27
Müəllimə uşaqlarla salamlaşdı.
Birdən onun gözü gül
dəstəsinə sataşdı. Uşaqlardan soruşdu:
- Bu gül dəstəsini kim gətirib?Ayxan əvvəlcə qorxdu.
Elə bildi ki, pis iş görüb. Utana-utana dedi:
- Gülü mən gətirmişəm...
Müəllimə Ayxana yaxımlaşıb mehribancasına dedi:
- Çox sağ ol. Sən, yəqin ki, məni sevindirmək
istəmisən. Icazə ver, mən bu güllərdən sənin qız yoldaşlarına da
verim. Qoy onlar da sevinsinlər.
Müəllimə çiçəkləri qızlara payladı. Onlar təşəkkür
dolu baxışlarla Ayxana baxırdılar. Ayxan bundan qürur hissi
duyurdu.
Mətn iki dəfə oxunur. Birinci dəfə müəllim mətni
aramla oxuyaraq dairə ilə işarə edilmiş yerlərdə fasilə edir və
uşaqların diqqətini cəmləmək məqsədi ilə suallar verir:
1. Ayxan məktəbə kimlə gəlmişdi? O günləri haradan
almışdı?
2. Məktəb həyətində valideyininizdən ayrılanda siz nə
hisslər keçirirdiniz?
3. Müəllimənin sualı nəyə görə Ayxanı qorxutdu?
Sizcə, onun cavabından sonra müəllim nə etdi?
4. Siz çox istədiyiniz adamı sevindirmək üçün nə
edirsiniz?
5. Sizcə, Ayxan məktəbdən qayıtdıqdan sonra
müəlliməsi və sinif yoldaşları haqqında anasına nə danışacaq?
Yeni sözlər
Müəllim uşaqların diqqətini “təşəkkür dolu baxışlar”
və “qürur hissi” sözlərinin mənalarına cəlb edir.
Təşəkkür etmək – “sağ ol” demək, minnətdarlıq
bildirmək
28
Qürur hissi – yaxşı bir iş gördükdə insanın keçirdiyi
hiss
Mətnin ikinci oxunuşundan əvvəl müəllimin tapşırığı
ilə uşaqlar “əlifba” kitabının 8-9-cu
səhifələrindəki şəkillərə
baxırlar. Bu dəfə onlar həm dinlədikləri, həm də gördükləri
barədə suallara cavab verirlər (“Ayxan necə geyinmişdir?”
“Ayxangilin sinfinin bizim siniflə hansı oxşarlığı və fərqləri
var?”) Mətnlə işin sonunda müəllim uşaqlara belə bir sualla
müraciət edə bilər: “Siz Ayxanla görüşsəydiniz, ondan nə
soruşardınız?” (48, 8-9)
Avropa ölklərində dərslik çox zaman bir kitabdan
ibarət olmur. Əsas kitabın ətrafında çoxlu kitablar olur ki,
bunlar əlavə resurslar hesab olunur. “Əlifbanın” müəllifləri
hələlik bu ənənələrin olmadığını nəzərə alaraq dərsliklərinə
həmin resursların rolunu oynaya biləcək materiallar daxil
etmişlər. Dərsliyin 20-21-ci səhifəsində “mənim sinif
yoldaşlarım” başlığı altında 20-yə yaxın rəsm əsəri verilmişdir.
Müəllim bir-birindən fərqlənən bu şəkilləri necə əlaqələndirsin?
Onları bir süjet ətrafında necə birləşdirsin?
Bu sualların yaranacağını nəzərə alıb əlifbanın
sonunda müəlliflər həmin şəklə uyğun hekayə və həmin
hekayənin tədrisi ilə bağlı metodika tövsiyə etmişlər:
Şagirdlər kitabın 20-21-ci səhifələrindəki şəkilləri
nəzərdən keçirirlər. Müəllim sinifdəki cütlərdən birini qarşıya
çıxarır. Onlardan biri şəkildə gördüklərinin əsasında Elxan
haqqında, digəri Gülər haqqında məlumat verir.
Sonra müəllim başqa bir cütlüyü (onları şərti olaraq A
və B adlandıraq) yazı taxtası qarşısına dəvət edir. A-dan
soruşur: “Sən B haqqında nə bilirsən?” şagird bildiklərini
söyləyir. Müəllim köməkçi suallarla onun bildiyi bütün
məlumatları aşkar etməyə çalışır. Sinifdən xahiş edir ki, bu
məlumatları yadda saxlasınlar. Daha sonra sinfə müraciət edir:
- B haqqında daha nə bilmək istərdiniz?
