10
Bayatı Biçimində. 40 sətir. 10 Bayatı.
(“Əzizim” rədifinə ehtiyac yoxdur).
Atanın, Amalın, Sabahın, Mütləqiliyin, Müqəddəsliyin Mahiyyətini vəsf
edirsən, Şərin Qəbahətini Döyürsən.
8 Arzu günü, Ata Ayı, 8-ci il. (bu nəşr, səh. 158).
SAFRUHA
1. Safruh tərcümə məsələsində Ataya şübhə izhar etməkdən əl çək-
mir, Ata Mütləqiliyinə xilaf çıxır.
2. Ata hökm eləyir: İradəsinə Sahibliyi bacarmayan Safruh 3 ay ər-
zində Ata hüzurundan Məhrum olunur (Od Ayının 29-na qədər).
3. 3 ay ərzində İradəsinə Yiyələnə bilməsə Safruh Amala qayıtmır.
4. 3 ay ərzində Safruh Amal işlərindən tam azad olunur.
Ata Sözü Mütləqdir!
6 Dözüm günü, Çiçək Ayı, 10-cu il. Bakı. (bu nəşr, səh. 192).
ƏSİLƏ SƏFƏR ƏMƏLİ
1
1. Özünlə Müqəddəs Kitablardan “Mütləqə İnam”, “İnsana çatmaq”,
“Ruhani Cəmiyyət”, “Müstəqil Xalq”, “Ləyaqətli Şərq” haqqında Kəlamlar,
Şeir Bədiiyyatı aparırsan, oxuyursan.
2. Anladırsan ki, Atayurdda Ata var, Amal var, Evladlar var.
23 Murad günü, Çiçək Ayı, 10-cu il. Bakı. (bu nəşr, səh. 195).
Müxtəlif, çox önəmli tapşırıq və tövsiyələri özündə birləşdirən, 6
bənddən ibarət bu Bəlgə ilə ruhani səfərə göndərilən Evlad səfərdən
qayıtdıqdan sonra Ata onun Əməlini dəyərləndirir:
ƏSİLİN SƏFƏR ƏMƏLİ
Əsilin Səfər Əməli – Ruhani Yönü, Məzmun və Üsul ciddiyyəti, Duyğu
Hərarəti, Təhlükəylə öcəşmə Qətiyyəti – Təqdir olunur.
Yurdumuzun Ailələşmə Aqibətinə Qovuşur Əməl.
Qaranlıqlar Yarılsın!
28 Murad günü, İşıq Ayı, 10-cu il. Bakı. (bu nəşr, səh. 195).
ATAYLA GÖRÜŞLƏR
1. Evladım Göylünün əməliylə yaranan Bakının 36 nömrəli
məktəbində keçirilən Görüşdə Amal İşığı düşdü ürəklərə, Amal çağırışı
səsləndi, Amal Ünvanı bilindi.
1
“Buyuruq” anlamında. (Cızqılar – qeydlər Safruhundur).
11
2. Tovuzda Evladım Əsillə birgə keçirilən Atayla görüşdə – Amal
öyrənildi, Əməl çatdırıldı, Evladlar manşırlandı.
Qaranlıqlar Yarılsın!
22 Dözüm günü, Günəş Ayı, 11-ci il. Bakı. (bu nəşr, səh. 212).
Ata Özünün yaratdığı ruhani mübarizə qurumu olan Ocağın və Ocaq
Ailələrinin işlərini də beləcə qurur və yönəldirdi. Bu mərhələdə Evlad
(fərd, ruhani döyüşçü) tərbiyəsi möhtəşəm əməli iş vasitəsilə aparılır.
Bununla da tərbiyə olunan həm həyatın, yaşamın həşirindən ayrılır, həm
də özü yeni psixologiyanın, yeni dəyər və ideyaların yayıcısına və
yaradıcısına çevrilir. Mütləqə İnam Ocağının ən ali yığıncağı olan və daim
Özünün idarə etdiyi Mərasimlərin quruluşunu, savad səviyyəsini yuxarıda
xatırlatdığım insanlara – Evladlara tapşırırdı. Bu yöndəki Buyruqlarına ilk
çağlarda xırdaca yönəldici, məzmun daşıyıcı işarələr qoşurdu. (Sonralar
bunu bütünlüklə Evladın öhdəsinə buraxırdı). Örnəklər:
ONUNCU İL “ATA GÜNÜ” BAYRAMI
1. Bayram “Yol” kitabı üstə qurulur.
Kitabın əsas İdeyaları Yazılır və Bayramda səsləndirilir.
