M ə s i a ğ a M ə h ə m m ə d i
14
tırlanan bir zamandır. Bu həsrət, bu nostalji hissi
şairin «dünya duracaq yer deyil» (Nəsimi) qənaəti-
ni gücləndirir, ondan xilas olmaq şövqü doğurur:
Heydərbaba, gül qönçəsi xəndandı,
Amma heyif, ürək qəzası qandı,
Zindəganlıq bir qaranlıq zindandı,
Bu zindanın dərbçəsin açan yox,
Bu darlıqdan bir qurtulub qaçan yox.
«Gözünə qəmdən bir eynək taxan» dünya ilə
sazişin bütün hallarda mümkünsüzlüyünü yaxşı
anlayan Şəhriyar:
Çağır, Vurğun, çağır, qopsun bu gün aləmdə tufanlar,
Dağılsın məhvəri-aləm, kökündən tarimar olsun!
–
deyən Səməd Vurğunun ardınca, dünyaya
münasibətini:
Yaman qurğu yığılaydın,
Tufanlarda boğulaydın,
Nolaydı bir dağılaydın,
Bizi dərdə salan dünya!
– şəklində qətiləşdirir.
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
15
Əsrimiz: Təməddün və Siyasət
Dünyaya belə münasibət heç də şairin öz
həmnövlərinin – dünya əhlinin həyatına, yaşayış
uğrunda savaşının gedişi və nəticələrinə nüfuzunu
istisna etmir. Və bu hal poeziyanın əsas mövzu
dairəsi barədə yuxarıdakı tezisin inkarı kimi başa
düşülməməlidir – dünyadakı gerçəkliyin təsviri və
qiymətləndirilməsi poeziyanın əzəli və əbədi
mövzularının şərhində vasitə və üsuldur, son
nəticədə dünyaya qarşı duran poeziyanın özünütəs-
diqinə xidmət edir. İkinci bir tərəfdən, nəzərə
almalıyıq ki, orta əsr şairlərindən fərqli olaraq,
müasir dövr şairinin «üzlət guşəsini seçmək»,
«inzivaya çəkilmək» imkanları xeyli dərəcədə
məhduddur. Bu da zəmanəmizin xarakterindən
irəli gələn məhdudiyyətdir. Şəhriyar həmin xarak-
teri şərtləndirən iki amili – Təməddün və Siyasəti
– xüsusi vurğulayır. Qeyd edək ki, həmin amillər
elmi baxımdan da müasir tarixi prosesin tipolo-
giyasını müəyyənləşdirən faktorlar kimi qiymət-
ləndirilir.
Şəhriyar «təməddün» dedikdə, çağdaş texno-
loji sivilizasiyanı və ya bizim «elmi-texniki inqi-
M ə s i a ğ a M ə h ə m m ə d i
16
lab» adlandırdığımız («inqilab» sözu burada lap
yerinə düşüb) hadisəni nəzərdə tutur. Şair bir
vaxtlar bəşəriyyətin şövq və ümidlə qarşıladığı
(«Təməddünun uyduq yalan sözünə») texniki
ixtiraların, texnoloji yeniliklərin istər qlobal
nəticələrini, istərsə də gündəlik həyat və məişətdə
doğurduğu problemləri qələmə alır:
Silo dair olalı hər nə dəyirman yığışıldı,
Amma xalis təmiz ünlar da dəyirman ilə getdi…
Hava insanı boğur, baş-başa «qaz-karbonik» olmuş,
Yel də əsmir, elə bil yel də Süleyman ilə getdi.
Və ya :
Təməddünün gözü görüm kor olsun,
Ağzındakı şirin şərbət şor olsun.
Bal da yesə, zəhər olsun, çor olsun,
Ağzımızın dadın qapıb apardı,
Ürəkləri çəkib kökdən qopardı.
Şairin təməddünə mənfi münasibətini doğuran, ilk
növbədə, onun məhz bu «kökdən qoparmaq»
keyfiyyətidir. Belə ki, təməddün təkcə müxtəlif
ekoloji fəlakətlər və xəstəliklər törətmir, insanı öz
kökündən – təbiətdən ayırmaqla («Maşın bizi
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
17
təbiətdən ayırıb, Mürdəşirə verim belə maşını»)
son nəticədə onun mahiyyətinin dəyişməsinə
gətirib çıxarır. Əslində əsrimizin simasını
müəyyənləşdirən ikinci amil – Siyasət də həmin
dəyişikliklə şərtlənir. Belə ki, elmi-texniki inqilab
əsrində yalnız təbiətə və ayrı-ayrı fərdlərə deyil,
bütöv ölkələrə, xalqlara, millətlərə istehlakçı
münasibət formalaşır.
İndi bəşər ac qurd təkin uduxub,
Çömbələnti göz qıcırdıb duruxub,
Baxırlar ki, görsünlər kim sınıxıb,
Tökülsünlər onun leşin yırtsınlar,
Hərə bir diş ənsəsindən qırtsınlar.
Bu siyasətin (geosiyasətin) texnologiyasını
da yaxşı başa düşən Şəhriyar zəmanəmizdə istər
bütövlükdə dünyada, istərsə də ayrı-ayrı xalqların
taleyində baş vermiş hadisələrin kökündə duran
həmin amili səciyyələndirmək üçün şeirlərində
daim bir anlayışdan – Şeytan obrazından istifadə
edir:
Biz millətin var harası?
Hardan sağalsın yarası?
M ə s i a ğ a M ə h ə m m ə d i
18
Öz Şeytanı, öz barası
Ona deyir: «Qaç çaparı!»
Buna deyir: «Vur şikarı!»…
Köməkləşən gedir maha
Bizə kömək yoxdur daha,
Bizimki qalmış Allaha,
Şeytan quluymuş şahımız…
Beləcə Şəhriyar bir vaxtlar Hüseyn Cavidin
irəli sürdüyü: «Təməddünün sonu vəhşətmidir?»
sualına müsbət cavab vermiş olur.
Milli dərdlər: “Nədir axı
bu millətin günahı?”
Dünyada gedən proseslərin kökündə, özülün-
də dayanan amilləri iti fəhmi, dərin zəkası ilə anla-
yan Şəhriyar «inkişaf etmiş ölkələrin» texnoloji
hücumuna məruz qalan, geosiyasət obyektinə
çevrilən ölkəsinin dərdlərini də yaxşı bilir. Şairin:
Obalar şairiyəm, dərdimizi
Duyuram, çox da dərin duyğudu bu
Dostları ilə paylaş: |