2.
Hər cür mərkəzləşmə və bürokratiyadan yerli idarəçili-
yin
üstünlüyü;
3.
Fərdi hüquq və azadlıqların ictimai hüquqlardan
üstünlüyü; Fərdin hüquq və azadlığının yalnız başqa
fərdlərin hüquq və azadlığını pozduğu halla məhdud-
laşdırılması.
4.
Bütün hallarda dövlət hakimiyyətinin mümkün qədər
məhdudlaşdırılması (yalnız ümumi qanunlar qəbul
etmək, asayişi təmin etmək və b. bu kimi funksiyaları
saxlamaqla) və ictimai ziddiyyətlərin fərdi mənafelərin
tarazlaşması prinsipi ilə həll olunması. Fərdi mənafeləri
tarazlaşdıran istənilən spontan (ənənəvi, dövlət iradəsi
ilə deyil, təbii ictimai inkişaf nəticəsində yaranan)
qayda-qanun məqbuldur.
5.
Şəxsi mülkiyyətin toxunulmazlığı;
6.
İnsan amilinin hər şeydən üstün tutulması, etnik, dini
irqi, cinsi və siyasi mənsubiyyətindən asılı olmayaraq
insanların bərabərliyi, ləyaqətlərinin qorunması və tole-
rantlıq.
7.
Sülhün qorunması. Hər bir
halda müharibə özü ilə ölüm
və dağıntı gətirdiyinə, ailələri və iqtisadiyyatı dağıtdı-
ğına, hakimiyyətin hakim sinfin əlində cəmləşməsinə
imkan yaratdığına görə məqbul deyil.
Bazar iqtisadi sisteminin klassik liberalizmə əsaslanan
modeli iqtisadi nəzəriyyədə bazar iqtisadi sisteminin
liberal
(və ya amerikan)
modeli adlanır və həmin modelin əsas xüsu-
siyyətləri aşağıdakılardır (2.31, s.188-189):
1.
İqtisadiyyatda xüsusi mülkiyyətin çəkisinin çox olması
və üstün mövqe tutması;
2.
Təsərrüfat qanunvericiliyinin bazar subyektlərinin tam
sərbəstliyini təmin etməklə onların dövlət tərəfindən
ola biləcək təsirindən qorunması;
3.
Dövlət tənzimlənməsinin məhdud xarakter daşıması və
əsasən makroiqtisadi
prosesləri əhatə etməsi;
4.
Əhalinin bir çox zəruri yaşayış problemlərinin
həll edil-
məsindən
dövlətin təcrid edilməsi;
5.
Sosial məqsədlərin həyata keçirilməsinə yönəldilən
xərclərin qalıq xarakter daşıması və onların işsizlərin
və həyat səviyyəsi ən aşağı olan təbəqələrə yönəldil-
məsi;
6.
ÜMM-da dövlət büdcəsinin xüsusi çəkisinin az olması
və sosial məqsədlərə yönəldilən dövlət investisiyala-
rının və dövlət xərclərinin aşağı olması.
Bu model klassik (xalis) formada XX əsrin əvvəllərindən
20-ci illərin sonunadək ABŞ-da mövcud olmuşdur. Bu modelin
formalaşmasında ingilis iqtisadçısı,
neoklassik iqtisadi
nəzəriyyənin banisi A.Marşalın (1842-1924) sinfi yanaşmadan
kənar, minimum dövlət müdaxiləsi şəraitində azad bazar
nəzəriyyəsinin böyük rolu olmuşdur. A.Marşal tələb-təklif
qanunlarını, bazar tarazlığını, qiymətəmələgəlmə mexanizmini
əsaslı şəkildə araşdırmış, dövlətin iqtisadiyyata müdaxiləsinin
yalnız azad rəqabətə şərait yaratması ilə məhdudlaşdırılması
ideyasını müdafiə etmişdir. Neoklassik iqtisadi nəzəriyyə
C.Robinson, E.Cemberlin, marjinalistlər – Avstriya məktəbi
nümayəndələri K.Menger (1840-1921), E.Ben-Baberk (1851-
1914), F.Vizer (1851-1926), ingilis iqtisadçısı U.S.Cekons
(1835-82), İsveç iqtisadçıları L.Varlas (1834-1910), V.Pareto
(1848-1923) və b. nəzəriyyəçilər tərəfindən inkişaf etdiril-
mişdir.
20-30-cu illərin iqtisadi böhranı (“kapitalizmin ümumi
böhranı”) isə iqtisadiyyatın dövlət tərəfindən tənzimlən-
məsinin, başqa sözlə iqtisadiyyata dövlət müdaxiləsinin
artırılmasını zəruri etmiş və bununla əlaqədar
neoliberal
iqtisadi nəzəriyyələr meydana çıxmışdır. Lakin, neoliberalist
iqtisadi nəzəriyyəçilərə aid edilən iqtisadçılar da iki qrupa
ayrılmışdır. Belə ki, onların bir qrupu – amerikan iqtisadçısı
L.Mizes (1881-1973), London məktəbi nümayəndəsi F.Hayek
(1899-1992),
Çikaqo monetarist məktəbi nümayəndəsi
M.Fridmen, “iqtisadi təklif” nəzəriyyəçisi A.Laffer, “səmərəli