Monqolların gizli tarixi
340
ƏN ÖNƏMLİ QƏBİLƏLƏR VƏ RƏİSLƏRİ
HAQQINDA AÇIQLAMA
Bozqır əhalisi boy və qəbilələrə, (oba və obohlara, bunlar da soy
və ailə birliklərinə (yasun, sümük) ayrılmış olub, bütün bunlar yenə
bir araya gəlməklə xalqları (irgən, ulus) meydana gətirirdi. Bu kimi
xalq və ya boylar özlərini xaricə qarşı mənsub olduqları daha böyük
birliyin adı ilə tanıtmaqla tez-tez adlarını dəyişdirirdilər. Məsələn,
monqol dövründən öncə tatar adı başqa bir çox qəbilələr tərəfindən
də alınmışdır. Çiñgis-xanın ailə adı kiyan olduğu halda, onun mən-
sub olduğu borcigin soyu başqa soy və qəbilələri itaət altına almaqla
bir qəbilə və xalq (ulus) dərəcəsinə yüksəldikdən sonra əski zamanın
məşhur və qüvvətli qəbilələrindən biri olan mañğol adını almışdır.
Mañğol:
Hökmdar silsilələri iki yol təqib edir: a) Xabul, Bartan, Yesügey,
Təmücin; b) Çaraxay-liñxü, Sañqum-bilgə, Ambaxay, Xutula. Mañ-
ğolların idarəsi bu iki sülalə arasında dəyişib durmuşdur. Qəbilələrin
içində üstünlük qazanmış olan tayiçi’ut soyu Yesügeyin ölümündən
sonra Təmücinin yüksəlməsinə mane olmaq istəmişdir. Lakin Tə-
mücin öncə əski qəbilə adamlarını toplamış, sonra yeni kimsələrin
gəlməsilə qüvvəsi artmış və nəhayət, bunlar tərəfindən müstəqil bir
birliyin rəisi sifətilə «xan, kağan» elan edilmişdir. Bununla bərabər,
ancaq Camuxa ətrafında toplanan düşmənlərin yenilməsi və tayiçi’ut
ailəsinin (yasun) yox edilməsi nəticəsində Təmücin öz qəbiləsinə
mənsub digər kimsələri də qazana bilmişdir (§ 148). 1206-cı ildə (§
202) Çiñgis-xanın bütün bozqır xalqları üzərinə hökmdar elan edil-
məsindən sonra mañğol (monqol) adı, bütün bu yeni birliyə şamil
edilmiş və beləliklə, sonralar daha geniş bir məna qazanmışdır.
Мonqolların gizli tarixи
341
Tatar:
Əsərə görə hökmdar sülaləsi bu sıranı təqib edir: Təmücin-üge (§
59), Megücin-se'ültü (§ 132), Yekə-çerən (§ 154).
Tatarlar arasında başlıca olaraq ayri'ut-tatar, buyru'ut-tatar (§ 53),
alçi-tatar, aluxay-tatar, çaxan-tatar və duta'ut-tatar qəbilələri (§ 153)
zikr edilir. Uzaq qərbdəki Büyür gölü civarında yaşamış olan ta-
tarlar XII yüzilın ortasında böyük rol oynamışlar. Onların mañğol-
larla düşmənliyi çox əskilərə qədər gedir: bir zamanlar Ambaxay-
xanı əsir edərək kin dövlətinə təslim etmişlər (§ 53) və orada öldü-
rülməsinə səbəb olmuşlar. Xutulanın intiqam səfəri əsnasında (§ 58)
Yesügey onların rəislərindən Təmücini əsir almış və oğluna da onun
adını vermişdir (§ 59). Buna qarşılıq tatarlar Yesügeyi zəhərləyərək
öldürmüşlər (§§ 67, 68). Sonralar kin dövləti tərəfindən sıxışdırı-
laraq qaçan tatarlar Çiñgis-xan tərəfindən basılmışdır (§§ 132-136).
Belə olduqda, Camuxanın ətrafında toplanan düşmənlərin tərəfinə
keçmişlər (§ 141) və 1202-ci ildə Dalan-nemurgesdə baş verən
savaşda (§ 153) Çiñgis-xan tərəfindən məhv edilmişlər. Lakin bu ad
xaricdə yaşamaqda davam etmiş, Çində dada, Avropada tatar şək-
lində bütün monqol xalqı üçün işlədilməkdə və hətta bəzi türk xalq-
ları da yanlış olaraq bu adla anılmaqdadır.
