Ş ə h r i y a r v ə z ə m a n ə m i z
39
Nima və Bahara hörmət bəsləyirdi… Qəribə
burasıdır ki, Mehdi Əxəvanı cavanlıqda yazdığı bir
neçə qəsidəsinə görə qəbul edirdi. Şamlu, Foruğ,
Sipehri, Atəşi və digər bu kimi şairlər barədə
danışmırdı… Özünə və şeirinə maraq göstərdiyi
yeganə şair Huşəng Ebhtehac idi, hərdən də
Müşirinin, Nadirpurun və dini mövzularda yazan
bir-iki yerli şairin adını çəkərdi…».
Şəhriyarla «yenilikçilər» arasında illərlə
sürən soyuq münasibətlər 1972-ci ildə Şəhriyarın
sədrliyi ilə Təbrizdə ümumiran şeir konqresinin
keçirilməsi ilə kəskin xarakter aldı: «yenilikçilə-
rin» bir qrupu konqresi boykot elədi. Konqresin
elanı verilən kimi boykotçulardan və İranda
modernist ədəbiyyatın ideoloqlarından biri olan
Rza Bərahəni sərt bir açıqlama ilə çıxış etdi: «Mən
bu xəbəri eşitdim, oxudum və bərk heyrətləndim:
Bu neçə konqresdir ki, onun başında Şəhriyar
dayanır? … Əgər bu, bütün müasir yaxşı şairlərin
iştirak edəcəyi bir yığıncaqdırsa, görəsən, Şəhriyar
kifayət qədər ictimai, mədəni və ədəbi şüura
malikdirmi ki, belə bir konqresin sədrliyinə
seçilsin? Biz deyirik: Şəhriyar əbədilik keçmişdə
qalıb, çünki Şəhriyar yalnız yaxşı bir qəzəlxandır
M ə s i a ğ a M ə h ə m m ə d i
40
və qəzəlin dövranı həmişəlik bitib… Odur ki, bir
qəzəlxan, nə qədər zahirdə arif və dərviş kimi
görünsə də, bu günkü fars şeirinə həsr olunmuş
konqresin başında dayana bilməz… Bu gün
həqiqətən yaşayan və öz axtarışları ilə həyatına
davam edən yeganə müasir şeir – «yeni şeir»dir və
Şəhriyarın Nimanı təqlid edərək, onun yoluyla
gedərək söylədiyi şeirlər ən aşağı poetik səviy-
yədədir. Əgər Şəhriyar həqiqi dərvişdirsə və
ruhani irfana inanırsa…, yaxşı olar ki, … belə bir
konqresə sədrlikdən kənara çəkilsin».
Əlbəttə, «İran ədəbi tənqidinin atası» kimi
məşhur olan Rza Bərahəni vaxtilə böyük fars şairi
Söhrab Sipehriyə münasibəti kimi, Şəhriyar barədə
bu fikirlərinin də yanlışlığını sonralar anlamış və
peşmançılıq keçirmişdi. Amma bu sözlər həmin
dövrdə bir sıra yenilikçilərin Şəhriyara yanaşma-
sını göstərmək baxımından səciyyəvidir. Özü də
bu münasibət sırf ədəbi-estetik səbəblərlə deyil,
həm də ictimai-siyasi amillərlə bağlı idi. Məsələ
burasındadır ki, «yeni şeirin» əksər tanınmış
nümayəndələri sol ideologiyanın tərəfdarı idi və
Şəhriyarın ictimai mövqeyi ilə razılaşmırdı. Şəhri-
yarsa, özü demişkən, «nə sol idi, nə sağ», heç bir
ideologiyaya, siyasi axına bağlı deyildi, onların
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
41
fövqündə dayanırdı, ümumbəşəri prinsiplərə
söykənir, hətta bir sıra şeirlərində, o cümlədən
Eynşteynə poetik müraciətində, müəyyən mənada
kosmopolit kimi çıxış edirdi. Eyni zamanda
Bərahəninin ironiyasına rəğmən, həqiqətən irfana
inanırdı, nəinki inanırdı, onun ən ali məqamına
yüksələ bilmişdi. Bu isə Şəhriyarın poetik şəxsiy-
yətinin əlahiddə mahiyyətini şərtləndirən dördüncü
səbəbdir.
