ların bütöv sistemi olduğundan milli ideologiyamız da bu
əsasda formalaşmalıdır.
Müəllif çağdaş milli ideologiyamızın əsas məsələlərindən
olan millət və vətən anlayışından, milli mənəvi dəyərlərdən,
elmi-texniki tərəqqinin üstünlüklərindən, milli şüur, milli döv-
lət, milli siyasət və milli hədəflərdən, iqtisadi inkişaf prob-
lemlərindən, dövlət, hüquq və hüquq sistemi, hüquqi dövlət,
demokratiya və azadlıq anlayışlarından, insan hüquq və azad-
lığı problemindən, fəlsəfi və dini məsələlərdən bəhs etmiş və
belə bir ümumi nəticələrə gəlmişdir ki, Millət – vahid dilə,
folklora və tarixə malik ən böyük insanlar toplusu, Vətən –
millətin tarixən üzərində yaşadığı, maddi və mənəvi dəyərlər
yaratdığı və dövlət qurduğu ərazi, Milli şüur – milli ideyalara
əsaslanan ictimai şüur forması, Milli dövlət – millətin milli mə-
nəvi dəyərləri olan dilinə, folkloruna və tarixinə söykənən,
onun tarixi ərazisində qurulmuş və milli mənafeləri təmsil edən
dövlət, Milli siyasət – milli ideologiyaya əsaslanan, milli məsə-
lələrin həllinə yönələn siyasət, Din – ictimai şüur forması və
inama əsaslanan dünyagörüş, Demokratiya – vətəndaşların
dövlət idarəçiliyində bərabərhüquqlu iştirakının təmin edildiyi
hakimiyyət forması olduğundan Milli İdeologiyamız bütün
bunları nəzərə alaraq formalaşmalıdır.
Müəllif əsərində həmçinin türk milli varlığının əsas
ünsürləri olan Türk dili, onun yaranması və inkişafı tarixindən,
Türk dilinin bəzi fonetik, qrammatik və leksik özəlliklərindən,
Türk xalqlarının ortaq ədəbi dil problemindən, Türk tarixi,
onun təhrif olunmuş bəzi məqamları və Türk dövlətçilik
tarixinin ümumi xronologiyasından, Türk folklorundan – xalq
ədəbiyyatı, xalq musiqisi, xalq adət-ənənələri və digər folklor
ünsürlərindən yığcam şəkildə bəhs etmiş və belə bir nəticəyə
gəlmişdir ki, türk xalqlarının etnik və dövlətçilik tarixi,
folkloru, yazılı və şifahi ədəbiyyatı, vahid bir millətin – Türk
millətinin mənəvi dəyərləri olduğundan onlar vahid əsasda da
öyrənilməli və öyrədilməli, milli ideologiyamız bunlara əsasən
formalaşmalıdır.
Milli ideologiyamızın formalaşmasında irəli sürülən bütün
bu dəyərli fikir və mülahizələrlə yanaşı əsərdə mübahisə
doğuracaq bəzi məsələlər də vardır ki, onları yazılı şəkildə
müəllifin nəzərinə çatdırdığımızdan burada qeyd etməyi lazım
bilmirik. Ümid edirik ki, əsər çapa hazırlanarkən müəllif bu
məsləhətlərimizi nəzərə alacaq.
Son olaraq qeyd etməyi lazım bilirik ki, müəllifin bu əsəri
son dövrlərdə milli ideologiyamıza həsr edilmiş ən dəyərli
tədqiqatlardan biridir. Tədqiqat əsəri bu vaxta qədər buraxılmış
müəyyən boşluqların doldurulmasında mühüm mənbələrdən
sayıla bilər.
Müəllifə gələcək tədqiqatlarında başarılar diləyirəm.
Aydın
QASIMLI (MƏDƏTOĞLU)
Türkoloq, filologiya elmləri
namizədi, dosent.
GiriĢ
Çağdaş dövrümüzdə xalqımızın milli ideologiya prob-
leminin araşdırılması aktual məsələlərdəndir. İndiyə qədər bu
sahə ilə bağlı müəyyən araşdırmalar aparılmışdır. Bu araş-
dırmalara Əlikram Tağıyev, Nizaməddin Şəmsizadə, Həsən
Əzizoğlu (Həsənov), Faiq Ələkbərov (Qəzənfəroğlu), Kamran
Məmmədov, Elşad Mirələm, Sona Vəliyeva, Rahid Ulusel,
Mübariz Yusifov, Aydın Abbasov və b. müəlliflərin əsərlərini
misal göstərmək olar. Bu araşdırmalar öz tədqiqat predmetləri
üzrə kifayət qədər dəyərli və lazımlı araşdırmalardır. Lakin
indiyə qədər milli ideologiya mövzusunda yazılmış əsərlər
milli ideologiyamızın yalnız ayrı-ayrı məsələlərini əhatə etmiş
və bu baxımdan məhdud xarakter daşımışdır. Milli ideologi-
yamız demək olar ki, indiyə qədər bütöv bir sistem şəklində
tədqiqata cəlb edilməmişdir. Hətta bəzi milli-ideoloji məsələlər
haqqında indiyə qədər yalnız məqalələr, çıxışlar və müsahi-
bələr səviyyəsində danışılmışdır. Halbuki, xalqımızın, xüsusən
də gənc nəslin milli şüurunun inkişafında və milli hədəflərimiz
uğrunda mübarizədə milli ideologiyamızın bir bütöv sistem
şəklində öyrənilməsi vacib məsələlərdəndir. Bu kitabda milli
ideologiyamız olan türk millətçiliyini bir bütöv sistem şəklində
araşdırmaya cəlb etməyə çalışmışıq.
Kitab “Giriş” hissəsindən, üç bölmədən və “Nəticələr”dən
ibarətdir.
Birinci bölmədə öncə daha aydın və bütöv təsəvvürün
yaranması naminə ideologiya anlayışı incələnmiş, ideologiya-
ların ən geniş təsnifatı müəyyən edilmiş, tarixən yaranmış
ideologiyalar haqqında ətraflı məlumat verilmiş, milli ideo-
logiya – millətçilik şovinizmə qarşı dayanan bir mütərəqqi ide-
ologiya kimi izah edilmişdir. Daha sonra milli ideologiyamızın
formalaşması və inkişafının son iki yüz illik tarixi ayrı-ayrı
türk xalqları üzrə xronoloji olaraq, yeni yanaşma ilə nəzərdən
keçirilmişdir. Belə ki, türk millətçiliyinin yaranmasının tarixi
şəraiti, Qacarlar və Osmanlı dövlətlərində milli ideyaların
Dostları ilə paylaş: |