30
Adam – Məxluqdan üstün, İnsandan aşağıdır. Məxluqdan fərqli olaraq,
Adamda Ruhani Gözəlliyə, Yüksək Həyat Tərzinə meyil var. Ancaq həmin
meyil güclü ehtiras səviyyəsinə qalxmır. Çünki Ali hisslərlə yanaşı,
Adamın bulanıq daxili aləmində çirkin, cılız duyğular da yaşayır.
Adam – Vətəni sevir, ancaq Vətən yolunda Əzaba qatlaşmır, Ölümə
getmir, çünki Vətənsevərliyi ömrün mənasına çevirməyib, güclü İradəyə
malik deyil, Mənəviyyatını qorxu kabusu bürüyüb, yetkin mətanətli
Şəxsiyyət deyil.
Adam – Müqəddəsliyi qiymətləndirə bilir, ancaq Müqəddəsliyə qovuşa
bilmir. Çünki Ruhani Qüdrət sahibi deyil, xilqətində Böyüklük yoxdur.
Adam – Məhəbbətə, Sədaqətə biganə qalmaz, ancaq çətin anda
Məhəbbətdən, Sədaqətdən qaçar. Çünki Məhəbbətlə yanaşı, daxilində
Xudpəsəndlik də yaşayır.
Adam – Dostluğa can atar, lakin onun ağırlığını çiynində gəzdirə
bilməz. Çünki çiyni zəifdir.
Adam – Əxlaqi Təmizliyi bəyənər, ancaq hərcayi ehtiraslarını
cilovlamağa iradəsi çatmaz, Əxlaqsızlıq bataqlığına yuvarlanar.
Adam – ani Cəsarət göstərər, fəqət sonra Qorxu hissinin pəncəsində
çabalayar, Qorxaqlığı İgidliyini üstələyər.
Adam – Qəhrəmanla, Fədakarla, Özündənkeçənlə bir neçə addım yol
gedə bilər, ancaq yarı yoldan qayıdar.
Adam – əsil İdraka, Sənətə biganə qalmaz, ancaq süni və bəsit sənəti,
İdrakı da sevər, onlara daha çox bağlanar.
Adam – Təmənnasızlığı qiymətləndirər, ancaq şəxsi həyatında ondan
qaçar.
Adam – eybəcər mühitə lənətlər yağdırar, ancaq mühitlə təmasda
özünü onun timsalı kimi aparar və son nəticədə mütiləşər, Üsyanından,
Hiddətindən heç nə qalmaz.
Adam – Leyli axtarar, Məcnun olmaq istəməz, Böyüklük axtarar, Əzab
istəməz, ölçülü yaşayar, ona görə də yaşamaz.
Adamda – müsbət keyfiyyətlər mənfi keyfiyyətlərlə qaynayıb qarışar,
öz qüdrətini itirər.
Ocaqçı öz Mənəviyyatında, İdrakında, Həyat Tərzində Adam
natamlığını, naqisliyini aradan qaldırıb, İnsan Kamilliyinə çatmalıdır.
İnsan – Müqəddəsliyə, Həqiqətə, Vətənpərvərliyə, Qəhrəmanlığa,
Bəşərsevərliyə, İdeala, Məhəbbətə, Qədimliyə, Ruhani Ülviyyətə,
Cəngavərlik Siqlətinə qəlbdən bağlanan, ömrünü Yüksək Arzulara həsr
edən, Səadətini onda tapan Şəxsiyyətdir.
Ocaqçının Məqsədi İnsan olmaqdır!
Bunun üçün o, özüylə daim mübarizə etməlidir.
Ocaqçı Ürəyindən Qorxu duyğusunu silməlidir.
31
Ocaqçı Mənəviyyatından Paxıllığı qovmalıdır.
Ocaqçı Əxlaqından Heyvani Şəhvaniliyi murdar yük kimi atmalıdır.
Ocaqçı Bədxahlığı Daxili Aləminə qoymamalıdır.
Ocaqçı tənbəllik, fəalsızlıq eybəcərliyini məhv etməlidir.
İradəsizlik Ocaqçının qəddar düşmənidir.
Namus bəndini aşan ehtirası ürəyə qoymazlar.
Ocaqçı Mənəviyyatında Müxənnətliyə yer yoxdur.
Dilində Yalan gəzdirən Ocaqçı lənətə layiqdir.
Ocaqçının saxta Fərəhə ehtiyacı yoxdur. O, araq, şərab adlanan
murdarlığı dilinə vurmur, mənəvi zəlillərin pənah gətirdiyi içki ehtirasını
rədd edir.
