18
Şə
kil 1.3-dən aşağıdakılar göstərilir:
-
təbiət obyektlərinə antropogen və ya təbiət xarakterli təsir blokları (I, II, III)
– ilkin təhlükə mənbələri;
-
çirklənmiş təbiət obyektləri, müstəqil təhlükə mənbəyi;
-
“təhlükəsizlik obyektləri” bloku şəxsiyyət (əhali), cəmiyyət (əhalisi olan
ə
razi);
-
Təhlükələrin neytrallaşdırılması üçün təxirəsalınmaz kompleks ölçülər
(təhlükəsizlik obyektlərinə təbiət obyektləri daxildir ki, onları texnogen
xarakterli təsirlərdən qorumaq lazım gəlir).
Ekoloji sferada milli təhlükəsizliyin təmininin əsas vəzifəsi – texnogen
təhlükəsiz və ekoloji təmiz dünyada əhalinin həyat şəraitinin yaradılması sayılır.
Müasir beynəlxalq bazarı sertifikasiya kimi alətsiz təsəvvür etmək qeyri-
mümkündür (fransızca sertifikat sözü orta əsrdə latınca certifico – təsdiqləyirəm).
Məhsulun, iş və xidmətin sertifikatlaşdırılması ətraf təbiət mühitində məhsu-
lun təhlükəsizliyinin qorunması və insanın sağlamlığının qorunmasına istiqamət-
ləndirilmişdir.
Sertifikasiya standartlaşdırma üzrə məhsulların, iş və xidmətlərin müvafiq
normativ sənədlərin müəyyən olunmuş normativ sənədlərin tələbatlarına
uyğunluğunu təsdiqləyən bir aktdır. Standartlaşdırma üzrə normativ sənədlər –
beynəlxalq, dövlət və regional standartlar kimi qaydaları, normaları özündə əks
etdirir. Bundan başqa, sahə, müəssisə standartları da mövcuddur. Sertifikatlaşdırma
mütləq (icbari) və könüllü də ola bilər.
Mütləq sertifikatlaşdırma
malın, xidmətin standartın tələbatlarına
uyğunluğunu təsdiqləyir. Mütləq sertifikatlaşdırmaya məruz edilən malların, işlərin
və xidmətlərin siyahısı dövlətin qanunverici aktları ilə təyin olunur. Könüllü
sertifikasiya isə sifarişçi və sertifikasiya üzrə orqanların müqavilə şərtləri əsasında
hüquqi və fiziki şəxslərin təşəbbüsü əsasında aparılır. Mütləq sertifikatlaşdırma
zamanı istifadə edilən normativ baza özündə dövlətin qanunlarını daxil edərək, o
19
cümlədən qəbul olunmuş dövlətlərarası və beynəlxalq standartları, sanitar norma
və qaydalara da uyğunlaşdırılmalıdır. Könüllü sertifikatlaşdırılmaya mütləq
sertifikatlaşdırılmada mütləq siyahıya daxil olmayan məhsullar, işlər və xidmətlər
də daxil edilə bilər.
Ə
rzaq xammalı və qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin idarə
edilməsində standartlaşdırılma sahəsində aşağıdakı beynəlxalq və regionlararası
təşkilatlar sayıla bilər:
-
Standartlaşdırma üzrə beynəlxalq təşkilat;
-
Beynəlxalq elektrotexnika komissiyası;
-
Beynəlxalq ölçü və çəkilər təşkilatı;
-
Beynəlxalq qanunverici metrologiya təşkilatı;
-
Mərkəzi və Şərqi Avropa ölkələrinin regional beynəlxalq təşkilatı;
-
Sertifikatlaşdırma üzrə beynəlxalq təşkilat;
-
Sınaq laboratoriyalarının akkreditasiyası üzrə beynəlxalq təşkilatlar;
-
Sınaq və sertifikasiya üzrə Avropa təşkilatı;
-
Avropa Şurasının Komissiyası;
-
Avropanın sərbəst ticarət assosiasiyası;
-
Avropanın standartlaşdırma üzrə komitəsi;
-
Avropanın keyfiyyət üzrə nəzarət təşkilatı;
-
BMT Avropa iqtisadi komissiyası.
Məhsulun sertifikatlaşdırılmasının qanun və qaydaları müxtəlif ölkələrdə
mövcud olan hüquqi, maliyyə, ticarət və digər şərtlərdən asılı olaraq fərqlənməklə
bir qayda olaraq onlar beynəlxalq və regional sertifikatlaşdırma sistemlərinə uyğun
olur.
Sertifikatlaşdırmanı müəyyən olunmuş qaydada bu cür işləri apara bilən ak-
kreditləşdirilmiş orqanlar və sınaq laboratoriyaları aparmaq hüququna malikdirlər.
20
Sertifikat verilmiş məhsulda sistem tərəfindən qəbul olunmuş marka nişanı
vurulur. Uyğunluq nişanı məmulata və ya taraya, qablaşdırıcıya, müşayiət edən
texniki sənədə vurulur.
Məhsulun bazarda satışı üçün uyğun sertifikat əsasdır. Uyğunluq nişanı alıcı-
ya malların analoqu daxilində ekoloji təhlükəsiz malın seçiminə köməklik göstərir.
stehlakçıları ətraf mühiti monimal səviyyədə çirkləndirmək şərtilə malları
istehsalı üçün texnoloji proseslərin işlənilməsini stimullaşdırmaq və qida məhsul-
ların təhlükəsizliyini və insanların sağlamlığını təmin etmək məqsədilə ekoloji
sertifikatlaşdırılma aparılır. Hal-hazırda bir çox məhsul növləri üçün ekoloji
sertifikat və ya nişanı onların dünya bazarında rəqabət qabiliyyətini təyin edən əsas
amil sayılır.
Qərbi Avropa ölkələrində ekoloji sertifikatlaşdırma ümumi qəbul olunmuş
sertifikatlaşdırmanı tamamlamaqla, praktiki olaraq hər zaman mütləq xarakter
daşıyır. Məsələn, Fransada kənd təsərrüfatında ekoloji sertifikatlaşdırılma qanun-
verici qaydada hələ 1960-cı ildə təsdiq olunmuşdur. Onun əsasında məhsulun
növləri üzrə “Qırmızı qeydiyyat” adı altında ekoloji nişanlar (ekonişanlar) qəbul
olunmuşdur. Almaniyada ekoloji sertifikatlaşdırılma üzrə işlər 1974-cü ildə
müəyyən edilməklə bir neçə ildən sonra “Mavi mələk” və “Yaşıl nöqtə” ekonişan-
lar təsdiq edilməklə sonrada ümumavropa ekonişanləri kimi qəbul olunmuşdur.
Avropada geniş yayılmış ekonişan “Yaşıl nöqtə” ətraf mühitin tullantılarla
çirklənməsinin qarşısını almaq üçün tədbirlər sistemində istifadə olunur.
Qida sənayesində istehsal olunan məhsulların keyfiyyəti bütün ölkələrdə
olduğu kimi, bizim ölkəmizdə də dövlət standartlaşdırma sisteminə daxil edilən
standartlara uyğun olaraq nizamlanır. Bu standartlar qanun daxilində xammal,
materiallara, yarımfabrikatlara və hazır məhsullara göstərilən vahid texniki tələb-
ləri müəyyənləşdirirlər. Standartlar eyni zamanda elm və texnikanın son nailiy-
yətlərini özündə cəmləşdirməklə, qida sənayesi və iaşə müəssisələrində qabaqcıl
Dostları ilə paylaş: |