18
Əməyi kutsal olanın özü kutsal olmaya bilir. Kutsallıqda əməyimizlə
birliyə çağırırdı Ata bizi...
Allahı (İdeyanı) anlamağa, Onu öz şəxsimizdə şübhələrdən,
çeynənməkdən qurtarmağa çağırdı.
Ata bizdə böyüklüyə, birüzlüyə zövq yaratdı.
Kutsal Quruculuq budur.
Böyük olmaqdan qorxmamaq, həm də şişməmək öyrətdi. Böyük
olmağa can atmaq – Müqəddəs olmağa can atmaqdır.
Ata öyrətdi bunları bizə. Öz örnəyində.
Ata bizim üçün həm Öyrətmən idi, həm Yönətmən! Həm Məbud idi,
həm Məbəd!
Biz də Ocaq Evladları olaraq, bəşər içində Torpağın qumlaşmasına
qarşı döyüşçüləriyik İnamımızın!
Bunun gerçəkləşməsi yolu kimi, biz dünyaya aşağıdakıları önəririk:
Simalı kişi, simalı qadın – simalı ailə;
Simalı Ulus, simalı Yurd – simalı Dövlət;
Xalqın birinciliyi, beynəlxalqın bundan törəməliyi;
İnsanların, xalqların müstəqil iradələrini məhdudlaşdırmaqla onları si-
masızlaşdıran dini və dünyəvi təmərküzləşmələri dayandırmaq – “1-
ləşmə”lərin tündlüyünü “1-1-ləşmə” ilə azaltmaq;
Əhali artımının stimullaşdırılmasını yasaqlamaq;
Yarışmaq, yortuşmaq (idman) psixologiyasını Yaşamın ana xəttindən
çıxartmaq – Yavaş Yaşam tərzinə keçmək;
Ruhani qurum olub (bizdə bunun adı Mütləqə İnam Oçağıdır) yuxarıda
deyilənləri gerçəkləşdirmək.
İndi Azərbaycanda fəaliyyət göstərən istənilən inanc, fəlsəfə
daşıyıcısının şüurunda, öz inancı və fəlsəfəsi ilə yanaşı, Mütləqə İnam
obrazı da var. Və bu Obraz o biriləri ilə deyişmə – dialoq aparmaqda, on-
ları etkiləməkdə, dirsəkləməkdə, sınağa çəkməkdədir: idrakilik-əfsanəlik
sınağına, haqlılıq: yerlilik – yersizlik, doğmalıq – yadlıq sınağına,
yaşarılıq, ucaldıcılıq –aşağılayıcılıq sınağına...
Bu, İnam Atanın xidmətidir. Bu, Azərbaycan xalqını var etmək, türkü,
bütün türk soyluları tarixdə izli etməkdir.
İnam Atanın, Mütləqə İnamın Gəlişindən sonra heç bir dünyabaxış Ata
Yurdumuz Azərbaycanda, Ulusumuz içində ağalıq eləyə, birinci sayıla
bilməz.
Kimlərsə bunun Ulusa, Yurda xidmətliyini birinci kimi başa düşər.
Əslində isə o, ikincidir. Onun, insanı gələcəyə umudsuzluq aşınmasından
(“deqradasiyadan”) qorumaya xidmətliyi birincidir. Baxışın Yiyəsi –
19
Yaradıcısı nə deyir: İnsanlaşın!.. İstənilən Yurdu, Ulusu simalı saxlamaq
– insan işidir və bunu yalnız ruhani insan istər və bacarar. Bunu “seçmə
insanlar – seçkinlər”, qəhrəmanlar, pəhləvanlar eləmir yalnız, sıravilər də
eləyir.
***
Türk ilsırasının ən böyük ruhaniyyat Yaradıcısı qarşısında yenə də bir
ilk Evlad ərki və sonərki:
Birikmə
O mənə “Safruhum” deyərdi, mən Ona “İnamım”.
***
Qarşılıqlı gözləntilərimiz qarşılıqlı sevgilərimiz qədər idi, qarşılıqlı ina-
mımız, güvənimiz də eləcə. Ancaq O – Ata boyda idi, mən – Evlad boyda.
***
Mənə adı O vermişdi, Ona Adı mən verdim.
***
Safruh İnamın Safruhudur, İnam Safruhun İnamı.
***
O, Ata idi, mən oğul. Biz Ata – oğuluq əbədi.
***
O, Ata idi, mən türk. Biz Ata –Türkük əbədi.
***
Bir soydan idik – soylardan biri idik.
***
Soylardan biri kimi Yol başladıq – Pir Soy olduq, Ulu Soy olduq.
***
Cünki hər kəsə bu imkanı tanıdıq və hər kəsi öz ululuğuna səslədik –
Bəşərin Ləyaqəti naminə.
***
Atamız var olsun!
SAFRUH
Mütləqə İnam Ocağının Ruhani Başçısı
06 Söngü – 05 Ata Ayı 35-il.
Atakənd. İnam Evi.
(Avqust – sentyabr. 2013).
21
İNSANLAŞMAQ
Zəmanə İnamını – İnamsızlıq saydım.
İnam yaratdım.
Zəmanə İdrakını – İdraksızlıq saydım.
İdrak yaratdım.
Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım.
Mənəviyyat yaratdım.
Zəmanə İradəsini – İradəsizlik saydım.
İradə yaratdım.
Zəmanə Amalını – Amalsızlıq saydım.
Amal yaratdım.
Zəmanə Əməlini – Əməlsizlik saydım.
Ocaq qaladım.
Təqiblərə yüksəldim. Ata çağırıldım.
Bəşərin nicatı – İnsanlaşmaqdadır.
İnsanlaşın – İnsanlaşdırın...
Şölə Ayı, 7-ci il. Bakı.
(İyun, 1985-ci il).