29
Uşaqların fikirlərini öyrəndikdən sonra müəllim
həmin şagirdlərə təklif edir ki, B-yə öz suallarını versinlər. Yeri
gəldikcə özü də suallar verir. Hamı sualları verdikdən sonra
müəllim A-ya deyir ki, B haqqında yeni öyrəndiklərini
danışsın. A-nın danışdıqlarından sonra müəllim siniflə birlikdə
B haqqında əvvəl məlum olan və sonra aşkarlanan məlumatları
müqayisə edir. Müəllim sinfi cütlüklərə bölərək tapşırır ki, hər
bir cütlükdə şagirdlər bir-birinə sual verməklə mümkün qədər
çox məlumat əldə etsinlər.
Tanışlıq üçün istifadə olunan suallar:
-Adın nədir?
- Hansı ünvanda yaşayırsan?
- Ananın adı nədir? O nəçidir?
- Atanın adı nədir? O nəçidir?
- Bacın, qardaşın varmı? Onların adı nədir?
- Hansı idman növünü sevirsən?
- Hansı şəhərlərdə olubsan?
- Evinizdə hansı ev heyvanları var?
- Velesipedin varmı? Və s.
Vaxt bitdikdən sonra təqdimatlar başlayır. Hər bir
şagird öz yoldaşını sinfə təqdim edir. Müəllim qeydlər aparır və
sonda alınmış statistikanı sinfə çatdırır: sinifdə neçə nəfər
idmana gedir, neçə nəfər musiqi ilə məşğul olur və s. (48, 20-
21)
Bu məşğələ dinləmə, danışma, təqdimetmə bacarıqları
ilə yanaşı, dərs ilinin əvvəlində sinfin şagirdlərinin bir-biri ilə
daha yaxından tanış olması üçün şərait yaradır.
Dərsliyin 107-ci səhifəsində “Tülkü və Hacıleylək”
adlı məşhur nağıl əsasında çəkilmiş şəkillər verilmişdir.
Müəlliflər müəllimlərin bəzilərinin həmin əsərin məzmununu
bilməyəcəklərindən ehtiyat edib kitabda həmin nağılı çap
etmişlər. Sonra ona “Nə tökərsən aşına, o da çıxar qaşığına”
30
atalar sözünü də daxil etmişlər. Müəllimlərə tövsiyə edərək
yazırlar:
“Müəllim əvvəlcə uşaqların diqqətini mətndəki atalar
sözlərinə yönəldir və yönəldici suallar verməklə bu atalar
sözlərinin mənasını soruşur:
- Sizcə, borc alan borc verənin sağlığını istər, yoxsa
əksinə?
- “Nə tökərsən aşına, o da çıxar qaşığına” atalar
sözünün mənasını necə izah edərdiniz?
Daha sonra şagirdlər müəllimin suallarına cavab
verməklə mətndəki açar sözləri müəyyənləşdirirlər: tülkü,
hacıleylək, nəlbəki, kuzə. Şagirdlər bu sözlərin hərf sxemini
yazı taxtasında yazırlar və sxemlərdə “k” hərfinin yerini
müəyyənləşdirirlər.
Bundan sonra müəllim “k” səsinin və hərfinin
tanıdılmasına keçir. (48, 107)
Azərbaycan dilində çalışmaların xarakterindən
danışan prof. A.Rəhimov Çalışmaların məktəblilərin əqli
fəaliyyətinin və yaradıcılıq qabiliyyətinin inkişafı istiqamətində
qurulmasını vacib hesab edir. O, “Ana dilinin tədrisi
metodikası” kitabında göstərir ki, psixoloji və neyyrolinqvistik
tədqiqatlar göstərir ki, nağıletmə prosesində üç tərəf meydana
çıxır. Birincisi, nağıl olunan məzmundur (A ilə işarə edək).
Ikincisi, nağıl edəndir (B ilə işarə edək). Üçüncüsü isə nağılı
dinləyəndir (B ilə işarə edək). Nağıletmə prosesində bu tərəflər
arasında daxili əlaqələr yaranır və fasiləsiz davam edir.
Şagird hər hansı mətnin məzmununu nağıl edir. Bu
zaman onun hər sözü, hərəkəti dinləyicilərlə təsir göstərir.
Dinləyicilər də öz növbəsində diqqətinin, mimik
hərəkətlərinin və s. dəyişməsi ilə ona reaksiya verirlər. Bu
reaksiyalar nağıl edəni yeni situativ vəziyyətə salır. Ona
psixoloji təsir göstərir. Nağılının dinləyicilər tərəfindən yaxşı