|
Mövzu – 07. Zəlzələlər zamanı həyat fəaliyyətinin təhlükəsizliyi [3, 4, 8, 14, 22]
|
səhifə | 1/8 | tarix | 29.03.2022 | ölçüsü | 2,38 Mb. | | #84834 |
| HFT60 MOVZU 07 hhh
Mövzu – 07. Zəlzələlər zamanı həyat fəaliyyətinin təhlükəsizliyi [3, 4, 8, 14, 22].
Zəlzələnin yaranması barədə məlumat. Zəlzələnin növləri. Zəlzələnin xəbərdarlığı barədə seysmik xidmət. Zəlzələnin təhlükəli fəsadları. Zəlzələnin yaratdığı fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə əlaqədar işlər. Zəlzələlər zamanı əhalinin mühafizəsi və insanların hərəkətləri.
Zəlzələnin yaranması barədə məlumat. Zəlzələ ən təhlükəli geoloji hadisədir və özünün gözlənilməzliyi ilə dəhşətlidir. Zəlzələ ən çox dağıdıcı qüvvəyə malik, ağılasığmaz dərəcədə idarə olunmaz təbii fəlakətdir. Zəlzələ deyildikdə yeraltı təkan və yer qatının titrəmələri, yer qatının və yaxud mantiyanın üst qatının sürüşməsi və parçalanması nəticəsində böyük məsafələrə elastik dalğavari ötürmələr başa düşülür. Zəlzələ zamanı Yerdə müxtəlif dalğalar yaranır (şəkil 9.6). Bu dalğalar bütün yer kürəsinə yayılır və seysmoloqlar tərəfindən yerin istənilən nöqtəsində ölçülə bilir. Bu dalğalar yerin üst qatında baş verən dağıntılara səbəb olur. Zəlzələ dağ süxurları qatlarında geniş yayılmış yarıqların (nəhəng çatların) kənarlarının qarşılıqlı surətdə yerdəyişməsi nəticəsində baş verir. Belə ki, yerin dərinliklərində daima enerjinin yığılmasının mürəkkəb prosesləri baş verir və bu enerjinin azad olunması seysmik təkanları yaradır. Yarıqlar süxurların mexaniki gərginliklərin toplanması sayəsində yaranır. Belə gərginliklər isə planetimizin dərinliklərindən istiliyin ayrılması, yer qabığı tavalarının tərpənməsi (yerdəyişməsi), kosmik və digər amillərin təsiri nəticəsində yaranır.
Zəlzələnin növləri. Müasir elm zəlzələləri bu növlərə ayırır: -tektonik zəlzələlər (şəkil 9.7); -tavalararası zəlzələlər (şəkil 9.8); -denudasiya zəlzələləri (şəkil 9.9); vulkanik zəlzələlər (şəkil 9.10). Ən güclü təhlükəli zəlzələlərə tektonik və tavalararası zəlzələlər aiddir. Tavaların sərhədlərində üç hadisə baş verə bilər: onlar aralana, bir-birinə yaxınlaşa və ya biri digərinə nisbətən sürüşə bilər.
Dostları ilə paylaş: |
|
|