formalaşması, Çar Rusiyasında türkçülük ideyalarının for-
malaşması, Xalq Cümhuriyyəti dövründə Azərbaycanda
aparılan milli-demokratik islahatlar, M.K.Atatürkün başçılığı
altında milli azadlıq hərəkatı, Türkiyə Cümhuriyyətində mil-
lətçilik, şovinist İran-fars rejiminə qarşı milli hərəkatlar, sovet
hakimiyyəti dövründə Quzey Azərbaycanda milli hərəkat, müs-
təqillikdən sonra Azərbaycan Respublikasında millətçilik və
Bütöv Azərbaycan ideyası haqqında ətraflı məlumat verilmiş
və bu inkişaf tarixi yeni yanaşma ilə qiymətləndirilmişdir.
Birinci bölmədə həmçinin türk millətçiliyində mövcud olan
üçlü sistemin və türk millətçiliyinin səviyyələrinin dəqiqləş-
dirilmiş izahı verilmişdir.
Kitabın ikinci bölməsində tarixi və mövcud reallıqları, elmi
nəzəriyyələri və s. nəzərə alaraq çağdaş dövrümüz üçün milli
ideologiyamızın müxtəlif (milli, iqtisadi, siyasi-hüquqi, fəlsəfi
və dini) məsələləri sistem şəklində araşdırılmış, müəyyən
fikirlər və qənaətlər irəli sürülmüşdür.
Kitabın üçüncü bölməsində milli ideologiyamızda əsas
məsələlərdən olan milli mənəvi dəyərlərimizi (MMD) qoruyub-
yaşatmaq və yüksəltmək problemləri, o cümlədən onların
tədqiqi və təbliğinin mövcud durumu, həmçinin MMD-imizin
ictimai əhəmiyyəti – cəmiyyətin həyatında və inkişafındakı ro-
lu haqqında geniş söhbət açılmışdır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulduğundan,
hadisələri, fikirləri, çıxarılan nəticə və qənaətləri mümkün
qədər qısa və sadə elmi-məntiqi dildə ifadə etməyə çalışmışıq.
I BÖLMƏ. Ġdeologiya anlayıĢı, ideologiyaların
təsnifatı və tarixən yaranmıĢ
ideologiyalar
1. Ġdeologiya anlayıĢı
İdeologiya ifadəsi (yun. “idea” – anlayış, təsəvvür, “loqos”
– söz, təlim) hərfi baxımdan “ideya haqqında elm” mənasını
verir. Lakin elmi termin kimi ideologiya çox geniş və çoxsahəli
anlayışdır. O, elmin müxtəlif sahələrinin, təbiət və cəmiyyət
qanunlarının, burada qarşıya çıxan ziddiyyətlərin öyrənilməsini
və bəşəri problemlərin həlli yollarının müəyyən edilməsini
özündə ehtiva edir. Ta qədimdən filosoflar, mütəfəkkirlər,
alimlər dünyanı, varlığı, materiyanı dərk etməyə, təbiət və
cəmiyyət qanunlarını öyrənməyə, ictimai ziddiyyətləri, prob-
lemləri həll etməyə, cəmiyyətdə əmin-amanlığa, bəşəriyyətin
xoşbəxtliyinə nail olmağa çalışmış və bununla da müxtəlif
sahələrdə görüşlər, təlimlər, ideyalar meydana çıxmışdır. Bu
cür çoxsahəli görüşlər və ideyaların elmi sistemi sonralar (XIX
əsrin əvvəllərindən) ideologiya termini ilə ifadə edilmişdir.
Lakin bu anlayışa bu günə qədər də vahid baxış yoxdur və
müxtəlif cür təriflər verilir. İdeologiyaya ən ümumi şəkildə
aşağıdakı kimi tərif vermək olar:
Ġdeologiya – ictimai problemlərin həllinə və inkiĢafa yö-
nəldiyi əsaslandırılan fəlsəfi, iqtisadi, siyasi, hüquqi, dini,
əxlaqi və s. görüĢlərin və ideyaların bütöv sistemidir.
İlk növbədə onu qeyd etmək lazımdır ki, ideologiya elə bir
bütöv sistemə malik olmalıdır ki, oradakı görüşlər biri-biri ilə
ziddiyyət təşkil etməsin, biri-birini tamamlasın və vəhdət təşkil
etsin. İdeologiyalarda son məqsəd kimi bir qayda olaraq ictimai
problemlərin həlli, bəşəriyyətin xoşbəxtliyi göstərilir. Düzdür,
əsl məqsədi mürtəce (işğalçılıq, müstəmləkəçilik, istismarçılıq,
və s.) xarakter daşıyan ideologiyalar da var. Lakin belə
ideologiyaların nəzəri əsaslarında adətən həqiqi məqsəd giz-
lədilir və ideologiyanın məhz ədaləti bərqərar edəcəyi əsas-
landırılır. Beləliklə, yaradılan hər bir ideologiyada bu
ideologiyanın həqiqətən bəşəriyyəti xoşbəxtliyə çıxaracağı, ən
azından problemləri minimuma endirəcəyi əsaslandırılır. Bu,
ideologiyanın təbliği və insanlara qəbul etdirilməsi üçün
zəruridir. Bu cür əsaslandırma olmadıqda ideologiyanın əhə-
miyyəti itmiş olur.
Bəşər tarixində bu günə qədər müxtəlif ideologiyalar
yaranmışdır. Hər bir ideologiyada isə, adətən bir qayda olaraq
bir sahə (iqtisadi, hüquqi, dini və s.) ilə bağlı görüşlər əsas yer
tutur. Belə ki, ictimai ziddiyyətlərin mənbəyi kimi bir əsas amil
(iqtisadi, hüquqi, dini və s.) göstərilir. Həmin amillə bağlı
görüşlər isə ideologiyada əsas rol oynayır. Məsələn,
marksizmdə iqtisadi görüşlər əsas yer tutur. Belə ki, burada is-
tehsal vasitələri üzərində xüsusi mülkiyyət bəşəriyyətin bə-
lalarının əsas amili kimi qəbul olunur və mülkiyyət mü-
nasibətlərində olan bu problemin həll olunmasının, yəni, is-
tehsal vasitələri üzərində xüsusi mülkiyyəti ləğv edərək ictimai
mülkiyyətə keçməyin bəşəriyyəti xoşbəxtliyə çıxaracağı
əsaslandırılır.
İdeologiyalarda əsas sahə ilə bağlı görüşlər “baza” (təməl)
rolunu oynayır, yəni digər sahələrdəki görüşlər ona uy-
ğunlaşdırılır və mümkün qədər onunla ziddiyyət təşkil et-
məməsinə səy göstərilir. Məsələn, marksizmdə hətta ateist
görüş də iqtisadi amillərlə əsaslandırılır. Belə ki, ilahi qüvvəyə
inam və din məzlum sinfin itaətinə nail olmaq üçün istismarçı
sinfin uydurması kimi qiymətləndirilir. Ümumiyyətlə, mark-
sizm ideologiyasında görüşlər əsasən istismarçı (burjua,
kapitalist) və zəhmətkeş siniflərin mənafeləri baxımından for-
malaşmışdır.
Tarixin bir dövründə yaradılmış hansısa ideologiya sonrakı
dövrlərdə əlavə və dəyişikliklərə məruz qala bilər. Bu zaman
həmin ideologiyalar (ilkin və dəyişikliklərə məruz qalmış) biri
birinə yaxın olsalar da, adətən onlar ayrı-ayrı adlar altında
Dostları ilə paylaş: |