7
Elmi yenilik. Aparılmış tədqiqatlar nəticəsində biz ilk dəfə süd məhsullarında
ekoloji monitorinq aparılmışdır. Keyfiyyətdən asılı olaraq süd məhsullarının
istehsalı zamanı onların sanitar-mikrobioloji göstəriciləri nəzərdən keçirilmişdir.
lk dəfə onların tərkibində ağır metalların miqdarı üzrə kompleks tədqiqatlar
aparılmışdır.
ş
in praktiki əhəmiyyəti heyvanat təbiətli ekoloji təhlükəsiz qida məhsulları
istehsalı üzrə kompleks tədbirlərin işlənilməsi üçün müəssisə standartlar sisteminin
hazırlanması üçün tövsiyə olunur.
8
I. Ə DƏ B YYAT CMALI
I FƏ S L. EKOLOJ TƏ M Z Q DA MƏ HSULLARI VƏ ONLARIN Q DA
ZƏ HƏ RLƏ NMƏ LƏ R VƏ QARŞ ILIQLI Ə LAQƏ S
1.1. Ekoloji tə miz qida mə hsulları
Qidanın ekoloji effekti bioloji, mədəniyyət və davranış mexanizmləri ilə
təzahür olunur. Qida orqanizmdə mühüm fizioloji prosesləri tənzimləyir. Ekoloji
təmiz ərzaq məhsulları o məhsullar hesab edilir ki, onların tərkibində zərərli
maddələrin miqdarı adi “standart” məhsullarda keyfiyyət göstəricilərinə uyğundur.
Ekoloji təmiz məhsullar əlavə mineral maddələr, pestisidlər və digər texnogen
təsirlər olmadan təmiz sahələrdə becərilmiş qida xammalından və ya təbii
xammaldan müasir texnologiya əsasında hazırlana bilər.
Rkoloji təmiz məhsullar aşağıdakı tələbatlara cavab verməlidir:
-
birincisi, xammalın istehsalı olan yerlər ekoloji təhlükəsizlik tələbatlarına
cavab verməlidir;
-
ikincisi, heyvandarlıq, balıqçılıq istehsalında xammalın emalı və hazır məh-
sullar ekoloji təmiz məhsullara uyğun olub, sanitar standartlara cavab verməlidir.
Sənayedə istehsalın industriallaşdırılması ilə bağlı yeni təbiət resurslarını
qoruyan texnologiyaların tətbiqi son illərdə artdığı üçün ətraf mühitin çirklən-
məsinə və insan orqanizminin texnogen təbiətli ağır metallarla zənginləşməsinə gə-
tirib çıxarır (VV.Snakin, 1998; M. .Rabinoviç, A.R.Tahirova, 1999; E.N.Qonça-
rova, 1999; S.F.Tyutikov, 2000).
Kənd təsərrüfatının intensivləşdirilməsi, kənd təsərrüfatı məhsullarının
onların emal üsullarının və saxlanılması şəraitinin qeyri-mükəmməl olması
heyvanat mənşəli qida məhsullarında mikroorqanizmlərin, o cümlədən patogen
mikroorqanizmlərin, metabolitlərin və toksinlərin toplanmasına gətirib çıxarır
( .P.Danilenko, 1998; A.M.Əhmədov, 1972; V. vanov, V.Voropagev, 1995;
B.S.Sençenko, 1998; N.Q.Komarov, 1998; L.S.Kavruk, V.M.Yurkov, 1999).
9
Birinci növbədə xüsusi təhlükəli maddələrdən ekotoksikantlar kimi civə,
arsen, kadmium, qurğuşun, mis və sinki göstərmək olar.
Son illər qida məhsullarının istehsal texnologiyasının intensiv inkişafı ilə
ə
laqədar böyük miqdarda yeni qida qatqıları əmələ gəlmişdir ki, bu zaman ətraf
mühitin kəskin surətdə çirklənməsi də davam edir. Bu səbəb isə, öz növbəsində
xüsusi beynəlxalq qanunverici qaydaların yaradılması zərurətini yaratmışdır. Artıq
bu qanunlar Avropa Şurası tərəfindən qəbul edilməklə ərzaq məhsullarının
təhlükəsizliyinin qorunmasını təmin edir.