Ocaqçı İdrakından lüzumsuz bilikləri atıb, dəyərli bilikləri saxlamalıdır.
Müqəddəslik duyğusunu Mənəviyyatının əsasına çevirməyən şəxsdən
Ocaqçı olmaz.
İnsan olmaq çətin peşədir!
İnsan sözü əsil qiymətini itirib. Ocaqçı onun ləyaqətini bərpa etməlidir.
Özü ilə döyüşən Ocaqçı Ocaqdan güc alır.
Ocağa müraciət edir.
Ocaqçının Ocağa Səhər Müraciəti belə olmalıdır:
“Ocağım, Ülvi Qüdrətini məndən əsirgəmə!
Mənə kömək et!
Heç bir naqisin təsirinə düşməyim, pis hərəkətə yol verməyim,
ürəyimdə çirkin duyğular oyanmasın.
Xeyirə xidmət edim.
Kamillik Yoluyla gedim.
Sənə layiq olum.
Kömək et mənə, Ocağım!”
Ocaqçının Ocağa Günorta Müraciəti belə olmalıdır:
“Səhərimi başa vurdum.
Saf Ürəklə, Təmiz Niyyətlə.
Sən istədiyin kimi.
Mənəviyyatıma çirk qonmadı.
Hərəkətlərimdə qəbahət olmadı.
Xeyirə qulluq göstərdim.
Şəri yaxına buraxmadım.
Kamillik Yolunda büdrəmədim, çünki səninləydim”.
Ocaqçının Ocağa Axşam Müraciəti belə olmalıdır:
“Ürəyimdə İşıq yandır, Ocağım, Qaranlıqlar çəkilsin!
İradəmə güc ver, daxilimdəki Çirkabları əritsin!
32
Saflığına bir addım da yaxınlaşdım.
Sabahıma apar məni!
Mənimlə ol!
Yoxuşlarda büdrəməyim!
And içirəm, Sabahım bu günümdən daha Kamil olacaq!”
Ocağından bir an da ayrılmayan Ocaqçının özü ilə döyüşdə qələbə
çalacağına Ata İnamı böyükdür!
2. HƏYATDAKI EYBƏCƏRLİKLƏ DÖYÜŞ
Ocaqçının ən böyük düşməni – Vətənsizlikdir.
Vətənsizlik – Xalqına İnanmamaq, Xalq Ruhuna, İdrakına yad olmaq,
özgələşmək deməkdir.
Vətənsizlik – Qərbi yamsılamaq, təqlid etmək və bu miskinliklə
öyünmək, onu müasirlik, qabaqcıllıq timsalı saymaqdır.
Vətənsizlik – Kökündən, Qədimliyindən, Tarixindən ayrılmaq,
süniləşmək, müflisləşməkdir.
Vətənsizlik – Xəlqi Düşüncəni, Mənəviyyatı – gerilik, ibtidailik nişanəsi
saymaq qəbahətidir.
Vətənsizlik – ardıcıl, təcavüzkar, açıq əxlaqsızlıqdır, əxlaqsızlığı
hörmətə mindirmək cəhdidir.
Vətənsizlik – fəndgirliyin, mənsəbpərəstliyin, minsifətliyin, mədəni
alçaqlığın, nəcib cəlladlığın həyatımıza müdaxiləsidir.
Vətənsizlik – idealsız, antixəlqi, yarışərq, yarıqərb, müti və pozğun
ziyalı qrupunun, elitasının peyda olmasıdır.
Vətənsizlik – sadə Vətən övladlarına təşəxxüslü və saxta
münasibətdir.
Vətənsizlik – taleyini, səadətini, gələcəyini özündə yox, özündən
uzaqlarda axtarmaq bəlasıdır.
Ocaqçı Vətənsizliklə həmişə, hər yerdə vuruşmalıdır.
Əgər Ocaqçının yanında Vətənsizlik təbliğ olunursa və o, bədnam
əqidəni ifşa etmirsə, onun Ocaqçı adını daşımağa haqqı yoxdur.
Əgər bu və ya digər əsərdə Vətənsizlik əlaməti görünürsə, Ocaqçı ona
öz münasibətini mütləq bildirməlidir.
Ocaqçı Vətənsizlik haqqında Ocağın fikrini xalqa şərh etməlidir.
Ocaqçı öz mühitini Vətənsizlik çirkabından təmizləməlidir.
Ocaqçı olan yerdə Vətənsizlik toxumu bar verə bilməz.
Ocaqçı Vətənsizlik adlanan yağı ilə bir an da barışmamalıdır.
Həyat – Ocaqçı üçün Vətənsizliklə döyüş meydanına çevrilməlidir.