63
əsərlərin yaranmasına səbəb olmuşdur. Belə misalları yüzlərlə
gətirmək olar.
Humanitar fənlərin xüsusilə ana dilinin canı suallardır.
Müəllimin düşünülmüş ağıllı sualı şagirdin yatmış duyğularını
oyada bilər. Sualı elə qoymaq olar ki, darıxdığı üçün çöldə uçan
quşlara tamaşa edən uşaq da çevrilib müəllimə diqqət yetirər.
Müəllimlər böyük filosof Sokratın məktəbini misal gətirirlər.
Sokratın fikrincə təfəkkür sualdan başlayır. Sual uşaq
beynindəki intellekt toxumuna can verən günəş şüası və ya
təmiz su ilə müqayisə oluna bilər. Psixoloqlarımızın fikrincə
dialoji mədəniyyət müasir təhsilimizin əsasıdır. Sinif şəraitində
dialoji mədəniyyətə nail olmaq şagird təfəkkürü üçün sağlam
mühit yaratmaq deməkdir. Ünsiyyət mədəniyyəti elmin
açarıdır.
Sinif daxilində sualları şərti olaraq iki yerə bölmək
olar.
A) hafizəni möhkəmləndirən suallar
B) təfəkkürü fəallaşdıran suallar
Hafizəni möhkəmləndirən suallar ənənəvi təhsilimizin
əsas prinsiplərindən biridir. Dərs ilinin müəyyən mərhələsində
keçilən mövzular təkrarlanır, müddəalar yada salınır və
beləliklə hafizəyə keçən bilgi möhkəmləndirilir.
64
INTELLEKTƏ ÜNVANLANAN
TAPŞIRIQLAR
Alimlər bu fikirdədir ki, bu gün məktəb elmi biliklərin
sürətlə qavranılması, məqsədyönlü bacarıqların yaranması üçün
meydan olmalıdır. Şagirdlərin məntiqi təfəkkürünün inkişafı,
intellektlərinin genişlənməsi başqa fənlərlə birlikdə ana dili
tədrisinin də üzərinə düşür. Intellektin inkişafı gələcək
texnologiyaların inkişafıdır. Təfəkkür və düşüncə uşaqların
təhsildə daha böyük nailiyyətlər əldə etməsinə kömək edir.
Hələ XX əsrin 70-ci illərində rus metodistləri belə bir
həqiqəti dərk etməyə başlamışdılar ki, ana dili dərsləri şagirdə
təkcə elmi bilikləri verməklə kifayətlənə bilməz. “Ruskiy yazık
v şkole” jurnalının 1980-ci il II sayında A.V.Nexayev yazırdı
ki, bir halda ki, müasir məktəbin vəzifələrinə şagirdləri təkcə
biliklərin əsasları ilə silahlandırmaq yox, eyni zamanda onlara
müşahidələr aparmağı, yaradıcı surətdə düşünməyi, mühakimə
etməyi, nəticələr çıxarmağı və ümumiləşdirmələr apara bilməyi
öyrətmək də daxildir, təlimin müasir priyomları şagirdlərdə
fəaliyyətin inkişafını təmin etməlidir. N.A.Sorokin yazır:
“Sovet didaktikası təlimin metodları ilə idrak metodları
arasındakı möhkəm əlaqəyə istinad edir. Belə ki, təlim
metodları idraki vəzifələri həyata keçirməyə xidmət göstərir,
bunlar da elmi idrakın metodları kimi, fikri əməliyyatların və
məntiqi təfəkkürün priyomlarından-analiz və sintezdən,
ümumiləşdirmədən, abstraktlaşmadan və konkretləşdirmədən,
induksiya və reduksiyadan geniş istifadə edir. Demək, məntiqi
təfəkkürün priyomları (analiz və sintez, müqayisə və
qarşılaşdırma, ümumiləşdirmə və abstraklaşdırma, təsnifetmə
və differensasiya) sovet məktəbində eyni zamanda təlimin
priyomları kimi təzahür edir.
Fikri əməliyyatlardan metodik priyom kimi istifadə
olunmasının doğruluğunu bir çox metodistlər də təsdiq edirlər.
Məsələn, A.V.Tekuçev müqayisənin, başqa müəlliflər isə eyni
65
zamanda qrammatik təhlili, ümumiləşdirmə və sistemə salmanı
təlimin priyomları sırasına daxil edirlər.