Qida məhsullarını onların bioloji və qida qiymətliliyi xarakterizə edir. Qida
qiymətliliyi ümumi anlayış olmaqla onun təşkilindəki qidalı maddələrin insan
orqanizmi tərəfindən mənimsənilməsini və orqanoleptiki keyfiyyətlərini özündə
göstərir. Daha yüksək qida qiymətliliyi məhsulun balanslaşdırılmış qidalanma
prinsipinə uyğun olmaqla tərkibində əvəzolunmaz qida maddələrinin olmasının bir
mənbəyi kimi hesab edilir. Enerji qiymətliliyi məhsulda qida maddələrinin –
zülalların, yağların, mənimsənilən karbohidratların, üzvi turşuların miqdarı ilə
müəyyən olunur. Bioloji qiymətlilik isə məhsulda ən əsas zülalların keyfiyyəti,
aminturşularının tərkibi və onların orqanizm tərəfindən həzm edilərək mənim-
sənilməsi əks olunur.
Təbii halda istifadə edilən məhsulların miqdarı məhduddur və bunlara əsasən
təzə tərəvəzlər, meyvələr, giləmeyvələr, qoz və bal kimi məhsulları göstərmək olar.
Ə
ksər məhsullar isə emal olunduqdan sonra istifadə olunur ki, bunlara misal
olaraq, kolbasa, çörək-bulka və qənnadı məmulatlarını, turş süd məhsullarını və s.
göstərmək olar. Məhsulun keyfiyyəti – dövlət standartlarına uyğun müəyyən
məhsulun yararlılığının yekun xüsusiyyətidir.
Ekoloji təmiz qida məhsullarının xüsusi qaydada təsnifatı verilir və bu zaman
onların ümumi xarakterik əlamətləri və istifadə olunma xüsusiyyətlərinə görə
qruplara bölürlər:
1) süd və süd məhsulları;
10
2) ət və ət məhsulları;
3) balıq, balıq məhsulları və dəniz məhsulları;
4) yumurta və yumurta məhsulları;
5) yeyinti yğları;
6) yarma və makaron məmulatları;
7) un, çörək və çörək-bulka məmulatları, kəpəkli məmulatlar;
8) meyvə və tərəvəzlər (gilələr, qoz) təzə və emal olunmuş göbələk;
9) şəkər və onun əvəzediciləri, bal, qənnadı məmulatları;
10) konservlər və konsentratlar;
11) tamlı məhsullar (çay, qəhvə, ədviyyatlar, qida turşuları);
12) mineral sular.
Təhlükəsiz ekoloji məhsulunun istehsalı kənd təsərrüfatı fəaliyyətində ən
mühüm bir vəzifə sayılır. Ekoloji təmiz məhsulu 3 əsas parametrə görə təyin
edirlər:
1) ekoloji təmiz xammal;
2) ekoloji təmiz inqrediyentlər;
3) texnoloji proses.
Ekoloji tə miz xammal.
Üzvi təsərrüfatlar mineral gübrələr, herbisidlər,
insektisidlər, funqisidlər istifadə etmirlər. Bu zaman zərərvericilərlə mübarizədə
bioloji və fiziki üsullardan istifadə edilməklə yanaşı, ultrasəs, tələ və s.
vasitələrdən istifadə olunur. Bir çox aqrotexniki üsulları və əməliyyatları əl
vasitəsilə aparmaqla bitki və torpağa zərər gətirməmək şərti ilə həyata keçirilir.
Ekoloji tə miz inqrediyentlə r
. Xammaldan başqa məhsulun tərkibinə müxtəlif
inqrediyentlər daxil olur ki, onlarsız mürəkkəb tərkibli məhsulun hazırlanması
qeyri-mümkündür. Bunlara içliklər, aşqarlar, rəngləyicilər, konservantlar aiddir.
Ekoloji təmiz inqrediyentlər kimi təbii xammal alınmışlar hesab olunmaqla bu
zaman sintetik elementlərdən istifadə olunmur. Məsələn, konservləşdirilmədə
üzüm və ya alma sirkəsi istifadə olunur.
Dostları ilə paylaş: |