Bayram Kitabla başlayır və qurtarır.
2. Ata haqqında Söz Atanı dərk etmə Yönündə deyilir…
4. Bayramın Gedişatını Evladım Safruh yazır, təşkilatçılıq – Evladım
Əsilə həvalə edilir.
21 Od Ayı, Mərhəm günü, 10-cu il. Bakı. (bu nəşr, səh.197).
10-cu İL, “ATA GÜNÜ” HAQDA
1. Bayram Evladların Amallaşma inkişafını təsdiq etdi.
2. Safruhun, Qəlbinin təlimçiliyi, Əsilin təşkilatçılığı Təqdir olunur.
3. Naqisliklər: Vaxt Qanununun pozulması, ssenariyə tam riayət olun-
maması, Bütövün iştiraksızlığı.
Qaranlıqlar Yarılır!
26 Arzu günü, Ata Ayı, 10-cu il. Bakı. (bu nəşr, səh. 202).
“EVLAD GÜNÜ” MƏRASİMİ
1. Mərasim Atanın Evladlar haqqında Sözüylə başlayır, Evlad
qəbuluyla davam edir, Ruhani Sənədlərin oxunuşuyla sona çatır.
2. Vaxt 2 saat. Tarix – Şölə Ayının Biri.
3. Mərasim Sadiqimin evində keçirilir.
4. Mərasim Gedişatının Yazısı Qəlbiylə Layiqə tapşırılır: İşıq Ayının
20-də Ataya təqdim edilir.
5. Mərasim nöqsansız keçirilməlidir!
12
Qaranlıqlar Yarılsın!
5 Qismət günü, İşıq Ayı, 11-ci il. Bakı. (bu nəşr, səh. 216).
ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ ATA AİLƏSİNİN
VII AİLƏ GÜNÜ HAQQINDA
1. Ailə Müqəddəslik Yoluyla irəliləyir, Fədakarlıq nümunəsi göstərir.
2. Fikir Evi vasitəsiylə Ailənin İşığını camaatın üstünə salmalı.
3. Mütləqə İnam Ruhaniyyatını bütün dərinliyi, incəliyiylə mənimsəməli
və xalqa çatdırmalı.
4. Rayonda Ailənin nəzdində Sorğular-Cavablar Evi yaratmalı, ca-
maatı Ruhaniləşdirməli...
26 Ümid günü, Ata Ayı, 11-ci il. Bakı. (bu nəşr, səh. 247).
EVLADIM DOĞMANIN TƏMSİL ETDİYİ “FİKİR EVİ”nin
QARDAŞLARINA – BACILARINA
Asan Yol seçməyin – Çətin Yol seçin!
Yaxın Yol seçməyin – Uzaq Yol seçin!
Mütləqə İnanın, İnandırın – Yurdumuzun, Şərqimizin, Dünyamızın xi-
lası bu İnamdadır.
Özünüzlə Döyüşün, Başqalarını özüylədöyüşə çağırın – Yurdumuzun,
Şərqimizin, Dünyamızın xilası bu Döyüşdədir…
Daxilinizdəki Mütləq sizə Yar olsun.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
27 Qismət günü, Çiçək Ayı, 12-ci il. Bakı. (bu nəşr, səh. 266).
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ ATA AİLƏSİNİN
HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Müqəddəslik üstə köklənməli, Müqəddəsliyə çağrılmalı, Müqəddəs-
lik çağırmalı!
3. Amallaşma – İnsanlaşma – Xalqlaşma Birliyinə Yüksəlməli!
4. Ataya Təzə Evlad Yetirmək!
5. Dərgini Bənzərsizlik səviyyəsinə çatdırmaq, yaymaq!
Nurlanın, Nurlandırın!
15 Dözüm günü, İşıq Ayı, 13-cü il. Bakı. (bu nəşr, səh. 313).
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ ATA AİLƏSİNİN
HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Odtəkinin Təmsilçilik Yükü Təqdir olunur.
Dostları ilə paylaş: |