Mərkit:
Seleñge çayının orta və aşağı qisimlərində yaşayırdılar. Ye-sügey
mərkit əsilzadələrindən Yekə-çilədünün əlindən arvadı Hö’elünu
qaçırmış (§§ 54-56) və bu qadın sonra Təmücinin anası olmuşdur.
Buna əvəzində onlar Təmücinə saldıraraq arvadı Börtəni qaçırmışlar
(§§ 102-106) və ikinci bir səfərdə qurtarılıncaya qədər (§§ 110-117)
saxlamışlar. Mərkitlərin bir qismi Camuxanın əmri altında Çiñgis-
xana qarşı savaşmışdır. 1204-cü ildə (§ 197) Xaradal-huca'ur müha-
ribəsində Çiñgis-xan mərkitləri yenərək məhv etmişdir. Rəisləri
Tohto’a-beki, qəbiləsinin artıq qalanları ilə naymanlara qaçmış və
bunlarla birlikdə Erdiş mənbəyi civarında yenilərək öldürülmüşdür
(§ 198). Kibçah məmləkətinə qaçan oğulları 1205-ci ildə (§ 236)
Sübe'etay tərəfindən təqib və yox edilmişlər.
Monqolların gizli tarixi
342
Kereyit:
Məmləkətləri Orxon və Tula çayları arasında idi. Rəisləri Toğoril
atası Xurçaxus-buyiruhun kiçik qardaşlarını öldürdüyü üçün əmisi
Gurxanın hücumuna məruz qalaraq Yesügeyə sığınmış və Yesügey
də ona məmləkətini qaytararaq onunla dostluq müqaviləsi bağlamış-
dır (§§ 150-152, 177). Sonra Toğoril Təmücinə yardım təklif edərək
onunla ata-oğul ittifaqı qursa da, bu ittifaq dedi-qodu və xəyanət
üzündən tez-tez kəsilmişdir. Məsələn, Təmücinin rəqibi Camuxa
onu öz tərəfinə qazanmağa müvəffəq olmuşdur. Nəhayət, oğlu Sañ-
qum ilə birlikdə yenilərək qaçmış və səfalət içində öldürülmüşdür (§
188). Kereyit xalqı zəfəri qazananlar tərəfindən ələ keçirilmiş və
qəbilələr arasında bölüşdürülmüşdür (§ 187). Kereyitlər mədəniyyət
baxımından digər bozqır xalqlarına nəzərən daha yüksək bir səviy-
yədə idilər, özləri də nestorian məzhəbinə mənsub idilər. Çiñgis-xan
ilə birlikdə tatarları bastığı üçün kin hökmdarı tərəfindən Wañ-xan >
Oñxan ləqəbi ilə mükafatlandırılan (§ 134) kereyit hökmdarı Toğoril
(Toğrul-xan) o zamankı Avropada «keşiş hökmdar İohannes” adı
ilə əfsanəvi bir şöhrət qazanmışdır. Onun adı səlib yürüşləri əsna-
sında böyük rol oynamışdır.
Nayman:
Məmləkətləri Xañxay və Altay dağları arasında idi. Sülalələri bu
sıranı təqib edir: Buyiruh, İnança-bilgə, Tayañ (Torlux), Gücülük.
Camuxa ilə birləşmiş olan naymanlar öncə Çiñgis-xanla Oñxan
tərəfindən Kiçilbaş civarında yenilmişlər, sonra da 1204-cü ildə (§
196) Çiñgis-xan tərəfindən Altay dağları önündə qəti surətdə itaət
altına alınmışlar. Qaçmağa müvəffəq olan Gücülük 1205-ci ildə Er-
diş mənbəyində yenilmiş (§ 198) və ordusunun qalan qismi ilə xara
kitat ölkəsinə nüfuz edərək, hökmdarlarını qovmaq surətilə haki-
miyyəti ələ keçirməyə belə müvəffəq olmuş, lakin sonra Çiñgis-xa-
nın generalı Cəbə tərəfindən təqib edilərək meydana çıxarılmış və
yaxalanaraq öldürülmüşdür (§ 237). Naymanlar bozqırların ən mə-
dəni xalqı idi, onlar ilk olaraq uyğur yazısını işlətmişlər. Aralarında
nəsturi məzhəbindən bir çox xristian da vardı.
Dostları ilə paylaş: |