Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə3/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   2   3   4   5   6   7   8   9   ...   95

 
formalaşması,  Çar  Rusiyasında  türkçülük  ideyalarının  for-
malaşması,  Xalq  Cümhuriyyəti  dövründə  Azərbaycanda 
aparılan  milli-demokratik  islahatlar,  M.K.Atatürkün  başçılığı 
altında  milli  azadlıq  hərəkatı,  Türkiyə  Cümhuriyyətində  mil-
lətçilik,  şovinist  İran-fars  rejiminə  qarşı milli  hərəkatlar,  sovet 
hakimiyyəti dövründə Quzey Azərbaycanda milli hərəkat, müs-
təqillikdən  sonra  Azərbaycan  Respublikasında  millətçilik  və 
Bütöv  Azərbaycan  ideyası  haqqında  ətraflı  məlumat  verilmiş 
və  bu  inkişaf  tarixi  yeni  yanaşma  ilə  qiymətləndirilmişdir. 
Birinci  bölmədə  həmçinin  türk  millətçiliyində  mövcud  olan 
üçlü  sistemin  və  türk  millətçiliyinin  səviyyələrinin  dəqiqləş-
dirilmiş izahı verilmişdir. 
Kitabın ikinci bölməsində tarixi və mövcud reallıqları, elmi 
nəzəriyyələri  və  s.  nəzərə  alaraq  çağdaş  dövrümüz  üçün  milli 
ideologiyamızın  müxtəlif  (milli,  iqtisadi,  siyasi-hüquqi,  fəlsəfi 
və  dini)  məsələləri  sistem  şəklində  araşdırılmış,  müəyyən 
fikirlər və qənaətlər irəli sürülmüşdür. 
Kitabın  üçüncü  bölməsində  milli  ideologiyamızda  əsas 
məsələlərdən olan milli mənəvi dəyərlərimizi (MMD) qoruyub-
yaşatmaq  və  yüksəltmək  problemləri,  o  cümlədən  onların 
tədqiqi  və  təbliğinin  mövcud  durumu,  həmçinin  MMD-imizin 
ictimai əhəmiyyəti – cəmiyyətin həyatında və inkişafındakı ro-
lu haqqında geniş söhbət açılmışdır. 
Kitab  geniş  oxucu  kütləsi  üçün  nəzərdə  tutulduğundan, 
hadisələri,  fikirləri,  çıxarılan  nəticə  və  qənaətləri  mümkün 
qədər qısa və sadə elmi-məntiqi dildə ifadə etməyə çalışmışıq.     
 
 
 
 
 
 
 
 


 
I  BÖLMƏ. Ġdeologiya anlayıĢı, ideologiyaların 
təsnifatı və tarixən yaranmıĢ 
ideologiyalar 
 
1. Ġdeologiya anlayıĢı 
 
İdeologiya ifadəsi (yun. “idea” – anlayış, təsəvvür, “loqos” 
–  söz,  təlim)  hərfi  baxımdan  “ideya  haqqında  elm”  mənasını 
verir. Lakin elmi termin kimi ideologiya çox geniş və çoxsahəli 
anlayışdır.  O,  elmin  müxtəlif  sahələrinin,  təbiət  və  cəmiyyət 
qanunlarının, burada qarşıya çıxan ziddiyyətlərin öyrənilməsini 
və  bəşəri  problemlərin  həlli  yollarının  müəyyən  edilməsini 
özündə  ehtiva  edir.  Ta  qədimdən  filosoflar,  mütəfəkkirlər, 
alimlər  dünyanı,  varlığı,  materiyanı  dərk  etməyə,  təbiət  və 
cəmiyyət  qanunlarını  öyrənməyə,  ictimai  ziddiyyətləri,  prob-
lemləri  həll  etməyə,  cəmiyyətdə  əmin-amanlığa,  bəşəriyyətin 
xoşbəxtliyinə  nail  olmağa  çalışmış  və  bununla  da  müxtəlif 
sahələrdə  görüşlər,  təlimlər,  ideyalar  meydana  çıxmışdır.  Bu 
cür çoxsahəli görüşlər və ideyaların elmi sistemi sonralar (XIX 
əsrin  əvvəllərindən)  ideologiya  termini  ilə  ifadə  edilmişdir. 
Lakin  bu  anlayışa  bu  günə  qədər  də  vahid  baxış  yoxdur  və 
müxtəlif  cür  təriflər  verilir.  İdeologiyaya  ən  ümumi  şəkildə 
aşağıdakı kimi tərif vermək olar: 
Ġdeologiya – ictimai problemlərin həllinə və inkiĢafa yö-
nəldiyi  əsaslandırılan  fəlsəfi,  iqtisadi,  siyasi,  hüquqi,  dini, 
əxlaqi və s. görüĢlərin və ideyaların bütöv sistemidir. 
İlk növbədə onu qeyd etmək lazımdır ki, ideologiya elə bir 
bütöv  sistemə malik  olmalıdır ki,  oradakı  görüşlər biri-biri ilə 
ziddiyyət təşkil etməsin, biri-birini tamamlasın və vəhdət təşkil 
etsin. İdeologiyalarda son məqsəd kimi bir qayda olaraq ictimai 
problemlərin  həlli,  bəşəriyyətin  xoşbəxtliyi  göstərilir.  Düzdür, 
əsl məqsədi mürtəce (işğalçılıq, müstəmləkəçilik, istismarçılıq, 
və  s.)  xarakter  daşıyan  ideologiyalar  da  var.  Lakin  belə 
ideologiyaların  nəzəri  əsaslarında  adətən  həqiqi  məqsəd  giz-


