|
Mövzu – 07. Zəlzələlər zamanı həyat fəaliyyətinin təhlükəsizliyi [3, 4, 8, 14, 22]Şəkil 9.11. 1980-2002- ci illər üzrə Azərbaycan
|
səhifə | 3/8 | tarix | 29.03.2022 | ölçüsü | 2,38 Mb. | | #84834 |
| HFT60 MOVZU 07 hhhŞəkil 9.11. 1980-2002- ci illər üzrə Azərbaycan
ərazisinin seysmik aktivlik xəritəsi
Zəlzələnin proqnozu bu təbii fəlakətin müjdəçiləri olan bir sıra amillər üzərində müşahidələrin aparılması, qeydə alınması və təhlili yolu ilə həyata keçirilir. Bu amillərə ilkin təkanlar, yer səthinin deformasiyası, geofiziki sahələrin parametrlərinin dəyişməsi, yeraltı suların tərkibi və rejimi, gələcək zəlzələ ocağı zonasında maddələrin vəziyyətinin və xassələrinin digər dəyişmələri, heyvanların təlaşlı davranışları aiddir. Müasir zamanda zəlzələnin etibarlı proqnoz üsulları yoxdur.
Amplituda şkalası ABŞ seysmoloqu Çarlz Frensis Rixter (1900-1985-ci illər) tərəfindən 1935-ci ildə işlənilmişdir və zəlzələnin gücü bu şkalaya görə 1≤Μ≤9 arasında ola bilir. Maqnituda seysmoqraf adlanan cihazla da təyin edilir. Cihazın göstəricisi (amplituda və seysmik dalğaların periodu (şəkil 9.14)) zəlzələ prosesində ayrılan elastiki deformasiya enerjisinin miqdarını göstərir.
Dostları ilə paylaş: |
|
|