Maraqlıdır ki, «yeni şeirin» bir çox
nümayəndələri sonradan məhz Şəhriyarın yoluna
üz tutmuş, sufi ədəbiyyatı ənənələrindən bəhrələn-
məyə çalışmışlar (1979-cu il inqilabdan sonra bu
meyl daha aşkar və sistemli bir səciyyə kəsb
etmişdir). Bununla belə, onlar Şəhriyardan fay-
dalandıqlarını hər vəchlə ört-basdır etməyə səy
göstərmişlər Çağdaş İran şerinin görkəmli nüma-
yəndələrindən olan Nüsrət Rəhmani (1929-2000)
bu barədə yaxşı yazır: «Mənim fikrimcə, Şəhriyar
dilə mükəmməl sahibliyi sayəsində xalq kütlələri
arasında qəribə bir populyarlıq qazanmış yeganə
şairdir. Və mən zəmanəmizin görkəmli şairləri
içərisində çox az adam tanıyıram ki, bu kişinin
əsərlərindən bəhrələnməmiş olsun. Təkcə xalq
M ə s i a ğ a M ə h ə m m ə d i
42
arasında deyil, dövründəki azsaylı səriştəlilər
arasında da onun mövqeyi belə idi. Çox vaxt
Şəhriyarı bilə-bilə unudur və ya qəsdən haqqında
susurlar. Bu «Nima, Nima!» deyənlər, az bir qismi
istisna olmaqla, tamamən o kəslərdir ki, böyük bir
məsələdən başları çıxmayanda, «Əxfəşin keçisi»
kimi başlarını tərpədirlər. Onlar Nimanı təriflə-
yirlər, çünki tanımırlar. Əgər Nimanı tanısalar,
Nimanın əsərlərinin səviyyəsi və dəyərində böyük
bir dəyişiklik yaranar. Və Şəhriyardan danışmırlar,
çünki qorxurlar… Mənim Şəhriyar barədə söz
deməyimə lüzum yoxdur. O, bizim qəzəlçiliyin
son nöqtəsidir. Mən Şəhriyarın qəzəllərindən
sonra, bir-iki haldan başqa, daha qəzəl oxuma-
mışam… Amma Şəhriyarın əzəməti təkcə yaxşı
qəzəl yazmasında deyil… Onun əzəməti büllur və
pak dilindədir. Onun əzəməti sətirlərinin arasında
gizlənib. Onun şeirləri səmimiyyət, mərhəmət və
fədakarlıqla doludur. Sanki o dünyaya əsrlər boyu
həssas ürəklərə hakim kəsilən ən pak nəğmələri
üzə çıxarmaq üçün gəlib…».
Nüsrət Rəhmaninin toxunduğu populyarlıq
məsələsinə gəlincə, deməliyik ki, İranda nə ye-
nilikçilərin, nə də ənənəçilərin heç bir nüma-
yəndəsi istər farsdilli, istərsə də türkdilli oxucular
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
43
arasında Şəhriyar qədər şöhrət qazana bilməmişdir.
Bunun səbəbləri barədə şəhriyarşünaslar müxtəlif
fikirlər irəli sürmüş, kimi bunu şairin dili və
üslubu, kimi səmimiyyəti və şəxsi təcrübəsini
qələmə alması, kimi güclü təxəyyülü və poetik
məharəti, kimi də şeirlərinin irfani və ictimai
məzmunu ilə izah etmişdir. Bunlar hamısı
doğrudur, lakin İran alimi Məhəmmədrza Rasipur
«Şəhriyar ənənə və modernləşmənin yolayrıcında»
adlı kiçik, lakin dəyərli məqaləsində, fikrimizcə,
Şəhriyarın geniş kütlələr arasında sevilməsinin çox
mühüm bir səbəbini qabartmışdır.
Tədqiqatçı haqlı olaraq qeyd edir ki, İran
tarixində heç bir zaman kəsiyi Şəhriyarın ədəbi
fəaliyyətlə məşğul olduğu illər qədər böhran və
reformasiyaya məruz qalmamışdır. İran kimi
ənənəvi cəmiyyətdə, əhalinin savadsızlığı, ümumi
mədəni səviyyənin aşağılığı, kütləvi informasiya
vasitələrinin ictimai rəyə təsir edib onu yönəltmək
gücünün olmaması, ziyalı təbəqəsinin yoxluğu və
ya zəifliyi şəraitində həyata keçirilən modernləşmə
toplumda kimlik böhranına və dəyərlərin
«sürüşməsi»nə, son nəticədə geniş kütlələrin
dəyişikliklərə emosional reaksiya verməsinə səbəb
Dostları ilə paylaş: |