Rus dilinin tədrisi metodikasına linqvistik
eksperiment (yerini dəyişmə, əvəzetmə priyomu) və
alqoritmləşdirmə priyomları çoxdan məlumdur. Əyaniliyə,
problemli vəziyyət yaratmağa və suallara gəldikdə, bunlar çox
doğru olaraq, təlimin vasitələri kimi qiymətləndirilir; əyani
vəsait görmə qıcıqlarını səfərbər etməkdə; problemli vəziyyət-
dərketmə fəaliyyətini qüvvətləndirməkdə; suallar-müxtəlif
qrammatik kateqoriya və formaları mənimsəmək və s.vasitədir.
Lakin onlara təlim prosesində istifadə mövqeyindən
yanaşdıqda, həmin vasitələr özlərini priyom kimi göstərir.
Sadəcə əyanilik, sadəcə problemli vəziyyət, sadəcə suallar
özlüyündə vasitədir, lakin əyanilikdən istifadə, problemli
vəziyyət yaratmaq, sualları tətbiq etmə isə təlimin priyomlarına
çevrilir.
Təfəkkürü fəallaşdıran suallar fakt və hadisələri
keçilən dərsləri yada salmağa xidmət göstərmir. O daimi
inkişafda olan intellektə yeni impuls verir, onu daha da
fəallaşdırır, şagird təfəkkünü alovlandırır. Müasir təhsilin yolu
budur.
Lakin sualları heç də həmişə müəllim vermir. Şagirdin
müəllimə, şagirdin şagirdə ünvanladığı suallar da eyni dərəcədə
maraqlı olmalıdır.
Necə etmək olar ki, şagird müəllimə elə sual versin ki,
onun cavabı “hə”, “xeyr”, “doğrudur”, “Yanlışdır” kimi bir
sözlə ifadə olunmasın? Şagirdə düşünülmüş, ağıllı suallar
verməyi necə öyrətmək olar? Bu suala cavab müasir
texnologiyanın başqa bir qiymətli cəhətini aça bilir. Hər şeydən
əvvəl şagirdin yaxşı sual verməsi onun düşüncəsi ilə bağlıdır.
Ilk növbədə həmin düşüncənin inkişafına şərait yaratmaq
lazımdır. Şagird qaydasız döyüşdə məğlub olan idmançı kimi
bir küncə sıxılmamalı, daxilində coşub daşan hissələrini dilə
66
gətirməyi bacarmalıdır. Bunun üçün oxu dəslərində ona imkan
vermək lazımdır ki, nağıl və ya hekayədə cərəyan edən
hadisələrə öz prizamasından qiymət versin. Qoy bu qiymət
başqaları tərəfindən gülüşlə qarşılansın, sadəlövh olsun. Amma
müəllim-şagird danışığının içindən bir qnesoloji ünsür tapıb
onu nəzərə çarpdırmalıdır. Bu, o biri uşaqlara da təsir edəcək,
öz düşüncələrini söyləyəcəklər. Yadda saxlayaq ki, hər bir
uşağın qəlbində bir dünya döyünür. Dənizin bir damlası ilə bir
vedrə və ya bir çəllək suyunun tərkibi arasında heç bir fərq
tapmazsınız. Hər uşaq eyni mühitin yetişdirməsidir.
Düşüncələrində başqalarından fərq ola bilər, amma cəmiyyətin
bir qətrəsi kimi onun düşüncələrində də əhəmiyyətli nəsə
tapmaq mümkündür.
Uşaqları ruhlandıraraq daha çox dialoqa cəlb etmək
faydalıdır. Mənalı dialoq sonda uşağın ağıllı suallar verməsinə
səbəb olacaqdır. Müasir metodika belə düşünür.
Müasir psixologiya isə bu suala daha elmi cavab
tapmağa çalışır. Amerika psixoloqu Kinq 25 sual
müəyyənləşdirmişdir. Həmin suallar intellektə ünvanlanır.
Şagird həmin suallarla təfəkkürünü məşq etdirir. Psixoloqun
fikrincə bu suallardan istənilən situasiyalarda istifadə etmək
olar. Həmin sualları təqdim edirik.
Təfəkkürün gedişini istiqamətləndirən suallar
Ümumi suallar
Istifadə olunan təfəkkür
vərdişləri
...misal göstərin Tətbiqetmə
...üçün...necə istifadə etmək
olar
Tətbiqetmə
Əgər... nə baş verər? Ehtimal
(fərziyyənin irəli
sürülməsi)
...dedikdə nə nəzərdə tutulur? Analiz/nəticə
...güclü və zəif cəhətləri nədən
ibarətdir?
Analiz/nəticə