тайсон Р. Психоаналитические теории развития. Екатеринбург.1998
3. Осборн Р. Знакомтесь Фрейд. София. 1997
4. Freud, S. Three Essays on the Theory of Sexuality, 1905, стр. 195
5. Lacan J. God and the Jouissance of The Woman. A Love Letter // Feminine
Sexuality. стр. 137-148
6. Tyson, P. A developmental Line of gender identity, gender role and choice of love
object. New York & London: Pantheon Books, 1982
7. S. Freud. Totem and Taboo. New York & London: Ark Paperbacks, 2002
Dostları ilə paylaş: |