 
lədilir  və  ideologiyanın  məhz  ədaləti  bərqərar  edəcəyi  əsas-
landırılır.  Beləliklə,  yaradılan  hər  bir  ideologiyada  bu 
ideologiyanın  həqiqətən  bəşəriyyəti  xoşbəxtliyə  çıxaracağı,  ən 
azından  problemləri  minimuma  endirəcəyi  əsaslandırılır.  Bu, 
ideologiyanın  təbliği  və  insanlara  qəbul  etdirilməsi  üçün 
zəruridir.  Bu  cür  əsaslandırma  olmadıqda  ideologiyanın  əhə-
miyyəti itmiş olur. 
Bəşər  tarixində  bu  günə  qədər  müxtəlif  ideologiyalar 
yaranmışdır. Hər bir ideologiyada isə, adətən bir qayda olaraq  
bir sahə (iqtisadi, hüquqi, dini və s.) ilə bağlı görüşlər əsas yer 
tutur. Belə ki, ictimai ziddiyyətlərin mənbəyi kimi bir əsas amil 
(iqtisadi,  hüquqi,  dini  və  s.)  göstərilir.  Həmin  amillə  bağlı 
görüşlər  isə  ideologiyada  əsas  rol  oynayır.  Məsələn, 
marksizmdə iqtisadi görüşlər əsas yer tutur. Belə ki, burada is-
tehsal  vasitələri  üzərində  xüsusi  mülkiyyət  bəşəriyyətin  bə-
lalarının  əsas  amili  kimi  qəbul  olunur  və  mülkiyyət  mü-
nasibətlərində  olan  bu  problemin  həll  olunmasının,  yəni,  is-
tehsal vasitələri üzərində xüsusi mülkiyyəti ləğv edərək ictimai 
mülkiyyətə  keçməyin  bəşəriyyəti  xoşbəxtliyə  çıxaracağı 
əsaslandırılır. 
İdeologiyalarda əsas sahə ilə bağlı görüşlər “baza” (təməl) 
rolunu  oynayır,  yəni  digər  sahələrdəki  görüşlər  ona  uy-
ğunlaşdırılır  və  mümkün  qədər  onunla  ziddiyyət  təşkil  et-
məməsinə  səy  göstərilir.  Məsələn,  marksizmdə  hətta  ateist 
görüş də iqtisadi amillərlə əsaslandırılır. Belə ki, ilahi qüvvəyə 
inam və din  məzlum sinfin itaətinə  nail  olmaq üçün istismarçı 
sinfin  uydurması  kimi  qiymətləndirilir.  Ümumiyyətlə,  mark-
sizm  ideologiyasında  görüşlər  əsasən  istismarçı  (burjua, 
kapitalist)  və  zəhmətkeş  siniflərin  mənafeləri  baxımından  for-
malaşmışdır. 
Tarixin bir dövründə yaradılmış hansısa ideologiya sonrakı 
dövrlərdə  əlavə  və  dəyişikliklərə  məruz  qala  bilər.  Bu  zaman 
həmin ideologiyalar (ilkin və dəyişikliklərə məruz qalmış) biri 
birinə  yaxın  olsalar  da,  adətən  onlar    ayrı-ayrı  adlar  altında 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə