__________________Milli Kitabxana__________________
__________________________________________________10
ictimai münasibətlərini həyat səhnəsindən tədricən sıxışdırıb aradan çıxarması prosesi öz
bədii ifadəsini tapır. Dramaturqlar ictimai yaraların islahat yolu ilə sağalacağına ümid
bəslədiklərinə görə ictimai quruluşa, burjua-mülkədar münasibətlərinə qarşı çıxmırdılar.
XIX əsrin sonlarında maarifçi-demokrat dünyagörüşünə malik olan Nərimanov bu
məhdud cəhətlərdən azad deyildi. Lakin buna baxmayaraq, müasirlərindən fərqli olaraq,
mütləqiyyət hakimiyyətinin xalqa xoşbəxtlik və səadət verə bilməyəcəyini və onun
mürtəce mahiyyətini "Nadir şalı"da göstərirdi.
M.F.Axundov '"Aldanmış kəvakib" əsərində mütləqiyyət dövlət quruluşunun mənasız
gülünc olduğuna istehza edirsə, Nərimanov "Nadir şah" tarixi faciəsində Şərq xalqlarının
siyasi-ictimai və mədəni inkişafında monarxiya hakimiyyətinin buxova çevrildiyini
cəsarətlə söyləyir. Nərimanov İran xalqının tarixi keçmişinə müraciət edir, beləliklə,
mövcud ictimai həyatın ziddiyyətlərini orijinal bir yolla açıb gostərirdi. İranın tarixi
hadisələri onun ücün qabaqcıl ideyaları təbliğ etmək, çox üsul-idarəsinin mürtəce
mahiyyətini ifşa etməkdən ötrü bir vasitə idi.
Nərimanov "Nadir şah"da tarixi hadisələri əsas götürərkən Nadiri bütün zıddiyyətləri
ilə verməyə çalışmışdır. Tarixi faciədə Nadir amansız quldur, böyük sərkərdə, tədbirli
dövlət başçısı və müstəbid hökmdar kimi verilmişdir. Nadirin faciəsinə səbəb feodal
ictimai münasibətləridir. Dramaturq əsas diqqətini Nadirin şəxsiyyətinə, daxili aləminə
verməklə, onun faciəsinin mahiyyətini açmış, beləliklə, feodal hakımliyinə nifrət
oyatmışdır.
Nərimanov Səfəvilər xanədanının sonbeşiyi Şah Təhmasın devrilməsinı səhnəyə
gətirməklə avam camaatın şüurunu fanatizm və dini əsarətdən qurtarmağa, onu real
düşünməyə çağırırdı. Nərimanov sonralar bu barədə yazırdı: "Nadir şah" adlı tarixi
faciəmdə mən şahın şəxsiyyətini heçə endirmişəm və başa salmaq istəmişəm ki,
qaranlıqda qalan kütlənin adət olaraq qəbul etdiyi kimi hökmdarın şəxsiyyəti heç də
müqəddəs deyil və əgər o, məmləkəti idarə edə bilmirsə, onu tapdalayıb keçmək olar".
"Nadir şah obrazını yaradarkən dramaturq nə tarixi həqiqətin əsiri olmuş, nə də
sərbəstliyə yol vermişdir. Hakimiyyətə, taxt-taca qanuni varisliklə deyil, gərgin mübarizə
- dövlət çevrilişi nəticəsində sahib olan Nadir şahın əvvəlki hakimlərdən fərqli cəhəti
saray həyatına üzü ilə bərabər yeni ideya, yeni prinsip və əqidə gətirməsidir. Tarixi
Nadirin ideya və islahatları əsərdə yeni bir məna və vüsət almış, dövlət və cəmiyyət
haqqında Nərimanovuu öz manifestini elan edən vasitəyə çevrilmişdir.
Nərimanovun Nadir şah dövrünə müraciət etməsinə səbəb də bu idi. Nadir şahın
həyata keçirmək istədiyi deməkmtik mahiyyətli ideya və islalıatlar dramaturqun yaşadığı
dövrdə mühüm mosolalər idi. Nərimanov Nadir şahın demokratik ideya və islahatlarını
mütləqiyyət hakimiyyətində həyata keçirməyin mümkün olmadığını, hətta onun şəxsi
faciəsinə səbəb olduğunu göslərməklə zülmkar çarizm üsuli-idarəsinin eybəcər
mahiyyətini açmış, onun həqiqi, demokratik xalq quruluşu ilə əvəz edilməsi zəruriyyətini
irəli sürmüşdür.
Nərimanov "Nadir şah"da tarixi inkişafin istiqamətini qətiyyən təhrif etməmiş, tarixi
həqiqətlərdən mütərəqqi meyilləri, müasir həyatın tələblərinə uyğun, ictimai fıkrin
inkişafı üçün faydalı olan cəhətləri seçib göstərmişdir. Məhz bu nöqteyi-nəzərdən
__________________Milli Kitabxana__________________
__________________________________________________11
akademik Məmməd Cəfər yazır ki, N.Nərimanov "Nadir şah" faciəsilə "Azərbaycan
dramaturgiyasına Puşkin, Şekspir ənənələrini, "Boris Qodunov" üslubunu gətirmişdir".
Rus ədabiyyatında tarixilik prinsipinin bədii əsardə tətbiq edilməsinin ilk nümunəsini
A.S.Puşkin "Boris Qodunov" faciəsində vermişdir. Nərimanov da "Nadir şah"da tarixilik
prinsipinə sadiq qalmış, feodal-patriarxal İranın tarixi keçmişinə öz dövrünün mühüm
siyasi-ictimai və mədəni tələbləri nöqteyi -nəzərindən yanaşmışdır.
"Nadir şah"da XV111 əsr hadisələri təsvir olunsa da, XIX əsrin ictimai ruhu,
əsarətdən səbri tükənmiş xalqın qəzəb və nifrəti, oyanma əlamətləri öz ifadəsini tapmışdır.
"Nadir şah" 1899-cu ildə ayrıca kitabça şəklində nəşr edilsə də, 1906-cı ilədək səhnə
üzü görməmişdir. Çünki çar hökuməti əsərdə qabaqcıl ictimai ideyaların təbliğ
edilməsindən duyuq düşərək, onun tamaşasına uzun müddət icazə verməmişdir. Nəhayət,
birinci rus inqilabından sonra çar senzurası güzəştə getməyə məcbur olur. Beləliklə, əsər
ilk dəfə 1906-cı ildə Bakıda Azərbaycan və rus dillərində tamaşaya qoyulur. Əsər
tamaşaya hazırlanan zaman yazıçı aktyorlarla sıx əlaqə saxlayır, məşqlərdə yaxından
işlirak edir.
Nərimanov 1905-ci il inqilabından sonra "Nadir şah"ın birinci nəşri üzərində
düzəlişlər aparmağı lazım bilir və bu dövrdə onu xalq kütlələrini mənəvi cəhətdən
mütləqiyyətə qarşı mübarizəyə hazırlamaq və xalqın məfkurəsində hakim sinfin
özbaşınalığına, patriarxal-feodal qayda-qanıınlarına və dini fanatizmə nifrət oyatmaq
ideyaları daha çox düşündiirürdü. Ciddi düzəlişlərdən sonra "Nadir şah" (1913) ikinci
dəfə nəşr olunur.
Əsərin hər iki nəşri arasındakı nüsxə fərqləri göstərir ki, dramaturq "Nadir şah"ın
üzərində böyük tələbkarlıqla, səylə çalışmış, sanballı kamil bir sənət nümunəsi yaratmağa
səy göstərmişdir.
Nərimanov öz dram əsərləri ilə yanaşı, rus yazıçılarından tərcümə etdiyi pyeslari də
tamaşaya qoymuşdur. 1892-ci ildə N.V.Qoqolun "Müfəttiş" komediyasını, 1915-ci ildə
Qriqori Genin "Edam" pyesiniNərimanovun doğma dilimizə çevirməsi bu əsərlərdə
ictimai həyata, despotizmə qarşı etiraz molivlərinin olması ilə bağlı idi.
"Edam' pyesində insan şəxsiyyətini alçaldan, onun mənəvi aləmini sarsıdan ictimai
haqsızlıq, burjua həyatının eybəcərliyi ifşa olunurdu. "Müfəttiş" komediyası isə çar üsul-
idarəsinə, kapitalist və mülkədar aləminə qarşı yönəldilmiş siyasi-ictimai pamflet idi. Bu
əsərin Azərbaycan səhnəsində tamaşaya qoyulması, "eşidilməmiş hadisə" kimi
qarşılanmışdı.
Görkəmli ictimai xadim Ağamalıoğlu "Müfəttiş" pyesinin tamaşasını "zülmət
səltənatində işıq şüası" adlandırmışdı.
N.Nərimanovun istər tərcümə etdiyi, istərsə də yazdığı pyeslər Azərbaycan milli
teatrının maarifçi-demokratik məzmununa vo realist üslubuna rövnəq gətirmişdi. Keçən
əsrin axırlarında teatrın repertuarında özünə uzun müddət yer tutmuş "Nadanlıq",
"Şamdan bəy", "Nadir şah" pyesləri təkcə Zaqafqaziyada deyil, onun hüdudlarından xeyli
uzaqlarda - Krımda, Volqaboyunda, Orta Asiya ölkələrində, İranda tamaşaya qoyulmuş,
bir sıra görkəmli